Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abeliya
Abeliya (lat. Abelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == === Növləri === HibridAbelia x grandiflora (Hort. ex.
Adelina Adalis
Adelina Adalis (əsl adı: Adelina Yefimovna Yefron; rus. Адели́на Ефи́мовна Ефро́н; 13 (26) iyul 1900, Sankt-Peterburq – 13 avqust 1969, Moskva) — Rusiya-sovet şairi. == Həyatı == Adelina Yefimovna Yefron 26 iyul 1900-cü ildə Rusiya imperiyasına bağlı Sankt-Peterburq şəhərində anadan olmuşdur. "Qardaşlıq" (1937), "Şərq ümmanı" (1949), "Yeni əsr" (1960), "Şəhərlər" (1962), "Yanvar–sentyabr" (1970 ildə nəşr olunmuşdur) və s. şeir kitablarının müəllifidir. Klassik və müasir Azərbaycan şairlərinin əsərlərini, o cümlədən Səməd Vurğunun "Azərbaycan" və başqa şeirlərini, "Bəsti", "Muğan" poemalarını, "Vaqif" dramını ruscaya tərcümə etmiş, "Azərbaycan poeziyası antologiyası"nın (1939) hazırlanmasında fəal çalışmışdır. Azərbaycan ədəbiyyatı haqqında məqalələri, Azərbaycana həsr olunmuş əsərləri var. 13 avqust 1969-cu ildə SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Мандельштам О. Э. Собрание сочинений в двух томах. 2.
Adelina Sotnikova
Adelina Dmitriyevna Sotnikova (rus. Аделина Сотникова; 1 iyul 1996, Moskva, Rusiya) — Rusiya fiqurçusu. Adelina Sotnikova, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. O, həm də 2013-cü ildə Zaqrebdə və 2014-cü ildə Budapeştdə baş tutan Avropa Çempionatlarının və 2012-ci ildə baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarının gümüş medallarına sahib olub, 2011-ci ildə gənclər arasında Dünya Çempionatının, 2010-cu ildə gənclər arasında ISU Qran-Pri Finalının və dörd dəfə (2008, 2010, 2011 və 2013-cü illərdə) Rusiya Çempionatının qalibi olub. Karyerası ərzində 36 yarışa qatılan Adelina Sotnikova, onların 11-də qızıl medal, 7-də gümüş medal, 8-də isə bürünc medal qazanıb. == Həyatı == Adelina Sotnikova 1996-cı il iyulun 1-də Moskva şəhərində anadan olub. Adelina Sotnikovanın ulu babası Aleksandr Koçetov, Sovet İttifaqı Qəhrəmanıdır. Adelina Sotnikova, dörd yaşından idmanla məşğul olmağa başladı. 2004-cü ildən OMİK-də Yelena Buyanovanın rəhbərliyi altında məşq etməyə başlayan Adelina Sotnikova, 2008-ci ildə yarışlarda debüt etməyə başladı. == Karyerası == === 2007–2008-ci illər mövsümü: Gənclərin Rusiya Çempionatında debüt === Adelina Sotnikova, 2008-ci ilin 30 yanvar-2 fevral tarixlərində Rostov-na-Donu şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı.
Adelina Tahiri
Adelina Tahiri (makedon: Аделина Тахири, alban: Adelina Tahiri) — alban müğənni. 1991-ci ildə Skopyedə anadan olub. Hazırda Albaniyada yaşayan Tahiri peşəkar karyerasına 2007-ci ildə cəmi 16 yaşında ikən alban dilində nəşr etdirdiyi və həmin sinql Albaniya və Kosovoda ifa olunan Më Trego sinqlı ilə başlayıb. 2010-cu ilin oktyabrında o, ikinci albomu olan Nuk Jam Penduar -ı da alban dilində də buraxdı. Tahiri 2011-ci ildə rəsmi olaraq Albaniya vətəndaşlığını qəbul edib.
Ameliya Erhart
Ameliya Erhart (ing. Amelia Mary Earhart; 24 iyul 1897[…], Atçison, Kanzas – 5 yanvar 1939, Sakit okean) — ABŞ təyyarəçisi, ilk qadın pilot, Atlantik okeanı üzərindən uçan ilk qadın pilotdur. Həmçinin, orator kimi də tanınır. 2 iyul 1938-ci ildən etibarən "İtkin düşmüşlər" siyahısına daxildir. İtkin düşdüyü yer Sakit okean hesab edilir. == Həyatı == Ameliya Erhart 1897-ci ildə ABŞ-nin Kanzas ştatında doğulmuşdur. Anası Emi Otis Erhart, atası isə Edvin Stenton Erhart idi. Erhart Birinci dünya müharibəsində tibb bacısı vəzifəsində çalışır. Müharibədən sonra hava nəqliyyatı ilə maraqlanmağa başlayır. 1928-ci ildə Atlantik okeanını sərnişin kimi keçən ilk qadın olur.
İriçiçəkli abeliya
İriçiçəkli abeliya (lat. Abelia × grandiflora) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Himalay dağlarında geniş yayılmışdır. Abeliya Qafqazın Qaradəniz sahilində açıq sahədə yaxşı bitir. == Botaniki təsviri == Həkim Abel növə Abeliya chinensis anlayışını vermişdir. Hündürlüyü 180 sm-dək olan koldur, budaqları uzun, çox vaxt sallaq, yarpaqları kiçik, üzbəüz oturaq, tünd-yaşıl, enli-lansetvaridir. Nazik, uzun, sallaq zoğları cavan yaşda çəhrayı rəngdə olur. Çiçəkləri ətirli, iri, beş ləçəkli, bitişik, yarpaqların qoltuğundan çıxan salxım çiçək qrupuna yığılmışdır. Çiçəkləri ağ, güclü xoş qoxuludur. Çiçəkləmə vaxtı yazın əvvəlindən yayın axırınadək davam edir.
Abuliya
Abuliya (lat. a - inkar şəkilçisi + bule - iradə ) – iradəsizlik, iradənin xəstəlik nəticəsində zəifləməsi. Bir sıra psixi xəstəlikdə və bəzən sinir sisteminin funksional pozğunluqları zamanı müşahidə edilir. Düzgün verilməyən tərbiyənin nəticəsi olan iradə zəifliyi abuliya deyil.
Adelaida
Adelaida (ing. Adelaide) — Avstraliya İttifaqında şəhər. Cənubi Avstraliyanın paytaxtı və ən böyük şəhəri. == Tarixi == Adelaida (Adelaide) – 1836-cı ildə britaniyalılar tərəfindən ilk Avropa yaşayış yeri olaraq qurulmadan əvvəl ərazidə Avstraliya aborigenləri yaşayırdı. Müstəmləkə dövründə ilk xəritə çıxarma işlərini başlayan general William Light tərəfindən məskunlaşma sahəsi olaraq seçilmişdir. Şəhər İngiltərə kralı IV Uilyamın arvadı Adelaidanın şərəfinə adlandırılmışdır. 1840-cı ildə Avstraliyanın ilk bələdiyyəsi olaraq hüquqi vəsiqə qazanmış, 1919-cu ildə böyük şəhər bələdiyyəsi statusuna yüksəlmişdir. == İqtisadiyyatı == Adelaida iri maşınqayırma sənayesi mərkəzidir. Sent- Vinsent körfəzi sahilində liman şəhəridir. Mühüm nəqliyyat qovşağı və aeroportu, neft emalı, kimya, metallurgiya, toxuculuq, yeyinti sənayesi müəssisələri var.
Adheziya
Adheziya (lat. adhaesio — yapışma) fizikada müxtəlif cinsli bərk və ya maye hissəciklərin ilişməsini ifadə edir. Adheziya üst səthdə molekulalararası əlaqə (qütb, bəzən kimyəvi və ya qarşılıqı diffuziya) ilə şərtlənir və səthlərin ayrılmasına lazım olan xüsusi işlə xarakterizə olunur. Bəzi hallarda adheziya koheziyaya nisbətən güclü ola bilir (yəni bircinsi material daxilində ilişmə baş verərkən). Bu halda qüvvə tətbiq edildikdə koheziya parçalanması baş verir. Bu mexaniki hala təsir edən qüvvələr tam tədqiq olunmayıb. Ona görə də, müxtəlif adheziya nəzəriyyələri mövcuddur. == Adheziya möhkəmliyi == Nazik təbəqələrin və quruluş kütlələtinin qopardılması zamanı adheziya möhkəmliyi ölçülür. Bu proses özünə adheziyadan başqa deformasiya və qümunənin axmasına, ikiqat elerktrik təbəqəsinin boşaldılmasına və s. əlavə hadisələrə güc daxil edir.
Alaliya
Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir. == Alaliya nədir == Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir. == Alaliyanın səbəbi == Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər. == Alaliyanın növləri == Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır. === Motor alaliya === Motor alaliya-dil əməliyyatlarının formalaşmaması ilə səciyyələnən ekspressiv nitqin inkişaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkişafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur.
Aleriya
Aleriya (fr. Aléria, kors. Aleria) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qizonaçça kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B009.
Aleziya
Aleziya (lat. Alesia) — Fransada qədim şəhər-qala. E.ə. 52-ci ildə Yuli Sezar Aleziyada qalların üsyanını yatırmaqla Qalliyanın işğalını başa çatdırmışdır. 1860-cı ildən aparılan arxeoloji qazıntılar zamanı Sezarın tikdirdiyi bəndlər, qazdırdığı xəndəklər, Roma və qall silahları, müxtəlif sikkə, məbəd xarabalıqları və s. aşkar olunmuşdur. Orta əsrlərdə tənəzzul etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Jean-Louis Voisin. Alésia: Un village, une bataille, un site. Librairie Académique Perrin.
Anemiya
Anemiya, həmçinin qanazlığı (Qədim yunan dilindən tərcümədə ἀναιμία anaimia, "qan çatışmazlığı", prefiks ilə, ἀν- an-, "antonim-inkar şəkilçi" + αἷμα haima, "qan") - qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji hal. Digər izahla, qanın oksigeni daşıma qabiliyyətinin azalması. Anemiyaya çoxlu qan itirildikdə (yaralandıqda, mədə-bağırsaq, ağciyər, burun, uşaqlıq və s. qanaxmaları zamanı), kimyəvi maddələrlə zəhərləndikdə, bədxassəli şiş törəmələrində, B12 vitamini çatışmadıqda və s. hallarda rast gəlinir. Anemiyanın baş verməsinə daha çox orqanizmdə dəmir çatışmazlığı səbəb olur; bu, "Dəmir defisitli anemiya" adlanır. Anemiyanın normoxrom, hipoxrom və hiperxrom növləri var. Rəng göstəricisi normoxrom anemiya zamanı dəyişmir, hipoxrom anemiyada azalır, hiperxrom anemiyada isə artır. Anemiyalar kəskin və xroniki olur. Müxtəlif travmalar, mədə xorası, uşaqlıq və ağciyər qanaxması nəticəsində sürətlə yaranan qanazlığında kəskin, qanaxma tədricən olduqda isə xroniki olur.
Apuliya
Apuliya — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir.
Araliya
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Aureliya
Aureliya — (lat. Hydrozoa) sinfinə aid tip. == Haqqında == Bunlar arktika dənizlərindən başlamış, tropik dənizlərə qədər yayılmışdır. Aureliya tipik meduz olub, hidroid meduzu obeliya ilə oxşarlığa malikdir. Lakin bəzi xüsusiyyətlərinə görə məsələn, çoxlu miqdarda çoxlu çıxıntıların olması, yelkənciyin olmaması, iri ölçüyə malik olmaları ilə hidroid meduzalarından fərqlənirlər. Aureliyalarında mezoqley güclü inkişaf etmişdir. Qolların ektoderması dalayıcı hüceyrələrlə zəngindir. Əzələləri epiteli əzələ hüceyrələrindən ibarətdir. Qastrovoskulyar sistem mürəkkəb quruluş səviyyəsinə çatmışdır. Ağız dəliyi qısa udlağa, o isə bədənin mərkəzində yerləşən qastral boşluğa açılır.
Axiliya
Axiliya (yun. a + yun. χυλός – şirə) – mədə şirəsində xlorid turşusu və pepsin fermentinin olmaması ilə səciyyələnən patoloji vəziyyət. Axiliya mədənin vəzi apratının anadan gəlmə funksional zəifliyi, mədənin selikli qişasının xəstəliyi (atrofik qastritdə mədə vəzilərinin zədələnməsi) və ya başqa xəstəliklərin (intoksikasiyalar, anemiyanın bəzi formaları, sinir sisteminin funksional xəstəlikləri və s.) təzahürüdür. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 212.
Azaliya
Azaliya (lat. Azalea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Faseliya
Faseliya (lat. Phacelia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == Faseliya cinsinə daxil olan növlər birillik olub, Şimali Amerikanın Kaliforniya ştatında, Cənubi Amerikada və Meksikada geniş yayılmışdır. Dəniz səviyyəsindən 500 m hündürlüyə qədər olan bölgələrdə, əksərən daşlıq və qayalıq zonalarda rast gəlmək olur. Avropaya introduksiya olunaraq gətirilmişdir. Avropa arıçıları faselya bitkisini “arının dostu”, “ballı çörək”, “arı otu” adlandırırlar. == Botaniki xüsusiyyətləri == Faseliya Azərbaycanın bütün torpaq-iqlim şəraitində becərilə bilər. Phacelia tanacetifolia növü dünyanın müxtəlif yerlərindən introduksiya olunaraq Azərbaycana gətirilmişdir. Ölkəmizin torpaq-iqlim şəraitindən və bitkinin becərilmə texnologiyasından asılı olaraq onun boyu 60-100 sm-ə qədər olub, dik durandır. Budaqlanması yer səthinə yaxın başlayır, budaqları əsas gövdənin ətrafında növbəli düzülmüşdür.
Kameliya
Kameliya (lat. Camellia) – çaykimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Camellia assimilis Champ. ex Benth Camellia azalea Camellia brevistyla (Hayata) Cohen-Stuart Camellia caudata Wall. Camellia chekiangoleosa Camellia chrysantha Camellia connata Camellia crapnelliana Tutcher Camellia cuspidata (Kochs) C.H.Wright ex H.J.Veitch Camellia drupifera Lour. Camellia euphlebia Camellia euryoides Lindl. Camellia forrestii (Diels) Cohen-Stuart Camellia fraterna Hance — Камелия братская Camellia furfuracea (Merr.) Cohen-Stuart Camellia granthamiana Sealy Camellia grijsii Camellia hongkongensis Seem. Camellia irrawadiensis Camellia japonica L. — Yapon kameliyası Camellia kissii Wall. Camellia lanceolata (Blume) Seem. Camellia lutchuensis T.Itô Camellia miyagii (Koidz.) Makino & Nemoto Camellia nitidissima Camellia nokoensis Camellia oleifera C.Abel Camellia parviflora Merr.
Kareliya
Kareliya Respublikası (rus. Республика Карелия, kar. Karjalan tazavalla, fin Karjalan tasavaldu, veps Karjalan Tazovaldkund) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 172.4 min kvadrat kilometrdir . == Əhali == == Rayonlar == == İqtisadiyyat == Respublika ərazisinin 85%-i meşələrlərdən ibarət olduğu üçün taxta-şalban ixracatı əhəmiyyətli bir yer tutur.
Dalliya
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Abelia
Abeliya (lat. Abelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == === Növləri === HibridAbelia x grandiflora (Hort. ex.
Deniya
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Meliya
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.