Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ARKİ
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının ictimai birliyi. == Ümumi məlumat == 21 iyun 2012-ci ildə təsis edilib. Sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədovadır.Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nİzami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunmuş və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilmişdir. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Eldar Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev. İttifaq tərəfindən Milli Kino Mükafatı təsis olunub. Mükafat hər il 2 avqust - Kino Günündə Azərbaycan kinosuna verdiyi töhfələrə görə fərqlənən kinematoqrafçıya təqdim olunacaq. == Fəaliyyəti == 2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti səkkiz iclas keçirib. İdarə heyətinin iclaslarında bir sıra vacib sənədlər hazırlanıb və qəbul olunub. İclas prosesində ittifaqa üzvlərin qəbulu haqqında, kinematoqrafçıların sosial-yardım fondu haqqında əsasnamələr qəbul olunub.
Anko
Anko, adzuki tortu, şirin lobya tortu - şəkər tozlu və ya ballı paxlalı tort. Anko Çində ilk dəfə bişirilib. Yapon, çin və koreya mətbəxində istifadə olunur. == Növləri == Ankonun hazırlanması üçün müxtəlif konsentratlardan istifadə edilir. === Çin mətbəxi === Bərk anko - şəkər tozunu qaynadılır və sonra torta əlavə edilir. Torta əlavə olunan konsentrasiyadan asılı olaraq dadı fərqlənir. Yumşaq anko - paxlanı şəkərisz qaynadıllar və sonra xəmirə əlavə edilir. === Yapon mətbəxi === Çubu an (yap. 粒餡) - tamamilə lobya, az miqdarda şəkər tozu. Çubusi an (yap.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
ARO
ARO (Auto Romania üçün qısa) — off-road avtomobil istehsalı üçün Rumıniya zavodudur. İlk avtomobil - IMS-57 - 1957-ci ildə buraxıldı. Avtomobil QAZ-69 əsasında qurulmuşdur. 2006-cı ildə iflas oldu. == Şirkətin tarixi == ARO zavodunun tarixi 1885-ci ildə zavod qurulduqdan sonra başladı, lakin 1899-cu ildə işə son verildi. 1941-1944-cü illər dövründə anbar kimi istifadə edilmişdir. 1945-ci ildən 1950-ci ilə qədər Rumıniya və Sovet qoşunlarının avtomobillərini təmir etmək üçün istifadə edilmişdir. 1953-cü ildə onlar IMS-53 motosikletinin istehsalını qurmağa çalışdılar, amma cəmi 12 ədəd istehsal edildi. 1957-ci ildən etibarən zavod avtomobil hissələri - mühərrikləri və dişli qutuları istehsal etməyə başlayıb, eyni ildən etibarən IMS 57, M 59, ARO M 461 avtomobillərinin istehsalı başlayıb. Zavodun bütün həyatı boyu təxminən 380 min avtomobil istehsal etmişdir.
Ark
Ark — L'Arc~en~Ciel qrupunun albomudur.
Antonen Arto
Antonen Arto (4 sentyabr 1896[…], Marsel, Buş-dü-Ron, Fransa – 4 mart 1948[…], Paris və ya İvri-sür-Sen) — "Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. Burada o, magiya və dini ayinlərə qayıdış hesab"Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi Antonen Arto (1896–1948) teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. == Həyatı == Marsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı. Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri uğursuzluqla nəticələnirdi. Arto özü də çox ziddiyyətli adam idi.
Arka Bahçem
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[…] – 13 fevral 1991[…], Düsseldorf) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi. == Həyatı == Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir. == Fəaliyyəti == 1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur.
Arno Danjua
Arno Danjua (fr. Arnaud Denjoy;5 yanvar 1884[…] – 21 yanvar 1974[…], Paris) — fransız riyaziyyatçısı,Fransa Elmlər Akademiyasının Prezidenti (1962) == Həyatı və təhsili == Arno Danjua 5 may 1884-cü ildə Oş,dep-t Jerdə anadan olmuşdur. Paris Ali normal məktəbi bitirmişdir. === Vəfatı === 21 fevral 1974-cü ildə Paris şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Monpelye (1909-1917), Utrexta (1917-19), Strasburq (1919-22) və Paris (1922-25) universitetlərində dərs demişdir. Paris Univeristetinin professoru olub. === Elmi fəaliyyəti === Əsas elmi işləri həqiqi və kompleks dəyişənli funksiyası nəzəriyyəsi, kvazi-analitik funksiyalar, topologiya, çoxluqların deskriptiv nəzəriyyəsinə aiddir. Analiz məsələlərinin həlli üçün həm topoloji, həm də metrik üsullardan istifadə etmişdir. İnteqral anlayışının ümumiləşdirilmələrindən biri Danjuanın adı ilə bağlıdır.
Arno Nordin
Arno Nordin (17 iyun 1998, Paris, Fransa) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Nordin Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 25 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. == Şəxsi həyatı == Nordin Fransada anadan olmuşdur. Valideynləri isə Martinika vətəndaşlarıdır.
Asko (Fransa)
Asko (fr. Asco, kors. Ascu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B023. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 74 nəfərdən (15-64 yaş) 35 nəfəri iqtisadi fəal, 39 nəfəri qeyri-fəal (fəaliyyət göstəricisi 47,3%, 1999-cu ildə 38,0%) olmuşdur. Fəaliyyətdə olan 35 nəfərdən 33 nəfəri (19 kişi və 14 qadın) işləyir, 2 nəfər işsiz (1 kişi və 1 qadın) olub.
Marko Arment
Marko Arment – tanınmış amerikalı mobil aplikasiya yaradıcısı, proqramçısıdır. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007-10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi. Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır.
Marko Asensio
Marko Asensio Villemsen (21 yanvar 1996[…]) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda və İspaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Klub karyerası == === Malyorka === Asensio Balear adalarının Palma şəhərində anadan olmuşdur. Onun anası Niderland, atası isə İspaniya vətəndaşıdır. Asensio futbolçu karyerasına doğma şəhərini təmsil edən Malyorka klubunda başlamışdır. O, oyunu ilə Real Madrid və Barselona klublarının skautlarının diqqətini cəlb etmişdir. Asensio karyerasında debütünü hələ yeniyətmə olmasına baxmayaraq, B komandası ilə 2013–14 mövsümündə Terkera Diviziyasında etmişdir. Asensio əsas komanda ilə debütünü 27 oktyabr 2013-cü ildə Sequnda Diviziyasında Rekreativo de Huelva klubuna qarşı oyunda etmişdir. O, son altı dəqiqə meydanda mübarizə aparmış və komandası 3–1 hesabı ilə məğlub olmuşdur.Asensio Luqo klubu ilə oyunda da son altı dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Malyorka rəqibi ilə 0–0 hesabı ilə heç-heçə etmişdir. Asensio gözəl oyun sərgilədikdən sonra baş məşqçi Xose Luis Oltra onu əsas komandaya çağırmışdır.Asensio peşəkar karyerasında ilk qolunu 16 mart 2014-cü ildə Tenerife klubuna qarşı oyunda vurmuşdur.
Marko Borsotti
Marko Borsotti — BMT-nin Azərbaycandakı sabiq rezident əlaqələndiricisi.
Marko Delvekkio
Marko Delvekkio (7 aprel 1973, Milan) — təqaüdçü italyan futbolçudur, hücumçu kimi çıxış edir. == Həyatı == Əslən milanlı olan Marko 90-cı illərin əvvəlində "İnter"də möhkəmlənə bilmədi və 1995-ci ildə "Roma"ya keçdi. Hücumçu uzun illər Françesko Totti ilə yanaşı Delvekkio "canavarlar"ın heyətində 10 mövsüm keçirib. 2000–2003-cü illər aralığında forvard milli komandaya cəlb edilirdi. O, İtaliya yığmasının heyətində qitə birinciliyinin gümüş mükafatçısı da oldu. Son bir neçə ildə Marko meydanda çox az görünür. Bunun səbəbi isə çoxsaylı zədələrdir. == 2006/07-ci illər mövsümü == Keçən mövsüm yuxarıda işlətdiyimiz sözlərin təsdiqi oldu. Delvekkio "Askoli"də cəmi 6 matçda meydana çıxmaqla 2 dəfə fərqləndi. Cari çempionat ərəfəsində hücumçu "Roma" ilə birgə məşq edirdi və şahidlərin sözlərinə görə, yaxşı forma yığmışdı.
Marko Duqanciç
Marko Duqanciç (xorv. Marko Dugandžić; 7 aprel 1994, Osiek[d]) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un hücumçusu. == Klub karyerası == Marko Duqanciçin "Osiyek"dəki çıxışları "Fiorentina", "Blekbörn Rovers" və "Lids Yunayted" kimi bir çox Avropa komandalarının diqqətini cəlb etmişdir. Əvəzində 2015-ci ilin yanvarında İtaliya B Seriyası "Ternana" ilə müqavilə imzalamışdır. Duqanciç 14 oktyabr 2020-ci ildə Rusiya Premyer Liqasının "Soçi" FK-ya qoşulmuşdur.Duqanciç 11 yanvar 2022-ci ildə Rumıniyaya qayıtmış və ÇFR Kluj ilə müqavilə imzalamışdır.
Marko Karilyo
Marko Karilyo (4 iyul 1988) — Perulu atıcı. Marko Karilyo Perunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marko Karilyo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 566 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Marko Komenda
Marko Komenda (26 noyabr 1996-cı ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Meppen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya Münhenqladbax === Komenda Darmştadt 98 akademiyası vasitəsilə inkişaf etmişdir. 1 iyul 2016-ci ildə o, Borussiya Münhenqladbax klubuna transfer olmuşdur. Komenda Borussiya Münhenqladbax II komandası ilə 60 oyuna çıxmış və iki qolla yadda qalmışdır. === Meppen === 18 iyun 2018-ci ildə Komenda Meppen klubu ilə müqavilə imzalamışdır. Komenda klub ilə debütünü 30 iyul 2018-ci ildə Sportfreunde Lotte klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Meppen rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Şəxsi həyatı == Komenda Almaniyada anadan olmuşdur. Valideynləri isə Xorvatiya vətəndaşlarıdır.
Marko Kon
Marko Kon (20 aprel 1972, Belqrad) — Serbiya müğənnisi. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Milan Nikolić ilə birlikdə təmsil etmiştir.
Marko Rubio
Marko Rubio (ing. Marco Antonio Rubio; 28 may 1971, Mayami, Florida) — Amerikalı siyasətçi, ABŞ senatına Florida ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Marko Rubio Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, dördüncü yeri tutmuşdur.
Marko Simone
Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir. "Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib. İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb. == Bioqrafiya == Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib. A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib.
Marko Veşoviç
Marko Veşoviç — (28 avqust 1991, Podqoritsa) — Monteneqrolu peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Monteneqro milli futbol komandasının müdafiəçisi. == Karyera == === İlk illər === Markonun uşaq yaşlarında ilk klubu Serbiyanın "Mladost" komandası olur. Sonrada futbolçu ilk peşəkar müqavilə imzalayacağı "Budçnost"un uşaq komandasına qoşulur."Budçnost"un əsas heyətində 2008-ci ildə debüt edir. Burada 11 oyun keçirib bir qol vurur. 2008-ci ildə "Mladost Podgorica" klubuna icarəyə verilir. Burada 12 oyunda meydana çıxır və 3 qola imza atır. 2010-cu ilin iyununda o, "Srvena Zvezda" klubuna keçir. "Qırmızı-ağlar"la 17 oyun keçirir. Yeni komandasıyla ilk qolunu Sloveniya çempionu "Koper"lə yoldaşlıq oyununda vurur.
Marko Yankoviç
Marko Yankoviç (futbolçu, 1988)
Marko Yevtoviç
Marko Yevtoviç (5 yanvar 1987) — Serbiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Marko Yevtoviç Serbiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Marko Yuliano
== Bioqrafiyası == Yuliano dünya məşhurluğunu "Yuventus"dakı çıxışı ilə əldə edib. O, 8 il (1996-2004) "Qoca Sinyora"nın uğurları üçün tər töküb. Həmin illərdə turinlilərin ən yaxşı müdafiəçilərindən biri yüz illiklərin qovşağında ölkə yığmasının da əsas futbolçularından idi. Mükafatlarının sayının çox olmasına baxmayaraq, Mark bəxtsiz oyunçu kimi tanınırdı. Çempionlar Liqasının üç final qarşılaşmasında məğlubiyyət, üstəgəl Avro-2000-in həlledici matçında uğursuzluğu unutmaq çox çətindir. == 2006/07-ci illər mövsümü == Təcrübəli müdafiəçi 2006-cı ilin 31 avqustunda "essina" ilə anlaşdıqdan sonra 21 oyunda iştirak etdi. Onun oyunu artıq elə də yaxşı deyildi, turnirin sonunda isə siciliyalılar elitanı tərk etdilər. Yuliano müqaviləsinin müddətini artırmadı və indi azad agent statusu ilə klubsuz qalıb. == Nailiyyətləri == Avropa birinciliyinin gümüş mükafatçısı (2000), İtaliya çempionu (1997, 1998, 2002, 2003), ölkə Superkubokunun qalibi (1997, 2002, 2003), Avropa Superkuboku (1996) və Qitələrarası Kubokun sahibi (1996).