Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Et Uus Saaks Alguse
Et Uus Saaks Alguse (Azərbaycanca: Yeni Bir Başlanğıc Ola Bilər) — Estoniyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Alqu
Alqu (Marağa)
Almu
Almu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 250 nəfərdir.[mənbə göstərin] Almu Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Türk dillərində alım/alımı "yaxın; əldə edilmiş" deməkdir. Oykonim kəndin mərkəzə yaxın olmasını bildirir. Qədim Ələmrud qalası buradadır.
Alsu
Alsu Ralifovna Abramova (Tatar dili: Rälif qızı Alsu Abramova, Rusca: Алсу́ Рали́фовна Абра́мова. Alsou (Rusca: Алсу) olaraq da tanınır) - Rusiyanın tanınmış müğənnisidir. Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının xalq artisti (2010). Sülh adına YUNESKO artisti (2011). Alsu 27 iyun 1983-cü ildə Tatarıstanın Bögilme bölgəsində dünyaya gəldi. Atası Ralif Rafilovich Safın zəngin bir iş adamıdır. "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti idi. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye Iskhakovna bir memardır.
Alqu (Bünab)
Alqu (fars. القو‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. Bünab qəsəbəsindən 11 km şimaldadır. 2006-cı il məlumatına görə kənddə 1.710 nəfər yaşayır (359 ailə).
Alqu xan
Alqu xan (?- 1266) — 1260–1266-cı illər arasında Cığatay xanı. Çingiz xanın nəticəsi, Cığatay xanın nəvəsi və Baydar xanın oğludur. Böyük Monqol imperiyası Böyük xanı Möngke 1260-cı ildə öldüyündə taxta çıxan Arık Bökə tərəfindən anası Orqina xatun vəsayətindəki kiçik yaşdaki Mübarəkşahın yerinə Cığatay xanlığı taxtına çıxartılır.1261-ci ildə öncədən Göy Orda idarəsindəki bölgələri də ələ keçirərək hakimiyətini genişlədir. Səmərqənd və Buxaranı öz idarəsinə alır. Bu dönəmdə Monqol taxtı üçün Kubilay xan ilə qanlı bir içsavaşın ortasında olan Arık Bökəyə qarşı üsyan qaldırır. İki il boyunca sürecək savaşlar qanlı keçəcəkdir. Alqu, Kubilay xanın valilərindən Mahmud Yalavac oğlu Məsud bəyin və Orgina xatunun dəstəyini alacaq və Arık Bökənin güclərini zəiflədəcəkdir. 1263-cü ildə Kubilay xana bağlılığını bildirən Alqu xan, Arık Bökəni dəstəkləyən Kaydu xan ilə savaşır. Kaydu yardım üçün başvurduğu Qızıl Orda dövləti hökmdarı Bərkə xandan böyük dəstək görür. Torpaqları işgal altına qalan Alqu, Kayduya yenilərək geri çəkilmək məcburiyyətində qalır.
Alsu Abramova
Alsu Ralifovna Abramova (Tatar dili: Rälif qızı Alsu Abramova, Rusca: Алсу́ Рали́фовна Абра́мова. Alsou (Rusca: Алсу) olaraq da tanınır) - Rusiyanın tanınmış müğənnisidir. Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının xalq artisti (2010). Sülh adına YUNESKO artisti (2011). Alsu 27 iyun 1983-cü ildə Tatarıstanın Bögilme bölgəsində dünyaya gəldi. Atası Ralif Rafilovich Safın zəngin bir iş adamıdır. "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti idi. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye Iskhakovna bir memardır.
Alsu Bayramova
Alu Alxanov
Alu Alxanov (çeç. Ӏали Дадашевич Алханов; rus. Алу Дадашевич Алханов; 20 yanvar 1957, Balpık[d], Taldı-Kurqan vilayəti) — Rusiya siyasətçisi, Çeçenistan respublikasının keçmiş prezidenti.
Xesus Alu
Xesus Alu (24 mart 1942, Bajos de Xayna[d] – 10 mart 2023, Bajos de Xayna[d]) — Dominikan beysbolçusu. Alu 24 mart 1942-ci ildə Dominikan Respublikasının Bajos de Xayna şəhərində anadan olmuşdur. 1963–1979-cu illər arasında Milli Amerika Beysbol Liqasında kənar oyunçu kimi iştirak etmişdir. O, San Fransisko Cayents (1963–1968), Xyuston Astros (1969–1973; 1978–1979), Oklend Atletiks (1973–1974) və Nyu York Mets-də (1975) davam etdi. Qardaşları Felipe və Metti Aloy da keçmiş beysbol oyunçuları idi. Aktiv idman karyerasından sonra bəzi beysbol klublarında müşahidəçi kimi çalışmışdır. Xidmətlərinə görə o, 23 sentyabr 2008-ci ildə İspan Beysbol Şöhrət Zalı Pioner Mükafatını aldı. Ancela Xenli ilə ailə həyatı qurmuşdu. Övladlarının sayı beşdir. Alu 10 mart 2023-cü ildə doğulduğu Dominikan Respublikasında 80 yaşında vəfat etdi.
Alqa
Alqa (qaz. Алға — irəli) — şəhər, Qazaxıstanın Aqtöbe vilayətinin Alqa rayonunun inzibati mərkəzi. 1930-cu ildə S.M. Kirov adına Aqtöbe kimya zavodunun inşası zamanı ortaya çıxdı (Aqtöbe fosforit hövzəsindəki filiz əsasında fosfor gübrələri, mikroelement gübrələri və s. istehsalı). 10 fevral 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti “2. Kazak Muxtar Sovet Sosialist Respublikasının aşağıdakı yaşayış məntəqələrini, onlara yeni adların verilməsi ilə, fəhlə qəsəbələrinə çevirmək: a) Aktubey vilayətinin Klyuçevoy rayonunda, Aktyubximstroyun inşaat sahəsində yeni yaranmış yaşayış məntəqəsi - işlək əraziyə. Alqa qəsəbəsi ”. Alqa kəndi 1961-ci ildə bir şəhərə çevrildi. Son beş ildə şəhərin rifahının inkişafı və yaxşılaşdırılması nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. 2016-2018-ci illərdə bir neçə çoxmərtəbəli bina tikilib istifadəyə verilmişdir.
Alqua
Algua (it. Algua) — İtaliyada kommuna, Lombardiya bölgəsində, Berqamo əyalətindədir. Əhalisi 747 nəfərdir (2008), əhalinin sıxlığı 92 nəfər / km²-dir. Sahəsi 8 km² ərazini əhatə edir. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın hamisi Müqəddəs Məryəm (Santa Maria del Carmelo) hesab olunur. Hər il 16 İyulda onun şərəfinə bayram təşkil edilir.
Alequ (Çaroymaq)
Alequ (fars. القو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 240 nəfər yaşayır (45 ailə).
Alqı-satqı
Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir. Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.
Alqı-satqı müqaviləsi
Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir. Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.
ADAU
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
ADPU
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
ADİU
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Aamu
Aamu (q.misir 𓂝𓄿𓅓𓅱 ꜥꜣmw) — Qədim Misirdə Qərbi Asiyadan olan əcnəbilər üçün istifadə edilən ümumi ad. Bu ad ümumi olaraq "Qərbi Asiyadan olanlar" kimi tərcümə olunur, lakin başqa alimlər "Aamu"nun kənanlılar və ya amoritlər olduğunu təklif etmişlər. E.ə. II minillikdə Misirə səfər edən İbrahimin "Aamu" və ya "Retcenu" ilə əlaqəli olduğunu düşünənlər var. Devid Rohl İbrahimi "Aamu" adı ilə eyniləşdirməyi təklif etmişdir. Bəziləri bu adı "Aramu" kimi oxumağı təklif etmiş və aramilərə bağlamışdır.
Abzu
Abzu (şum. 𒀊𒍪 abzu, akkad. apsû, q.yun. Ἀπασών); həmçinin Enqurra (şum. engur, akkad. engurru) — Şumer–Akkad mifologiyasında Yeri əhatə edən şirin suların dünya okeanı. Bu, Babil kosmoqonik dastanı olan "Enuma eliş"də Abzu yerin və göyün yarandığı xaos kimi təqdim olunur. Абзу / В. К. Афанасьева // Мифы народов мира : Энцикл. в 2 т. / гл.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
ALDI
Aldi (alm. Aldi‎; Albrechts Discount - qısaldılmış forması) — dünyada bir çox ölkədə fəaliyyət göstərən Alman supermarketlər şəbəkəsidir. Şirkət 1913-cü ildə Almaniyanın Essen şəhərində yaradılmışdır. Aldi-nin Avropada təxminən 7000-ə yaxın mağazası mövcuddur.
ALDP
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya. Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir. Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il) Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.
Aksu
Aksu (Ağsu) (Uyğurca: ئاقسۇ, Aksu shehiri, Çincə: 阿克苏/阿克蘇; Pinyin: Ākèsū) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər. Aksu şəhəri, beş məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), beş küçə komitəsi (乡 xiāng), bir xüsusi məhəllə komitəsi, bir xüsusi bölgə və on dörd xüsusi küçə bölgəsi (虚拟乡) kimi yaşayış məntəqələrindən təşkil olunub. Ayrıca Bingtuan Ertuan (兵团二团; Bīngtuán Èrtuán) 1.2 km² yüzölçümünde Sintcan Məhsul və İnşaat Kolordusu (新疆生產建設兵團; Xīnjiāng Shēngchǎn Jiànshè Bīngtuán) bu bölgədə yerləşir. Bu şəhərin çincə və ingiliscə digər adları: Aqsu New City, Akoso, New Aksu, A-k'o-su-hsien, A-k'o-su-hsin-ch'eng, Aqsu, Aksou, Ak Su Yangi Shahr, A-k'o-su, Aqsu Yangi Shahr, A-k'o-su-chen, Yangi-shahr ve Aksu New City. 502–550-ci illər arasında Hunlar, 552–648-ci illər arasında Göytürklər, 648–649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791 — təxminən 842-ci illər arasında Tibetlilər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032–1210-cu illər arasında Şərqi Qaraxanlılar, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227–1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370–1514-cü illlər arasında Şərqi Cığatay xanlığı və yaxud Moğolustan bu bölgədə hegemonluq qurmuşdur. Şərqi Türkistanda 1514-cü və 1680-ci illər arasında Altışəhər (Altışəhr) olarak bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Ağsu və Üçturfan kimi şəhərləri əhatə edən bölgədə Yarkənd xanlığı, (mamlakati Yarkənd, məmləkati- Moğoliyə, məmləkəti-Səidiyə) hegemonluq qurmuşdur. XIX əsrin sonunadək, Aksu şəhəri geniş bazar-çarşıları və karvansarayları ilə bölgəsəl bir ticarət mərkəzi halına gəlmişdir. 1887-ci ildə Aksunu ziyarət eden Francis Younghusband, şəhər əhalisi 20,000, artı bir qarnizon və təxminən 2,000 nəfər əsgəri vardı,-deyə yazırdı. Yeterincə su qaynaqları və ildə təxminən 200 günden artıq günəş işığı görən Aksu ətrafında taxılçılıq, əkinçilik, bağçılıq və bostançılıq çox inkişaf etmişdir. Bu səbəblə, Han Çinliləri 1980-ci illərdən bəri, yarıhərbi bir təşkilat olan Sincan Məhsul və İnşaat kolorduları qurmuş, məqsədi azlıq milliətlərin strateji sahələrini müstəmləkə halına gətirmək, işlənilməyən yerləri sömürmək üçün böyük mexanikləşdirilmiş dövlət fermaları və böyük bir sulama kanalı tikməyə başlamışdır.
Aktu
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Etnooykonimdir. Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Açağu
Açıxlı, Açağu, Açaxlu, Acıllu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 5–6 km şimal-qərbdə, Qır qalası dağının ətəyində yerləşir. X–XIII əsrlərdə Açağu vəng formasında xatırlanır. Erməni mənbələrində kəndin adı Açağu, Açaxlu, Acıllu formalarında da qeyd olunmuşdur. Toponim relyef əsasında yaranmışdır. Kənddə 1897-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə mə'ruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz doğma yerlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 120 nəfər, 1939-cu ildə 165 nəfər, 1959-cu ildə 186 nəfər, 1963-cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır. 1968–69-cu illərdə azərbaycanlılar kənddən çıxarılaraq kənd ləğv edilmişdir.
Ağdü
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Ağsu
Ağsu — Azərbaycan Respublikasının Ağsu rayonunun Ağsu şəhər inzibati ərazi dairəsində şəhər, Ağsu rayonunun inzibati mərkəzi. Daha əvvəllər "Yeni Şamaxı" adlanmışdır. Azərbaycanda şəhər. Ağsu çayının hər iki sahilində, Şirvan düzünün Şimal-Şərq qurtaracağında, Hinqar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi kimi XV əsrdən məlumdur. Şəhərin 4–5 km.-ində "Xaraba Şəhər" adlanan orta əsr Şəhəri Ağsu və ya Yeni Şamaxının qalıqları var. Adını ərazidəki eyni-adlı çaydan almışdır. Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, Nadirqulu xan (Nadir Şah) tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsıı şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya (Vyana Konvensiyası 1980-ci il, CISG) — beynəlxalq ticarət qaydalarını birləşdirməyə yönəlmiş çoxtərəfli beynəlxalq müqavilə. 1980-ci il Vyana Konvensiyasının, beynəlxalq mal satışında vahid qanunlara dair iki 1964-cü il Haaqa Konvensiyasını əvəz etməsi nəzərdə tutulur. Bu Konvensiyaya Tərəf olan Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının altıncı xüsusi sessiyasının qəbul etdiyi Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında qətnamələrdəki geniş məqsədləri nəzərə alaraq, beynəlxalq ticarətin bərabərlik və qarşılıqlı fayda əsasında inkişafının dövlətlər arasında dostluq münasibətlərinin təşviqində vacib element olduğunu hesab edərək, malların beynəlxalq alğı-satqısı üzrə müqavilələri tənzimləyən və müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri nəzərə alan vahid normaların qəbul edilməsinin beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verdiyi və beynəlxalq ticarətin inkişafını təşviq etdiyi qənaətinə gəldilər. Konvensiya 1980-ci ilin aprelində Avstriyanın paytaxtı Vyanada, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Malların Satışına dair Müqavilələr Konfransında qəbul edildi. Vyanadakı konfransa 62 dövlətin nümayəndələri qatıldı: Avstraliya, Avstriya, Argentina, Belarus Sovet Sosialist Respublikası, Belçika, Birma, Bolqarıstan, Boliviya, Braziliya, Macarıstan, Qana, Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, Yunanıstan, Danimarka, Misir, Zair, İsrail, Hindistan, İraq, İran, İrlandiya, İspaniya, İtaliya, Kanada, Kenya, Kipr, Çin, Kolumbiya, Koreya Respublikası, Kosta Rika, Liviya Ərəb Cəmahiriyyesi, Lüksemburq, Meksika, Nigeriya, Hollandiya, Norveç, Pakistan , Panama, Peru, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikaları Birliyi, Tayland, Tunis, Türkiyə, Ukrayna Sovet Sosialist Respublikası, Uruqvay, Filippin, Finlandiya, Fransa, Çexoslovakiya, Çili, İsveçrə, İsveç, Ekvador, Yuqoslaviya, Yaponiya. Venesuela Konfransa müşahidəçi göndərmişdir. Konfrans 1980 Vyana Konvensiyasının mətninin əlavə olunduğu Yekun Aktı (BMT sənədi A / CONF.97 / 18) qəbul etdi. Vyana Konvensiyası 1 yanvar 1988-ci ildə qüvvəyə minmişdir. 8 yanvar 2017-ci il tarixinə qədər Konvensiya 85 dövlət tərəfindən imzalanmışdır (qoşulmuşdur): Ingeborg Schwenzer (ed.), Schlechtriem & Schwenzer, Commentary on the UN Convention on the International Sale of Goods (CISG), 3rd ed., Oxford 2010 Венская конвенция о договорах международной купли-продажи товаров. Комментарии.