Qaraciyərin alkoqol xəstəliyi
Qaraciyərin alkoqol xəstəliyi — Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi ilə müqayisə edilə bilər.
Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (steatozu)
Alkoqol mənşəli hepatit
Alkoqol mənşəli sirroz
Bəzən alkoqol mənşəli hepatitləri kəskin və xroniki hepatitlərə ayırırlar, ancaq bu nozoloji formalar bir-birindən ciddi şəkildə fərqlənmirlər.
Gün ərzində 40 q-dan artıq etanol qəbulu qaraciyərin alkoqol
xəstəliyinin yaranma riskini artırır. 10 ildən artıq müddətdə gün
ərzində 80 q-a qədər təmiz etanol qəbulu qaraciyərin sirrozunun
yaranması ilə nəticələnə bilər .
Qaraciyərin alkoqol mənşəli xəstəliyinin ağır formalarının
yaranmasında genetik meyllilik, qadın cinsi, B və C virus hepatitləri
ilə yoluxma, qidalanmanın çatışmazlığı, qida disbalansı və s. etioloji
amillər əhəmiyyətlidir.
Qaraciyərin alkoqol mənşəli steatozu əksər hallarda simptomsuz
keçir və təsadüfi müayinə nəticəsində aşkara çıxır. Bəzən xəstə
ürəkbulanma, qarnının sağ yuxarı kvadrantında küt ağrılardan,
ümumi diskomfort hislərindən şikayətlənir.
Qaraciyərin alkoqol mənşəli hepatitinin əlamətləri başqa etiologiyalı
qaraciyər çatışmazlığı zamanı yaranan klassik simptomlara uyğundur.