Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alev Alatlı
Alev Alatlı (16 sentyabr 1944, Menəmən, İzmir ili – 2 fevral 2024, İstanbul) – Türkiyə yazıçısı. == Həyatı == 1944-cü ildə Fürüzan və Ərtuğrul Alatlının qızı olaraq İzmirin Menemen ilçəsində anadan olmuşdur. Atası zabitdir. İbtidai məktəbi Anakara Memar Kemal İbtidai Məktəbində başlamış, bir müddət Karakösədə oxuduqdan sonra Ərzurum Mədəniyyət Qurumu İbtidai Məktəbindən məzun olmuşdur. Anakara Namıq Kəmal Orta Məktəbini bitirdikdən atasının Yaponiyaya hərbi ateşe kimi təyin olunmasına görə liseyi Tokio şəhərindəki Yaponiya Amerika Məktəbində oxumuşdur. Burada ingilis və yapon dillərini öyrənmişdir. Orta Şərq Texniki Universitetinin statistika fakültəsinə daxil olmuş və 1963-cü ildə məzun olmuşdur. "Fullbright" təqaüdü ilə ABŞ-yə gedərək orada Vanderbilt Universitetində rifah iqtisadiyyatı və ekonometriya üzrə magistr təhsili almışdır və 1965-ci ildə universitetdən məzun olmuşdur. Daha sonra iqtisadiyyatı buraxaraq Nyu-Hempşirdə yerləşən Dartmut Kollecində fəlsəfə üzrə təhsil almış və düşüncə tarixi, ilahiyyat biliklərinə yiyələnmişdir (1968). Təhsili zamanı alman və rus dillərini də öyrənmişdir.
Alev Altın
Alevrit
Alevrit — ölçüləri əsasən 0,01-0,1 mm (bəzi müəlliflərə görə, 0,005-0,05 mm) olan mineral dənələrdən (kvars, çöl şpatı, mika və b.) ibarət yumşaq, xırdaqırıntılı çöküntü. Üstünlük təşkil edən dənələrin ölçülərindən asılı olaraq iri alevrit (0,05-0,1 mm), xırda və ya incə alevrit (0,01-0,05 mm) növləri ayrılar. Sinonim: Silt. == Alevrit çöküntüləri == Alevrit çöküntüləri tərkibi əsasən 0,01-0,1mm ölçülü hissəciklərdən təşkil olunmuş çöküntülər. Termin qranulometrik tərkibi göstərir. == Alevrit fraksiyası == Alevrit fraksiyası alevrit ölçülü qırıntılı dənələrindən təşkil olun­muş çöküntü süxurun əsas tərkib hissəsi. == Alevrit quruluşu == Alevrit quruluşu alevrit ölçülü dənələrdən təşkil olunmuş xırda qırıntılı süxurların quruluşu. Üstünlük təşkil edən qırıntıların ölçülərinə görə iri alevrit (0,05¸0,1 mm) və xırda alevrit (0,01¸0,05 mm) quruluşları ayırırlar. Alevrit quruluş xırda qırıntılı çöküntü süxurların (alevrit, alevrolit və lösslər, bəzi piroklastik süxurlar) yumşaq və sementləşmiş növləri üçün səciy­yəvidir. == Alevrolit == Alevrolit Baturin, 1935 - 50%-dən çox hissəsi alevrit ölçülü (0,01-0,1 mm) (başqa müəlliflərə görə, 0,05-0,005 mm) hissəciklərdən təşkil olunmuş sementləşmiş çöküntü süxur.
Alevtina Çernikova
Аlevtina Anatolyevna Çernikova (22 may 1966, Şatalovka[d], Belqorod vilayəti) — Rusiya iqtisadçı alimi, iqtisad elmləri doktoru, "MİSİS" - Milli tədqiqat texnoloji universitetinin rektoru (21 may 2013-cü ildən).
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alov
Alov (film, 1979)
Arev
Arev bu mənaları ifadə edə bilər: == Nəşrlər == Arev (qəzet) — Misir, Qahirədə gündəlik erməni dilində nəşr olunan erməni qəzeti. == Şəxslər == Arev Petrosyan (1972 təvəllüdlü) — Ermənistan rəssamı.
Lev
Lev — ad. Bu adı olan tanınmışlar Lev Brovarski — Lev Slutskin — Digər Lev (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Alov-alov (teleserial, 2020)
Alov-alov — Ay Yapım yaradıcılığı, Türkiyə istehsalı olan teleserial. Fransa istehsalı Le Bazar de la Charite teleserialından uyğunlaşdırılmışdır.
Alov Alov (teleserial, 2020)
Alov-alov — Ay Yapım yaradıcılığı, Türkiyə istehsalı olan teleserial. Fransa istehsalı Le Bazar de la Charite teleserialından uyğunlaşdırılmışdır.
Alov–alov (teleserial, 2020)
Alov-alov — Ay Yapım yaradıcılığı, Türkiyə istehsalı olan teleserial. Fransa istehsalı Le Bazar de la Charite teleserialından uyğunlaşdırılmışdır.
Alek Bolduin
Aleksandr Rey "Elek" Bolduin III (ing. Alexander Rae «Alec» Baldwin III; 3 aprel 1958[…]) — ABŞ aktyorudur. Kim Beysinqerin keçmiş həyat yoldaşıdır. == Maraqlı faktlar == Alek Bolduin ətli qidaları sevmir. Bu səbəbdən vegeteriandır. == Şəxsi həyatı == 1993–1999-cu illər ərzində Alek Bolduin Kim Beysinqer ilə evli olmuş, ondan İrland adlı qız övladı 1995-ci ildə dünyaya gəlmiş və 1999-cu ildə boşanmışlar. 2012-ci ildə Hilari Tomas ilə ailə həyatı qurur.
Alek Jorjen
Alek Jorjen (17 sentyabr 1998, Klamart[d]) — "Oser" klubundan icarə əsasında Fransanın aşağı çempionatının "Konkarno" klubunda müdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === "Pari Sen-Jermen" === Jorjen öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 24 yanvar 2017-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Bordo klubu ilə qarşılaşmada Lukas Mouranı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Liqa Kubokunun yarımfinal mərhələsində Bordoya 4–1 hesabı ilə qalib gəlmişdir. ==== "AZ" klubuna icarə ==== 2018-ci ilin yanvar ayında Jorjen 2018-19 mövsümünün sonunadək Niderlandın "AZ" klubuna icarəyə verildi. O, həmin klubun gənclər heyətində 4 oyun keçirdikdən sonra "Pari Sen Jermen"ə geri döndü. === "Avranş" === 2019-cu ilin sentyabr ayında Jorjen Fransanın aşağı çempionatında çıxış edən "Avranş" klubuna keçid etdi.
Alex George
Aleksandr Georq və ya Aleksandr Segger Georq (ing. Alexander George və ya ing. Alexander Segger George, 4 aprel 1939) — Avstraliya botaniki. == Əsərləri == Orchids of Western Australia. 1969. A New Eucalypt from Western Australia. 1970. A List of the Orchidaceae of Western Australia. 1971. Flowers and Plants of Western Australia.
Alex Kurtzman
Alex Kurtzman (7 sentyabr 1973, Los-Anceles, Kaliforniya) Amerikalı televiziya və film rejissorudur. == Həyatı == Kurtzman Los Ancelesdə doğulmuş və orada da böyümüşdür. Kollecdə Roberto Orci ilə tanış olmuşdur. Wesleyan Universityi bitirmişdir.
Alex Roe
Aleksandr Maykl Rou-Braun (ing. Alexander Michael Roe-Brown; 18 iyun 1990[…], Vestminster, Böyük London) — Britaniya aktyorudur. O, daha çox Qaçaqlar serialında Cey Kiton, Kəsik filmində Elliott Biden və Siren-də Ben rolları ilə tanınır. O, həmçinin bir sıra filmlərdə, o cümlədən İsti yay gecələri, Üzüklər və Həmişəlik mənim sevgilim filmlərində əsas rollar oynamışdır. == Həyat və təhsil == Rou Londonda anadan olub və Ladbroke Grove-da böyüyüb. Atası santexnik, anası isə balet artisti idi. O, 2009-cu ilə qədər oxuduğu Hammersmitdəki Latymer Upper School-da altıncı sinif təqaüdü qazanmışdı. İdmandan, xüsusən də hücumçu kimi oynayan assosiasiya futbolundan zövq alır. O, 16 yaşında ikən İkinci Divizion futbol klubuna qoşulub, sonra bir il İspaniyada oynayıb. İngiltərədəki məktəbə qayıtdıqdan sonra və aktyorluq karyerası başlamazdan əvvəl Chalfont St Peter ilə yarı peşəkar futbol oynadı.
Olev Eskola
Olev Voldemaroviç Eskola (est. Olev Eskola), 18 noyabr 1914 Tallin, Estoniya — 4 aprel 1990 Kassari, Estoniya) — Estoniya aktyoru, Estoniya SSR əməkdar artisti (1957). Olev Eskola 18 noyabr 1914-cü ildə Reveldə anadan olub. "Estoniya" tetarında işləyib (1931—1935, 1944—1949). 1949-cu ildən Kinqisepp adına Tallin Dram Tetarının aktyoru olub. 1955-ci ildən filmlərə çəkilib. Bütün karyerası boyu kinoda 37 rol alıb. 4 aprel 1990-cı ildə Tallində vəfat edib. Qardaşı Ants Eskola da tanınmış aktyor olub. Skripkanın sərgüzəşti (film, 1972) Qatır Məmməd (film, 1974) Кино: Энциклопедический словарь / Гл.
Alov adası
Alovlu ada (火燒 島; İsland of Fire) — film 1990-cı ildə çəkilmişdir. Film döyüş, detektiv, dram janrındadı. Filmin rejissoru Zhu Yanpinqdir. == Məzmun == Polis zabiti Andi (Tony Leung Kafai), Taypeydən gəldikdə, bir hakimin — sevgilisi Sallinin atasının öldürülməsinin şahidi olur. Tapılan dəlillər qatilin Zinq triadasının üzvü Karl Çanq adlı bir məhbus olduğunu göstərir. Qatilin işi barədə məlumat gözlənilməz bir nəticə verir: Çanq iğtişaş cəhdinə görə bir əsgər-əsgəri tərəfindən həbs edilir.Tapılan dəlil nəinki işə kömək etmədi, əksinə onu daha da qarışdırdı, Andi məhkumların etimadını qazanmaq və qatili tapmaq üçün uydurma bir iş üzrə həbsxanaya getməyə qərar verir. Bu zaman vəhşi hadisələr də baş verir:həvəskar bilyard oyunçusu Stiven Park (Jackie Chan) Honq Konqun dəstə patronu Boss Li (Andi Lau) ilə əlaqəli bir adamla matçda qalib gəlir, sevgilisinin hücumuna məruz qalır və o, ağır yaralanır.
Andre Ayev
André Morgan Rami Ayew (d. 17 dekabr 1989; Seklin, Fransa) — Qana milli futbolçusudur . O , "El-Sadd" da oynayır. Müxtəlif vaxtlarda Fransanın Marsel, Loryan, İngiltərənin Vest-Hem Yunayted, Suonsi Siti, Türkiyənin Fənərbaxça klublarında oynayıb.
Ales Belyatski
Ales Belyatski (əsl adı Aleksandr Viktoroviç Belyatski, belar. Аляксандр Віктаравіч Бяляцкі; 25 sentyabr 1962, Vyartsilya[d], Kareliya MSSR) — Belarus hüquq müdafiəçisi, “Viasna” hüquq müdafiə mərkəzinin sədri, siyasi məhbus, “vicdan məhbusu”. 2022-ci il Nobel Sülh Mükafatı laureatı. Belyatski iki dəfə həbs edilib: 2011-ci ildən 2014-cü ilə qədər və 2021-ci ildən indiyədək. 3 mart 2023-cü ildə Ales 10 il həbs cəzasına məhkum edilib. == Həyatı == Kareliya MSSR-da belarus ailəsində anadan olub, atası Roqaçevskidən, anası Qomel vilayətinin Narovlyanski rayonundan olub. 1965-ci ildə ailə Svetloqorskda daimi yaşamaq üçün Belarusa qayıdıb. Svetloqorsk 5 saylı orta məktəbin məzunu olub. 1984-cü ildə Qomel Dövlət Universitetinin tarix-filologiya fakültəsini filoloq, Belarus və rus dilləri və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. Qomel vilayətinin Lelçitsi rayonunda müəllim işləyib.
Alex G
Alex G (əsl adı: Aleksandr Cannaskoli; 3 fevral 1993) — ABŞ-dən olan musiqiçi, prodüser, mahnı yazarı. O, musiqi karyerasına yaşadığı şəhərdəki qruplarda ifa etməklə başlamış, sonradan solo sənətçi kimi öz karyerasını davam etdirmək qərarına gəlmişdir. Aleks 18 yaşından etibarən mahnılar yazıb-buraxmaqdadır. O, 2010-cu ildə Sandy (Alex G) təxəllüsü ilə özünün debüt studiya albomu olan "Race"-ni çıxarıb. Aleks "Trick" də daxil olmaqla ilk albom relizlərinin çoxunu müstəqil şəkildə, Bandcamp vasitəsilə yayımlayıb. Aleks 2014-cü ildə Orchid Tapes leyblının iştirakı ilə buraxdığı beşinci studiya albomu "DSU" sayəsində geniş dinləyici auditoriyası qazanıb. Aleks 2015-ci ildə Britaniya mərkəzli leybl olan Domino ilə müqaviləyə imza atmışdır. Onun altıncı studiya albomu "Beach Music" bu şirkət vasitəsilə yayımlanıb. Aleksin 2017-ci ildə çıxardığı "Rocket" adlanan yeddinci studiya albomu ictimaiyyət tərəfindən müsbət rəylərlə qarşılanıb. "House of Sugar" adlanan sayca səkkizinci studiya albomunu 2019-cu ildə buraxıb.
Alen-Furnye
Alen-Furnye (fr. Alain-Fournier; d. 3 oktyabr 1886 - ö. 22 sentyabr 1914) — Fransız yazıçı və hərbçi. Ssenarisi əsasında iki dəfə film çəkilən və Fransız ədəbiyyatının klassiklərindən sayılan "Adsız ölkə" romanı onun yeganə kitabıdır. == Həyatı == Alen-Furnye, bir müəllimin oğlu olaraq Fransanın mərkəzindəki La Şapel-d'Anqilyonun Şer adlı şəhərində anadan olub.Paris yaxınlığındakı Şeaux, Hauts-de-Seyndəki "Lysee Lakanal" məktəbində təhsil aldı. Burada Ekole Normale Superieure universiteti üçün çox çalışdı, amma uğurlu ola bilmədi. Bundan sonra Brest şəhərindəki dəniz ticarət məktəbinə yollandı."Lysee Lakanal" məktəbində oxuyarkən Jak Rivyera ilə tanış olmuş və o gündən yaxın dost olmuşlar. 1909-cu ildə Jak Rivyera Alayn-Furner kiçik bacısı İzabella ilə evləndi. == Yaradıcılıq fəaliyyəti == 1907-ci ildə işlərini dayandırdı və 1908-1909-cu illərdə əsgərliyə yollandı.
Alex Song
Aleks Dimitri Sonq Bilonq (fr. Alexandre Dimitri Song Billong; 9 sentyabr 1987[…], Duala), daha çox Aleks Sonq kimi tanınır — Cibutinin "Arta/Solar7" klubunda mərkəzi və müdafiəyə meyilli yarımhücumçu qismində çıxış edən Kamerun futbolçusu. O, həmçinin mərkəz müdafiəçisi mövqeyində oynayır. 2008-2009 mövsümündən "Arsenal" klubunun önəmli oyunçusuna çevrilən Sonq 2012-ci ildə 15 milyon avroya "Barselona"ya transfer olundu. O, 2010 və 2014-cü illərdə keçirilən Dünya Çempionatlarında Kamerun millisini təmsil etmişdir. O, həmçinin 2010 Afrika Millətlər Kubokunda iştirak etmək üçün milliyə cəlb edilmişdir və yeganə Kamerun oyunçusu idi ki, adı "Turnirin Heyəti"nə salınmışdır. Sonq həmçinin Fransa vətəndaşıdır. O, keçmiş futbolçu Riqober Sonqun qardaşı oğludur. == Həyatı == Sonq Kamerunun Duala şəhərində anadan olmuşdur və üç yaşındaykən atası vəfat etmişdi. O andan sonra əmisi Riqober Sonq ona ata əvəzi olmuşdur və futbolçu karyerasını seçməkdə böyük təsir göstərmişdir.
Alex Turner
Aleksandr Devid Törner (ing. Alexander David Turner; 6 yanvar 1986, Şeffild, Yorkşir və Hamber[d]) — İngiltərə musiqiçisi. Rok qrupu Arctic Monkeys-in mahnı yazarı və frontmanıdır. Onun hər bir albomu Böyük Britaniyada hit olmuşdur. Yeddi "Brit", bir "Ivor Novello" və bir "Mercury Prize" laureatıdır. Aleksin həmçinin klassik üslublu pop mahnıları buraxdığı The Last Shadow Puppets adlı başqa bir qrupu da var. Aleks Törner Şeffildin High Green məhəlləsində böyüyüb. 2002-ci ildə 15 yaşıda olarkən üç dostu ilə birlikdə Arctic Monkeys qrupunu formalaşdırıb. Onların ilk studiya albomu olan "Whatever People Say I Am, That's What I'm Not" 2006-cı ildə buraxılmışdır. Bu albom Britaniya tarixində ən sürətli satılan debüt albomu kimi yadda qalıb.
Aley çayı
Aley (rus. Але́й) — Rusiyanın Altay diyarında çay. Ob çayının sol qoludur. Uzunluğu 858 km, hövzəsinin sahəsi 21,100 km2-dir. Kulunda çölündən axır. Əsasən, qar və yağıntı suları ilə qidalanır. Yuxarı axını Altay diyarındadır. Rubtsovsk və Aleysk şəhərləri Aley çayı sahilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Алей // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Aleç buzlağı
Aleç buzlağı (alm. Aletschgletscher‎ və ya alm. Grosser Aletschgletscher‎) — İsveçrədə Alp dağlarında ən uzun (26,8 km) və sahəsi ən böyük (169 km²-ə yaxın) buzlaq. Rona çayı dərəsinə doğru 1450 m yüksəkliyə qədər enir.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün istifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Sümük alət
Sümük alət — sümükdən yaradılmış alətdir. Sümük aləti demək olar ki, hər bir sümükdən və müxtəlif üsullarla yaratmaq mümkündür. Sümük alətlər qrupuna heyvanların sümükləri, buynuzları və diş kimi sərt hissələrindən istifadə olunaraq hazırlanan alətləri qeyd etmək olar. Bu alətlər əsasən qoyun, keçi, iribuynuzlu mal-qara və s. heyvanların sümüklərindən hazırlanmışdır. Sümük alətlər Homo sapiensin yaranmasından sənədləşdirilmişdir və həmçinin Homo neandertalların kontekstlərindən və ya daha əvvəllər məlumdur. Sümük, digər materiallarla yanaşı, demək olar ki, bütün ovçu-yığıcı cəmiyyətlər tərəfindən alətlər hazırlamaq üçün istifadə edilmişdir. Skeletin hər hansı bir hissəsi potensial olaraq istifadə edilə bilər; bununla belə, buynuzlar və uzun sümüklər ən yaxşı iş materialını təmin edir. Uzun sümük parçaları aşındırıcı daşa sürtülərək ox və nizə ucları, iynələr, çəngəllər və balıq qarmaqları kimi əşyalara çevrilə bilər. Sümük alətlər əsasən sümük qırıqlarından hazırlanır və ya faydalı formada kəsilirdi.