HARIN

sif.
1. Yaxşı bəslənməkdən, yaxşı baxılmaqdan kökəlmiş, qızğınlaşmış, azğınlaşmış; tünd. Harın dayça.
[Xanlar:] Nə qədər xam və harın at olsa, [anam] cilovunu dəstələyib belinə atılasıdır. Qantəmir.
Xanın doqquz ay qaranlıq tövlədə bəslənmiş harın buğasını meydana çıxardılar. M.Rzaquluzadə.

2. məc. Qudurğan, azğın, həddindən artıq lovğa, özündənrazı, mütəkəbbir adam haqqında. Harın qız.
– Rüxsara xanım Kərbəlayı Səftərin tox və harın sifətini görüb, bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq.
Bu almazlar işğalçıların zəngin salonlarında bərq vurur, harın xanımların qolunu, boynunu bəzəyir. R.Rza.

Синонимы

  • HARIN 1. HARIN, AZĞINLAŞMIŞ, TÜND 2. harın bax ərköyün; azğın 2
  • HARIN dikbaş — lovğa

Антонимы

  • HARIN HARIN – BAŞIAŞAĞI Harın adamdır (“Ulduz”); Çox hörmətcil, başıaşağı adamdır (S.Qədirzadə)

Этимология

  • HARIN Har hissəsi farslarda “qudurğan” anlamında işlədilir. -ın şəkilçisi üst-ün, sər-in sözlərindəki ilə qohumdur
HARAYLAŞMAQ
HARINLAMA

Значение слова в других словарях

ассимиля́тор веретёнце ковбо́й отшлифо́вывать побра́нка рассо́ха рок-татуиро́вка сухосто́й эндоско́пный пирами́да поша́стать спарта́ковец фернамбу́к anacard Chrissie land tenure plank owner rheme smart-alecky truculent two-shear ram yelloch коротковолосый членораздельно шофёр