Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alcohol Is Free
Alcohol Is Free — (Azərbaycanca: Alkoqol Pulsuzdur) Yunanıstanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Alkoqol
Alkoqol — Etanol
Alloxol
Alloxol — ödqovan dərman. Xronik hepatit, xolankit, xolesistit xəstəliklərində və xronik qəbizlikdə işlədilir.
Alkoqol deliriyası
Alkoqol deliriyası — titrəmə ilə müşahidə olunur və xəstənin çox həyəcanlı bir vəziyyəti kimi ortaya çıxır. Alkoqolik şəxsin belə bir vəziyyəti yuxarıda izah edilən və alkoqoldan irəli gələn fiziki asılılıqdan ibarətdir. Demək olar ki, bütün alkoqolik şəxslərdə içkinin ardı kəsildikdən sonra müşahidə edilir. Xəstə bu zaman gözünün qarşısında qorxunc heyvanların, o cümlədən ilan və əqrəbin göründüyünü iddia edir. Əgər həmin vəziyyətdə olan bir içki düşkününə dərhal uyğun tibbi müdaxilə göstərilməzsə xəstə ölə bilər.
Alkoqol paranoidi
Alkoqol paranoidi — ruh pozulmasının əsas əlamətlərindən biri olub, özünü şiddətli qısqanclıq şəklində büruzə verir. Xəstə şəxs hamının onu aldatdığı qənaətinə gəlir. Eyni zamanda öz qızı və ya ona xidmət edən şəfqət bacısı haqqında da fikirləşir. Bundan başqa belə xəstə ailəsi içərisində də ona pis gözlə baxıldığını, onu öldürmək istədiklərini zənn edir.
Avropanın alkoqol kəmərləri
Avropanın alkoqol kəmərləri — Avropanı ənənəvi spirtli içkilərinə görə üç yerə bölür: pivə, şərab və ya likorlar. Onlar mütləq mövcud içmə vərdişləri ilə uyğun gəlmir, məsələn, pivə dünyada ən populyar alkoqollu içkidir. Ona görə də kəmərlər tamamilə obyektiv deyildir.
Qaraciyərin alkoqol xəstəliyi
Qaraciyərin alkoqol xəstəliyi — Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi ilə müqayisə edilə bilər. == Təsnifat == Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (steatozu) Alkoqol mənşəli hepatit Alkoqol mənşəli sirrozBəzən alkoqol mənşəli hepatitləri kəskin və xroniki hepatitlərə ayırırlar, ancaq bu nozoloji formalar bir-birindən ciddi şəkildə fərqlənmirlər. == Etiologiya == Gün ərzində 40 q-dan artıq etanol qəbulu qaraciyərin alkoqol xəstəliyinin yaranma riskini artırır. 10 ildən artıq müddətdə gün ərzində 80 q-a qədər təmiz etanol qəbulu qaraciyərin sirrozunun yaranması ilə nəticələnə bilər . Qaraciyərin alkoqol mənşəli xəstəliyinin ağır formalarının yaranmasında genetik meyllilik, qadın cinsi, B və C virus hepatitləri ilə yoluxma, qidalanmanın çatışmazlığı, qida disbalansı və s. etioloji amillər əhəmiyyətlidir. == Klinik mənzərə == Qaraciyərin alkoqol mənşəli steatozu əksər hallarda simptomsuz keçir və təsadüfi müayinə nəticəsində aşkara çıxır. Bəzən xəstə ürəkbulanma, qarnının sağ yuxarı kvadrantında küt ağrılardan, ümumi diskomfort hislərindən şikayətlənir. Qaraciyərin alkoqol mənşəli hepatitinin əlamətləri başqa etiologiyalı qaraciyər çatışmazlığı zamanı yaranan klassik simptomlara uyğundur.
Ən çox alkoqol qəbul edən ölkələr
Ən çox alkoqol qəbul edən ölkələr - 2010-cu ilin nəticələrinə görə Moldovanın yaşından asılı olmayaraq hər bir sakininə adambaşına il ərzində 18 litr qəbul edilmiş alkoqol düşür. Bu dünya üzrə göstəricilərdən üç dəfə çoxdur. İkinci yerdə Çexiya durur. Orada bu rəqəm 16,45 litrdir. Siyahıda üçüncü yeri Rusiya tutur. Burada il ərzində adambaşına 15,76 litr alkoqol düşür. Onluğa bu ölkələrdən başqa Ukrayna, Estoniya, Rumıniya, Sloveniya, Belarus və Böyük Britaniya daxildir.