Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balina alleyası
Balina alleyası — Qədim zamanlarda Eskimosların müqəddəs məbədi və ya ibadətgahıdır. Çukotka Muxtar Dairəsinın ərazisinə daxil olan İttiqran adasında yerləşir. Bu arxeoloji kompleks Qrenlandiya balinasının sümüklərindən təşkil olunub. İlk dəfə bu tapıntı SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Clenov tərəfindən tətqiq edilir. == Ədəbiyyat == Arutyunov, Sergey Aleksandroviç, İ. İ. Krupkin, Clenov, Mixail Anatoleviç. "Balina alleyası". Senyavin boğazına daxil olan adaların qədimi tarixi 1982.
Qlaqolitsa alleyası
Qlaqolitsa alleyası (xorv. Aleja glagoljaša) — İstriya yarımadasının mərkəzi hissəsində, Xorvatiyada ən qədim slavyan əlifbası olan qlaqolitsa abidəsi ilə bağlı turistik görməli yer. Uzunluğu 6 km olan bu turistik alleyada dünyanın ən kiçik şəhəri Xumu Roç kəndi ilə birləşdirən yol boyunca hər iki tərəfdə yerləşən qlaqolitsa yazıları olan abidələr yerləşir. Alleyanın inşasına Çakavia kilsəsinin təşəbbüsü ilə 1976-cı ildə başlanılıb. Yazıçı Zvane Çrnya və professor Yosip Bratuliç abidənin ideologiyasını işləyib hazırladılar, heykəltaraş Jelimir Yaneş isə 1977-ci ildən 1983-cü ilə qədər onun daşlarını işləmişdir. Alleya boyunca yerləşən 11 abidə bu qədim slavyan yazı növünün inkişafının əsas nişanələrini xatırladır. 2 metr hündürlükdəki sütun qlaqolitik "S" hərfi formasında hazırlanıb. Qədim slavyan dilində "Söz" mənasını verir. Semantik baxımdan isə "sağlam düşüncə" və "ağıl" mənasını ifadə edir. Üzərində qlaqolitsada STOL KONSTANTINA KİRİLA İ METODİJA sözləri yazılmış üçayaqlı stoldur.
Kurt Kalleya
Kurt Kalleya (5 may, 1989) - Maltalı müğənni. Kalleya Bakıda,Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsi 2012-də Maltanı təmsil etmişdir.
Alley-op
Alley-op (ing. Alley-oop, — asma, paraşüt) — basketbolun hücüm elementlərindən biri. Alley-op zamanı hücumçulardan biri topu asma olaraq səbətə doğru atır, digər oyunçu isə tullanaraq topu göydə tutur və yerə enmədən səbətə salır. Bu həm də yuxarıdan atış hesab olunur (slem-dank). Ilk alley-op 1960-cı illərə təsadüf edir. Məhs bu oyun elementinin ilk dəfə həyata keçirən El Taker və onun qardaşı Cerald olmuşdur. Onlar Oklahoma Babtist Universitetinin komandasında iştirak edirdilər. NBA-da alley-opu oyunçular 1990-cı illərdən sonra müntəzəm istifadə etməyə başladılar. Müasir dövrdə alley-op basketbolun ən populyar elementlərindən biri hesab olunur. Alley-op zamanı topu ötürən «oynayan müdafiəçi» , topu qəbul edən isə ön xətdə olan uca boylu hücumçu olur.
Alaliya
Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir. == Alaliya nədir == Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir. == Alaliyanın səbəbi == Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər. == Alaliyanın növləri == Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır. === Motor alaliya === Motor alaliya-dil əməliyyatlarının formalaşmaması ilə səciyyələnən ekspressiv nitqin inkişaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkişafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur.
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osman. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Alazeya
Alazeya (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasının şimal-şərqində çay. Uzunluğu 1,590 kilometr, hövzəsinin sahəsi 64,7 min km2-dir. Alazeya yaylasının cənubundan başlanır. Kolıma düzənliyinə axıb Şərqi Sibir dənizinə tökülür. Əsas qolu Rossoxa çayıdır. Sentyabrdan maya qədər donmuş olur. Hövzəsində çoxlu göl var. == İstinadlar == == Əlavə ədəbiyyat == Алазея // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Arxeya
Arxeylər — canlı orqanizmlərin 3 aləmüstündən (digərləri eukariotlar və bakteriyalar) biri, təkhüceyrəli prokariotlar qrupu. Arxeylər əvvəlcə səhvən bakteriya sayılmış və arxebakteriya adını almışdır. == Ümumi == Prokaryot və eukaryot orqanizmlərin xüsusiyyətlərini daşıyırlar. Ümumiyyətlə, ekstrim canlılar olaraq bilinirlər. Əsasən metan-sintezedici orqanizmlərdir. 1990-cı ildə kəşf olunmuşlar və bakteriyalara aid edilmişlər.[mənbə göstərin] Arxeylər, əsasən, 4 qrupa bölünür: metanogen, qalofil, termofil və psixofil olanar.
Baileya
Baileya (lat. Baileya) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Baileya multiradiata Harv. & A.Gray Baileya pauciradiata Harv. & A.Gray Baileya pleniradiata Harv.
Harleya
Harleya (lat. Harleya) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Harleya oxylepis (Benth.) S.F.Blake Sinonim Oliganthes oxylepis Benth. == İstinadlar == Harleya The Plant List saytında == Ədəbiyyat == Balick, M. J., M. Nee & D. E. Atha. 2000. Checklist of the vascular plants of Belize. Mem. New York Bot. Gard. 85: i–ix, 1–246.
Kaleya
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Lallerya
Lallerya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Paleya
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Qalileya
Qalileya (ivr. ‏הַגָּלִיל‏‎, ha-Qalil, «əyalət, dairə, ərazi sahəsi»; ərəb. الجليل‎ əl-Cəlil) — İsrailin şimalında Livan ilə sərhəddə yerləşən tarixi bir bölgə. Qərbdə Aralıq dənizi, cənubda İsrail vadisi və şərqdə İordan vadisi ilə həmsərhəddir. Ənənəvi olaraq Yuxarı və Aşağı Qalileyaya bölünür. Eramızdan əvvəl III minillikdə Qalileyada kənanlar məskunlaşdılar. Onların ən böyük mərkəzi Hasor idi. Eramızdan əvvəl II minillikdə burda hürrilər, hetlər və qədim misirlilər peyda oldular. Sonradan ölkə İsrail qəbilələrinin nəzərinə düşür və İsrail krallığının bir hissəsi olur. Eramızdan əvvəl 722-ci ildə Qaliley Assuriya dövlətinin bir hissəsi olur.
Qalliya
Qalliya (lat. Gallia; fr. la Gaule) —Qərbi Avropanın ilk dəfə Romalılar tərəfindən tanınan bir bölgəsi idi. Bugünkü Fransa, Lüksemburq, Belçika və İsveçrənin böyük hissəsi və Şimali İtaliya, Hollandiya və Almaniyanın bir qismi, əsasən, Reyn çayı hövzəsinin qərb sahillərində vaxtı ilə Keltlər yaşamışlar. Bura 494.000 km^2 (191.000 mil^2) ərazini əhatə edirdi. Qay Yuli Sezara (e.ə 100-44) görə Qalliya 3 hissəyə bölünürdü: Kelt Qalliyası (lat. Gallia Celtica) Belçika (lat. Belgica) Akvitaniya (lat. Aquitania). Arxeoloji olaraq Qallar M.Ö 5 ilə 1-ci əsrlərdə bütöv Qalliyaya və ayrıca olaraq Raetiya, Norik, Pannoniya və Cənub-Qərbi Almaniyaya qədər uzanan Laten mədəniyyətinin daşıyıcılarıdırlar.
Valley
Valley- Angilyanın paytaxtı.bu şəhərin 1.169 nəfər əhalisi var.
Xaldeya
Kəldanilər və ya xaldeylər (Babil. Kaldu, İv. כַּשְׂדִּים - Kasdim, yun. Χαλδαίοι ) — e.ə. I minilliyin birinci yarısında Babilistanda yaşamış tayfa. Mesopotamiyanın cənubunda, Fars körfəzinin şimal-qərb sahilindəki Dəclə və Fərat çaylarının arasında, eramızdan əvvəl X-IV əsrlərdə yaşamış semit tayfaları. Babilə sahib olmaq üçün Assuriya ilə döyuşlərdə iştirak edirlər. E.ə. 626-536-cı illərdə Babili, Yeni Babil krallığını quran xaldey sülaləsi idarə edib. Arami dilində danışıblar.
Dalliya
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Acleia
Xaçgülü (lat. Senecio) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Xaleya
Xaleya (q.yun. Χάλαιον) — Ozol Lokridasının sahilində, Fokida sərhədləri yaxınlığında qədim şəhər. Böyük Plini səhvən onu Fokidanın bir şəhəri adlandırır. Peloponnes müharibəsi zamanı şəhər e.ə. 426-cı ildə Lakedemon ordusunu girovlarla təmin etmək məcburiyyətində qalan bir neçə şəhərdən biri idi. Onun yeri müasir Qalaksidion yaxınlığında yerləşirdi.
Alcea
Gülxətmi (lat. Alcea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Alexa
Alexa Internet — San-Fransiskoda yerləşən veb-trafik təhlili şirkəti. Amazonun törəmə şirkəti idi. Alexa 1996-cı ildə müstəqil şirkət kimi yaradılıb və 1999-cu ildə Amazon tərəfindən 250 milyon dollara satın alınıb. Alexa 30 milyondan çox veb-saytda veb-trafik məlumatları, qlobal reytinqlər və digər məlumatları təqdim edirdi. Alexa, brauzer uzantılarından istifadə edən milyonlarla İnternet istifadəçisi, eləcə də Alexa skripti quraşdırmağı seçmiş saytlar əsasında veb-sayt trafikini təxmin edir. 2020-ci ilə kimi onun veb-saytını hər ay 400 milyondan çox insan ziyarət edib. 2021-ci ilin dekabrında Amazon, Alexa İnternet törəmə şirkətini bağlayacağını açıqladı. Daha sonra xidmət 1 may 2022-ci ildə dayandırıldı. == Tarixi == === 1996–1999 === Alexa Internet 1996-cı ilin aprelində Brewster Kahle və Bruce Gilliat tərəfindən təsis edilib. Şirkətin adı Ptolemey Misirindəki İsgəndəriyyə kitabxanasına hörmət əlaməti olaraq seçilmişdir və bu, qədim dünyanın ən böyük bilik anbarı ilə internetin oxşar bilik anbarına çevrilmə potensialı arasında paralellik yaradır.
Edmond Halley
Edmund Halley (ing. Edmund Halley, 8 noyabr 1656 – 25 yanvar 1742) – İngilis kral astronomu, riyaziyyatçısı, fiziki, demoqrafı, meteoroloqu və geofiziki. Edmund Halley din cəhətdən ateist olub. == Həyatı == Edmund Halley 1656-cı ildə Xaqqerston kəndində anadan olmuşdur. Müqəddəs Pavl adına məktəbdə oxumuşdur. 1673-cü ildə təhsilini Kral Kollecində Oksfordda davam etdirmişdir. Cənub yarımkürəsindəki olan ulduzlar haqqında öyrənmək məqsədilə 1673-cü ildə Müqəddəs Yelena adasına səfərə çıxır. 1678-ci ildə İngiltərəyə qayıdaraq "Cənub göy haqqında kataloq"u çap etdirir. Bu kataloqda Cənub yarımkürəsindəki 341 ulduz haqqında informasiya var idi. Həmçinin Halley Nyutonun yaxın dostu olmuşdur.
Konça Kallexa
Konça Kallexa (isp. Concha Calleja, 10 iyul 1964, Barselona) — ispan jurnalisti və yazıçısıdır. Əsas fəaliyyəti jurnalistikada, tarixi və məşhur simaların həyatında, yazdığı kitablara əsasən çəkilmiş filmlərin və serialların ssenariyasında cəmləşir. == Həyatı və fəaliyyəti == O, UNED-də "Coğrafiya və tarix" ixtisası üzrə bakalavr, həmçinin "Protokol və institusional əlaqələr" ixtisası üzrə təhsil alıb. Kriminologiya, məhkəmə psixologiyası və kriminal profilləmə sahəsində məhkəmə mütəxəssisidir. Kembric Universitetinin "Məsləhət psixologiyası" üzrə magistr dərəcəsini alıb. Fəaliyyətinin ilk addımlarından biri Gava Arxeologiya Muzeyi (Barselona) tərəfindən aparılan arxeoloji qazıntılar üzərində işlərdir ki, onu mətbuat dünyasına gətirib çıxardır. Sonradan La Vanguardia, El Periódico, El Mundo, Mundo Científico, La Clave, Cuadernos de Pedagogía, Historia y Vida e Historia kimi kütləvi informasiya vasitələrində çalışmışdır. Onun kitablarından ikisinin "Cayetana", "Duquesa de Alba" və "El álbum privado de la Duquesa de Alba" üzərində "La duquesa" serialı çəkilmişdir. Bundan başqa, "La mujer morena" əsəri Sur televisión kanalında yayımlanan eyniadlı sənədli film üçün ssenari mənbəyi olmuşdu.
Kurt Calleja
Kurt Kalleya (5 may, 1989) - Maltalı müğənni. Kalleya Bakıda,Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsi 2012-də Maltanı təmsil etmişdir.
Lalela Msvane
Lalela Mswane (27 mart 1997]) — cənubi afrikalı model və gözəllik kraliçası, Miss Supranational 2022 müsabiqəsinin qalibidir. O, əvvəllər “Miss Cənubi Afrika 2021” və “Miss Universe 2021” müsabiqələrinin qalibi olub və burada 3-cü ikinci yeri tutub.