AĞU1

1. Zəhər.

2. Məcazi mənada: çox acı şey haqqında; zəqqum. (“Koroğlu” dastanının lüğəti)

– Adə Həsən, bu dağlarda qovun-qarpız nədi? Bu necə yerdi? Düş bu qovundan-qarpızdan kəsib yeyək.

Atdan düşdülər. Hansın kəsdilər ağu kimi çıxdı. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)

Yasda, ölü üstündə avazla söylənilən yanıqlı sözlər. (“Koroğlu” dastanının lüğəti)

O gecə səhərəcən dəlilərin zümzüməsinnən, Cünunun bayatısınnan, xanımların ağusunnan, atdarın kişnəməsinnən yer-göy bir-birinə qovuşub “ləbbey” dedi, təkcə Koroğlunun səsi çıxmadı. (“Mərcan xanımın Çənlibelə gəlməyi” (İ.A., B.A.)

AĞU
AH-VƏBAL
OBASTAN VİKİ
Ağudi
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. == Tarixi == Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir .1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .
Ağullar
Ağullar (aqul. агъулар, rus. агулы) — Qafqaz xalqlarından biridir. Ləzgi dilləri qrupuna aid olan Ağul dilində danışırlar. Cənub-şərqi Dağıstanın mərkəzi hissəsində (Ağul və Dərbənd rayonlarında) yaşayırlar. Dindarları sünni müsəlmanlardır. 1952-ci ilə qədər aqul məktəblərində tədris ləzgi dilindədə, sonra isə rus dilində olmuş, 1992-ci ildən isə ağul dilində aparılır. == Məşhur ağullar == Məhəmmədsaleh Qusayev — milli siyasəti, informasiya və Dağıstan Respublikasının xarici əlaqələr naziri (1998-2003).
Ağurabad (Bostanabad)
Ağurabad (fars. اغوراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 366 nəfər yaşayır (54 ailə).
Ağurapsta
Ağurapsta (gürc. აღურაფსთა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 870 m hündürlüktə, Qara dənizdən 60 km və Suxumidən 6 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 266. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 2, თბ., 1977.
Ağusəmən
Ağusəmən — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Aqusəm (Aqussam (1917) və Aqusən (1933)) Cəlilabad rayonunun Cəngan inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonimi iki cur izah etmək olar: Türk dillərində ağı/aqu (acı, zəhər) və sam (isti külək) sözlərindən düzəlib, "acı, isti küləkli yer" deməkdir; Türk dillərində aqus/ağuj (ağız sudu, yeni bala vermış heyvanın ilk sudu) və sən/san (sağım) sözlərindəndüzəlib, "yeni bala vermış heyvanların saxlandığı, sağıldığı yer" deməkdir. Toponimiyada Aqusəm kənd adını Aqusəm çayının adı ilə də bağlayırlar. Bu baxımdan həmin hidronim Ağüzən (ağ çay) adının təhrif olunmuş forması kimi qəbul olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 563 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ağutman (Bükan)
Ağutman (fars. اغوتمان‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (63 ailə).
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Ağudi qəbirüstü abidəsi
Ağudi qəbirüstü abidəsi — Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 km məsafədə, Ağudi-Sisyan yolunun kənarında yerləşən abidə. == Haqqında == Sisian şəhərindən 5 km məsafədə, Ağudi-Sisian yolunun kənarında yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. 1400 ilə yaxın tarixi olan bu nəhəng qəbirüstü abidə indiyədək qalmaqdadır. == Memarlıq xüsusiyyətləri == Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç mərtəbəli quruluşa malikdir. Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir. İkinci mərtəbə yanlarda dördbucaq şəkilli iki sütundan və ortada səkkizbucaqlı bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir. Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir.

Значение слова в других словарях

закорю́чистый плавуне́ц стереотипи́роваться шатну́ть актри́са ню́хать патриа́рх посевно́й коф ост фофудья benedictory bowdlerize fuliginosity hag-born miasmic photo-realism proveditor Pyongyang screen memory succedaneum кинолюбитель лосиный притихнуть эшелонировать