Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adler
== Şəxslər ==
Adler mikrorayonu
Adler, Rusiyanın Krasnodar diyarının, Soçi aqlomerasiya regionu daxilində yerləşən bir şəhər tipli rayon və mərkəzi qəsəbədir. Rayonun sahəsi 1.352 kvadrat kilometr, əhalisi 69.100 nəfərdir (2002). Adler qəsəbəsi Qara dəniz sahilində, Mzımta çayının ağzında yerləşir. 1830-cu ildə region ruslar tərəfindən ələ keçirilir və burada St. Duxovski adlı bir rus hərbi qalası inşa edilir. 1864-cü ildə Ruslar tərəfindən Çərkəzin işğalı ilə bu yerdə yaşayan çərkəzlər (Vibih, Ciget və s.) etnik təmizləmə yolu ilə torpaqlarından qovulur və Osmanlı torpaqlarına göndərilir. Daha sonra Adler adlandırılmış qəsəbə yaxınlığında hava limanı yerləşir.
Adler rayonu
Adler rayonu — Rusiyanın Krasnodar diyarında yerləşən Soçi şəhərinin dörd şəhərdaxili rayonundan biri. Soçi şəhərinin ən cənub bölgəsi, ərazisinə və əhalisinə görə ikincidir. 2014-cü ildə 2014-cü il Qış Olimpiya Oyunlarının bütün yarışları Adler rayonunda keçirilmişdir. Rayonun inzibati mərkəzi Adler şəhəridir. == Coğrafiyası == Rayon Soçinin mərkəzindən 20 km cənub-şərqdə, Abxaziya ilə həmsərhəd olduğu Kudepsta və Psou çayları arasında yerləşir. Qərbdən Xostinski rayonu ilə həmsərhəddir. Dəniz səviyyəsindən 1838 m yüksəklikdə yerləşən Kardyvaç dağ gölündən başlanan Mzımta çayı demək olar ki, rayonun bütün ərazisi boyu axır. Mzımtanın bir çox qolları var: Azmıç, Cıxra, Pslux, Laura, Beşenka, Kepşa. Abxaziya ilə sərhəddə regionun və bütün Böyük Soçinin ən yüksək nöqtəsi — Aqepsta dağı (3256 m) yerləşir. Krasnaya Polyana kəndinin cənubunda Aibqa silsiləsi yerləşir.
Alfred Adler
Alfred Adler (7 fevral 1870[…], Rudolfsheim[d], Avstriya-Macarıstan – 28 may 1937[…], Aberdin) — neofreydizmin nümayəndələrindən biri, tanınmış avstriyalı həkim və psixoterapevt, fərdi psixologiyanın yaradıcısı. Adler əvvəllər Ziqmund Freydin tələbəsi və əməkdaşı olmuş, lakin sonralar fikir ayrılıqları üzündən 1911-ci ildə ondan ayrılmışdır və psixoanalitik nəzəriyyənin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparmışdır. Onun əsas anlayışlarını fərdin faktiki vəziyyəti və istəkləri arasındakı ziddiyyətlər təşkil edir. == Bioqrafiyası == Alfred Adler 1870-ci il fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olmuşdur. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olmuşdur. Adler uşaqlıqda tez-tez xəstələnərdi. Ona görə də o tərəddüdsüz həkim peşəsini seçir. 1895-ci ildə tibb fakültəsini bitirmişdir , 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərmişdir. Daha sonra o psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşmışdır. 1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafındabirləşərək dərnək yaradan 4 nəfərdən biri olur.1910-cu ildə Freydin təşəbbüsü ilə Vyanadakı psixoanalitik cəmiyyətin rəhbəri olur.
Ander Herrera
Ander Herrera (14 avqust 1989[…], Bilbao, Basklar ölkəsi) İngiltərənin Mançester Yunayted klubunda və İspaniya milli yığmasında çıxış edən ispan yarımmüdafiəçidir. O, peşəkar futbolçu karyerasına İspaniyanın Real Zaraqoza klubunda başlamış, 2011-ci ildə Atletik Bilbao klubuna və sonradan 2014-cü ildə isə 36 milyon avro qarşılığında Mançester Yunayted klubuna transfer olmuşdur. Ander Herrera 2016-17 sezonunda möhtəşəm çıxışına görə Mançester Yunayted klubunda ilin futbolçusu mükafatına layiq görülmüşdür. O, İspaniya milli yığmasının aşağı yaş qruplarında bir sıra müsabiqələrdə qalib olmuş və Londonda keçirilən 2012-ci il Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmişdir. Milli yığmada isə ilk oyununa 2016-cı ilin noyabr ayında Uembli Stadionunda İngiltərə millisinə qarşı çıxmışdır. == Şəxsi həyatı == Ander Herreranın atası Pedro Maria da futbolda yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. O, Real Zaraqoza və Selta Viqo klublarında çıxış etmiş, futbolçu karyerasını bitirdikdən sonra isə hər iki klubda da baş menecer vəzifəsində xidmət etmişdir.
Der Adler
Der Adler (mənaca "Qartal") qəzeti Üçüncü Reyxin təbiğat xarakterli nəşrlərindən biri idi və Şerl Verlaq tərəfindən ay ərzində 2 dəfə nəşr edilirdi. 1939-cu ilin avqust ayından etibarən lüftvaffe ali komandanlığının dəstəyi ilə Şerl Verlaq tərəfindən yaradılmışdır. 1939-cu ildən 1944-cü ilədək qəzetin ümumilikdə 146 nömrəsi çap edilmişdir. == İstinadlar == Sidney L. Mayer, Masama Tokoi (1978): Der Adler. Eine Auswahl aus der Illustrierten der Luftwaffe 1939–1944. Stuttgart, Germany: Motorbuch-Verlag. ISBN 3-87943-577-4.
Fridrix Adler
Fridrix Adler (alm. Friedrich Adler‎; 9 iyul 1879[…], Vyana – 2 yanvar 1960[…], Sürix) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən və avstromarksizmin nəzəriyyəçilərindən biri. == Həyatı == Fridrix Adler 9 iyul 1879-cu il tarixində Avstriya-Macarıstanın Vyana şəhərində, Viktor Adlerin ailəsində anadan olmuşdur. O, 1907–1911-ci illərdə Sürix İnstitutu nəzəri fizika kafedrasının privat-dosenti olarkən sosial-demokrat hərəkatına qoşulmuş, 1911–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasının katibi olmuşdur. Fəlsəfə sahəsində Marksın tərəfdarı idi. Vladimir Lenin "Marksizm və empiriokritisizm" əsərində Fridrix Adlerin baxışlarını tənqid etmişdir. Adler 1914–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasındakı "Marksist sol" sentrist qruplaşmaya daxil idi. O, proletariatı Birinci Dünya müharibəsində bitərəf mövqe tutmağa çağırır, öz ölkəsində kütləvi inqilabi mübarizənin zəruri olmadığını qeyd edirdi. Adler 1916-cı ilin oktyabrında hökumət başçısı Ştürqgi öldürdüyünə görə ölümə məhkum olunmuşdu (sonradan bu cəza uzunmüddətli həbslə əvəz edilmişdi). O, 1918-ci ilin noyabrında amnistiyaya əsasən azad olunaraq yenidən partiyada qızğın fəaliyyətə başlamış və açıqca reformist yol tutmuşdur.
Kurt Alder
Kurt Alder Keniqsxyutta (10 iyul 1902[…], Xojuv[d] – 20 iyun 1958[…], Köln, Qərbi Almaniya) — alim, Nobel mükafatçısı. == Həyatı == Alman üzvi kimyaçısı Kurt Alder Keniqsxyutta indiki Polşanın Xojuv şəhərində iyulun 10-da 1902-ci ildə anadan olmuşdur. 1926-cı ildə Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1926-1936-cı illərdə Kil Universitetində işləmiş və 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır. == Elmi naliyyələri == Əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur. 1926-cı ildə Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu iş 1928-ci ildə çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (Alder qaydası).
Qvido Adler
Qvido Adler (alm. Guido Adler‎; 1 noyabr 1855[…], İvançise[d] – 15 fevral 1941[…], Vyana) — Avstriya musiqi tarixçisi. Müasir Avropa musiqişünaslığının banilərindən biri. İşlərinə musiqi tarixinin metodologiyası, musiqi üslubları nəzəriyyəsi, estetika üzrə materiallar aiddir. O, "musiqişünaslıq" (Musikwissenschaft) terminini təqdim etmiş və müasir dövrdə ilk dəfə olaraq bu konsepsiyanı əsaslandırmışdır. Avstriya və dünya musiqi tarixinə dair əsərlərin müəllifi olmuş Qvido Adler tarixi və sistemli musiqişünaslığı ilk dəfə fərqləndirənlərdən biri olmuşdur. O, Qustav Malerin ilk bioqrafı olmuşdur. Əsas əsərlər arasında var: «Eine Studie zur Geschichte der Harmonie» (1881); «Die Wiederholung und Nachahmung in der Mehrstimmigkeit» (1886); «Ein Satz eines unbekannten Beethovemschen Klavierkoncerts» (1888); «Der Stil in der Musik» (1911); «Gustav Maler» (1916); «Methode der Musikgeschichte» (1919). Адлер, Гвидо // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Robert Adler
Robert Adler (4 dekabr 1913, Vyana – 15 fevral 2007, Boyse) — Amerikalı ixtiraçı idi və çoxsaylı patentlərə malikdir. Robert Adler 1913-cü ildə Vyanada anadan olmuşdur. Robert Adler 1937-ci ildə Vyana Universitetindən fizika fakültəsində təhsil almışdır. 1939-cu ildə ölkəni tərk etmişdi.O, əvvəlcə Belçikaya, daha sonra İngiltərədə yaşamış və buradan da Amerika Birləşmiş Ştatlarına köçmüşdür. Robert Adler Birləşmiş Ştatlara köçdükdən sonra 1941-ci ildə araşdırma şöbəsində Zenith Electronics-də işə başlamışdır. Yaşadığı müddətdə Adler 58 ABŞ patentinə layiq görülmüşdür. 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler televizor üçün ilk pultu yaratmışdır.[1] Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Viktor Adler
Viktor Adler (24 iyun 1852[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 11 noyabr 1918[…], Vyana) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən biri. O, birinci partiya proqramının layihəsinin müəllifi olmuş, mədəni və milli muxtariyyət proqramının hazırlanmasında iştirak etmişdir. Adler 1918-ci ilin noyabr ayında qısa müddətə Avstriya hökumətində xarici işlər naziri olmuşdur.
İren Adler
İren Adler (ing. Irene Adler) — Artur Konan Doylun “Bohemiyada qalmaqal” hekayəsinin personajı. İren Adler “Şəxsiyyətin müəyyən edilməsi”, “Mavi korbunkul”, “Beş portağal tumu” və “Onun vida işi” hekayələrində də xatırlansa da, bu xatırlamalar “Bohemiyada qalmaqal” hekayəsindəki şantaj işi ilə bağlıdır. “Bohemiyada qalmaqal” hekayəsinə görə, İren Adler 1858-ci illərdə Nyu-Cersidə anadan olmuşdur. O məşhur opera müğənnisi (kontralto) kimi əvvəlcə Milandakı “La Skala” teatrında, sonralar isə primadonna kimi Varşava İmperiya teatrında çıxış etmişdi. Məhz Varşavada o gələcək Bohemiya kralı Cassel-Felstein hersoqu şahzadə Vilhelm Gottsreich Sigizmund fon Ormsteinlə tanış olaraq onun məşuqəsinə çevrilir. Daha sonra Adler Londona köçür və əlində olan məktublar və şəkillərlə kralı şantaj etməyə başlayır. 20 mart 1888-ci ildə kral gizlicə Londona gəlir və Şerlok Holmsa görüşdə bildirir ki, o evlənməyə hazırlaşır, lakin Adlerdə olan məktublar və şəkillər üzə çıxsa, nikah baş tutmaya bilər. Kral onları oğurlamaq üçün bir neçə dəfə cəhd göstərsə də, heç nə alınmamışdı. Holmsla görüşdə kral İren Adleri belə təsvir edir: “Onun sərt xarakteri var.
Ader burnu
Ader burnu — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqindəki yarımada və burun. == Ümumi məlumat == Ader burnu Ross dənizinin Cənub okeanından ayıran bir ərazidir. Yarımadanın daxilinə doğru irəllədikcə Admiralti dağları yüksəlir. Ader Antaraktidanın ilk təqiqatı zamanı əlverişli və vacıb eniş sahəsi hesab olunurdu. Bir çox əsas düşərgələr bu ərazidə qurulmuşdur. Sahildən şimal-şərqə doğru Ader sualtı dağları uzanır. == Tarixi == Ader burnu ilk dəfə 1841-ci ilin yanvarında kapitan Ceyms Ross tərəfindən kəşf edilmiş və dostu Adarın şərəfinə belə adlandırmışdır. Adar adı İrlandiyanın Ader şəhərindən götürülüb. 1895-ci ildə norveç tədqiqatçıları Henrik Bull və Karsten Borxqrevnik Antarktik gəmisi ilə Ader burnuna yan aldılar. Bu hadisə həm də, Antarktida torpağına ilk rəsmi ayaq basma kimi tarixə düşdü.
Cilbert Ader
Cilbert Ader (ing. Gilbert Adair, 29 dekabr 1944, Edinburq — 8 dekabr 2011) — ingilis (şotland) yazıçısı, ssenarist, tərcüməçi, esse müəllifi. Daha çox "Alisa möcüzələr ölkəsində" və "Piter Pen" əsərlərinin davamını yazmaqla tanınmışdır.
Klement Ader
Klement Ader (2 aprel 1841[…], Myure[d], Yuxarı Qaronna, Fransa – 3 may 1925, Tuluza, Yuxarı Qaronna, Fransa) — Fransız mühəndis Muret, Haute-Qaronnedə anadan olmuşdu və Tuluzada vəfat etmişdir. == Həyatı == Ader həm elektrik, həm də maşın mühəmdisliyində bir yenilikçi idi.Başalnğıcda elektrik mühəndisliyi təhsili aldı və 1878 ci ildə Aleksandr Bell tərəfindən icad etdiyi telefonu inkişaf etdirdi. Bundan sonra 1880-ci ildə Oaris də telefon şəbəkəsini qurdu.1881-ci ildə sterefonik qəbul etməni təmin edən bir telefon əlaqə sistemi olan tetrafonu icad etdi,opera performansları üçün ilk stereo əlaqəni 1881-ci ildə 3 km məsafəyə siqnalı ötürə bilən cihaz kimi icad eti. 1903-cü ildə Pari-Madrid yarışı üçün bir V8 mühərriki dizayn etdi.Ancaq 3 və ya 4 ədəd istehsal olunmasına baxmayaraq heç biri satılmadı Buna əlavə olaraq mexaniki uçuş probleminin həllinə qayıtdı və həyatının sonuna qədər bunun üçün çoxlu vaxt və maliyyə xərc etdi.Quşların uçuşunda Luis Pierre Mouillardın(1834-1897)işlərindən istifadə edərək ilk uçuş maşını 1886-da,Eolda yerinə yetirdi.Dörd qanatlı bir pər istifadə etdi. == İstinadlar == == Xarici keçidlər == Clement Ader Clement Ader's flying machines Arxivləşdirilib 2020-04-15 at the Wayback Machine Clement Ader's first flight in 1879 ?
Yanoş Ader
Yanoş Ader (mac. János Áder, 9 may 1959) - Macar vəkil və siyasətçi, 10 may 2012-ci ildən etibarən Macarıstanın prezidenti. Yanoş Ader Macarıstanın Dyör-Moşon-Şopron əyalətinin Corna şəhərində katolik ailəsində anadan olmuşdur. Orta məktəbi bu şəhərdə bitirdikdən sonra 1978-ci ildə Eötvöş Lorand Universitetinin hüquq və siyasi elmlər fakültəsinə daxil olmuşdur. 5 il burada təhsil alan Yanoş 1986-1990-cı illərdə Macarıstan Elmlər Akademiyasında Sosiologiya Tədqiqat Universitetində tədqiqatçı kimi çalışmağa başlamışdır. 1980-ci illərin sonlarında Yanoş dönəmin liberal-demokrat partiyası FİDES-ə qoşuldu. Daha sonra 1989-cu ildə Macarıstanda tək partiyalı sistemin ləğv edilməsi ilə “Müxalifətin Dəyirmi Masası” debatlarının üzvlərindən biri oldu. Yanoş Ader ictimai və siyasi fəaliyyətinə FİDES-in 1990 və 1994-cü illərdə parlament seçkilərində seçki kompaniyasının rəhbəri daha sonra, 1990-cı ildən 2009-cu ilə qədər millət vəkili olaraq fəaliyyət göstərməsi ilə başlamışdır. 12 illik deputatlıq dövründə Yanoş Ader müxtəlif rəhbər vəzifələrdə çalışmışdır: 17 iyun 1997-1998-ci illərdə Macarıstan Milli Məclisinin sədr müavini 18 iyun 1998-15 may 2002-ci illərdə Milli Məclisin spikeri 2002-ci il seçkilərində isə FİDES partiyasının müxalifət lideri olmuşdur. O, 2009-cu ildə keçirilmiş Avropa parlament seçkilərində namizəd kimi uğurla keçdi və nəticədə Macarıstan parlamentindən istefa verdi.
Ander-e-Kondon
Ander-e-Kondon (fr. Andert-et-Condon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01009. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 340 nəfər təşkil edirdi.
Dils-Alder reaksiyası
Dils-Alder reaksiyası — Furanın aromatikliyinin aşağı dərəcəsinə görə onun molekulu tez-tez birləşmiş dienin xüsusiyyətlərini nümayiş etdirir. Bu növün ən xarakterik çevrilməsi Diels-Alder dien sintez reaksiyasıdır, yəni. [4+2]-cycloading. Əslində furan və onun bir çox törəmələri, məsələn, malein anhidrid və dehidrobenzol ilə asanlıqla reaksiya verir. Dils-Alder reaksiyası (dien sintezi) altı üzvlü halqa əmələ gətirmək üçün dienofillərin və birləşmiş dienlərin [4+2] sikloyüklənmə reaksiyasıdır. Reaksiyaya siklik və asiklik birləşmiş dienlər, eninlər −C=C−C≡C− və ya onların heteroanaloqları — −С=С−С=О, −С=С−С≡N fraqmentləri olan birləşmələr daxil olur. Dienofillər adətən elektron çəkən əvəzedicilər tərəfindən aktivləşdirilən çoxlu bağa malik alkenlər və alkinlərdir. Dienofillər həmçinin heteroatomla qoşa bağları olan birləşmələr ola bilər, məsələn >C=O, >C=N−, -CN, -N=O, -S=O, -N=N− [1]. == Mexanizmi == Dils-Alder reaksiyası 1,3-dien və doymamış birləşmə, bir dienofil arasında baş verən uyğunlaşdırılmış [4+2]-sikyüklənmədir. Tipik olaraq, diendə elektron verən bir əvəzedici, dienofildə isə elektron çəkən bir qrup var.
Under the Ladder
Under the Ladder (azərb. Nərdivan altında‎) — Ukraynanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Mayk Rayals, Kostyantın Boçarov və Anton Karskyi tərəfindən bəstələnmişdir.
Andre Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Andre Mari Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Abdera
Abdera (q.yun. Ἄβδηρα, lat. Abdera) — Egey dənizinə axan Mesta çayının mənsəbindən şərqdə, Bulustra burnunda, Frakiyada qədim şəhər. Abderanın xarabalıqlarından 6 kilometr şimalda Yunanıstanın kiçik Avdira qəsəbəsidir. == Arxeoloji abidələr == Abdera xarabalıqları salamat qalmışdır, həmçinin qüllələri və qapıları olan şəhər divarlarının qalıqları, teatr və Roma hamamları müəyyən edilmişdir. Dağıntıların tədqiqinə XIX əsrdə başlanılmışdır, 1950-ci ildən sistematik arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar zamanı çoxlu sayda yerli istehsal olan terakota heykəlcikləri, heykəllər və mozaika tapılmışdır. Arxaika və klassik dövrlərə aid nekropol tədqiq edilmişdir.
Abdır
Abdır — Olduqca duzlu göl. Şoranlıq Rusiyanın Həştərxan vilayəti, Hərimanov rayonunun şərqində, Volqa kənd sovetliyində yerləşir. Volqa çayının sahilində, Həştərxan şəhərindən şimalda təpəli çöllükdədir. == Adı == Həştərxan vilayətində ən çox yayılan toponimlər türk və monqollarla əlaqəlidir.Bu səbəbdən də abdıır termini monqol-türk sözü alacıqda istifadə olunana sandıqla əlaqədardır. == Fiziki-coğrafi xüsusiyyətləri == rusiya imperiyasının coğrafi-statistika lüğətinə görə gölün parametrləri: uzunluğu 135 sajen (təqribi 290 m), eni 40 sajen (təqribi 85 m), çevrəsi 430 sajen (təqribi 920 m), duz qatının qalınlığı yarım verşok (7 sm qədər). Əvvəllər buradan mirabilit çıxarılırdı ki, onuda şüşə və soda istehsalında istifadə edirdilər. Mirabilit ilin fəsillərindən asılı olaraq gölün suyunun 5 % - 20 % arasında dəyişirdi. 1855-ci ildə istehsal 386 t olmuşdur. əvvəllər olduqca duzlu göl olmuşdur. Göl yaxınlığından 1941-42-ci illərdə Həştərxan müdafiə xətti keçirdi.
Adven
Adven (vall Adwen) və ya Advenna (vall Adwenna; VI əsr – VI əsr, Kornuoll[d]) — xristian bakirə və müqəddəsi. O, "Müqəddəs Nektanın korn həyatında" və Robert Hantın korn əfsanələri kolleksiyasında Cənubi Uelsin Brixeynioq kralı Brixan qızı kimi qeyd edilmişdir. Müqəddəsin bayram günü məlum deyil. Kornuollda Adven ənənəvi olaraq sevgililərin himayədarı idi.
Alper
Alper — türk adı. Alper Canıgüz — yazıçı. Fikrət Alper — Türk musiqiçi və müğənni. Tuğçe Alper — Türk müğənni. İsmail Alper Coşkun — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012–2016).
Andre
Andre — ad. Andre Malro — fransız yazıçısı, mədəniyyətşünası. Andre Mişo — XVIII əsrin ikinci yarısında fransız səyyahı və botaniki. Andre Morua — Fransa yazıçısı. Andre Silva (futbolçu) — Portuqaliyalı futbolçu. Andre-Jak Qarneren — fransız ixtiraçı və aviator.
Admet
Admet (q.yun. Ἄδμητος) — qədim yunan mifologiyasında Fesaliyadakı Fer kralı Feret və Periklimanın oğlu. "İliada"da (II 714 və s.) adı çəkilir. Kalidon ovunun və arqonavtların yürüşünün iştirakçısıdır. Peli üçün dəfn oyunlarının iştirakçısı olmuş, yumruq döyüşlərində yarışmışdır.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Abbər
Abbər (yerli xalqın dilində Obar) — İranın Zəncan ostanında şəhər,Tarım şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,918 nəfər və 1,358 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Tarım kəndistanında, Sirdan qəsəbəsindən 54 km şimal-qərbdədir.