Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aerobus
Aerobus — yaxın və orta məsafələrdə müntəzəm və qısamüddətli reyslər üçün çox sərnişin tutan nəqliyyat təyyarəsi. == Tarixi == 1970-ci illərinin ortalarında dünya aviasiya sənayesində aerobusların yaradılmasına meyl artmışdır. Aerobuslar sərnişin daşınması intensiv olan marşrutlar üçündür. Qenrix Novojilovun rəhbərliyi altında konstruksiya-sınaq bürosunda 350 sərnişin tutacaq ilk sovet aerobusu İl-86 yaradılmışdır (1976). 4 ədəd ikikonturlu turboreaktiv mühərrikli İl-86 təyyarəsinin birbaşa uçuş uzaqlığı 800–3,600 kilometr, kommersiya yükü 40-42 metr, uçuş sürəti 900 kilometr/saatdır. Magistral, ölkədaxili və beynəlxalq hava xətlərində istifadə uçun nəzərdə tutulmuşdur.
Avtobus
Avtobus — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi. Bu, ümumi istifadədə olan nəqliyyat vasitəsidir. Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən , "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır. İkimərtəbəli avtobuslar London küçələrində nəqliyyat vasitələrinin uzunluğuna məhdudiyyət qoyulmasına görə icad edilib.
Metrobus
Metrobus — ən müasir, əlverişli və üstün şəhər nəqliyyatı növüdür. Üç əsas müsbət parametri vardır: Qısa hərəkət intervalı və tez çatdırma, Əhalinin yüksək sıxlığı olan şəhərin mərkəzi hissələrinə işləyə bilməsi, Uyğunlaşma, ekoloji təmiz, alternativ nəqliyyat rejimi və komfortluq.1. Metrobus, metro ilə avtobusun birləşməsi nəticəsində meydana çıxmış bir ictimai şəhər sərnişindaşıma növüdür. 2. Metrobus xəttində istifadə olunan nəqliyyat vasitələrinə aid məlumatlar Metrobus xətdində istifadə olunan nəqliyyat vasitələri elektron idərəetmə sisteminə malikdir. 3. Metrobus iş prinsipi. Layihə üzrə nəzərdə tutulmuş xüsusi hərəkət zolaqlarına malik olduqlarından metrobus nəqliyyatı onların hərəkəti üçün nəzərdə tutulmuş həmin xətlərdə çox böyük surətlə hərəkət edə bilir. Metrobusların digər xüsusi hərəkət zolaqlı yollarla müqayisədə bəzi önəmli fərqli xüsusiyyətləri vardır. • Dayanacaqlararası məsafə digər ictimai nəqliyyat (avtobus) sistemlərinə nisbətən daha uzundur.
Airbus
Airbus S.A.S (Fransızca: (S)ociété par (a)ctions (s)implifiée) — təyyarə və hava nəqliyyatı istehsal edən şirkət. 1970-ci ildə fransız-alman ortaqlığı əsasında yaradılmışdır. Şirkət müasir dövrdə Almaniya, Fransa, İspaniya, İngiltərə və Niderland şərikliyindən ibarətdir. Qərargahı Fransanın Tuluza şəhərindədir.
Erebus
Erebus — Antarktida və Cənub yarımkürrəsində Cənub qütbünə ən yaxın fəaliyyət göstərən vulkan. Vulkan Ross adasında yerləşir. Erebusdan başqa adada üç sonmüş vulkan vardır. Vulkanın hündürlüyü 3794 metr təşkil edir. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Nyu-Meksiko ştatının dağlarda ehtiyat çıxarma və texnologiya mühəndisliyi tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross rərəfindən kəşf edilir. Ekspedisiya Erebus(1826) və Terror(1813) gəmiləri ilə həyata keçirilir. Vulkanın kraterinə ilk dəfə 10 mart 1908-ci ildə Ernest Şelktonun birinci ekspedisiyası zamanı çıxılır.
Calopappus acerosus
Calopappus (lat. Calopappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Calopappus acerosus Meyen === Sinonim === Calopappus acanthifolius J.Rémy Nassauvia acanthifolia (J.Rémy) G.F.Grandjot Nassauvia acanthifolia (J.Rémy ex Remy) G.F.Grandjot & K.Grandjot Nassauvia acerosa (Meyen) Wedd. Nassauvia remyana Wedd. == Ədəbiyyat == Crisci, J. V. & S. E. Freire. 1986. El género Calopappus (Compositae, Mutisieae). Caldasia 15(71–75): 57–69. Marticorena, C. & M. Quezada. 1985.
Pinus strobus
Veymutov şamı (lat. Pinus strobus) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Şimali Amerika nın şərq rayonlarında yayılmışdır. Zaqatala rayonunun Pərzivan məntəqəsində dağ-meşə torpaqlarında bitir. Avropada XVII əsrdən becərilir. Hündürlüyü 50 m, diametri 160 sm olan iri ağacdır. Çətiri enli piramidal və ya yumurtavarı, seyrəkdir. Gövdəsi düz və hamardır, açıq-boz rəngli qabıq qatı ilə örtülmüşdür. Cavan zoğların qalınlığı isə 3–4 mm olub, çılpaqdır. Nazik iynəyarpaqları açıq-yaşıldır, uzunluğu 5-10 sm olub, 5 ədədi bir dəstədə yığılmışdır və 2-3 il budaqların üzərində qalır.
İkimərtəbəli avtobus
İki mərtəbəli avtobus aşağı və yuxarı mərtəbələrdə iki kabinəsi olmaqla şəhər ictimai nəqliyyatında və şəhərlərarası nəqliyyatda istifadə olunan bir avtobus növüdür. Ən məşhurları İngiltərədə istifadə edilən qırmızı rəngli AEC Routemaster markalı avtobuslardır. Neoplan Jumbocruiser, iki mərtəbəli və əlavəli olaraq istehsal olunur, başqa bir ikimərtəbəli avtobus modelidir.
Şəhərlərarası avtobus
Şəhərlərarası avtobus, şəhər avtobusundan fərqli olaraq daha uzun məsafəli xidmətlər üçün istifadə olunan bir avtobusdur. Ümumiyyətlə tək bir metropol ərazisində istifadə olunur. Ümumiyyətlə tur, beynəlxalq və şəhərlərarası avtobus xidməti, bəzən isə xüsusi məqsədlər üçün istifadə olunur. Ən məşhur istehsalçılara Daimler AG, Autosan, Scania AB, Mitsubishi Fuso Truck and Bus Corporation, Alexander Dennis, Van Hool, Neoplan Bus GmbH, MAN Truck & Bus AG, Marcopolo S.A., Irizar, MCI, Volvo Buses daxildir. İctimai nəqliyyatdan fərqli olaraq, şəhərlərarası avtobuslarda əsasən ön tərəfə baxan oturacaqlar mövcud olur və onlarda ayaq üstdə dayanmaq üçün şərait yoxdur. Digər yaşayış bölmələrində tualet, televizor və yerüstü baqaj sahəsi ola bilər.
Əlavəli avtobus
Əlavəli avtobus və ya Dəstəkli avtobus, birləşdirici vasitə ilə bir-birinə bağlanılmış iki hissədən ibarət olan və şəhər daxili nəqliyyatda istifadə olunan, adi avtobuslarla müqayisədə sərnişin tutumu artırılmış bir avtobus növüdür. Bəzi metrobuslarda olduğu kimi uzunluğu 11 metrdən 25 metrə qədər ola bilər. Tək əlavəli, cüt əlavəli, iki mərtəbəli əlavəli kimi növləri mövcuddur. Avtobusun manevrini asanlaşdırmaq üçün ən arxa təkərin dönməsinə imkan verən 4WS sisteminə bənzər bir sistem istifadə olunur.
Hündürmərtəbəli avtobus
Hündür mərtəbəli avtobus, avtobus və ya trolleybus. Avtobusa girmək üçün bir neçə pilləkən vardir. Midiavtobuslar, mikroavtobuslar, şəhərlərarası avtobuslar, sərnişin avtobusları, qatarlar, yüngül relsli sistemlər və digər dəmir yolu nəqliyyat vasitələri kimi ictimai nəqliyyat vasitələri bu xüsusiyyəti daşıyır. Müasir dövrdə ictimai nəqliyyatda edilən yeniliklərlə əlaqəli, daha çox şəhər xaricində və xüsusi məqsədlər üçün istifadə olunur.
Airbus A220
Airbus A220, həmçinin əvvəllər Bombardier CSeries (və ya C Series) kimi tanınan — Bombardier Aerospace şirkəti tərəfindən istehsal olunan, iki mühərrikli dar füzelyajlı reaktiv sərnişin təyyarələr ailəsi. 2017-ci ilin oktyabrında Airbus şirkəti tərəfindən C Series proqramının 50,01% aksiyalar paketini əldə etdi, müqavilə (razılaşma) 2018-ci ilin iyulunda tamamlandı. Bombardier Aerospace-də aksiyaların 31%, Investissement Québec-də isə - 19% qaldı. Hal-hazırda 108-130 yerlik A220-100 (əvvəllər CS100) və 130-160 yerlik A220-300 (əvvəllər CS300) təyyarə növləri ilə təmsil olunur. == Tarixi == İlk uçuş 2012-ci ilin ikinci yarısına planlaşdırılmışdır, lakin, sonra 2013-cü ilin iyun ayına keçirilmişdir. Nəticə etibarı ilə Bombardier CS100-ün ilk uçuşu 16 sentyabr 2013-cü ildə baş tutdu. İstismarçıya ilk çatdırılma 2014-cü ilin sonuna planlaşdırılmışdır, lakin sonra 2015-ci ilin ikinci yarısına keçirilmişdir. 18 dekabr 2015-ci ildə CS100 Transport Canada sertifikatını almış və 15 iyul 2016-cı ildən Swiss International Air Lines tərəfindən istismar olunur. 130-160 yerlik CS300 ilk uçuşu 27 fevral 2015-ci ildə baş tutub və 14 dekabr 2016-cı ildən AirBaltic tərəfindən istismar olunur. 1 iyul 2018-ci ildən, Airbus şirkəti tərəfindən C Series proqramının idarə aksiyalar paketinin alınması ilə əlaqədar olaraq, seriya Airbus A220 adlandırıldı.
Airbus A320
Airbus A320 — “Airbus S.A.S” şirkəti tərəfindən istehsal olunan dar füzelyajlı təyyarələr ailəsi. 1988-ci ildə buraxıldığı zaman müəyyən məsafədən elektrik idarəetmə sistemi quraşdırılmışdır (EİS, ing. fly-by-wire) və dünyada bu sistemi istifadə edən ilk kütləvi sərnişin təyyarəsi oldu. Airbus A320 ailəsinə əsas rəqib olan Boeing 737 ailəsidir. == İstehsal dövrü == 2008-ci ilin fevral ayına qədər Airbus A320 yalnız Tuluzada yığılırdı. Lakin, 2008-ci ilin mart ayından, yüksək tələbat səbəbindən, həmçinin Hamburg-Finkenverder zavodunda da yığılmağa başlandı. Komponentlər Airbus şirkətinin müxtəlif zavodlarından Hamburqa (A318, A319, A321) və Tuluzaya (A320) yekun montaj (yığılma) üçün daşınır. Demək olar ki, bütün daşımalar Beluga A300-600ST-də aparılır. Airbus S.A.S. üçün ən böyük problem ABŞ dollarının aşağı kursu olmasıdır: istehsalın çox hissəsi avrozonada yerləşməsinə baxmayaraq, bütün ödənişlər ABŞ dolları ilə aparılır. 2014-cü ildən Airbus şirkəti Airbus A320neo yeni nəsil təyyarələrin buraxılmasına başlayıb.
Airbus A380
Airbus A380 — Airbus tərəfindən istehsal edilən iki mərtəbəli, geniş gövdəli, dörd mühərrikli təyyarə. Dünyanın ən böyük sərnişin təyyarəsi olduğu üçün hava limanı operatorları onu qəbul etmək üçün hava limanında təkmilləşdirmə işləri aparırlar. İlk adı Airbus A3XX idi və təyyarə bazarında Boeing-ə meydan oxuyurdu. Airbus A380 ilk uçuşunu 27 aprel 2005-ci ildə etmişdir. İstismara isə 25 oktyabr 2007-ci ildə Singapore Airlines tərkibində buraxılmışdır. Daha yaxşılaşdırılmış versiyası olan A380plus hələ inkişaf mərhələsindədir. A380-nin üst hissəsi gövdənin bütün uzunluğu boyunca uzanır. Alt göyərtədən daha dar olsa da, digər geniş gövdəli təyyarələrinin eni ilə müqayisə edilə bilər. A380-800 kabininin 550 kvadrat metrlik istifadə edilən sahəsi, Boeing 747-8-dən 40% çoxdur və tipik üç sinif konfiqurasiyasında 525 sərnişin tutumu mövcuddur. A380-800, 8.500 dəniz mili (15.700 km) dizayn aralığına malikdir.
Airbus A400M
Airbus A400M Atlas dörd turbopərvanə motorlu, Avropalı millətlərin hərbi havadan daşıma istəklərini qarşılaya bilmək məqsədi ilə Airbus Military tərəfindən hazırlanmış bir təyyarədir. Layihə başlanğıcından daha sonrakı tarixlərdə Malayziya tərəfindən də sifariş edilmişdir. == Layihə planı == Gələcəyin Beynəlxalq Hərbi nəqliyyat təyyarəsi (Future International Military Airlifter (fima)) olaraq başladılan Layihə, C-130 Hercules və C-160 Transallın yerinə keçməsi məqsədi ilə Aerospatiale, British Aerospace, Lockheed və MBB firmaları tərəfindən 1982-ci ildə planlanmışdır. Dəyişən tələblər və beynəlxalq siyasi görüşlər səbəbi ilə yavaş bir irəliləmə təmin edildi. 1989-cu ildə Lockheed qrupdan ayrıldı və ikinci nəsil Hercules, C-130J, üzərində işə başladı.Alenia və CASA in də əlavə olunması ilə fima qrupu Euroflaga çevrildi. Tərəfdaş ölkələr olan Fransa, Almaniya, İtaliya, İspaniya, Birləşmiş Krallıq, Türkiyə, Belçika və Lüksemburq May 2003-də 212 ədəd təyyarə alışı üçün imza atdılar. Bu ölkələr OCCARı A400M tədarük rəhbərliyi ilə vəzifələndirdilər. İtalyanın layihədən çəkilməsinin və tədarük sayının nəzərdən keçirilməsinin ardından ehtiyac, 180 təyyarə üçün, ilk uçuşun 2008 və ilk təhvilvermə 2009-da olacağı şəkildə dəyişdirildi. 28 Aprel 2005-də Cənubi Afrikada ortaqlıq proqramına daxil oldu. Airbus A400M, əslən yerinə keçməsinin hazırlandığı köhnə versiya Hercules və Transallın nəqliyyat və mənzil dəyərlərinin üstün olacaq.
Airbus Helicopters
Airbus Helicopters — Airbus şirkətinin helikopter istehsal edən hissəsi. Gəlirləri və turbin vertolyotların hazırlanması baxımından sənayedə ən böyüyüdür. Baş ofisi Marsel Provans Hava Limanında yerləşir.
Erebus (krater)
Erebus krateri — Marsın Margaritfer Sinu (MC-19) bölgəsi daxilində yerləşən bir kraterdir, bu xarici geoloji xüsusiyyət daha böyük krater Viktoria üçün yolda Opportüniti tərəfindən ziyarət edildi. Bu, 1841-ci ildə Ceyms Klark Ross tərəfindən istifadə edilən Polar Kəşfiyyat gəmisi HMS Erebus adına, artıq Ross şelf buzlağı olaraq bilinən Böyük Ays Barryeri tapmağa çağırıldı. Karyera təxminən 550- 750 arası (oktyabr 2005-mart 2006-cı il) kraterin yaxınlığında idi. Bunlara Payson Raid və Olimpiya Raid daxildir. Erebus daha əvvəl Opportüniti tərəfindən ziyarət edilən daha kiçik krater Vostok kraterindaən təxminən 2500 metr (8200 fut) cənubda yerləşir. Elm adamları Meridiani Planum qumunun altından süxurların gözdən keçirildiyi bir sahə olan "sürülmüş ərazi" kimi təsvir edirlər. Erebus, təxminən 350 metr (1150 ft) genişlikdə, kraterin dayanıqlığından iki dəfə böyükdür. Ancaq çox köhnə və aşındırılmışdır və yerdən görünə bilər; yalnız dünyanı əhatə edən bir sıra düz qayaüstü çöküntülər kimi görünür. == Xarici keçidlər == Grotzinger; Bell, J.; Herkenhoff, K.; Johnson, J.; Knoll, A.; McCartney, E.; McLennan, S.; Metz, J.; və b. "Sedimentary textures formed by aqueous processes, Erebus crater, Meridiani Planum, Mars".
Erebus vulkanı
Erebus — Antarktida və Cənub yarımkürrəsində Cənub qütbünə ən yaxın fəaliyyət göstərən vulkan. Vulkan Ross adasında yerləşir. Erebusdan başqa adada üç sonmüş vulkan vardır. Vulkanın hündürlüyü 3794 metr təşkil edir. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Nyu-Meksiko ştatının dağlarda ehtiyat çıxarma və texnologiya mühəndisliyi tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross rərəfindən kəşf edilir. Ekspedisiya Erebus(1826) və Terror(1813) gəmiləri ilə həyata keçirilir. Vulkanın kraterinə ilk dəfə 10 mart 1908-ci ildə Ernest Şelktonun birinci ekspedisiyası zamanı çıxılır.
Orobus myrtifolius
Lathyrus palustris (lat. Lathyrus palustris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Sinonimləri == Lathyrus incurvus Rchb. Lathyrus macranthus (T.G.White) Rydb. Lathyrus myrtifolius Willd. Lathyrus myrtifolius var. macranthus T.G. White Lathyrus occidentalis Torr. & A.Gray Lathyrus paluster sensu auct. Lathyrus palustris var. linearifolius Ser.
Rubus probus
Rubus probus (lat. Rubus probus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Senecio erosus
Senecio erosus (lat. Senecio erosus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Vicia orobus
Vicia orobus (lat. Vicia orobus) — paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Avtobus (futbol taktikası)
Avtobus (ing. The bus) və ya "avtobus saxlamaq" (ing. Parking the bus) — futbolda oyun taktikası. == Tarixi == Termin ilk dəfə 2004-cü ildə Joze Mourinyo tərəfindən istifadə olunub.
Hündür mərtəbəli avtobus
Hündür mərtəbəli avtobus, avtobus və ya trolleybus. Avtobusa girmək üçün bir neçə pilləkən vardir. Midiavtobuslar, mikroavtobuslar, şəhərlərarası avtobuslar, sərnişin avtobusları, qatarlar, yüngül relsli sistemlər və digər dəmir yolu nəqliyyat vasitələri kimi ictimai nəqliyyat vasitələri bu xüsusiyyəti daşıyır. Müasir dövrdə ictimai nəqliyyatda edilən yeniliklərlə əlaqəli, daha çox şəhər xaricində və xüsusi məqsədlər üçün istifadə olunur.
Kərövüs
Kərövüs — İranın Həmədan ostanının Dərgəzin şəhristanının Şahəncərin bəxşində şəhər və bu bəxşin mərkəzi. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,155 nəfər yaşayır (1,250 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Kaunas avtobus zavodu
Kaunas Avtobus Zavodu (lit. Kauno autobusų gamykla, KAG) — Litvanın Kaunas şəhərində mövcud olmuş avtobus zavodu. == Tarixi == Litvanın paytaxtı olmuş Kaunasda 1930-cı illərdə Amerikan şikətlərinə (Ford, Chevrolet, Autocar və s.) aid şassilər üzərinə avtomobil. İlk əvvəllər bu avtobuslar balaca və primitiv idilər ancaq illər ötdükcə təcrübə artırdı. Artıq dövrünün tələblərinə cavab verə biləcək avtomobillər hazırlanırdı. On illiyin sonunda vaqon tipli avtobuslar Mercedes-Benz dizel mühərriki ilə alman şassiləri əsasında hazırlanmışdır. Bütün işlər əsasən iki müəsisədə gedirdi: "Amerika Litvalıları Səhmdar Cəmiyyəti" təmir emalatxansı və Kaunasın Şansi rayonunun Avtobus parkı emalatxanası. Bu müəssisələrin əsasında isə Kaunas Avtobus zavodu meydana gəlmişdi İkinci dünya müharibəsinin somnlarına yaxın Litvada artıq fəaliyyətdə olan bir dənə də olsun avtobus qalmamışdır. Əhalinin daşınması məqsədi ilə yük maçınlarından istifadə edilir və ya Vermaxtın avtobusları təmir edilərək istifadə edilirdi. Üstəli Şərqi Prussiya ərazisinə reydlər təşkil edilərək burada olan avtobuslar təmir edilərək Litvalıların istifadəsinə verilirdi.