Aram Açıqbaşyan
Aram Açıqbaşyan (erm. Արամ Աչըքպաշյան, türk. Aram Açıkbaşyan; gerçək adı: Qriqor Qarabedyan, erm. Գրիգոր Կարապետյան; 1867, Ərəbgir[d] – 15 iyun 1915, Konstantinopol) — Osmanlı ermənilərindən olan hüquqşünas, siyasətçi, təşkilatçı, fədai, terrorçu, Sosial Demokrat Hnçak partiyasının üzvü.
== Həyatı ==
Aram Açıqbaşyan 1867-ci ildə Osmanlı imperiyasının Mamurətül-əziz vilayətində yerləşən Ərəbgir kəndində anadan olmuşdur. O, ali təhsilini 1886-cı ildən Konstantiniyyə Darülfünunun hüquq fakültəsində almışdır. Açıqbaşyan 1889-cu ildə Boyacıyan Hampartsum Murad Əfəndinin tövsiyəsi ilə Sosial Demokrat Hnçak partiyasının üzvləri ilə dostluq əlaqəsi qurmuşdur. O, 27 iyul 1890-cı ildə Qumqapı nümayişlərinin təşkilatçısı olmuşdur. 1894-cü ildən etibarən Anadaoludakı erməni fədailər hərəkatının təşkilatçısı olmağa başlamış və 1903-cü ildə Sosial Demokrat Hnçak partiyasının mərkəz komitəsinin üzvü olmuşdur. Açıqbaşyanın 1985-ci ildə gerçəkləşən Şəbinqarahisar üsyanında əhəmiyyətli bir rolu var idi.