Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Assur
Aşşur çarlığı və ya Assuriya (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış, Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli qədim dövlət. Aşşur çarlığı Babildən şimalda yaranmışdır. Bu dövlət e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta uğradıldı və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. E.ə.
Ağduz
Ağdüz və ya Ağduz;
Aşpaz
Aşpaz — peşəsi yemək bişirmək olan insan. Bu iş tənəffüs orqanları, ürək-damar sistemi, qidalanma orqanları, böyrək və sidik yolları, dayaq-sümük aparatı, əsəb sistemi xəstəlikləri, əllərində dəri xəstəliyi və bakteriya daşıyıcılığına malik insanlara tövsiyə olunmur. Aşpazın işi üçün sanitariya kitabı tələb olunur. Aşpaz yalnız müəyyən yeməklərin hazırlanmasında praktik bacarıqlar tələb etmir, həm də qida istehsalının təşkili, məhsulların xüsusiyyətləri haqqında dərin nəzəri biliklər tələb edir.
Daşduz
Daşduz— Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhərində qəsəbədir. Bu dağətəyi ərazi Naxçıvan şəhərindən cənub-qərbində 12 km məsafədə yerləşir. == Etimologiya == Daşduz adının mənası qədim türk dilindən Daş (qaya, daş) və duz sözlərinin birləşməsindən yaranmışdır. Naxçıvanın Daşduz yatağı da buarada yerləşir, kəndin adı da buradan götürülmüşdür.
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. == Toponimikası == Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cu ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. == Coğrafiyası və iqlimi == Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
İşquz
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir. == Skif,sak və massagetlərin Azərbaycana gəlişi == Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir.
ASUS
ASUSTeK Computer Inc. — 1989-cu ildə qurulmuş Tayvan mərkəzli bir kompüter və təchizat istehsalçısıdır. Dünyanın ən keyfiyyətli anakart istehsalçılarından biridir. ASUS 2005-ci ildə cəmi 50 milyon anakart ixrac etmişdir. Bu 2005-ci ildə hər üç fərdi kompüterdən birinin ASUS marka anakart istifadə etdiyi mənasını verməkdədir. ASUS anakartın yanında, Ekran Kartı, LCD Panel,Mobil telefon, kassa, UMPC, dizüstü kompüter sahələrində də məhsullar təqdim etməkdədir. Anakart istehsalının yanında Dizüstü Kompüter istehsalı sahəsində də olduqca müvəffəqiyyətli bir markadır.
Asku
Asku (fr. Ascou) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Aks-le-Term kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09023. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 83 yaşda olan (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,7%, 1999-cu ildə 73.2%). Fəal olan 62 nəfərdən 54 nəfəri (28 kişi və 26 qadın), 8 nəfər işsizdir (5 kişi və 3 qadın). 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Assur dili
Asoru dili və ya Yeni Asoru Arami dili Sami dil ailəsinə mənsubdur. Təxminən 220 min insan tərəfindən danışılmaqdadır və Asoru xalqının İranın Qərbi Azərbaycan ostanında, Türkiyənin Hakkari əyalətində, İraqda, Suriyada ,Ermənistanda və Gürcüstanda danışdığı dildir.
Ağdüz (Qəzvin)
Ağdüz (fars. اق دوز‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 35 nəfər yaşayır (9 ailə).
Ağdüz (Çaldıran)
Ağdüz (fars. اق دوز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (57 ailə). == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 18 km şimal-qərbdədir.
Aşşur (tanrı)
Aşşur- (akkad. ) assuriya, şumer-akkad mifologiyalarında müharibə, dava tanrısı.
Baş aşpaz
Baş aşpaz , Aşpazbaşı və ya Şef qida hazırlanmasının bütün aspektlərində təcrübəli olan yüksək bacarıqlı peşəkar aşpaz.
Daşüz bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eutriorchis astur
Eutriorchis astur (lat. Eutriorchis astur) — eutriorchis cinsinə aid quş növü.
Kristina Asmus
Kristina Asmus (rus. Асмус, Кристина Игоревна, Əsl familyası: Myasnikov; d.14 aprel 1988, Korolyov, Moskva) — Teatr və kino aktrisası. "İnternlər" serialında Varvara Çernous rolu ilə tanınır. == Həyatı == Kristina Myasnikova 14 aprel 1988 il İqor Lvoviç və Radada Myasnikovun ailəsində Kalininqradda (İndi Korolev) anadan olub, üç bacısı var: böyüklər — Yekaterina və Olqa, ikisi də Saratovda, Karina isə Korolyavda anadan olmuşdur. Gəncliyində gimnastika ilə məşğul olmuş, idman ustası namizədi rütbəsinə nail olmuşdur. Bir məktəbli olaraq, "MEL" teatrında ""Burada şəfəqlər sakitdir"" (Jenya Komelkova) tamaşasında və Korolyov şəhərindəki bir teatrda N.Yermakova "Madmazel Tarjinin portreti" (Fantin) pyesini oynamışdı. Uşaqlıqda "Vəhşi mələk" serialına baxaraq aktrisa olmağa qərar verən A.Kristina Nataliya Oreyronın pərəstişkarı olub. 2005-ci ildə Moskva İncəsənət Teatr Məktəbinin A.Raykin kursunda daxil oldu, lakin təhsil ala bilmədi. 2008-ci ildə M.Şepkin adına Teatr Məktəbinin Boris Klyuyevin kursuna daxil oldu. Aktrisanı daha da məşhurlaşdıran 2010-cu ildə "İnternlər" komediya serialındakı Varvara Çernous rolu oldu.
Mühiddin Akyüz
Mühiddin Akyüz — Mühiddin Paşa (1870, Konstantinopol – 11 noyabr 1940, Ankara) Türk hərbçi, diplomat, siyasətçi. Qurtuluş müharibəsində iştirak edən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra diplomat və millət vəkili kimi çalışmışdır. == Həyatı == 1870-ci ildə İstanbulda dünyaya gəlib. Atası, Ədirnə Evkaf mühasibi Şövqü bəy, anası Fatmatüzzəhra xanımdır. 1885–1888-ci illərdə Ali Hərb məktəbini bitirib. Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 1888-ci ildə Ali Hərbi Məktəbində müəllim köməkçisi işinə başladı. 1897-ci ildə Türk-Yunan müharibəsinə qatıldıqdan sonra təkrar Ali Hərbi Məktəbində müəllimliyə qayıdıb və 1905-ci ildə sürgün edilənə qədər bu işi davam etdirib. Tələbələrə padşah II Əbdülhəmid əleyhinə fikirlər aşıladığı səbəbilə 1905-ci ildə rütbəsi geri alındı və əvvəl Fizana, sonra Diyarbəkirə və Ərzuruma sürgün edilib.
Rabab Aşour
Daşüz körpüsü
Hacı Rəşid körpüsü yaxud Daşüz körpüsü — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində, Daşüz yaşayış ərazisində XIX əsrə aid tarixi abidə. == Haqqında == Hacı Rəşid körpüsü (Daşüz körpüsü) Oğuz rayonunun Xaçmaz kəndinin ərazisində Daşüz yaşayış ərazisində yerləşir. Mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilmişdir. Körpü çatma tağlıdır. Yəni iri dairə qövsünün kəsişməsindən yaranır. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formal tuf daşı və kirəc məhsulundan istifadə olunmuşdur. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilmişdir. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metrdir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7 metrdir.
Aşşur çarlığı
Aşşur çarlığı və ya Assuriya (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış, Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli qədim dövlət. Aşşur çarlığı Babildən şimalda yaranmışdır. Bu dövlət e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta uğradıldı və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. E.ə.
Con Harrison (aşbaz)
Con Harrison (aşpaz)
Con Harison (ing. John Harrison) (d. 1942, Kaliforniya, ABŞ) — Dreyer şirkətində işləyən aşpaz və dondurmanı kəşf edən. Harison bu şirkətdə 30 il işləyib. O, işi üçün "Dondurma adam" ləqəbini aldı. == Həyatı == Harison 1980-ci ildə Dreyerin dondurma şirkətinin üzvü olub. 2010-cu ildə Dondurma adamı ləqəbini alıb. Həmin ildən pensiya almağa başlayıb. Gündəlik orta hesabla 60 növ dondurma nümunəsi hazırlayırdı. Harison dondurma yaratmağa başlayırdı.
Naxçıvan Daşduz Yatağı
Naxçıvan Daşduz Yatağı — Babək rayonunu ərazisində, Naxçıvan şəhərindən 12km şimal-qərbdə, Duzdağın cənub yamacındadır. == Haqqında == Geoloji quruluşunda Üst Miosen və Dördüncü dövr yaşlı çöküntülər iştirak edir. Üst Miosen çöküntüləri tərkibində əhəngdaşı, mergel, alevrolit və vulkan külü laycıqları olan gil, qumdaşı və müxtəlif dənəvər qumlardan ibarətdir. Yataqda 5 daşduz layı aşkar edilmişdir və yalnız üst hissədəki iki lay sənaye əhəmiyyətlidir.. I lay yer səthindən 105-178 m aşağıda yerləşir və duzun qalınlığı 4,4-10,3 m (orta qalınlıq 6,0m) təşkil edir. II lay I laydan 6-9 m qalınlığında gil layı ilə ayrılır və duzun qalınlığı 6,3- 10,8 m təşkil edir. Duzun rəngi gilli-qumlu törəmələrin miqdarından asılı olaraq ağ və açıq-bozdur. Yataq 1926-cı ildən istismar olunur. NaCl-un miqdarı 92-98,5%-dir. Yatağın sənaye ehtiyatı 124506 min tondur.
Nehrəm Daşduz yatağı
Nehrəm Daşduz yatağı — Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 12 kilometr cənub-şərqdə, Qızılburun dəmir yolu keçidindən 4 kilometr şimalda Nehrəm qəsəbəsi ətrafında yerləşir. == Ümumi məlumat == Geoloji quruluşunda Orta Miosenin karaqan horizontunun gil və duzları iştirak edir. 1946-cı ildə aşkar edilmişdir. Yataqda duz qatının qalınlığı cənub-şərqdən (43.0 metr), şimal-qərbə (92.0 metr) doğru artır. Duzun tərkibində Natrium xloridin miqdarı 78-92 faizdir. Həll olmayan qalıqlar 11-17 faiz təşkil edir. Natrium xloridin miqdarı aşağı olduğuna görə yataq susuzlaşdırılmış soda istehsalı məqsədilə öyrənilmişdir. Yatağın ehtiyatı 1378 milyon tondur.