Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abxazlar
Abxazlar — Şimali Qafqazda xalq. Dilləri abxaz dilidir. ABXAZLAR (özlərini apsua adlandırırlar) – abxaz-adıge xalqlarından biri, Abxaziyanın əsas əhalisi. Abxaziyada sayları 91,2 min nəfərdir (1995). Rusiyada və Türkiyədə, həmçinin ərəb ölkələrində də yaşayırlar. Ümumi sayları 140 mindən çoxdur (2000). Abxaz dilində danışırlar. Abxazların əcdadları Qafqazın Qara dəniz sahillərinin qədim sakinlərindən olmuşlar. Bəzi mülahizələrə görə, Abxazların etnogenezində e.ə. 3–2-ci minilliklərdə Kiçik Asiyadan bu əraziyə gəlmiş əhali qrupları iştirak etmişlər.
Afrika abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
Zənci abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
Abazalar
Abazin, Abazalar və ya Abaziniyalı(Abazin and Abxaz: Абаза; Çərkəz: Абазэхэр; rus. Абазины; türk. Abazalar; ərəb. أباظة‎) — Abxaz və çərkəz xalqları ilə sıx əlaqəli olan Şimal-Qərbi Qafqazda yaşayan etnik qrup. Əsasən Türkiyə, Misir və Rusiyanın Şimali Qafqaz bölgəsindəki Qaraçay-Çərkəz Respublikasında və Stavropol diyarında yaşayırlar. Abazinlərin bir qolu olan Tapantalar Kubanın yuxarı hissəsindəki Besleney və Kabardin knyazlıqları arasında yaşayırdı.. Abazinlər əvvəlcə Abxaziyanın qərb hissəsindəki Sadzen bölgəsində məskunlaşmış və 14–15-ci əsrlərdə Abxaziyadan Abaziniyaya köç etmişlər. Daha sonra 18–19-cu əsrlərdə keçmiş Osmanlı İmperiyasının müxtəlif bölgələrinə köç etdilər. 18-ci əsrin sonlarından etibarən onların hakim dini sünni İslamdır (Hənəfi). Abazin xalqı abxaz və çərkəz dillərinə çox yaxın, Şimal-qərb Qafqaz dillərindən olan abaza dilində danışır.
Abazqlar
Abazqlar (q.yun. Αβασγοί; lat. Abasci, Abasgi; gürc. აბაზგები) — Qafqazda, indiki Abxaziyanın qərbində məskunlaşan qədim xalq. Onlar abxazların əcdadları sayılır. Aşşur, sonralar isə antik mənbələrdə xatırlanan abazqlar Qafqazın Qara dəniz sahilinin köklü sakinlərindən olmuşlar. 550-ci ildə Laz müharibəsi zamanı abazqlar Bizans imperiyasına qarşı üsyan qaldıraraq Sasaniləri köməyə çağırmışdılar, lakin general Bess abasq üsyanını darmadağın etmişdir.
Abbaslar
Abbaslar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd olmuşdur. XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir. İndi ölü kənddir. Toponim abbaslar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Toponimik adı == Abbaslar kəndin əsasını qoymuş nəslin adıdır.
Abdallar
Abdallar (Marağa) — Abdallar (Zəncan) — Abdallar (Karpibasar) — Karpibasar mahalında kənd. Abdallar — 1923-cü ilədək Laçın şəhərinin adı. Abdallar — Laçın rayonunda ləğv olunmuş kənd.
Avazlar
Avazlar — Azərbaycan Respublikasının Laçın rayonu Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bu kəndin tarixi haqqında yazılı mənbələr demək olarki yox dərəcəsindədir. Kəndlə bağlı tədqiqatçı yoxdur. Araşdırmaçılar sadəcə olaraq Azərbaycan ərazisində yaşayan tayfalar haqqında, toponimlər haqqında, ya da hansısa türkçü düşüncə ilə yanaşdıqda hansısa bir mənbədə türkə bağlılıq görüblərsə, elə oradaca xalq qarşısında xidmətlərini bitmiş hesab ediblər. Unudurlar ki tarixi təhrif etmək, gələcək nəsilləri türkçü etmək demək deyil. Əksinə anti-türk tədqiqatçılara bu bir şans olur. O şanski, onlar Qafqazın türk tarixinin ancaq bu cür mənbələrdən ibarət olduğunu bildirib ələ salsınlar. Avazlar kəndinin adına aydınlıq gətirmək istəyən şəxslərin adlarını, aşağıdakı ardıcıllıqla qeyd edək. Necə olubki bu kənd haqqında hansısa mənbəyə söykəniblər? Gəlin bizdə onları araşdıraq: 1.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Abdallar (Karpibasar)
Abdallar — İrəvan xanlığının Karpibasar mahalında kənd adı. == Toponimik adı == Abdallar — İrəvan xanlığının Karpibasar mahalında kənd adı. 1590-cı ilə aid mənbədə Abdallar məzrə (əkin yeri) adı, 1728-ci ilə aid mənbədə isə qəryə (kənd) adıdır. Həmin mənbədə kəndin İrəvan əyalətinin Karbi nahiyəsində Maçdərə kəndinin yaxınlığında yerləşdiyi qeyd olunur və onun Kasim vələdi Yusif adlı bir şəxsə (mülkədara) məxsus olması göstərilir. 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Türkiyə və Ermənistan ərazisində çoxlu toponimlərdə əksini tapmış abdal komponentinin mənasını bütün hallarda müəyyən etmək çətindir. Qədim türk tayfalarından biri Abdal (Ağhun) adlanmışdır, Abdal adlı tayfa başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə vardır. V.A.Qordlevski yazmışdır ki, Abdal tayfası orta əsrlərdə Türkiyədə güclü ictimai-siyasi qruplardan idi. Lakin XV–XVI əsrlərdə İranda və Türkiyədə Sufi təriqətinin üzvləri də abdal (ərəbcə bədəl sözündən) mömin, zahid, müdrik adlanırdı. (I Şah İsmayıl Xətaidə: Sufiyəm təriqətdə, həqiqətdə abdaləm).
Abdallar (Laçın)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur.Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Abdallar (Qırxbulaq)
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. == Tarixi == Avdalar İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd adıdır. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11–12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır.Toponim abdal türk tayfasının adına cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur. == Əhalisi == Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1918-1919-cu illərdə Türkiyənin Van əyalətindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir.
Abdallar (Xudabəndə)
Abdallar — İranın Zəncan ostanının Xudabəndə şəhristanına daxil olan kənd.. == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 25 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (36 ailə).
Abdallar (kənd)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur.Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Abdallar (Çaroymaq)
Abdallar (fars. ابدارلار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 38 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (14 ailə).
Abdallar ulya
Abdallar ulya - Qarni nahiyyəsində kənd. == Toponimik adı == Abdallar ulya - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı. Abdal etnonimindən və ərəbcə ulya yuxarı sözündən ibarətdir. == Həmçinin bax == İrəvan xanlığı Abdallar Qərbi Azərbaycan == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Əynular (Abdallar)
Əynular və yaxud Abdallar — Uyğurların subetnik qruplarından biri. Çinin Sincan bölgəsində yaşayan türk xalqları. Tyanşanın cənub yamacları, Sincan-Uyğur Muxtar Rayonunun Xotan, Lop, Qarakaş, Yarkənd, Yenihisar, Yenişar mahallarında məskunlaşıblar. Onlar əynu dilində danışırlar və əsasən ələviliyə sadiqdirlər. Təxminən 30.000-50.000 əynu olduğu təxmin edilir. Təkləməkan səhrasının ətrafı onların daha sıx məskunlaşma yeridir. Çinlilər onları əynu, uyğurlar isə abdal adlandırır. == Tarixi == Əynuların əcdadlarının İrandan və ya daha çox qərb bölgələrindən gəldiyi ehtimal olunur. Digər bir fərziyəyə xalqın və danışdıqları əynu dilinin yaranması farsca lüğəti İran dillərinin bir vaxtlar bölgənin əsas ticarət dilləri olmasının və ya fars tacirlərinin yerli qadınlarla evlənməsinin nəticəsidir.Uyğurlar onlara qaraçılar deyirlər. Sayı 30 minə yaxındır, dəqiq məlumat yoxdur.
Sabaha ümidlə baxanlar (film, 1991)
== Məzmun == Film Bakıdakı "Azərelektroştamp" zavodunun xalq təsərrüfatı üçün istehsal etdiyi müxtəlif növ cihazlardan söhbət açır. Kinolentdə aktyor və rejissor Şahmar Ələkbərovun və aktyor Yaşar Nurinin zavod kollektivi ilə görüşü də öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov, Ceyhun Mirzəyev Ssenari müəllifi: Teymur Bəkirzadə, Tatyana Bəkirzadə Operator: Azad Rzayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.