Avazlar — Azərbaycan Respublikasının Laçın rayonu Hoçaz kənd inzibati ərazi dairəsində kənd.[1]
Avazlar | |
---|---|
Ölkə |
Bu kəndin adı Avaz adlı bəyin yaşadığı ərazi mənasında Avazlar toponimi kimi formalaşmıdır. Avaz bəy əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. XIX əsrin birinci yarısında o indiki Avazlar kəndinin ərazisinə köçmüş və yurd salmışdır. Kənd ərazisində Qızıl qaya adlanan ərazidə, dar bir kahada məskunlaşmışdır. Sonra həmin kahadan yuxarı hissədə başqa yerlərdən gəlmiş ailələr məskunlaşmışdır. Balaca, dar kaha olan bu ərazini insanlar "Avazdar" olaraq nişan vermişdir. "Avaz", "dar" Avaz yaşayan dar (kaha) yer mənasını ifadə edirdi. Sovet dövründə Avazdar toponimi orfoqrafik səhv qəbul edildiyindən, kəndin adı səbəbi bilinmədən Avazlar olaraq rəsmiləşdirilmişdir. Avaz bəy, el arasında "Avaz pəhləvan", "tək Avaz" kimi adlarla da tanınmış və yaddaşlarda qalmışdır.
Avaz bəy Qacar imperiyasının sərkərdələrindən biri olmuşdur. Xalqla şah rejimi arasında olan çəkişmələrin birində, xalqın tərəfində olduğu üçün təqiblərə məruz qalmışdır. Şaha yaxınlığı ilə seçilən həmin şəxsi öldürmüşdür. Hadisədən sonra o, təqiblərdən yaxa qurtarmaq üçün imperiya ərazisin bu səbəbdən tərk etmişdir.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Kəndin məktəbi, klubu, kitabxanası və mağazası var idi.
Bu kənd rayon mərkəzindən 25 km. şimal-qəbdə yerləşirdi.
Əsas təsərrüfatı heyvandarlıq idi.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 70 nəfər olmuşdur.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |