Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adler
== Şəxslər ==
Adler mikrorayonu
Adler, Rusiyanın Krasnodar diyarının, Soçi aqlomerasiya regionu daxilində yerləşən bir şəhər tipli rayon və mərkəzi qəsəbədir. Rayonun sahəsi 1.352 kvadrat kilometr, əhalisi 69.100 nəfərdir (2002). Adler qəsəbəsi Qara dəniz sahilində, Mzımta çayının ağzında yerləşir. 1830-cu ildə region ruslar tərəfindən ələ keçirilir və burada St. Duxovski adlı bir rus hərbi qalası inşa edilir. 1864-cü ildə Ruslar tərəfindən Çərkəzin işğalı ilə bu yerdə yaşayan çərkəzlər (Vibih, Ciget və s.) etnik təmizləmə yolu ilə torpaqlarından qovulur və Osmanlı torpaqlarına göndərilir. Daha sonra Adler adlandırılmış qəsəbə yaxınlığında hava limanı yerləşir.
Adler rayonu
Adler rayonu — Rusiyanın Krasnodar diyarında yerləşən Soçi şəhərinin dörd şəhərdaxili rayonundan biri. Soçi şəhərinin ən cənub bölgəsi, ərazisinə və əhalisinə görə ikincidir. 2014-cü ildə 2014-cü il Qış Olimpiya Oyunlarının bütün yarışları Adler rayonunda keçirilmişdir. Rayonun inzibati mərkəzi Adler şəhəridir. == Coğrafiyası == Rayon Soçinin mərkəzindən 20 km cənub-şərqdə, Abxaziya ilə həmsərhəd olduğu Kudepsta və Psou çayları arasında yerləşir. Qərbdən Xostinski rayonu ilə həmsərhəddir. Dəniz səviyyəsindən 1838 m yüksəklikdə yerləşən Kardyvaç dağ gölündən başlanan Mzımta çayı demək olar ki, rayonun bütün ərazisi boyu axır. Mzımtanın bir çox qolları var: Azmıç, Cıxra, Pslux, Laura, Beşenka, Kepşa. Abxaziya ilə sərhəddə regionun və bütün Böyük Soçinin ən yüksək nöqtəsi — Aqepsta dağı (3256 m) yerləşir. Krasnaya Polyana kəndinin cənubunda Aibqa silsiləsi yerləşir.
Alfred Adler
Alfred Adler (7 fevral 1870[…] – 28 may 1937[…], Aberdin) — neofreydizmin nümayəndələrindən biri, tanınmış avstriyalı həkim və psixoterapevt, fərdi psixologiyanın yaradıcısı. Adler əvvəllər Ziqmund Freydin tələbəsi və əməkdaşı olmuş, lakin sonralar fikir ayrılıqları üzündən 1911-ci ildə ondan ayrılmışdır və psixoanalitik nəzəriyyənin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparmışdır. Onun əsas anlayışlarını fərdin faktiki vəziyyəti və istəkləri arasındakı ziddiyyətlər təşkil edir. == Bioqrafiyası == Alfred Adler 1870-ci il fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olmuşdur. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olmuşdur.Adler uşaqlıqda tez-tez xəstələnərdi. Ona görə də o tərəddüdsüz həkim peşəsini seçir. 1895-ci ildə tibb fakültəsini bitirmişdir , 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərmişdir. Daha sonra o psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşmışdır. 1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafındabirləşərək dərnək yaradan 4 nəfərdən biri olur.1910-cu ildə Freydin təşəbbüsü ilə Vyanadakı psixoanalitik cəmiyyətin rəhbəri olur. Lakin tezliklə o, psixoanalizlə birdəfəlik əlaqələrini kəsir və Freydin bir çox fikirlərinı qarşı çıxır.
Ander Herrera
Ander Herrera (14 avqust 1989[…], Bilbao, Basklar ölkəsi) İngiltərənin Mançester Yunayted klubunda və İspaniya milli yığmasında çıxış edən ispan yarımmüdafiəçidir. O, peşəkar futbolçu karyerasına İspaniyanın Real Zaraqoza klubunda başlamış, 2011-ci ildə Atletik Bilbao klubuna və sonradan 2014-cü ildə isə 36 milyon avro qarşılığında Mançester Yunayted klubuna transfer olmuşdur. Ander Herrera 2016-17 sezonunda möhtəşəm çıxışına görə Mançester Yunayted klubunda ilin futbolçusu mükafatına layiq görülmüşdür. O, İspaniya milli yığmasının aşağı yaş qruplarında bir sıra müsabiqələrdə qalib olmuş və Londonda keçirilən 2012-ci il Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmişdir. Milli yığmada isə ilk oyununa 2016-cı ilin noyabr ayında Uembli Stadionunda İngiltərə millisinə qarşı çıxmışdır. == Şəxsi həyatı == Ander Herreranın atası Pedro Maria da futbolda yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. O, Real Zaraqoza və Selta Viqo klublarında çıxış etmiş, futbolçu karyerasını bitirdikdən sonra isə hər iki klubda da baş menecer vəzifəsində xidmət etmişdir.
Der Adler
Der Adler (mənaca "Qartal") qəzeti Üçüncü Reyxin təbiğat xarakterli nəşrlərindən biri idi və Şerl Verlaq tərəfindən ay ərzində 2 dəfə nəşr edilirdi. 1939-cu ilin avqust ayından etibarən lüftvaffe ali komandanlığının dəstəyi ilə Şerl Verlaq tərəfindən yaradılmışdır. 1939-cu ildən 1944-cü ilədək qəzetin ümumilikdə 146 nömrəsi çap edilmişdir. == İstinadlar == Sidney L. Mayer, Masama Tokoi (1978): Der Adler. Eine Auswahl aus der Illustrierten der Luftwaffe 1939–1944. Stuttgart, Germany: Motorbuch-Verlag. ISBN 3-87943-577-4.
Fridrix Adler
Fridrix Adler (alm. Friedrich Adler‎; 9 iyul 1879[…], Vyana – 2 yanvar 1960[…], Sürix) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən və avstromarksizmin nəzəriyyəçilərindən biri. == Həyatı == Fridrix Adler 9 iyul 1879-cu il tarixində Avstriya-Macarıstanın Vyana şəhərində, Viktor Adlerin ailəsində anadan olmuşdur. O, 1907–1911-ci illərdə Sürix İnstitutu nəzəri fizika kafedrasının privat-dosenti olarkən sosial-demokrat hərəkatına qoşulmuş, 1911–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasının katibi olmuşdur. Fəlsəfə sahəsində Marksın tərəfdarı idi. Vladimir Lenin "Marksizm və empiriokritisizm" əsərində Fridrix Adlerin baxışlarını tənqid etmişdir. Adler 1914–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasındakı "Marksist sol" sentrist qruplaşmaya daxil idi. O, proletariatı Birinci Dünya müharibəsində bitərəf mövqe tutmağa çağırır, öz ölkəsində kütləvi inqilabi mübarizənin zəruri olmadığını qeyd edirdi. Adler 1916-cı ilin oktyabrında hökumət başçısı Ştürqgi öldürdüyünə görə ölümə məhkum olunmuşdu (sonradan bu cəza uzunmüddətli həbslə əvəz edilmişdi). O, 1918-ci ilin noyabrında amnistiyaya əsasən azad olunaraq yenidən partiyada qızğın fəaliyyətə başlamış və açıqca reformist yol tutmuşdur.
Kurt Alder
Kurt Alder Keniqsxyutta (10 iyul 1902[…], Xojuv[d] – 20 iyun 1958[…], Köln, Qərbi Almaniya) — alim, Nobel mükafatçısı. == Həyatı == Alman üzvi kimyaçısı Kurt Alder Keniqsxyutta indiki Polşanın Xojuv şəhərində iyulun 10-da 1902-ci ildə anadan olmuşdur. 1926-cı ildə Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1926-1936-cı illərdə Kil Universitetində işləmiş və 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır. == Elmi naliyyələri == Əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur. 1926-cı ildə Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu iş 1928-ci ildə çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (Alder qaydası).
Qvido Adler
Qvido Adler (alm. Guido Adler‎; 1 noyabr 1855[…], İvançise[d] – 15 fevral 1941[…], Vyana) — Avstriya musiqi tarixçisi. Müasir Avropa musiqişünaslığının banilərindən biri. İşlərinə musiqi tarixinin metodologiyası, musiqi üslubları nəzəriyyəsi, estetika üzrə materiallar aiddir. O, "musiqişünaslıq" (Musikwissenschaft) terminini təqdim etmiş və müasir dövrdə ilk dəfə olaraq bu konsepsiyanı əsaslandırmışdır. == Əsərləri == Avstriya və dünya musiqi tarixinə dair əsərlərin müəllifi olmuş Qvido Adler tarixi və sistemli musiqişünaslığı ilk dəfə fərqləndirənlərdən biri olmuşdur. O, Qustav Malerin ilk bioqrafı olmuşdur. Əsas əsərlər arasında var: «Eine Studie zur Geschichte der Harmonie» (1881); «Die Wiederholung und Nachahmung in der Mehrstimmigkeit» (1886); «Ein Satz eines unbekannten Beethovemschen Klavierkoncerts» (1888); «Der Stil in der Musik» (1911); «Gustav Maler» (1916); «Methode der Musikgeschichte» (1919). == İstinadlar == == Əlavə ədəbiyyat == Адлер, Гвидо // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Robert Adler
Robert Adler (4 dekabr 1913, Vyana – 15 fevral 2007, Boyse (Aydaho)) — Amerikalı ixtiraçı idi və çoxsaylı patentlərə malikdir. == Həyatı == Robert Adler 1913-cü ildə Vyanada anadan olmuşdur. Robert Adler 1937-ci ildə Vyana Universitetindən fizika fakültəsində təhsil almışdır. 1939-cu ildə ölkəni tərk etmişdi.O, əvvəlcə Belçikaya, daha sonra İngiltərədə yaşamış və buradan da Amerika Birləşmiş Ştatlarına köçmüşdür. == Fəaliyyəti == Robert Adler Birləşmiş Ştatlara köçdükdən sonra 1941-ci ildə araşdırma şöbəsində Zenith Electronics-də işə başlamışdır. Yaşadığı müddətdə Adler 58 ABŞ patentinə layiq görülmüşdür. 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler televizor üçün ilk pultu yaratmışdır.[1] Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Viktor Adler
Viktor Adler (24 iyun 1852[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 11 noyabr 1918[…], Vyana) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən biri. O, birinci partiya proqramının layihəsinin müəllifi olmuş, mədəni və milli muxtariyyət proqramının hazırlanmasında iştirak etmişdir. Adler 1918-ci ilin noyabr ayında qısa müddətə Avstriya hökumətində xarici işlər naziri olmuşdur.
İren Adler
İren Adler (ing. Irene Adler) — Artur Konan Doylun “Bohemiyada qalmaqal” hekayəsinin personajı. İren Adler “Şəxsiyyətin müəyyən edilməsi”, “Mavi korbunkul”, “Beş portağal tumu” və “Onun vida işi” hekayələrində də xatırlansa da, bu xatırlamalar “Bohemiyada qalmaqal” hekayəsindəki şantaj işi ilə bağlıdır. == Həyatı == “Bohemiyada qalmaqal” hekayəsinə görə, İren Adler 1858-ci illərdə Nyu-Cersidə anadan olmuşdur. O məşhur opera müğənnisi (kontralto) kimi əvvəlcə Milandakı “La Skala” teatrında, sonralar isə primadonna kimi Varşava İmperiya teatrında çıxış etmişdi. Məhz Varşavada o gələcək Bohemiya kralı Cassel-Felstein hersoqu şahzadə Vilhelm Gottsreich Sigizmund fon Ormsteinlə tanış olaraq onun məşuqəsinə çevrilir. Daha sonra Adler Londona köçür və əlində olan məktublar və şəkillərlə kralı şantaj etməyə başlayır. 20 mart 1888-ci ildə kral gizlicə Londona gəlir və Şerlok Holmsa görüşdə bildirir ki, o evlənməyə hazırlaşır, lakin Adlerdə olan məktublar və şəkillər üzə çıxsa, nikah baş tutmaya bilər. Kral onları oğurlamaq üçün bir neçə dəfə cəhd göstərsə də, heç nə alınmamışdı. Holmsla görüşdə kral İren Adleri belə təsvir edir: “Onun sərt xarakteri var.
Ader burnu
Ader burnu — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqindəki yarımada və burun. == Ümumi məlumat == Ader burnu Ross dənizinin Cənub okeanından ayıran bir ərazidir. Yarımadanın daxilinə doğru irəllədikcə Admiralti dağları yüksəlir. Ader Antaraktidanın ilk təqiqatı zamanı əlverişli və vacıb eniş sahəsi hesab olunurdu. Bir çox əsas düşərgələr bu ərazidə qurulmuşdur. Sahildən şimal-şərqə doğru Ader sualtı dağları uzanır. == Tarixi == Ader burnu ilk dəfə 1841-ci ilin yanvarında kapitan Ceyms Ross tərəfindən kəşf edilmiş və dostu Adarın şərəfinə belə adlandırmışdır. Adar adı İrlandiyanın Ader şəhərindən götürülüb. 1895-ci ildə norveç tədqiqatçıları Henrik Bull və Karsten Borxqrevnik Antarktik gəmisi ilə Ader burnuna yan aldılar. Bu hadisə həm də, Antarktida torpağına ilk rəsmi ayaq basma kimi tarixə düşdü.
Cilbert Ader
Cilbert Ader (ing. Gilbert Adair, 29 dekabr 1944, Edinburq — 8 dekabr 2011) — ingilis (şotland) yazıçısı, ssenarist, tərcüməçi, esse müəllifi. Daha çox "Alisa möcüzələr ölkəsində" və "Piter Pen" əsərlərinin davamını yazmaqla tanınmışdır.
Klement Ader
Klement Ader (2 aprel 1841[…], Myure[d], Yuxarı Qaronna, Fransa – 3 may 1925, Tuluza, Yuxarı Qaronna, Fransa) — Fransız mühəndis Muret, Haute-Qaronnedə anadan olmuşdu və Tuluzada vəfat etmişdir. == Həyatı == Ader həm elektrik, həm də maşın mühəmdisliyində bir yenilikçi idi.Başalnğıcda elektrik mühəndisliyi təhsili aldı və 1878 ci ildə Aleksandr Bell tərəfindən icad etdiyi telefonu inkişaf etdirdi. Bundan sonra 1880-ci ildə Oaris də telefon şəbəkəsini qurdu.1881-ci ildə sterefonik qəbul etməni təmin edən bir telefon əlaqə sistemi olan tetrafonu icad etdi,opera performansları üçün ilk stereo əlaqəni 1881-ci ildə 3 km məsafəyə siqnalı ötürə bilən cihaz kimi icad eti.1903-cü ildə Pari-Madrid yarışı üçün bir V8 mühərriki dizayn etdi.Ancaq 3 və ya 4 ədəd istehsal olunmasına rəğmən heç biri satılmadı Buna əlavə olaraq mexaniki uçuş probleminin həllinə qayıtdı və həyatının sonuna qədər bunun üçün çoxlu vaxt və maliyyə xərc etdi.Quşların uçuşunda Luis Pierre Mouillardın(1834-1897)işlərindən istifadə edərək ilk uçuş maşını 1886-da,Eolda yerinə yetirdi.Dörd qanatlı bir pər istifadə etdi. == İstinadlar == == Xarici keçidlər == Clement Ader Clement Ader's flying machines Arxivləşdirilib 2020-04-15 at the Wayback Machine Clement Ader's first flight in 1879 ?
Yanoş Ader
Yanoş Ader (mac. János Áder, 9 may 1959) - Macar vəkil və siyasətçi, 10 may 2012-ci ildən etibarən Macarıstanın prezidenti. == Həyatı == Yanoş Ader Macarıstanın Dyör-Moşon-Şopron əyalətinin Corna şəhərində katolik ailəsində anadan olmuşdur. Orta məktəbi bu şəhərdə bitirdikdən sonra 1978-ci ildə Eötvöş Lorand Universitetinin hüquq və siyasi elmlər fakültəsinə daxil olmuşdur. 5 il burada təhsil alan Yanoş 1986-1990-cı illərdə Macarıstan Elmlər Akademiyasında Sosiologiya Tədqiqat Universitetində tədqiqatçı kimi çalışmağa başlamışdır. 1980-ci illərin sonlarında Yanoş dönəmin liberal-demokrat partiyası FİDES-ə qoşuldu. Daha sonra 1989-cu ildə Macarıstanda tək partiyalı sistemin ləğv edilməsi ilə “Müxalifətin Dəyirmi Masası” debatlarının üzvlərindən biri oldu. == Siyasi fəaliyyəti == Yanoş Ader ictimai və siyasi fəaliyyətinə FİDES-in 1990 və 1994-cü illərdə parlament seçkilərində seçki kompaniyasının rəhbəri daha sonra, 1990-cı ildən 2009-cu ilə qədər millət vəkili olaraq fəaliyyət göstərməsi ilə başlamışdır. 12 illik deputatlıq dövründə Yanoş Ader müxtəlif rəhbər vəzifələrdə çalışmışdır: 17 iyun 1997-1998-ci illərdə Macarıstan Milli Məclisinin sədr müavini 18 iyun 1998-15 may 2002-ci illərdə Milli Məclisin spikeri 2002-ci il seçkilərində isə FİDES partiyasının müxalifət lideri olmuşdur.O, 2009-cu ildə keçirilmiş Avropa parlament seçkilərində namizəd kimi uğurla keçdi və nəticədə Macarıstan parlamentindən istefa verdi. 23 yanvar 2012-ci ildə Avropa Komitəsinin Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsinin sədr müavini seçildi.
Ander-e-Kondon
Ander-e-Kondon (fr. Andert-et-Condon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01009. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 340 nəfər təşkil edirdi.
Dils-Alder reaksiyası
Dils-Alder reaksiyası Furanın aromatikliyinin aşağı dərəcəsinə görə onun molekulu tez-tez birləşmiş dienin xüsusiyyətlərini nümayiş etdirir. Bu növün ən xarakterik çevrilməsi Diels-Alder dien sintez reaksiyasıdır, yəni. [4+2]-cycloading. Əslində furan və onun bir çox törəmələri, məsələn, malein anhidrid və dehidrobenzol ilə asanlıqla reaksiya verir. Dils-Alder reaksiyası (dien sintezi) altı üzvlü halqa əmələ gətirmək üçün dienofillərin və birləşmiş dienlərin [4+2] sikloyüklənmə reaksiyasıdır. Reaksiyaya siklik və asiklik birləşmiş dienlər, eninlər −C=C−C≡C− və ya onların heteroanaloqları — −С=С−С=О, −С=С−С≡N fraqmentləri olan birləşmələr daxil olur. Dienofillər adətən elektron çəkən əvəzedicilər tərəfindən aktivləşdirilən çoxlu bağa malik alkenlər və alkinlərdir. Dienofillər həmçinin heteroatomla qoşa bağları olan birləşmələr ola bilər, məsələn >C=O, >C=N−, -CN, -N=O, -S=O, -N=N− [1]. == Mexanizmi == Dils-Alder reaksiyası 1,3-dien və doymamış birləşmə, bir dienofil arasında baş verən uyğunlaşdırılmış [4+2]-sikyüklənmədir. Tipik olaraq, diendə elektron verən bir əvəzedici, dienofildə isə elektron çəkən bir qrup var.
Under the Ladder
Under the Ladder (azərb. Nərdivan altında‎) — Ukraynanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Mayk Rayals, Kostyantın Boçarov və Anton Karskyi tərəfindən bəstələnmişdir.
Andre Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Andre Mari Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri.Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Addax
Addaks (lat. Addax nasomaculatus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin addax cinsinə aid heyvan növü.
Addım
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Alden
Alden — Norveçin Askvoll məntəqəsində ada. Sahəsi 3.4 km² ada Sunfyord regionunun sahil ərazisi boyunca uzanır. Alden adası Dalsfyordenin fyordunun dənizə açılan hissəsindən bir neçə km qərbdə, Verlandet adasından 2 km şərqdə, Atloyna adasından isə təxminən 5 km qərbdə yerləşir. Sakinlər adanın cənub sahilində yaşayır. Aldendə yeganə nəqliyyat vasitəsi qayıqdır və daima adada dayanan bərələr yoxdur. Adaya ən yaxın bərə dayanacağı təxminən 2.2 km cənub-şərqdə Verlandet adasındadır. Verlandetdəki bərə Askvollun kəndinə çatmaq üçün şərqə doğru təqribən 20 km yol qət edir. Ada ən çox özünün 460 metr hündürlüyündəki Norskehesten dağı ilə diqqət çəkir. Dağ adanın sahil xəttlərinə dik görüntü verir. İnsanların məskunlaşa biləcəyi yeganə yer adanın cənub sahilindəki kiçik düzənlik ərazidir.
Amber
Amber (Fransızca tələffüz: [ɑ̃bɛʁ]; Auvergnat: Embèrt, fr. Ambert) — Fransanın mərkəzində yerləşən Overn regionun Püi-de-Dom departamentinin kommunası (əsas şəhəri). == Coğrafiyası == Amber Alye çayının bir qolu olan Dore çayın kənarında yerləşir.
Amper
Amper (işarəsi: A) — Cərəyan şiddətinin vahidi. BS-də əsas vahiddir və cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə görə təyin edilir. Aralarındakı məsadə 1 metr olan iki paralel, sonsuz uzun naqildən eyni şiddətdə cərəyan keçərkən onların 1 metr uzunluq hissəsinə vakuumda 2x10−7 N qüvvə ilə təsir edən cərəyan şiddətinə 1 Amper deyilir. Elektrik cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari Amperin (1775-1836) şərəfinə belə adlandırılıb.
Aldərə
Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.Digər adı Əlidamı. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. == Toponimi == Toponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır === Aldərə çayı === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür. == Əhalisi == Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır.