Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oko
Oko (Moskva) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 16 nömrəli binalar kompleksi. Morskie Oko — Polşanın cənubunda, Malopolski voyevodluğunda yerləşən göl.
Tako
Tako (isp. Taco, astek tlacopan)- ənənəvi Meksika yeməyidir ki,qarğıdalı və ya buğda tortiliya çörəyi bir doldurma ətrafında qatlanmış və ya lülələnmişdir.Tako müxtəlif doldurmalar o cümlədən mal əti, toyuq əti, dəniz məhsulları, tərəvəzlər və pendir ilə hazırlana bilər.Tako ümumiyyətlə əl ilə yeyilir və salsa sousu, avokado və ya quakamole, silantro, pomidorlar, qiymə ət, soğan və kahı ilə müşayiət olunur. Tako, Meksikada Avropalıların gəlişindən əvvəl istehlak edilməyə başlanmışdır.
Teo
Teo (belar. Юрый Вашчук) — 24 yanvar 1983-də anadan olan Belaruslu müğənni. Teo Cheesecake mahnısı ilə Belarusu 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Ako qisası
47 ronin və ya Ako qisası — XVIII əsrin əvvəllərində Yaponiyada baş vermiş tarixi hadisə. Əhvalatın tarixçəsi 47 roninin (ağasını itirmiş samuray) öz ağalarının qisasını almasından bəhs edir. == Səbəb == 1701-ci ildə Yaponiyanın Ako bölgəsində yaşayan Asano adlı zədəgan Kira adlı yüksək rütbəli məmurun qəbulunda olarkən təhqirə məruz qalmış, o isə cavabında Kiraya hücum etmişdi. Dövlət məmuru zədəganı məhkəməyə vermiş, lakin ədalət bərpa olunmadan, ilk təqsirkar yox, Asano barədə seppuku hökmü oxunmuşdu. Asano hökmü yerinə yetirir. Asanonun nahaq ölümündən sonra ronin vəziyyətinə düşmüş 47 vassalı (samuray) nəyin bahasına olur-olsun, hətta hamısını ölüm cəzası gözləsə belə, onun qisasını almağa and içir. == Qisas əməliyyatının həyata keçirilməsi == 47 ronin arasında ağlı və qoçaqlığı ilə seçilən Oyşi bu işə rəhbərlik edir. O, heç kimdə şübhə oyanmasın deyə, roninlərə dağılışıb, ayrı-ayrı yerlərdə fərqli həyat tərzi yaşamaq əmri verir. Onlardan bəzisi kahin, bir neçəsi tacir kimi yaşamağa başlayır. Oyşi özü isə arvadından boşanaraq, paytaxt Kiotoya köçüb, cavan bir qızla yaşayır və hər gün sərxoşluq edir.
Böyük Toko
Böyük Toko (saxa Улахан Токо) — Rusiya Federasiyası Saxa Respublikasının cənub-şərq hissəsindəki Aldan dağlarında, Amur vilayəti ilə sərhəd yaxınlığında yerləşən göl. Neryunqri rayonunda, Neryunqridən 450 km məsafədə, Xabarovsk diyarı ilə inzibati sərhəddən 90 km qərbdə yerləşir. Göl Alqama çayının hövzəsinə aiddir. Sahildə daimi yaşayış yerləri yoxdur, ərazi baxımından Böyük Toko Təbiət Qoruğunun bir hissəsidir. Göldən qərb istiqamətində kiçik bir məsafədə Elqinski kömür yatağı yerləşir. Böyük Toko 82,6 km² bir sahəsi olan Stanovo silsiləsindəki ən böyük göldür və buzlaq tərəfindən işlənmiş tektonik çökəklikdə yerləşir. Kiçik buzlaq mənşəli qolları olan yuvarlaqlaşdırılmış, şimala doğru uzanan bir su anbarı şəklindədir. Göl mütləq yüksəkliyi 950–1100 m və ümumi sahəsi 10 min km²-dən çox olan Tokinski yaylasında yerləşir. Tokinski hövzəsi adlanan yayla, cənubdan və cənub-şərqdən Tokinski Stanikov silsiləsi, şimaldan Aşağı Qonamski silsiləsi, qərbdən Ninganski silsiləsi və şərqdən Üçuro-İdyumski silsiləsi ilə həmsərhəddir. Su kənarının hündürlüyü 903 m-ə bərabərdir.
Eko terminlər
== Ekomarka == Ekomarka — ekoloji təmiz məhsullara verilən marka, istehlakçıların daha yaxşı seçim etməsinə şərait yaratmağa və istehsalın stimullaşmasına xidmət edir. == Ekomorflar == Ekomorflar — bitki və heyvanların xarici mühitlə əlaqədar yaşayış forması. Yerüstü orqanizmlər üçün bu, hər şeydən əvvəl, rütubət hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit, mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofıl, meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və halofil, substrata münasibətinə görə litofit və litofil və psammofil olur. == Ekonizamlayıcı proseslər == Ekonizamlayıcı proseslər- bioloji və ekoloji inteqrasiya proseslərinin bütün səviyyələrində mövcud olub fərdlərin həyat fəaliyyətinin sabitliyi, onun saymı və biokütləsini saxlayır və nəzarət edir. Həm abiotik (işıq, temperatur, nəmlik və s.), həm də biotik (yırtıcılıq, parazitlik, rəqabət və s.) faktorlar populyasiyanın sayının, növ müxtəlifliyinin və biosenozun kütləsinin nizamlanmasında bilavasitə və ya dolayı yolla iştirak edirlər. == Ekonomansiya == Ekonomansiya-istehsalın əlavə məhsulları və ya tullantılarından və təbii resurslarından səmərəli istifadə üsullarını öyrənən bölməsi. == Ekosfer (ekoloji sfer) == Ekosfer (ekoloji sfer)- bir-birilə əlaqəsi olan bioloji sistem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən ətraf mühit. Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə edilmişdir.
Oko (Moskva)
OKO (rus. объединённые кристаллом основания) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 16 nömrəli binalar kompleksi. Kompleks iki tikilidən ibarətdir: 16A və 16B. OKO - sözü "Birləşmiş kristalların əsası" mənasının qısaltmasıdır. Cənubi qüllə kompleksi hündürlüyünə görə tikilib qurtaran binalar arasında Avropada ikinci yerdədir. Həm yaşayış, həm də ofis yerləri təxminən eyni ölçüdə binalarda yerləşdirilib: ofislərə 122493 m², mənzil üçün 122507 m² yer ayrılmışdır. == 16A göydələni == Göydələnlərdən biri - Cənubi qüllə 354 metr və 85 mərtəbədən ibarətdir. Hər iki binanın hazırda yeraltı mərtəbələri mövcuddur. == 16B göydələni == Şimali qüllə 49 mərtəbəli və 245 metr hündürlüyündədir. 16B nömrəli tikilidə üçulduzlu hotel , 330 otaq və 3740 avtomobil üçün dayanacaq yeri göydələn yerləşdirilmişdir. Otel 22 mərtəbədən ibarət və 79 metr yüksəkiyindədir.
RKO (janr)
Rol videooyunu (abr. RVO, ing. Role-playing video game; adətən rol oyunu adlanır, ing. Role-playing game, abr. RPG) və ya Rol kompüter oyunu (abr. RKO, ing. Computer role-playing game, abr. CRPG) — oyunçunun ətraflı şəkildə hazılanmış bir dünyada bir və ya bir neçə personajın hərəkətlərini idarə etdiyi videooyun janrı. Rol videooyunlarının əksəriyyətinin mənşəyi stolüstü rol oyunlarına əsaslanır və demək olar ki, eyni terminologiyadan, mövzudan və mexanikalardan istifadə edir. Janrın stolüstü rol oyunlarıyla olan digər əsas bənzərliklərinə təkmilləşdirilmiş süjet elementləri, oynanıla bilən personajın inkişaf edilməsi, mürəkkəbliyi, eləcə də yenidən oynanıla bilərliyi və daldırıcı xarakteristikası daxildir.
RKO Pictures
RKO Pictures (Radio-Keith-Orpheum abbreviaturasından) — klassik Hollivudun beş böyük studiyası içərisində ən sonuncu açılmışı və dövriyyəsi baxımından ən kiçiyi olan studiya. Şirkət 1928-ci ilin oktyabr ayında Cozef Kennedinin kinostudiyasının (Film Booking Office of America, qısaca FBO) və Keith-Albee-Orpheum kinoteatrlar şəbəkəsinin birləşməsi nəticəsində quruldu. Birləşdirmə təşəbbüskarı kimi Radio Corporation of America adlı korporasiyanın başçısı David Sarnoff çıxış etdi, onun sərəncamında səsli filmə olan patent var idi. Sarnoff bu yenilikçi texnologiyanı inkişaf etdirmək üçün studiyadan istifadə etməyi planlaşdırırdı. RKO-nun film bazarında əsas oyunçu kimi nüfuzu yarı rəngli "Rio Rita" (1929) müziklı və gənc Selznikin prodüser olduğu 1933-cü il tarixli "Kinq Konq" macəra filmi ilə möhkəmləndi. 1930-1940-cı illərdə RKO-nun Amerika film bazarındakı payı 9-10% ətrafında dəyişirdi.
Tako Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Tao Okamoto
Tao Okamoto (岡本 多緒, 22 may 1985, Çiba) və ya sadəcə Tao – Yaponiya aktrisası və modeli. 2009-cu ildə "Ralph Lauren" brendinin siması olmuşdur. 2013-cü ildə çəkilən "Şimal porsuğu: Ölməzlik" filmində Mariko Yaşida personajını canlandıraraq aktrisa kimi debüt etmişdir. 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda çıxış etmişdir. "Hannibal", "Hündür qəsrdəki adam" və "Vest dünyası" seriallarında yan rollarda oynamışdır. == İlk illəri == Tao 22 may 1985-ci ildə Yaponiyanın Çiba prefekturasının eyniadlı şəhərində doğulmuşdur. Model karyerasına 14 yaşında başlamışdır. == Karyerası == === Modellik === 2006-cı ildə Parisə köçərək beynəlxalq səviyyədə model olmağa qərar vermişdir. Qısa müddət ərzində Avropa podiumlarında model kimi çıxış etmiş, tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 2009-cu ildə Nyu-Yorka köçmüşdür.
Teaoni Teo
Teaonui Tehau (1 sentyabr 1992-ci ildə anadan olub) — Taiti Birinci Diviziyasında mübarizə aparan Pirae FK klubunda yarımmüdafiəçi və hücumçu kimi çıxış edən Taiti futbolçusudur. Onun qardaşları və əmisi oğulları Alvin Tehau, Lorenzo Tehau və Conatan Tehau da Taiti milli futbol komandasında iştirak edir. == Milli karyerası == Teaonui Taiti milli futbol komandasının həm aşağı yaş qruplarında, həm də əsas yığmasında iştirak etmişdir. O, 2012-ci ildə OFK Millətlər Kubokunu qazanan komandanın tərkibində də yer almışdır. == Milli komanda qolları == 28 May 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Taiti hesablamasının birinci siyahısındadır.
Teo Ceyms
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. == Erkən həyatı və təhsili == Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. == Şəxsi həyatı == Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.
Teo Hernandez
Teo Siabo
Terens Tao
Тerens Çi Şеn Тао (Çin əsilli|陶哲軒|陶哲轩|Táo Zhéxuān|Тао Zexuan, 17 iyul 1975[…], Adelaida) — avstraliya riyaziyyatçısı,əsasən riyyaziyyatın "harmonik analiz","xüsusi törəməli differensial tənliklər","kombinatorika","ədədlər nəzriyyəsi" və "nümayəndələr nəzəriyyəsi" (en:Representation theory).Ən çox tanınmış işi britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud "sadə ədədlər"in hesabi silsiləsinin varlığıdır (Qrin — Тао teoremi).Tao hazırda Los-Ancelesdə Kaliforniya Universitetində riyaziyyat üzrə professordur.Terens Tao 2006-cı ildə 31 yaşında Filds medalı ilə təltif olunmuşdur. == Şəxsi həyatı == Tao istedadlı uşaq idi.O 24 yaşında Los-Ancelesdə Kaliforniya Universitetinin professoru olur və bu hələki bu adı alan ən gənc alim olaraq qalır.Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olmuşdur.Onun atası Uilyam Rendolf Tao (Syanqo çin. 陶象國) pediator işliyir,anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışmışdır. Tonun atası mətbuata demişdiki,iki yaşında olarkan Tao bir dəfə ailə yığıncağında 5 yaşlı uşağa riyaziyyat və ingilis dilini öyrətməyə çalışırdı.Smitson online-jurnalına görə Tao hesabdan baza biliklərini iki yaşında öyrənmişdi.Atası ondan rəqəmləri və hərfləri hardan bildiyini soruşduqda Toa ona buları "Sezam küçəsi"(uşaqlar üçün öyrədici əyləncəli proqram) teleproqramdan öyrəndiyini demişdi. Taonun iki qardaşı var,hər ikisi Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil etmişlər. Naydcel Taonun (ing. Nigel Tao) İQ-su 180-di,o "Google Wave"-i yaradan Avstraliyadan olan komandanın iştrakçısı olmuşdur. Trevor Tao (ing. Trevor Tao) həm riyaziyyat həm də musiqi sahəsində iki qat alimlik dərəcəsinə malikdir.Onun haqqında Savant sindromu kitabında danışılacaq. Terens həyat yoldaşı və oğlu ilə Kaliforniyada Los Anceldə yaşıyır.
Tik-Tok
Bu terminin başqa mənası da var, bax: Tik-Tok Tik-Tok (ing. Tik-Tok) — Laymen Frenk Baumun "Oz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan personajı.. Ədəbiyyatşünaslar onu "robotun prototipləri" siyahısına aid edirlər və ədəbiyyatda robotun ilk nümunələrindən (Edvard Ellisin 1868-ci ildə yazdığı "Preriyalarda buxar adamı" əsərinin personajı "buxar insanla" birlikdə) hesab edilir. Lakin robot termini ilk dəfə ancaq 1920-ci ildə Karl Çapekin "Rossum universal robotları" pyesində işlənmişdir. == F.Baumun personajı == Tik-Tok – dairəvə formada olan, tuncdan hazırlanan mexaniki insandır. O, zavod yaylarının (prujinlərinin) fəaliyyəti sayəsində hərəkət eləyir. Həmin prujinləri mexaniki saat və ya mexaniki oyuncaq kimi mütəmadi olaraq qurmaq lazımdır. Onun dizləri və ovucu cəngavər zirehini xatırladır. Tik-Tokun düşünmək, nitq və hərəkətləri üçün ayrıca mexanizmlər vardır. Lakin o bunlardan hər hansı birini sərbəst işlədə bilmək qabiliyyətində deyildir.
Tiko Torres
Tiko Torres (ing. Tico Torres; əsl adı Hector Samuel Juan "Tico" Torres) — ABŞ musiqiçisi, Bon Jovinin zərb alətləri ifaçısı olan kubalı — italiyalı Hektor və Emma Torreslərin ailəsində dünyaya gələn Tiko Torresin əsl adı Hektor Samuel Juan Torresdir. Nyu-Cersidə böyüyən Torres, JFK Memorial liseyini bitirmişdir. Caz musiqi dinlədiyi dövrlərdə Joe Morello ilə işləyən Tiko Torresin təsirləndiyi sənətçilər arasında John Coltrane, Elvin Cons, Led Zeppelin və The Beatles kimi musiqiçilər və musiqi qrupları var. Ləqəbi Hitman olan Tiko Torres, 1983-cü ildə Bon Joviyə qatılmadan əvvəl aralarında, Franke and the Knockouts, Pet Benatar, Çak Beri, Şer, Alice Cooper və Stevie Nicks kimi adların olduğu musiqiçilərlə həm studiya həm də canlı performanslarda işləmiş və cəmi 26 albomda yer almışdır. 1983-cü ildə Bon Jovi'nin qurulması ilə birlikdə ilk həyat yoldaşından ayrılan Tiko Torres, 1996-cı ildə Çex top model Eva Herzigova ilə evlənmişdir. Nyu Cersidə baş tutan toya cütlüyün ailələri, Donald Trump və Bon Jovi üzvləri kimi məşhurların da arlarında olduğu yaxın yoldaşları gəlmiş, cütlük məşhur toy rəqsini isə Bon Jovi'nin canlı Always mahnısının sədaları altında etmişdir. 1998-ci ildə Eva Herzigova'dan ayrılan Torres, 2001-ci ilin sentyabrında Maria Alejandra ilə evlənmişdir. Cütlük, 9 yanvar 2004-cü ildə doğan oğullarının adı Hector Aleksandr qoydu. Musiqidən əlavə rəssamlıq edən Tiko Torresin ilk sərgisi Nyu-Yorkdakı Ambassador Galleries'də reallaşdı.
Tok-şou
Tok-şou (ing. Talk show) — Televiziya və ya radio kanallarında təbii söhbət üzərində qurulmuş janr. Tok-şou digər televiziya proqramlarından müəyyən ümumi tərzi ilə seçilir. Tok-şouda bir nəfər (və ya bir qrup insan və ya qonaq) bir aparıcının irəli sürdüyü müxtəlif mövzuları müzakirə edir. Bu müzakirə mühüm ictimai, siyasi və ya dini mövzular və hadisələr haqqında bir reportaj və ya sadə bir söhbət şəklində ola bilər.
Tok (Alyaska)
Tok (Tanakrosça ?) — ABŞa bağlı Alyaska ştatının Southeast Fairbanks Census Area sayım bölgəsində Alyaska atabasklarından Tanakroslar tərəfindən məskun olan bir məbtəqə. Toplam sahəsi 342.6 km² olan əhali sayı 2010-cu ilə görə əhalisi 1.258 nəfərdir. == Yerlilər == Ana yerli xalq Tanakrosçanın Mansfeld-Kechumstuk şivəsini danışan hindli Alyaska Atabasklarıdır. Yerlilərin faizi % 12.85, ağlar isə % 78.03 dir.
Too Shy
Too Shy — Kajagoogoo qrupunun 1983-cü ildə White Feathers albomundan çıxrdığı sinql.
Two Feet
Zakari Vilyam "Bill" Dess (20 iyun 1993, Manhetten, Nyu-York ştatı) — Two Feet təxəllüsü ilə tanınan amerikalı müğənni, bəstəkar və prodüser. Nyu-Cersi ştatının Tenaflay şəhərindəki Tenaflay Liseyində oxuyub. Dess Two Feet-i yaratmazdan əvvəl caz və blüz ansambllarında ifa edirdi. "Go Fuck Yourself" adlı sinqlı SoundCloud-da viral hitə çevrildikdən sonra o, Republic Records ilə müqavilə imzaladı. Sinql ABŞ-nin Hot Rock Songs hit paradında 36-cı yerə çıxdı. Onun növbəti sinqlı "I Feel Like I'm Drowning" 2018-ci ildə ABŞ Alternativ Mahnılar hit paradında bir nömrəyə yüksəldi. 5 oktyabr 2018-ci ildə Two Feet, "I Fell Like I'm Drowning" "Hurt People" sinqllarını əks etdirən A 20 Something Fuck adlı albomunu buraxdı. 13 mart 2020-ci ildə Pink adlı ikinci albomunu və 16 aprel 2021-ci ildə üçüncü albomu Max Maco Is Dead Right?-ı çıxartdı. Onun dördüncü albomu Shape & Form 13 may 2022-ci ildə yayımlandı. == Diskoqrafiya == === Studiya albomları === A 20 Something Fuck (2018) Pink (2020) Max Maco Is Dead Right?
Umberto Eko
Umberto Eko (5 yanvar 1932[…], Alessandriya, İtaliya krallığı[…] – 19 fevral 2016[…], Milan, İtaliya) — italyan filosof, tarixçi-medievist, yazıçı. == Həyatı == Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub. Umbertonun babası atılmış uşaq olub və o dövrdə İtaliyada qəbul olunmuş qaydaya görə ona Ех Caelis Oblatus (yəni "Allahın bəxşişi") ifadəsinin abreviaturunı soyad kimi veriblər. Turin Universitetində orta əsr fəlsəfəsivə ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edir və Katolik kilsəsini tərk edir. 1954-cü ildə Turin Universitetini bitirir, tarix və jurnalistika ilə məşğul olur, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyir. U. Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir. U. Eko həmçinin Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş ekspertidir. U. Eko 1962-ci ildən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailəlidir.
Van Tao
Vanq Tao (13 dekabr 1967) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Vanq Tao Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Vanq Tao Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub.
Teo Ernandes
Teo Bernard François Hernandez (6 oktyabr 1997, Marsel, Fransa) — Fransalı peşəkar futbolçu. İtaliyanın Milan klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi. == Klub karyerası == Hernandez Marseldə anadan olmuşdur. Teo 2008-ci ildə on yaşı olarkən Atletiko Madridin gənclər akademiyasına daxil olmuşdur. Gənclər yığmalarında çıxış etdikdən sonra o, 2015-ci ilin yayında reserv komandası ilə Terkera Diviziyasında iştirak etdi. Teo peşəkar karyerasında debütünü 30 avqust 2015-ci ildə Puerta Bonita klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Sequnda B görüşündə Atletiko Madrid rəqibinə 4–3 hesabı ilə qalib gəlmişdir. Həmin ilin fevralında Teo klub ilə yeni müqavilə imzalamışdır. İki gündən sonra o, zədəli oyunçular səbəbi ilə Eybar klubuna qarşı La Liqa görüşü üçün əsas heyətə çağırılmışdır.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Barnaul-Т
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.