Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq. Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir. Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Adobe
Adobe — Proqram təminatı hazırlayan ABŞ kompaniyası. Mənzil-qərargahı San-Xosedə (Kaliforniyada) yerləşir.
Adolf
Adolf — kişi adı və təxəllüs. Adolf Hohenloh-İngelfingen - Prussiya zadəganı, hərbçi, siyasətçii. Adolf Andersen - alman şahmatçısı, Adolf Ledebur - alman metallurqu, Adolf Bastian - Alman etnoqrafı, səyyahı və filosofu, Adolf Disterverq -alman pedaqoqu, Adolf Eyxler - alman memarı, Adolf Qurviç - Alman riyaziyyatçısı, alim/ Adolf Pedan - Ukrayna rəssamı, rəssam-multiplikator. Adolf Hitler - 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf fon Bayer - Almaniyalı kimyaçı. Adolf Vindaus - Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı Adolf Leo Oppenheym - ABŞ şərqşünası.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Admet
Admet (q.yun. Ἄδμητος) — qədim yunan mifologiyasında Fesaliyadakı Fer kralı Feret və Periklimanın oğlu. "İliada"da (II 714 və s.) adı çəkilir. Kalidon ovunun və arqonavtların yürüşünün iştirakçısıdır. Peli üçün dəfn oyunlarının iştirakçısı olmuş, yumruq döyüşlərində yarışmışdır.
ADMP
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan parlament seçkilərində mübarizə apardı. Bu seçkilərdə qalib olmayan partiya 4 fevral 1996-cı il tarixli təkrar seçkilərə qatıldı. Nəticədə ADMP üzvü və partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan parlament seçkilərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu.
ADPU
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
ADSP
Azərbaycan Demokratik Sahibkarlar Partiyası — 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuş, Azərbaycan Milli Məclisinin I çağırışında 2 deputatla təmsil olunmuş, 5 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya. == Tarixi == Azərbaycan Demokratik Sahibkarlar Partiyası 23 aprel 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuşdur. Partiya rəsmi dövlət qeydiyyatına 17 may 1994 tarixində alınmışdır. Bir zamanlar Yasif Nəsirli, Mikayıl Mirzə, Mətləb Mütəllimli, Cümşüd Nuriyev, Hacı Əlikram, Zeynəddin Xasmətov kimi şəxslər partiya üzvü olmuşdur. 1990-cı illərin ortasında Eldar Əzizov partiya sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir. 2 mart 2021-ci ildə Azərbaycan Demokratik Sahibkarlar Partiyası qurultay keçirmiş və qurultayda partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi qərara alınmışdır. 5 mart 2021 tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına rəsmi olaraq birləşmişdir. == Təşkilat == === Sədrlər === == Seçkilərdə == Azərbaycan Demokratik Sahibkarlar Partiyası 1995-ci il parlament seçkilərində həm proporsional, həm də tək mandatlı dairələr üzrə seçkilərdə iştirak etmiş, proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmişdir. Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyası seçkilərə 38 namizədlə qatılsa da, onlardan yalnız 10-u rəsmi qeydiyyata alınmışdır.
ADİP
Azərbaycan Demokratik İstiqlal Partiyası
Adət
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Azot
Azot (N) – Azot ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı D.Rezerford tərəfindən havadan ayrılmışdır. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element olub, atom kütləsi 14-dür. Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Əhəmiyyətli biopolimerlərin – zülalların, nuklein turşularının (DNT, RNT), həmçinin bəzi vitaminlərin və hormonların tərkibinə daxildir. Havada azot həcmcə 78 % və kütləcə 75,50 % olur. == Azotlu birləşmələr == Daha çox məlum olan və geniş istifadə edilən azotlu birləşmələr aşağıdakılardır: N2 – azot; NH4Cl – ammonium xlorid; NH4OH – ammonium hidroksid, naşatır spirti; NH4NO3 – ammonium nitrat; NH3 – ammonyak. == Şoralar – azot gübrələri == NaNO3 – natrium şorası (çili şorası); KNO3 – kalium şorası (hind şorası); Ca(NO3)2 – kalsium şorası (norveç şorası); NH4NO3 – ammonium şorası. == Azot insan orqanizmində == İnsan orqanizmində azot atomlarının sayı 9,1·1025, bir hüceyrədəki azot atomlarının sayı 9,1·1011 ədəddir. Çəkisi 70 kq olan insanın bədənində 1,8 kq azot var. Qanda azotun miqdarı 3077 mq/l, tüklərdə 140000–157000 mq/kq, dırnaqlarda 146000–148000 mq/kq olur.
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Krut Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. == Həyatı == Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Kurt Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. == Həyatı == Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Nikolay Adonts
Nikolay Georgiyeviç Adonts (rus. Никола́й Гео́ргиевич Адо́нц, erm. Նիկողայոս Գեորգիի Ադոնց; əsl adı Nikolayos Ter-Avetikyan; rus. Николайос Тер-Аветикян, rus. Նիկողայոս Տէր-Աւետիքեան; 10 (22) yanvar 1871, Brnakot, Zəngəzur qəzası – 27 yanvar 1942[…], Brüssel) — erməni əsilli Rusiya Bizansşünası və ermənişünası, ictimai xadimi və tarixçisi. 1920-ci ildən xaricdə, 1930-cu ildən Brüssel Universitetinin professoru olmuşdur. Ermənistan tarixi, erməni–Bizans münasibətləri üzərində ixtisaslaşmışdır. 2000-ci ildə Ermənistanda Adontsa həsr olunmuş poçt markası buraxılmışdır. Filologiya elmləri doktoru (1916). Sankt-Peterburq Universitetinin professoru (1916).
Qal Qadot
Qal Qadot Varsano (ing. Gal Gadot Varsano; ivr. ‏גל גדות‏‎; 30 aprel 1985, Petah-Tikva, İsrail) — İsrailli aktrisa, istehsalçı və maneken. 30 aprel 1985-ci ildə Petax-Tıkvada anadan olmuşdur. 18 yaşında Miss Israel yarışmasında qələbə qazanmışdır. 2 il müddətində İsrail Silahlı Qüvvələrində məcburi hərbi xidmət keçmişdir. Forsaj film seriyasında canlandırdığı Gisel Yaşar və DC Comics filmlərində canlandırdığı Ecazkar Qadın rolları ilə tanınır. 2004-cü ildə Miss Israel (İsrail Gözəli) seçilərək həmin il Miss Universe-də (Kainat Gözəllik Yarışması) İsraili təmsil etmişdir. Ardınca iki il İsrail Silahlı Qüvvələrində savaş müəllimi olaraq əsgərlik etdi. Modellik və aktrisalıq karyerasına başlamadan əvvəl IDC Herzliya-da universitet təhsilinə başladı.
Adolf Butenandt
Adolf Friedrich Johann (24 mart 1903[…] – 18 yanvar 1995[…], Münxen)— Alman biokimyaçısı == Uğurları == O, cinsi hormonlar üzərində işinə görə 1939-cu ildə Lavoslav Ruziçka ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İkinci Dünya Müharibəsi səbəbindən mükafatını 1949-cu ildə–müharibədən sonra ala bilib. == Təhsili == Marbur Universiteti və Göttingen Universitetində təhsil alıb. == Fəaliyyəti == 1927-ci ildə Göttingen Universitetində doktorluq dərəcəsi almışdır. Daha sonra bu məktəbdə və Danziq Texniki Universitetində dərs demişdir. 1936-cı ildə Kayzer Vilhelm İnstitutunun, daha sonra Maks Plank İnstitutunun direktoru oldu. 1960-1972-ci illərdə Maks Plank Elmin İnkişafı Assosiasiyasının prezidenti olub. == Kəşfləri == Butenandt qadınlarda cinsi inkişafı və funksiyaları tənzimləyən estron hormonunu, daha sonra isə kişi cinsi hormonlarından biri olan androsteronu və qadınlarda progesteronu müəyyən edə bildi. Bu gün kortizonun genişmiqyaslı istehsalı Butenandtın bu mövzudakı işindən irəli gəlir.
Azərbaycanda abort
Azərbaycanda abort tələb əsasında hamiləliyin 12 həftəsinə qədər, xüsusi hallarda isə 12-28 həftə arasında qanunidir. Azərbaycanın hazırkı abort qanunu Azərbaycan Sovet İttifaqının tərkibində (Azərbaycan Sovet Sosialist Respublikası kimi) 1955-ci ildə qəbul edilmiş abort haqqında Sovet İttifaqının qanununa əsaslanır və Azərbaycan 1991-ci ildə müstəqil olduqdan sonra heç bir dəyişiklik edilməmişdir. 1965-1987-ci illər arasında abort nisbəti çox yüksək idi (20 ilə 28% arasında). Müstəqillik əldə etdikdən sonra abort nisbəti demək olar ki, iki dəfə azalıb və 2000-ci ildən sonra nisbətən sabitləşib (12-14%). 2014-cü ildə Azərbaycanda hamiləliklərin 13,8%-i abortla başa çatıb ki, bu da 2005-ci ildə qeydə alınan ən aşağı göstəricidən (12,1%) bir qədər yüksəlib. == Tarixi == Bütün keçmiş SSRİ- də olduğu kimi, 1992-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikası kimi tanınan Azərbaycanda da keçmiş Sovet Sosialist Respublikaları İttifaqının abort qanunvericiliyi və qaydaları əsas idi. Nəticə etibarı ilə Azərbaycanda abort praktikası bütün keçmiş SSRİ-də olduğu kimi idi. Aşağıda verilən təsvir Azərbaycanın müstəqillikdən əvvəlki vəziyyətinə aiddir. Müstəqillik əldə etdikdən sonra abort haqqında qanunda heç bir dəyişiklik edilməyib. Sovet İttifaqının 27 iyun 1936-cı il tarixli fərmanı həyat üçün təhlükə, sağlamlığa ciddi təhlükə və ya valideynlərdən miras qala biləcək ciddi xəstəliyin mövcudluğu istisna olmaqla, abortların aparılmasını qadağan etdi.
Adobe Illustrator
Adobe Illustrator — Adobe Systems tərəfindən hazırlanmış və bazara çıxarılan vektor əsaslı bir rəsm proqramıdır. O, hazırda Creative Cloud paketinin bir hissəsi kimi mövcuddur və ya ayda 33,99 dollara almaq olar. Adobe Illustrator əsasən loqo və vektor dizaynı, həmçinin şriftlərin redaktəsi üçün də istifadə olunur. == Tarixi == Adobe Illustrator ilk dəfə 1986-cı ildə Apple Macintosh üçün hazırlanmış və 1987-ci ilin yanvarında Adobe şirkətinin daxili şrift inkişaf etdirmə proqramının və PostScript fayl formatının kommersiyalaşdırılması kimi istifadəyə verilmişdir. Adobe Illustrator Adobe Photoshop-un köməkçi məhsuludur. Photoshop ilk növbədə rəqəmsal foto manipulyasiyasına və kompüter illüstrasiyasının fotorealistik üslublarına yönəldilmişdir; Digər tərəfdən Illustrator dizaynın yazı və loqoqrafik sahələrində daha yaxşı nəticələr verir. === İlk buraxılışı === Illustrator-un təqdimatı bir çox cəhətdən qumar oyunu idi: Macintosh'un bazar payı yüksək deyildi, Illustrator sənədlərini çıxara bilən yeganə printer Apple'ın öz LaserWriter'i idi, o, həm də çox yeni və bahalı idi və Bezier əyrilərinin rəsm paradiqması əsas istifadəçilər üçün yeni idi. Illustrator Macintosh üçün daha böyük monitorlar hazırlamağa kömək etdi. Lakin Illustrator etibarlı və bacarıqlı məhsul idi və onun nisbətən dayaz öyrənmə əyrisi istifadəçilərə yeni paradiqmanın nəinki daha yaxşı olduğunu tez başa düşməyə imkan verdi, həm də nəhayət MacDraw kimi mövcud proqramların yaratdığı qeyri-müəyyənlik problemini həll etdi. O, həmçinin AutoCAD kimi yüksək səviyyəli proqram təminatını nə ödəyə bilməyən, nə də öyrənə bilməyən insanlar üçün alternativ bir alət kimi təqdim olundu.
Adobe InDesign
Adobe InDesign – Adobe Systems tərəfindən istehsal olunan masaüstü nəşriyyat (DTP) proqram təminatı. == Tarixi == InDesign QuarkXPress-in birbaşa rəqibidir. Bu, 2002-ci ildə ilk Mac OS X yerli masaüstü nəşriyyatı (DTP) proqramı idi. Bundan əlavə, InDesign CS və InDesign CS2 Creative Suite-də Photoshop, Illustrator və Acrobat ilə birlikdə fəaliyyət göstərir. InDesign sənədləri Adobe'nin Portativ Sənəd Formatında (PDF) ixrac edir və çoxdilli dəstəyə malikdir. Bu, mətnin göstərilməsi üçün Unicode, OpenType şriftləri ilə təkmil mətbəə, qabaqcıl şəffaflıq xüsusiyyətləri, tərtibat üslubları, optik kənar hizalanması və JavaScript`dən istifadə edərək platformalararası skriptləri dəstəkləyən ilk DTP tətbiqi idi. InDesign Adobe'nin öz PageMaker'inin varisi olan alternatividir. Dizaynerlər dövri nəşrlərin, afişaların və çap mediasının yaradılması və redaktə edilməsində əsas istifadəçilərdir; lakin daha uzun sənədlər hələ də FrameMaker (dərsliklər, texniki sənədlər və s.) və ya QuarkXPress (kitablar, kataloqlar və s.) ilə tərtib edilir. Əlaqəli verilənlər bazasından istifadə edərək, InDesign və Adobe InCopy mətn prosessoru InDesign ilə eyni formatlaşdırma mühərrikindən istifadə edir. Proqramın sonrakı versiyaları yeni fayl formatlarını təqdim etmişdir.
Adobe XD
Adobe XD (həmçinin Adobe Experience Design kimi tanınır), Adobe Inc. tərəfindən hazırlanmış, veb və mobil proqramlar üçün vektor dizayn vasitəsidir. O, macOS və Windows üçün əlçatandır və işin nəticəsini birbaşa mobil cihazlarda görməyə kömək edəcək iOS və Android versiyaları da mövcuddur. == Tarixi == Adobe sonuncu dəfə 2015-ci ilin oktyabrında Adobe MAX konfransında "Project Comet" adı altında yeni interfeys dizaynı aləti hazırladıqlarını elan etdi. Bu, 2010-cu ildə buraxılmış vektor redaktoru olan Sketch-in artan populyarlığına cavab idi. macOS üçün ilk ictimai beta 14 mart 2016-cı ildə Adobe hesabı olan hər kəs üçün "Adobe Experience Design CC" olaraq buraxıldı. Adobe XD-nin beta versiyası Windows 10 üçün 13 dekabr 2016-cı ildə buraxıldı. 18 oktyabr 2017-ci ildə Adobe Adobe XD-nin betadan çıxdığını elan etdi. Adobe XD 22 iyun 2023-cü il tarixindən etibarən satışını dayandırıb. == Xüsusiyyətləri == Adobe XD mobil və veb proqramlar üçün istifadəçi interfeysləri yaradır.
Selektiv abort
Selektiv abort — körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsi. Xüsusilə Şərqi və Cənubi Asiyanın bəzi bölgələri, həmçinin Qafqaz, Qərbi Balkan və Şimali Amerika kimi oğlan uşaqlarının qız uşaqlarından daha çox qiymətləndirildiyi yerlərdə qadın döllərinin selektiv abortuna daha çox rast gəlinir. Üçüncü Milli Ailə və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, əgər hər iki valideyn, ana və ata və ya sadəcə ata oğlan uşağına üstünlük verirsə, selektiv abort daha çox olur. Yalnız ananın oğlan uşağına üstünlük verdiyi hallarda bu çox güman ki, laqeydlik ilə nəticələnə bilər ki, bu zaman uşağın körpəlikdən sonra sağ qalma ehtimalı olmayacaq. Selektiv abort ilk dəfə 1975-ci ildə sənədləşdirilib və 1980-ci illərin sonunda Cənubi Koreya və Çində, eyni zamanda və ya bir qədər sonra Hindistanda adi hala çevrilib. Selektiv abort cinsi nisbətinə təsir göstərir. Müəyyən bir yaş qrupunda olan kişilərin qadınların nisbəti dünyada ən çox əhalisi olan iki ölkə olan Çin və Hindistanda balanssızdır. Selektiv abortla bağlı araşdırmalar və hesabatlar əsasən statistik xarakter daşıyır; onlara görə doğum-cins nisbəti — doğulan oğlan və qızların ümumi nisbəti — regional əhali üçün cinsdən asılı olaraq abortların göstəricisidir. Bu fərziyyə bəzi alimlər tərəfindən şübhə altına alınmışdır. Tədqiqatçılar Hindistanda hər il təqribən 50.000–100.000 qızın abort edildiyini, bunun da cinsi nisbətə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirmişdir.
Adolf Adam
Adolf Adan (fr. Adolphe Adam; 24 iyul 1803[…] – 3 may 1856[…]) — Fransalı bəstakar.