ARO

is. məh. Paltar yuyulduqdan sonra qalan kirli su; çirkab.
ARNAÚD
AROY
OBASTAN VİKİ
ARO
ARO (Auto Romania üçün qısa) — off-road avtomobil istehsalı üçün Rumıniya zavodudur. İlk avtomobil - IMS-57 - 1957-ci ildə buraxıldı. Avtomobil QAZ-69 əsasında qurulmuşdur. 2006-cı ildə iflas oldu. ARO zavodunun tarixi 1885-ci ildə zavod qurulduqdan sonra başladı, lakin 1899-cu ildə işə son verildi. 1941-1944-cü illər dövründə anbar kimi istifadə edilmişdir. 1945-ci ildən 1950-ci ilə qədər Rumıniya və Sovet qoşunlarının avtomobillərini təmir etmək üçün istifadə edilmişdir. 1953-cü ildə onlar IMS-53 motosikletinin istehsalını qurmağa çalışdılar, amma cəmi 12 ədəd istehsal edildi. 1957-ci ildən etibarən zavod avtomobil hissələri - mühərrikləri və dişli qutuları istehsal etməyə başlayıb, eyni ildən etibarən IMS 57, M 59, ARO M 461 avtomobillərinin istehsalı başlayıb. Zavodun bütün həyatı boyu təxminən 380 min avtomobil istehsal etmişdir.
Cucumis aromaticus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Darren Aronofski
Darren Aronofski (ing. Darren Aronofsky; 12 fevral 1969[…], Bruklin, Nyu-York) — amerikan kinorejissor, ssenarist və prodüser. Darren Aronofski (doğum tarixi 1969-cu il, 12 Fevral) Amerikalı kinorejissor, ssenari müəllifi prodüser və ətraf mühit üzrə aktivist kimi fəaliyyət göstərir. O, surreal movzulu filmləri ilə tamaşaçıların rəğbətini qazanıb və kinematoqraf Metyu Libatik, redaktor Endryü Veysblam və bəstəkar Klint Mansell ilə əməkdaşlıq etməsi ilə tanınır. Onun filmləri əksər hallarda mübahisələrə səbəb olmuş və adətən özündə şiddət ehtiva edən, kədər doğuran həzin mövzuları ilə məşhurdur. "1998-ci ildən 2014-cü ilə kimi Aronofskinin altı filminin mövzusu mükəmməlik axtarışı, xoşbəxtlik uğrunda axtarış, sevgi həsrəti, şohrətdən məst olmaq, yadlaşmanın iztirabı və məsuliyyətin ağırlığı kimi mövzuları əhatə edir." Aronofski Harvard Universitetini film və sosial antropologiya ixtisası üzrə bitirib və Amerika Film Institutunun rejissorluq sahəsində təhsil alıb. Diplom işi olaraq çəkdiyi "Supermarketin təmizlənməsi" filmi Tələbələr arasında Oskar mükafatı finalisti olduqdan sonra da o, bir neçə film mükafatı qazandı. Aronofskinin debüt filmi olan və sürrealist psixoloji triller janrlı "Pi" 1997-ci ilin Noyabr ayında çəkilib. Cəmi 60 000 dollarlıq məhdud büdcə ilə çəkilən və baş rolda Şon Qulletin çəkildiyi film Artisan Entertainment şirkətinə 1 milyon dollara satılır və 3 milyon dollardan çox gəlir əldə edir; Film Aronofskiyə 1998-ci ildə Sundance Film Festivalında ən yaxşı rejissor və ən yaxşı orijinal ssenariyə görə İndependent Spirit mükafatını qazandırır. Aronofskinin növbəti, psixoloji mövzuda çəkilmiş "Requiem for a dream" filmi Hyubert Selbinin eyniadlı romanı əsasında çəkilmişdi.
Eupatorium aromaticum
Ageratina aromatica (lat. Ageratina aromatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. Ageratina aromatica var. aromatica Ageratina cordata (Walter) Spach Eupatorium aromaticum L. Eupatorium aromaticum var. melissoides (Willd.) A.Gray Eupatorium ceanothifolium Muhl. ex Willd. Eupatorium cordatum Walter [Illegitimate] Eupatorium cordiforme Poiret Eupatorium cordiforme Poir. Eupatorium engelmannianum Link ex Torr. & A.Gray [Invalid] Eupatorium latidens Small Eupatorium melissoides Willd.
Eupatorium aromaticum var. melissoides
Ageratina aromatica (lat. Ageratina aromatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. Ageratina aromatica var. aromatica Ageratina cordata (Walter) Spach Eupatorium aromaticum L. Eupatorium aromaticum var. melissoides (Willd.) A.Gray Eupatorium ceanothifolium Muhl. ex Willd. Eupatorium cordatum Walter [Illegitimate] Eupatorium cordiforme Poiret Eupatorium cordiforme Poir. Eupatorium engelmannianum Link ex Torr. & A.Gray [Invalid] Eupatorium latidens Small Eupatorium melissoides Willd.
Franciska Aronsson
Franciska Aronsson (12 iyun 2006, Göteborq) — isveç-peru aktrisası, müğənnisi və modelidir. O, Marqarita (2016) filmindəki baş rolu və Al fondo hay Sitio, Ven, baila, Quinceañera kimi serial və televiziya proqramlarında və El internado: Las Cumbres filmində Rita rolunda iştirakı ilə tanınır. O, 2014-cü ildə ailəsi ilə birlikdə Peruya köçür. Teatrda işlədikdən sonra o, Qisela Valkarselin aparıcısı olduğu El qran televiziya istedad şousunda iştirak edir. 2016-cı ildə Aronsson rejissor Frank Peres-Qarlandın "Marqarita" filmində baş rolda çəkilib. El Gran Criollo (2017), Hotel Paraíso (2019) filmlərində rol alır. O, Al fondo hay Sitio (2015-2016), “Ven, baila”, Quinceañera (2015-2018) və “Mən səni yenidən tapacağam” (2020) kimi seriallarda çəkilir. 2021-ci ildə o, El internado: Las Cumbres adlı ispan serialında Rita rolunu oynayır In 2021 she plays the role of Rita in the Spanish series El internado: Las Cumbres.. 2020-ci ildə o, qızların və yeniyetmələrin hüquqlarını müdafiə edən UNICEF-in səfiri təyin edilib. O, Día D.-yə müsahibə verir.
Harşad Arora
Harshad Arora (3 sentyabr 1987, Dehli) – Hind aktyor və model. O, əsasən "Colors TV"də yayımlanan Əbədi Sevgi teleserialında "Zeyn Abdullah" və "Star Plus" telekanalında yayımlanan Dahleez serialında "Adarş Sinha" rolları ilə tanınmışdır. Harşad Arora 3 sentyabr 1987-ci ildə Dehli, Hindistan-da doğulmuşdur. Arora televiziya debutunu Star Plus-un döyüş kriminal trillerində Har Yug Mein Aayega Ek — Arjun epizodu ilə etdi. 2013-cü ildən 2014-cü ilə qədər Hindistan Televiziya Akademiyası Mükafatı, Hindistan Telly Mükafatı və Kalakar Mükafatı da daxil olmaqla bir çox mükafat qazanan Colors TV-nin Əbədi Sevgi(serial) (Beintehaa) adlı seriyalında Preetika Rao (Aaliya Zain Abdullah) ilə birlikdə baş rol olan Zeyn Osman Abdullah (Zain Osman Abdullah) rolunu oynadı. 2015-ci ildə Arora Colors TV-nin Fear Factor: Khatron Ke Khiladi 6-ya qatıldı. 2016-cı ildə Tridha Choudhury-ilə birlikdə Star Plus-un Dahleez qanuni dramında Adarsh Sinha rolunu oynadı. 2016–2017-ci illərdə Arora,Ragini Nandwani ilə Life OK-un fövqəltəbii dramı SuperCops vs Supervillains-də Jai rolunu oynadı. 2018-ci ildə Star Bharat-ın fantastik Mayavi Maling serialında Angad rolunu oynadı. 2019-cu ildən bəri Arora, Anusha Mishra və Priyanka Purohit ilə SAB TV-nin Tera Kya Hoga Alia-da Alok rolunu oynamışdır.
Kyrstenia aromatica
Ageratina aromatica (lat. Ageratina aromatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. Ageratina aromatica var. aromatica Ageratina cordata (Walter) Spach Eupatorium aromaticum L. Eupatorium aromaticum var. melissoides (Willd.) A.Gray Eupatorium ceanothifolium Muhl. ex Willd. Eupatorium cordatum Walter [Illegitimate] Eupatorium cordiforme Poiret Eupatorium cordiforme Poir. Eupatorium engelmannianum Link ex Torr. & A.Gray [Invalid] Eupatorium latidens Small Eupatorium melissoides Willd.
Levon Aronyan
Levon Aronyan (erm. Լևոն Գրիգորի Արոնյան; 6 oktyabr 1982, İrəvan) — şahmat üzrə erməni əsilli ABŞ qrosmeysteri. Aronyan 2003-cü ildə Ermənistanı təmsil edirdi, sonralar təxminən bir il müddətində 2004-cü ilə qədər Almaniyanı, 2004-cü ildən 2021-ci ilin sonlarına kimi yenidən Ermənistanı təmsil edib. Aronyan 2021-ci ilin fevral ayının sonlarında Ermənistan şahmat federasiyasından ABŞ federasiyasına keçmək qərarını açıqladı və idmana dövlət dəstəyinin azalması ilə əlaqələndirdi. 2021-ci ilin dekabrından etibarən ABŞ-ni təmsil edir. 1982-ci ildə İrəvanda doğulub. Anası Seda Avaqyan mühəndisdir, ixtisasca fizik olan atası Qirqori Leontieviç Aronov Rusiya yəhudisidir, Belarusun Vitebsk vilayətində doğulub. Dünya Kuboku, Linares, Veyk-an Zee (iki dəfə) kimi turnirlərin qalibidir.
Limnophila aromatica
Limnophila aromatica (lat. Limnophila aromatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin limnophila cinsinə aid bitki növü.
Mentha aromatica
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Mikania aromatica
Mikania aromatica (lat. Mikania aromatica) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Olea arolensis
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Pimpinella aromatica
Ətirli cirəgülü (lat. Pimpinella aromatica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.
Pinus arolla
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Pulegium aromaticum
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Pyrethrum aromaticum
Tanacetum daghestanicum (lat. Tanacetum daghestanicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chamaemelum daghestanicum Boiss. Matricaria daghestanica (Boiss.) Rauschert Pyrethrum daghestanicum (Boiss.) Sosn. & Manden.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Raymon Aron
Raymon Klod Ferdinan Aron (fr. Raymond Claude Ferdinand Aron; 14 mart 1905[…], VI arondisman (Paris), Fransa – 17 oktyabr 1983[…], ‎IV arondisman (Paris), Fransa) — Fransa mütəfəkkiri, tarixçi, sosioloq və siyasi şərhçi. Raymon Aron 1930-cu ildə tarixin fəlsəfəsindən doktorluq dissertasiyası müdafiə etmiş və Tuluza Universitetində sosial fəlsəfə professoru işləmişdir. İkinci dünya müharibəsi başlayanda Aron Fransa hava qüvvələrinə qoşulmuş, Fransanın məğlubiyyətindən sonra General Şarl de Qollun Azad Fransa təşkilatına qatılaraq Londona mühacirət etmiş və Londonda təşkilatın La France Libre qəzetinin baş redaktoru kimi çalışmışdır. Fransanın faşist işğalından azad edilməsindən sonra Parisə qayıdan Aron bir müddət Milli İdarəçilik Məktəbində professor işləmiş, 1955–1968-ci illərdə Sorbonna Universitetində sosiologiya professoru olmuş, 1970-ci ildən isə Collège de France’da dərs demişdir. Həm də aktiv jurnalist olan Aron nüfuzlu "Figaro" və "Ekspress" qəzetlərində köşə yazıları yazmışdır. Aronun rasional humanizmi Fransa isteblişmentində Jan Pol Sartrın marksist ekzistensializminə qarşı qoyulmuş, Aron özü isə Fransada konservator və sağların ideoloqu olmuşdur. O, öz əsərlərində dəfələrlə marksizmi və fransız solçularını tənqid etmişdir. Eyni zamanda Aron müharibə və sülh məsələləri ilə məşğul olmuş, prussiyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin fikirləri üzərində araşdırmalar aparmışdır. Aronun xatirələri 1983-cü ildə işıq üzü görüb.
Rhus aromatica
Rhus aromatica (lat. Rhus aromatica) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü.
Senecio aronicoides
Senecio aronicoides (lat. Senecio aronicoides) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Syzygium aromaticum
Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum) — siziqium cinsinə aid bitki növü.Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir. Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
Tanacetum aromaticum
Tanacetum daghestanicum (lat. Tanacetum daghestanicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chamaemelum daghestanicum Boiss. Matricaria daghestanica (Boiss.) Rauschert Pyrethrum daghestanicum (Boiss.) Sosn. & Manden.
The Arockalypse
The Arockalypse — Lordi heavy-metal musiqi qrupunun 2006-cı ildə işıq üzü görən üçüncü və ən uğurlu musiqi albomu. Bu albomda yer alan "Hard Rock Hallelujah" mahnı ilə qrup 2006-cı ildə keçirilən Avroviziyada qalib gəlmişdir. Albom Finlandiyada 3 dəfə platin, İsveç, Almaniya və Yunanıstanda isə qızıl albom olmuşdur. Finlandiya, Yunanıstan və İsveç çartlarında o ilk yerləri tutmuş, Almaniya, Estoniya və İsveçdə isə ilk onluqda yer almışdır. Albomun üz qabığında bas gitaraçı OX təsvir olunub, amma əslində isə albomdakı bas gitara ifası Kalma-ya aiddir və bu haqda albomun açıqçasında məlumat verilir. "The Arockalypse" albomunun yazılması üçün Twisted Sisterdən Di Snayder və Jay Jay French, Acceptdən Udo Dirkşnayder (açıqçada onun adı "Ado" kimi yazılmışdır) və Kissdən Bryus Kulik kimi ulduzlar dəvət olunmuşlar. "SCG3 Special Report" (bədheybətlər komandasının təmsilçisi rolunda olan Di Snayderin iştirakı ilə) — 3:46 (Mr. Lordi/Kita) "Bringing Back the Balls to Rock" — 3:31 (Mr. Lordi) "The Deadite Girls Gone Wild" — 3:45 (Mr. Lordi/Kita/Tracy Lipp) "The Kids Who Wanna Play with the Dead" — 4:07 (Mr.
Zingiber aromaticum
Zerumbet zəncəfili (lat. Zingiber zerumbet) - zəncəfil cinsinə aid bitki növü. Amomum silvestre Poir. Amomum spurium (J.Koenig) J.F.Gmel. Amomum sylvestre Lam. [Illegitimate] Amomum zerumbet L. Cardamomum spurium (J.Koenig) Kuntze Dieterichia lampujang Giseke Dieterichia lampuyang Giseke Dieterichia major Raeusch. Dieterichia minor Raeusch. Dieterichia spuria (J.Koenig) Giseke Zerumbet zingiber T.Lestib. Zingiber amaricans Blume Zingiber aromaticum Valeton Zingiber blancoi Hassk. Zingiber darceyi H.J.Veitch Zingiber littorale (Valeton) Valeton Zingiber ovoideum Blume Zingiber spurium J.Koenig Zingiber sylvestre Garsault [Invalid] Zingiber truncatum Stokes Zingiber zerumbet var.
Çoxnüvəli aromatik birləşmələr
Çoxnüvəli aromatik birləşmələr-tərkibində iki və daha çox benzol nüvəsi olan aromatik birləşmələrə deyilir. Bunlar üç tipdə ola bilər: Bifenil tipi: benzol nüvələrinin bilavasitə bir birlə ilə birləşdiyi çoxnüvəli aromatik birləşmələrə bifenil və ya difenil tipli birləşmələr deyilir. Difenilmetan tipi benzol nüvələrinin bir və ya bir neçə alifatik karbon atomu vasitəsilə birləşdiyi çoxnüvəli birləşmələrə difenilmetan tipli birləşmələr deyilir. Naftalin tipi və ya ortaqkarbonlu moxnüvəli birləşərək ortaq karbonlara malik olan naftalində iki karbon atomu nüvələrin ortaq karbonları olub, hər iki nüvəyə aiddir, buna görə də ikinüvəli naftalində on iki yox, on bir karbon atomu vardır. Bifenil tipli birləşmələrin ən sadəsi bifenil və ya difenil C6H5 – C6H5-dir. Difenil, daş kömür qətranında rast gəlir və benzolu yüksək temperaturda qızarmış borular içərisindən buraxmaqla alınır. 2 °C6H6→C6H5 – C6H5+H2 Sənaye də difenil almaq üçün benzol buxarlarını ərinmiş qurğuşunun içərisindən keçirirlər. Bundan başqa difenil və onun homoloqlarını, Fittinq reaksiyası vasitəsilə müvafiq halogenlərə natrium metalı ilə təsir etməklə alırlar. Difenil 700C-də əriyən, 2540C-də qaynayan bərk maddə olub, suda həll olmur, spirtdə və efirdə yaxşı həll olur. Bir sıra kimyəvi xassələrinə görə difenil benzola bənzəyir, onun kimi asan nitrolaşır və sulfolaşır.