ALINMA

I
сущ. от глаг. alınmaq
II
прил.
1. покупной:
1) относящийся к покупке. Alınma qiyməti покупная цена
2) купленный, не домашнего приготовления
2. заимствованный. Alınma sözlər заимствованные слова
ALINLIQ
ALINMAQ
OBASTAN VİKİ
Yapon dilində alınma sözlər
Qayrayqo (外来語, azərb. "alınma söz"‎) – yapon dilindəki alınma sözləri bildirən termin. Müasir yapon dilində alınma sözlər geniş istifadə olunur və katakanadan istifadə edilərək yazılır. Çin dilindən götürülmüş sözlər qayraqo hesab olunmur; onların sayı həm çoxdur, həm də kancilərlə yazıldığı üçün yerli sözlərdən çətin fərqləndirilir. Yapon dilindəki qayrayqoların böyük hissəsi ABŞ və Avropa mənşəlidir. İngilis, holland, portuqal, ispan, rus, fransız dillərindən alınma sözlər müasir dövrdə yapon dilinə keçdiyi halda, qədim dövrlərdə sanskrit, koreya və aynu kimi dillərdən yapon dilinə sözlər keçmişdir. 1956-cı ildə Milli Yapon Dili Tədqiqat İnstitutu tərəfindən aparılmış tədqiqata görə yapon dilinin 10%-ini qayrayqolar təşkil edir və bu göstərici artmağa davam edir. Arakava Sobey tərəfindən yazılmış "Alınma sözlər lüğəti"ndə 25 mindən çox söz yer almışdır. Bəzilərinin fikrincə qayrayqolar yapon dilini zənginləşdirir və xarici dillərlə tanışlığı asanlaşdırır. Bəziləri isə düşünür ki, alınma sözləri "mədəni gerilik" simvoludur və dili qəlizləşdirir.
Erməni dilində türkmənşəli alınma sözlər
Erməni dilində türk mənşəli alınma sözlər – erməni dilində mövcud olan və türk mənşəli olan alınma sözlərə verilən ad. Erməni dilində xeyli sayda türk mənşəli alınma sözlər mövcuddur və Ermənistan özü türkdilli ərazilər ilə əhatə olunub. Erməni dilinin ən çox türk mənşəli alınma sözə malik ləhçəsi İstanbul ləhçəsidir. Buna baxmayaraq, türk dilləri erməni ədəbi dilinə yox, daha çox ləhçələrinə təsir göstərmişdir. Buna görə də erməni dilindəki türk mənşəli alınma sözlər erməni ədəbiyyatında o qədər də qorunub saxlanılmayıb. Erməni aşıqların istifadə etdiyi danışıq dili türk və fars mənşəli alınma sözlərlə dolu idi. Erməni dilçi Raçiya Açaryan XV-XIX əsrlərdə ermənicə yazılı mənbələrdə təxminən 4200 türk mənşəli söz aşkarlamışdır. Bu türkcə mənşəli sözlərin bəziləri bunlar idi: bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalband, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (kasd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz). Türk Dil Qurumunun keçmiş prezidenti Şükrü Haluk Akalın 2010-cu ildə verdiyi açıqlamada erməni dilində 3166 türk mənşəli sözün olduğunu bildirmişdir. Günay Karaağac tərəfindən hazırlanan və Türk Dil Qurumu tərəfindən yayımlanmış bir əsərdə göstərilmiş, erməni dilindəki bəzi türk mənşəli sözləri bunlardır: acı, aşık, boş, bütün, cenk, civar, çalgı, çolak, derbeder, durgun, eşik, folluk, fulya, göç, kamin, hatun, işik, ehtaç, istek, candarma, kafadar, kogan, leken, lezet, mani, misafir, neçe, nutk, oturak, oya, ös, örtü, paşa, pişgin, irica, silik, irişvet, saygı, şaşkın, şimdik, teyze, uçurma, ügez, üzüm, vazzal, veran, yarlah, zampara, zeybek.
Azərbaycan dilində alınma sözlər
Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin böyük çoxluğu (özəlliklə say, əvəzlik və feillərin, demək olar ki, hamısı) milli mənşəli sözlərdir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində Azərbaycan dilinə çoxlu alınma sözlər keçmişdir. == Mənşə dillər == Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki qrupa bölünür: Ərəb və fars dillərindən alınma sözlər. Avropa dillərindən alınma sözlər. Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn, kitab, alim, dünya, məktəb, tələbə, şagird və s. Rus dilindən keçmiş sözlər: samovar, paraxod, zavod, vedrə və s. Latın dilindən keçən sözlər: direktor, respublika, konstitusiya və s. Alman dilindən keçən sözlər: veksel, kurort, qalstuk, şayba və s. İngilis dilindən keçən sözlər: klub, mitinq, trolleybus, keks, futbol, rels, basketbol və s.
"Berlinin alınmasına görə" medalı
"Berlinin alınmasına görə" medalı — İkinci dünya müharibəsində qələbə mükafatı.. == Təsisi == Medal İkinci dünya müharibəsi zamanı Berlinin ələ keçirilməsi şərəfinə 9 iyun 1945-ci il tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Təsviri == Dəyirmi, 32 mm diametrli, tunc medal. Arxasında döşə asılması üçün xüsusi sancaq yerləşdirilmişdir. Medalın üzərində "Berlinin alınmasına görə" sözləri, ən yuxarı hissəsində isə sovet ordusunun rəmzi olan 5 guşəli ulduz həkk edilmişdir.
"Budapeştin alınmasına görə" medalı
"Budapeştin alınmasına görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib.
"Köniqsberqin alınmasına görə" medalı
"Köniqsberqin alınmasına görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib.
"Vyananın alınmasına görə" medalı
"Vyananın alınmasına görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
Alyaskanın satın alınması
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Alınmaz qalanın qəhrəmanları (film, 2013)
Alınmaz qalanın qəhrəmanları qısametrajlı sənədli-bədii filmi rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın həyat və döyüş yollarından bəhs edir. == Məzmunu == Ekran əsəri Gədəbəy rayonundan olan dörd Milli Qəhrəman — Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
Kazanın alınması
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. == Mübarizənin başlanması == 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Luiziananın satın alınması
Luiziananın satın alınması (ing. Louisiana Purchase) — Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olub. Ərazi üçün Fransaya 15 milyon dollar ödənib. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livinqston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanıb. == Nəticəsi == Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür.
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması
Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (ing. Treaty on the Non-Proliferation of Nuclear Weapons) — məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilə. 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.
Qar şəhərciyinin alınması
Qar şəhərciyinin alınması (rus. Взятие снежного городка) — rus rəssamı Vasili Surikov (1848—1916) tərəfindən 1891-ci ildə çəkilmiş tablo. Sankt-Peterburqdakı Rus Dövlət Muzeyində saxlanılır. Tablonun ölçüsü 156 × 282 sm. Tablo Sibirin kazak əhalisi arasında populyar olan qədim xalq oyununu təsvir edir. Ənənəvi olaraq, bu oyun karnavalın son günündə təşkil edildi və Krasnoyarskda böyüyən rəssam bunu dəfələrlə uşaqlıq dövründə müşahidə etmişdir. Surikov 1889-1890-cı illərdə Krasnoyarskda qaldığı zaman tablo üzərində işləmiş və Moskvaya dönməsindən sonra onu tamamlamışdır. Tablo üzərində işləyərkən, rəssam bir çox yerli və tanış naturşiklərdən istifadə etmişdir. Бенуа А. Н. Художественные письма. 1908—1917.
Qiymətli kağızların alınması
Qiymətli kağızların alınması (uzun alış və ya uzun mövqe, həmçinin yüksək alış) (ing. long buying) — qiymətli kağızların və ya valyutanın dəyərinin artması gözləntisi ilə əldə edilməsi. Valyuta əməliyyatlarının çox hissəsini təşkil edən valyuta əməliyyatlarının ən mühüm növü spot əməliyyatlardır. “Al və saxla” investisiya strategiyasına uyğundur. Səhm və ya istiqraz kimi qiymətli kağızlar baxımından və ya ekvivalent olaraq, qiymətli kağızda uzun müddətə sahib olmaq o deməkdir ki, qiymətli kağızın qiyməti qalxarsa, qiymətli kağızın bahalaşacağı və qazanc əldə edəcəyi gözləntiləri ilə vəzifə sahibi qiymətli kağıza sahibdir. Uzun vəzifələrə investisiya etmək daha çox yayılmış investisiya təcrübəsidir. Gələcəkdə uzun müddət davam etmək o deməkdir ki, mövqe sahibi müqavilənin müddəti başa çatdıqda əsas aləti müqavilə qiymətinə almağa borcludur. Vəzifə sahibi əsas alətin qiyməti artarsa, qazanc əldə edəcək, çünki ödədiyi qiymət bazar qiymətindən az olacaq. Seçim investoru zənglər üzrə satmaq opsionlarını almaq və ya satmaqla əsas investisiyada uzun mövqeyə (texniki jarqonda “in” sözü buraxılır) daxil olur. Bu, əsas aktivi almaq və ya ticarət fyuçersləri ilə uzun müddət davam etməkdən fərqlidir, çünki opsionda uzun müddət davam etmək, əsas alətin qiymətinin qalxacağı təqdirdə opsion sahibinin mənfəət əldə edəcəyi demək deyil.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — 9 dekabr 1948-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 260 (III) saylı qətnamə ilə qəbul edildi. Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir. İnsanlıq əleyhinə ən ağır cinayət kimi "soyqırım" konsepsiyasının beynəlxalq hüquqi statusunu müəyyənləşdirir və hüquqi tərifini verir. Polşalı yəhudi əsilli vəkil Rafael Lemkinin etnik qrupların məhvinə görə hüquqi məsuliyyət müəyyənləşdirmək və soyqırımı beynəlxalq cəmiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanıması uzun illər davam edən mübarizənin zirvəsidir. Bütün iştirakçı ölkələrin müharibə və sülh dövründə soyqırım aktlarının qarşısının alınması və cəzalandırılması üçün tədbirlər görmələri tələb olunur. Konvensiyanı təsdiqləyən ölkələrin sayı 2011-ci ilin sentyabr ayı etibarilə 141-ə çatır. Maddə II soyqırımı aşağıdakı kimi müəyyənləşdirir: Maddə III cəzalandırılan əməlləri müəyyənləşdirir: Konvensiya, II Dünya Müharibəsi zamanı Üçüncü Reyxin törətdiyi Holokosta bənzər hərəkətlərin qarşısını almaq üçün qəbul edildi. Konvensiyanın ilk nəşrində siyasi qətllər də yer alırdı, lakin SSRİ və bir sıra digər ölkələr siyasi və ya sosial zəmində müəyyən edilmiş qruplara qarşı yönəlmiş hərəkətləri soyqırım kimi qəbul etməkdən imtina etdilər . Siyasi və diplomatik uzlaşma nəticəsində bu meyarlar istisna edildi. Soyqırımın subyektiv tərəfi "bu kimi qrupu ...
Ümumrusiya əhalinin siyahıya alınması (2002)
2002-ci il ümumrusiya əhalinin siyahıya alınması — 9 oktyabr 2002-ci il tarixdə Rusiya Federasiyasında keçirilmiş əhalinin siyahıyaalınması. Siyahıyaalma bütün Rusiya ərazisində saat 00:00 radələrində başlamışdı. Сайт переписи населения России Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine Федеральная служба государственной статистики Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine «МИГРАЦИОННАЯ СТАТИСТИКА В ОТКРЫТОМ ОБЩЕСТВЕ».
Ümumrusiya əhalinin siyahıya alınması (2010)
2010-cu il ümumrusiya əhalinin siyahıya alınması — Rusiya Federasiyasının bütün ərazisində vahid dövlət stasistik metodologiya ilə ümumiləşdirilmiş demoqrafik, iqtisadi və sosial məlumatların əldə edilməsi. Siyahıya alınma əsasən 14 oktyabr - 25 oktyabr 2010-cu il tarixində, bəzi yerlərdə isə 1 aprelən 20 dekabr 2010-cu ilədək keçirildi.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.
Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü
Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü hər il noyabrın 6-da qeyd olunan beynəlxalq gündür. Müharibələr və silahlı münaqişələr zamanı ətraf mühitdən sui-istifadənin qarşısının alınması üzrə Beynəlxalq Gün Kofi Atta Annanın baş katib olduğu dövrdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 5 noyabr 2001-ci ildə müəyyən edilmişdir. O vaxtdan bəri Baş katib Pan Gi Mun yazırdı: "Təbii ehtiyatların qeyri-davamlı istismarının silahlı münaqişənin alovlanması və maliyyələşdirilməsinə və sülhün kövrək əsaslarını pozmasına yol verməmək üçün dialoq və vasitəçilikdən tutmuş qabaqlayıcı diplomatiyaya qədər əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik" deyə bildirmişdir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) bu gün ilə bağlı bir neçə dəfə bəyanat yayıb. 2018-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə əlaqədar şərh verib.
Alınmaz qalanın qəhrəmanları
Alınmaz qalanın qəhrəmanları qısametrajlı sənədli-bədii filmi rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın həyat və döyüş yollarından bəhs edir. == Məzmunu == Ekran əsəri Gədəbəy rayonundan olan dörd Milli Qəhrəman — Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir.
Zaman amili nəzərə alınmaqla pulun dəyəri
Zaman amili nəzərə alınmaqla pulun dəyəri (pulun zaman dəyəri, pulun zaman dəyəri nəzəriyyəsi, ing. time value of money) — bugünkü pul gəlirinin (xərcinin) eyni məbləğə sabahdan daha dəyərli olması anlayışı. Pulun zaman dəyəri haqqında ifadə maliyyə riyaziyyatının əsas müddəalarından biridir. Dəyər fərqi ona görədir ki, pul yatırıla bilər və gəlir əldə edə bilər. Buna görə də pulun sahibi itirdiyi gəlirə görə kompensasiya tələb edə bilər. İtirilmiş gəlir fürsət dəyəri kimi çıxış edir. İstehlakçı davranışı və seçimi nəzəriyyəsində də oxşar problem yaranır. İstehlakçı cari gəlirinin nə qədərini bu gün istehlak edəcəyi ilə sabah istehlak üçün nə qədər qənaət edəcəyi arasında seçim etməlidir. İstehlakçının optimal seçimi dövrlərarası seçim nəzəriyyəsində nəzərdən keçirilir. Pulun dəyəri ilə gözləmə müddəti arasındakı əlaqə artıq orta əsrlərdə özünü büruzə verirdi.
İnəgölün alınması
İnəgölün alınması və ya Bizans mənbələrindəki adı ilə Angelokoma mühasirəsi İnəgöl Təkfurluğunun (Angelokoma Təkfurluğu) təkfuru olan Aya Nikola ilə Osmanlı imperiyasının Ordu komandanı olan Turqut bəy arasında baş vermiş olan müharibədir. Müharibə türklərin qələbəsi ilə başa çatmışdır. Bu qələbə Osmanlı tarixində Qulacahisarın alınmasından sonrakı ilk qələbələrdən biridir. Bu qələbə zamanı Osman Qazinin böyük qardaşı olan Gündüz bəy şəhid olmuş, Nikola isə Turqut Alp tərəfindən öldürülmüşdür. Bu qələbə 1299-cu ildə baş vermişdir. Bu qələbədən sonra Qoyunhisar müharibəsi (1302), Bursanın mühasirəsi (1326) və Osmanlı imperiyasının yaradılması baş vermişdir.
Qulacahisarın alınması
Qulacahisarın alınması və ya Qulacahisar hücumu; 1285-ci ildə Osman bəyin komandanlığı altında olan türk qoşunları ilə Bizans imperiyası arasında baş vermiş olan müharibədir. I Osman İnəgöldən bir neçə fərsəx uzaqda yerləşən və Əmirdağın ətəyində olan bu qalanı Ermənibeli müharibəsində qardaşı Savcı bəyin oğlu olan Bayhocanın öldürülməsindən sonra ələ keçirmişdi. 300 nəfərlik hərbi qüvvə ilə gecə basqını nəticəsində qala türklərin əlinə keçmişdir. Bu, Osmanlı imperiyasının tarixində ilk qala alınmasıdır. Xristian xalq Osman bəyin sultanlığını qəbul etdiyi üçün oradakı insanlara zərər vurulmamışdır. Osman bəy qalanı yerlə-yeksan etmiş olsa da, camaatın canını bağışlamış və onları əsir götürmüşdür.

Значение слова в других словарях