Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan dilində alınma sözlər
Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin böyük çoxluğu (özəlliklə say, əvəzlik və feillərin, demək olar ki, hamısı) milli mənşəli sözlərdir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində Azərbaycan dilinə çoxlu alınma sözlər keçmişdir. == Mənşə dillər == Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki qrupa bölünür: Ərəb və fars dillərindən alınma sözlər. Avropa dillərindən alınma sözlər.Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn, kitab, alim, dünya, məktəb, tələbə, şagird və s. Rus dilindən keçmiş sözlər: samovar, paraxod, zavod, vedrə və s. Latın dilindən keçən sözlər: direktor, respublika, konstitusiya və s. Alman dilindən keçən sözlər: veksel, kurort, qalstuk, şayba və s. İngilis dilindən keçən sözlər: klub, mitinq, trolleybus, keks, futbol, rels, basketbol və s. == Xüsusiyyətlər == Azərbaycan dilindəki alınma sözlər əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətlərə malikdir: Sözdə iki saitin yanaşı işlənməsi: ailə, zəif, səadət, müəllim, sual, maaş, bədii, mətbəə və s.
Yapon dilində alınma sözlər
Qayrayqo (外来語, azərb. "alınma söz"‎) – yapon dilindəki alınma sözləri bildirən termin. Müasir yapon dilində alınma sözlər geniş istifadə olunur və katakanadan istifadə edilərək yazılır. Çin dilindən götürülmüş sözlər qayraqo hesab olunmur; onların sayı həm çoxdur, həm də kancilərlə yazıldığı üçün yerli sözlərdən çətin fərqləndirilir.Yapon dilindəki qayrayqoların böyük hissəsi ABŞ və Avropa mənşəlidir. İngilis, holland, portuqal, ispan, rus, fransız dillərindən alınma sözlər müasir dövrdə yapon dilinə keçdiyi halda, qədim dövrlərdə sanskrit, koreya və aynu kimi dillərdən yapon dilinə sözlər keçmişdir. 1956-cı ildə Milli Yapon Dili Tədqiqat İnstitutu tərəfindən aparılmış tədqiqata görə yapon dilinin 10%-ini qayrayqolar təşkil edir və bu göstərici artmağa davam edir. Arakava Sobey tərəfindən yazılmış "Alınma sözlər lüğəti"ndə 25 mindən çox söz yer almışdır.Bəzilərinin fikrincə qayrayqolar yapon dilini zənginləşdirir və xarici dillərlə tanışlığı asanlaşdırır. Bəziləri isə düşünür ki, alınma sözləri "mədəni gerilik" simvoludur və dili qəlizləşdirir. == Xüsusiyyətlər == Yapon dilində qayraqoların sayının artması bir neçə faktorla bağlıdır. Birincisi, alınma sözlər xarici mədəniyyətlər vasitəsilə gələn yeni ideyalar və yeni şeylər vasitəsilə gəlir və onların yapon dilində birbaşa qarşılığı olmur.
Erməni dilində türkmənşəli alınma sözlər
Erməni dilində türk mənşəli alınma sözlər – erməni dilində mövcud olan və türk mənşəli olan alınma sözlərə verilən ad. Erməni dilində xeyli sayda türk mənşəli alınma sözlər mövcuddur və Ermənistan özü türkdilli ərazilər ilə əhatə olunub. Erməni dilinin ən çox türk mənşəli alınma sözə malik ləhçəsi İstanbul ləhçəsidir.Buna baxmayaraq, türk dilləri erməni ədəbi dilinə yox, daha çox ləhçələrinə təsir göstərmişdir. Buna görə də erməni dilindəki türk mənşəli alınma sözlər erməni ədəbiyyatında o qədər də qorunub saxlanılmayıb. Erməni aşıqların istifadə etdiyi danışıq dili türk və fars mənşəli alınma sözlərlə dolu idi.Erməni dilçi Raçiya Açaryan XV-XIX əsrlərdə ermənicə yazılı mənbələrdə təxminən 4200 türk mənşəli söz aşkarlamışdır. Bu türkcə mənşəli sözlərin bəziləri bunlar idi: bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalband, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (kasd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz).Türk Dil Qurumunun keçmiş prezidenti Şükrü Haluk Akalın 2010-cu ildə verdiyi açıqlamada erməni dilində 3166 türk mənşəli sözün olduğunu bildirmişdir. Günay Karaağac tərəfindən hazırlanan və Türk Dil Qurumu tərəfindən yayımlanmış bir əsərdə göstərilmiş, erməni dilindəki bəzi türk mənşəli sözləri bunlardır: acı, aşık, boş, bütün, cenk, civar, çalgı, çolak, derbeder, durgun, eşik, folluk, fulya, göç, kamin, hatun, işik, ehtaç, istek, candarma, kafadar, kogan, leken, lezet, mani, misafir, neçe, nutk, oturak, oya, ös, örtü, paşa, pişgin, irica, silik, irişvet, saygı, şaşkın, şimdik, teyze, uçurma, ügez, üzüm, vazzal, veran, yarlah, zampara, zeybek.