Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aerobion
Anqrekum (lat. Angraecum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Aeroflot
Aeroflot (rus. Аэрофлот) — Rusiyanın ən böyük hava yolu şirkəti. Şirkət ölkədaxili və beynəlxalq uçuşlar həyata keçirir. Əsası 1923-cü ildə qoyulan Aeroflot ən qədim hava yolu şirkətlərindən biridir. Sovet hakimiyyəti dövründə milli hava yolu olan şirkət həm də dünyanın ən böyük hava yolu şirkəti idi.
Aerofoil
Qanad profili və ya aerofoil — Bir qanad, pərvanə, rul, yelkən kimi bir flüid içində hərəkət edən cisimlərin 2D kəsiyi. Bunlar hava, su kimi hər hansı bir maye içində hərəkət edən nəqliyyat vasitəsinə optimal daşıyıcı qüvvə/sürtünmə nisbəti vermək üçün nəzərdə tutulmuş əyri və ya düz, ümumiyyətlə damla formalı hissələrdir. Qanadlardan əlavə Fin (şaquli stabilizator) və üfüqi stabilizator kimi bir çox aerodinamik idarəetmə səthinin əsas hissəsini təşkil edir. == Hissələri == Hücum bucağı flüidin nəqliyyat vasitəsinə nisbətən hərəkət istiqamətinə əsasən hesablanır. Profil ətrafındakı flüidin sürəti və istiqaməti dəyişkən olacağı üçün uzaq bir nöqtədə sürət vektorundan istifadə olunur. Veter xətti, profilin hücum kənarı (ən kiçik radius nöqtəsi) və arxa tərəfi arasındakı düz xəttdir. Kamber xətti profilin aşağı və yuxarı səthi arasında, tam ortada yerləşən nöqtələri birləşdirən xəttdir. == Bernoulli prinsipi == Qanadın qozbel olan yuxarı hissəsində, flüidin getməli olduğu yol alt hissədən daha çoxdur. Bu səbəbdən yuxarıdakı flüid (maye) daha sürətli hərəkət edir. Bernoulli prinsipinə görə, sürəti artan havanın statik təzyiqi azalır.
Aerotop
Aerotop ekosistemin daxili atmosferi olub, Yer səthi hava qatının bir hissəsidir, onun tərkibi və rejimi vasitəsilə ekosistemin daxili komponentləri, hər şeydən əvvəl bitki örtüyü və torpağın təsiri altında müəyyənləşir. == Aerotop == Aerotop həmçinin bütün atmosferin aşağı təbəqəsi olduğu üçün atmosferin xarici təsirlərinə güclü məruz qalır. Aerotopun kəmiyyət vəziyyətini və rejimini təsvir etmək məqsədilə geniş kompleks göstəricilərdən istifadə olunur: günəş radiasiyasının intensivliyi küləyin sürəti havanın temperaturu havanın rütubətliyi karbon qazının miqdarı və s.
Aerozol
Aerozol (yun. aer- hava və soel - cisim) - havada asılı vəziyyətdə olan müxtəlif böyüklükdə və formada, kimyəvi tərkibi, habelə fiziki xassələrinə görə başqa-başqa olan ən kiçik hissəcik (toz, buz kristalı, duz, mikroorqanizm və s.). Aerozol duman və bulud əmələ gəlməsi üçün zəruri olan kondensasiya nüvəsi rolunu oynayır. Aerozol — qaz mühitində (adətən havada) asılı vəziyyətdə olan bərk və maye hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava, tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. Yalnız tüstü kiçik bərh hissəciklərdən və çox az dərəcədə su damcılarından və qatrandan əmələ gəlmiş asılqan, duman isə yalnız bir mayedən – sudan əmələ gəlmiş aerozoldur. Dumanda, tüstüdə və digər aerozollarda hissəciklərin diametri 1-dən 100 mikrometrə qədər olur. Hava axını, külək onları qarışdırır və yerə düşməyə imkan vermir. Aerozollar təbiətdə və insan həyatında müsbət rol oynayır. Bitkilərin çoxu çiçək tozcuqlarının aerozolu ilə tozlanır, duru yanacaqlar və bərk yanacaqların çoxu aerozol şəklində yandırılır, bitki ziyanvericilərinə qarşı kimyəvi aerozollarla mübarizə aparılır.
Allofon
Allofon (ing. Allophone) – fonemin sözdəki yerindən, digər səslərlə qonşu olmasından, saitin vurğulu və ya vurğusuz olmasından asılı olaraq tələffüz variantıdır. Azərbaycan dilində bir neçə allofon səs var. "K k" hərfi söz başında /c/ səsini göstərir, amma sözün ortasında və axrında /ç/ səsi kimi tələffüz olunur. Başda: kömür [cʰœmyɾ] Ortada: məktəb [mæçt̪æb] Axırda: inək [in̪æç] "Ğ ğ" hərfi /ʁ/ fonemini gostərir, lakin bəzi sözlərdə çox hadisələrdə bu hərf /ʕ/ kimi tələffüz olunur. Boğaz [bɔʕɑz̪] Bəlğəm [bæl̪ˤʕæm] == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Azerfon
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. == Tarixi == Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib. 2007-ci il mart 21-də “Nar Mobil” əmtəə nişanı ilə fəaliyyətə başlayıb (link). 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını “Nar mobile” yerinə sadəcə “Nar” olaraq təsbit etdi. == Tətbiqi == Nar şirkətinin Nar+ adlı tətbiqi var.
Edofon
Edafon — torpaq orqanizmlərinin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Azerfon-Vodafone
Azerfon-Vodafone — 2009–2012-ci illərdə Azerfon və Vodafone mobil operatorları ilə Azərbaycanda birgə xidmət göstərmiş Azərbaycan-Britaniya əmtəə nişanı. Baş qərargah Bakıda yerləşirdi. == Tarixi == Azerfon şəbəkəsi Azərbaycan ərazisinin təxminən 80%-ni əhatə edirdi. 2009-cu ildə Azerfon ilə Vodafone arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb. 2009-cu ilin dekabr ayında şirkət Azerfon-Vodafone brendi altında yeni 077 prefiksi ilə xidmət göstərməyə başlayıb. Azerfon və Vodafone arasında tərəfdaşlıq 2012-ci ildə başa çatıb. 077 prefiksli bütün abunəçilər "Nar" fakturalı xətt tariflərinə keçiblər.
Aerozol katastrof (fəlakət)
Aeroflot Hava Yolları reys 6502
Aeroflot Hava Yolları reys 6502 (rus. Катастрофа Ту-134 в Куйбышеве) — 1986-cı ilin 20 oktyabr tarixində SSRİ-də daxili uçuş həyata keçirən Tupolev Tu-134 A tipli təyyarənin qəzaya uğraması ilə nəticələnmiş hadisə. Təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərindən Çeçenistanın paytaxtə Qroznı şəhəri istiqamətindəki uşuşu həyata keçirən zaman qəzaya uğramış və hadisə nəticəsində təyyarədə olan 7 nəfəri uçuş heyəti üzvü olmaqla, ümumilikdə 94 nəfərdən 70 nəfəri, o cümlədən 66 sərnişin və 4 heyət üzvü həlak olmuş, 24 nəfər isə sağ qalmışdır. Qəzanın baş verməsinə təyyarə kapitanı Aleksandr Klyuyevin kobud səhlənkarlığı və ikinci pilot Gennadi Jirnov ilə yerə baxmadan təyyarəni gözü bağlı endirə biləcəyi ilə bağlı mərci olmuşdur. Hadisədən sonra keçirilmiş məhkəmənin qərarı ilə pilot qəzanın səbəbkarı kimi göstərilmiş və 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. == Uçuş məlumatı == 1979-cu ildə SSRİ-də istehsal olunmuş Tupolev Tu-134 A tipli təyyarə 62327 qeydiyyat nömrəsi ilə əsasən ölkədaxili uçuşları həyata keçirmişdir. Hadisə baş verən zaman heyət kapitan Aleksandr Klyuyev, ikinci pilot Gennadi Jirnov, naviqasiya operatoru İvan Moxonko, uçuş mühəndisi Kyuri Xamzatov və digər üç nəfərdən ibarət olmuşdur. Uşuş planlaşdırmasına əsasən təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərinin hava limanından Qroznıya uçmalı, yolüstü Kuybışev Hava Limanında enməli idi. Samara şəhəri SSRİ dövründə Kuybışev adlandırıldığından qəza SSRİ xronikasında Kuybışev təyyarə qəzası olaraq qalmışdır. == Qəza == Qəza, təyyarənin Kuybışev Hava Limanına yaxınlaşması zamanı baş vermişdir.