Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aliment
Aliment (lat. alimentum — "yemək", "qidalanma") aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir. Aliment- latın dilində "alimentium" sözündən götürülərək saxlama üçün vəsait, öhdədə olmaq deməkdir. Aliment hüququ münasibətlərinə görə ailənin bir üzvləri ailənin digər üzvlərini maddi cəhətdən təmin etməlidir. == Aliment öhdəliyi == Aliment öhdəliklərini yaranma əsasları aşağıdakılardır: Subyektlər arasında ailə münasibətlərinin olması; Qanunla müəyyən edilmiş qaydada alimentin ödənilməsinin zəruriliyi; Alimentin ödənilməsi barədə saziş və ya alimentin tutulması haqqında məhkəmə qərarı. == Aliment Azərbaycan qanunvericiliyində == Ailə Məcəlləsi və Mülki Məcəlləyə uyğun olaraq aliment öhdəlikləri daşıyanları subyekt tərkibinə görə aşağıdakı kimi təsnif etmək olar: 1) Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını və əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.2) Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.3) Ər arvad və keçmiş ər arvad qanunla müəyyən olunmuş hallarda bir birinə aliment ödəməyə borcludurlar.4) Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar yetkinlik yaşına çatmayan yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılarını saxlamağa borcludurlar. Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilməyən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılarını saxlamağa borcludurlar.5) Zəruri vəsaitə malik baba və nənə saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməyən yardıma ehtiyacı olan nəvələrini saxlamağa borcludurlar.M.V. Antokolskaya göstərir ki, alimentin ödənilməsi barədə saziş mülki-hüquqi müqavilələrin növlərindən biridir. Belə saziş ümumi və xüsusi qanunvericiliyin qaydalarına muvafiq surətdə mülki və ailə qanunvericiliyinin normaları ilə tənzimlənir.M.V.Antokolskaya elə hesab edir ki, alimentin ödənilməsi barədə saziş həm məhkəmə qaydasında aliment almaq hüququ olan şəxslər arasında, həm də hüquqa malik olmayanlar arasında bağlana bilər, ona görə ki, bu halda söhbət könüllü surətdə aliment öhdəliklərinin öz üzərinə götürülməsindən gedir. Belə öhdəliklərə Ailə Məcəlləsinin alimentin ödənilməsi barədə saziş fəslinin normaları qanunun analogiyası üzrə tətbiq edilir. Bizə elə gəlir ki, M.V.Antokolskayanın bu fikri ilə razılaşmaq olmaz, belə ki, aliment ödəməyə boclu olmayan şəxslə məhkəmə qaydasında aliment almaq hüququ olan şəxs arasında bağlanan aliment öhdəlikləri icra vərəqəsi qüvvəsinə malik olmayacaq.
Almon
Almon (kommuna)
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Abid Alimov
Abid Əhmədcan oğlu Alimov (1900 – 1935) — Azərbaycan SSR-nin ilk səhiyyə komissarı (28 aprel 1920 – 5 iyun 1920). Türkoloq. == Həyatı == XI ordunun tərkibində Azərbaycana gəlib. Azərbaycan SSR-in ilk səhiyyə komissarı (naziri) olub (28 aprel – 5 iyun 1920). Sonralar Leninqrada gedərək türkoloji tədqiqatlar aparıb. Professor olub.
Alison Carroll
Alison Carroll (21 may 1985, Kroydon, London) — Tomb Raider oyunu üçün seçilən İngilis modeldir.
Alison Mailyar
Alison Mailyar (d. 5 avqust 1998) — Çilili suya tullanan. Alison Mailyar Çilini 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Alison Mailyar birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 207.85 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Alison Pill
Alison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Scott Pilgrim vs. the World 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Alison Qreqorka
Alison Qreqorka (29 iyun 1985, Ann-Arbor, Miçiqan) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Alison Qreqorka, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Ennan Alimov
Ennan Alimov (1912 – 1941) — krım tatar yazıçısı və rəssamı. == Həyatı == Ennan Memut oğlu Alimov 1912-ci ildə Köprülüköy kəndində anadan olub. 9 illik kənd məktəbini bitirdikdən sonra tütün fabrikində işləyib. 1933-cü ildə N.Samokişinin sənət studiyasına daxil olaraq 1936-cı ildə buranı bitirib. 1937-ci ildən studiya Krım Sənət Məktəbinə çevrilir və 16 iyul 1938-ci ildən etibarən 1941-ci ilin sentyabrına qədər Ennan Alimov buranın direktoru olur. İkinci Dünya Müharibəsi başladıqdan sonra cəbhəyə gedir. 1941-ci ildə baş leytenant rütbəsində Donbasda gedən döyüşlərdə dünyasını dəyişib. Ennan Alimovun rəsmləri dövrümüzə qədər gəlib çatmayıb. "Baqıdjı kıızlar" ("Üzümçü qızlar"), "Ormanda tan" ("Meşədə şəfəq"), "Kaytarma oynaqan kıız" ("Haytarma oynayan qız") rəsmlərinin reproduksiyaları 1933-1936-cı illərdə "Yaş kuvet" ("Cavan güc") və "Komsomolskaya pravda" qəzetlərində yayımlanıb. 1936-1941-ci illərdə onun "Doğma kəndim", "Qurqur qanad çalır", və "Balıqçılar" adlı hekayələri işıq üzü görüb.
Fərid Alimov
Fərid Elçin oğlu Alimov (11 oktyabr 1993, Güləzi, Quba rayonu – 16 may 2021, Gendərə, Yardımlı rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, şəhid. == Həyatı == Fərid Elçin oğlu Alimov 11 oktyabr 1993-cü ildə Quba rayonunun Güləzi kəndində anadan olub. 2000-2011-ci illərdə Güləzi kənd tam orta məktəbində təhsil almışdır. Ailəli idi. İlahə adlı qız övladı yadigar qaldı. == Hərbi xidməti == 2011-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 1 aprel 2013-cü ildə isə xidməti bitirib. Uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. 15 iyul 2015-ci ildən "Göytəpə" sərhəd dəstəsində işləməyə başlayıb. Mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.
Limonu evkalipt
Corymbia citriodora (lat. Corymbia citriodora) — mərsinkimilər fəsiləsinin corymbia cinsinə aid bitki növü.
Qabriel Almond
Qabriel Almond (ing. Gabriel A. Almond; 12 yanvar 1911[…] – 25 dekabr 2002[…]) — Amerikalı politoloq, nəzəri və müqayisəli politologiya üzrə mütəxəssis. Siyasi sistem və siyasi mədəniyyət nəzəriyyələri üzərində işi ilə populyarlıq qazandı. Struktur və funksional modelin müəllifidir. Siyasi sistemlərin analizində "giriş və çıxış" anlayışından geniş istifadə etmiş və müvafiq funksiyaların öyrənilməsinə çox diqqət yetirmişdir. Almond, vətəndaşların siyasi istiqamətləri ilə siyasi sistemin işləmə xüsusiyyətləri arasındakı əlaqəni yaxşı təsvir etdi. ABŞ Milli Elmlər Akademiyasının üzvü(1977). == Bioqrafiyası == İllinoysda, Rusiya İmperiyasından gələn yəhudi mühacir ailəsində anadan olub. Çikaqo Universitetini bitirmişdir (BA, 1932; Doktor, 1938). Bruklin Kollecində (1939–1942), Yel Universitetində (1947–1950, 1959–1963), Prinston Universitetidə (1950–1959) və Stenford Universitetində (1963–1993) dərs demişdir.
Ramis Alimov
Ramis Alimov (tam adı: Ramis Xarisoviç Alimov; 21 iyul 1958, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1958-ci il iyulun 21-də Bakıda anadan olmuşdur. Milliyyətcə tatardır. 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1973-cü ildən Bakı Boru Kəməri İdarəsində maşın təmiri çilingəri işləmişdir. Ailəli olmuş, Liliya adlı bir qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Həmin gecə evdə qızı ilə yatarkən küçədən səs-küy və kömək çağırışları eşitmiş, buna görə də yaralıları xilas etmək üçün evdən çıxmışdır. Yanvarın 20-si qardaşı Şamil Ramisin meyidini Semaşko xəstəxanasından tapmışdır.Döş qəfəsinin sol tərəfinə dəymiş güllə yarasından həlak olmuşdur. Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, 4-cü mikrorayon, Suvorov küçəsi, ev 216, mənzil 90.
Almon (kommuna)
Almon (fr. Allemond) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38005. Kommunanın 1999-cu il üçün əhalisi 765 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 702-dan ilə 2969 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km cənub-şərqdə yerləşir.
Citrus limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Limon tetra
Hyphessobrycon pulchripinnis (lat. Hyphessobrycon pulchripinnis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü. Ana vətəni: Cənub Amerika; Tokantis Çayı. Bəslənmə Forması: Heyvanlar ilə bəslənən Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan Üzmə Səviyyəsi: orta-Səth Cinsiyyət Ayrı-seçkiliyi: Cinsiyyət ayrı-seçkiliyi asan deyil. Dişilər daha yumru quruluşa sahib və nisbətən kişilərdən daha böyükdür. Kişilər daha incə quruluşa malikdir. Anal üzgəclərdən də ayrı-seçkilik edilə bilər. Altdakı şəkildə, üstdəki balıq dişi, altdakı kişidir. Artıma: Yumurta saçaraq. 100-200 arası yumurtanı bitkilərin yaxınında yumurtlayarlar.
Limon turşusu
Limon turşusu (2-hidroksi-1,2,3-propantrikarbon turşusu, 3-hidroksi-3-karboksipentandiol) (C6H8O7) — ağ rəngli kristal maddədir; el arasında "lumu duzu" və ya "limon duzu" kimi da tanınır [1] Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine. == Xassələri == Ərimə temperaturu 153 °S-dir. Suda yaxşı həll olur. Etil spirtində həll olur. Dietil spirtində az həll olur. Üçəsaslı zəif turşudur. Limonturşusunun duzları və efirləri sitratlar adlanır. == Alınma qaydası == Limon turşusu limon və ya yabanı nar şirəsindən, eləcə də tənbəki yarpaqlaından, şəkər məhlulunu xüsusi göbələklərlə qıcqırtmaqla alınır. Qeyd edək ki, tütündə 7-8%, yabanı narda 9%, limonda isə 10%-ə qədər limon turşusu olur. Limon turşusunun limon və nar şirəsindən alınması çox mürəkkəb prosesidir.
Limon şirəsi
Limon şirəsi — limonun şirəsi == Limon suyunun faydaları == Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Monetye-Almon
Monetye-Almon (fr. Monêtier-Allemont, oks. Monestier Alamont) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05078. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 321 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 193 yaşda (15-64 yaş arasında) 141 nəfər iqtisadi cəhətdən fəal, 52 hərəkətsiz (fəaliyyət göstərici 73,1%, 1999-cu ildə 71.1%) idi. 141 aktivistdən 120 nəfər (68 kişi və 52 qadın), 21 nəfər işsiz (7 kişi və 14 qadın) idi.
Cır limon
Cır limon (lat. Schisandra) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinə aid bitki cinsi.
Diezani Alison-Madueke
Diezani Alison-Madueke (6 dekabr 1960) — OPEK prezidenti (1 yanvar 2015-ci ildən). O, OPEK tarixində ilk qadın prezidentdir.
Çin cır limonu
Almon-le-Jyuni
Almon-le-Jüni (fr. Almont-les-Junies, oks. Las Juniás) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12004. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 36 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 487 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 275 nəfərin (15-64 yaş arasında) 217 nəfəri iqtisadi cəhətdən fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 78.9%, 1999-cu ildə 67.4%).
Almon-le-Jüni
Almon-le-Jüni (fr. Almont-les-Junies, oks. Las Juniás) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12004. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 36 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 487 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 275 nəfərin (15-64 yaş arasında) 217 nəfəri iqtisadi cəhətdən fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 78.9%, 1999-cu ildə 67.4%).
Limon qabığından sukat
Limon qabığından sukat - Limon qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.