Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alovsuz qaz boşalması
Qaz boşalması — qazlardan elektrik cərəyanı keçdikdə baş verən proseslər toplusu. Tipik olaraq, nəzərəçarpacaq cərəyanın axını yalnız qazın kifayət qədər ionlaşmasından və plazmanın formalaşmasından sonra mümkün olur. == Alovsuz qaz boşalması == Alovsuz qaz boşalması qaz boşalmasının bir növüdür. Alçaq təzyiqlərdə (10−2−10−3 mm c.süt.) baş verir. Elektrodlar arasındakı gərginlik bir neçə yüz volt olmalıdır. Alovsuz qaz boşalması neon işıqlarda, reklm lampalarında, qaz lazerlərində və eyni zamanda ündüz işığı lampalarında istifadə olunur. Qazın rəngindən asılı olaraq, alovsuz boşalmanın da rəngi müxtəlif cür olur. Məsələn, müxtəlif qazların qarışığı olan hava-moruğu, arqon-göyümtül yaşıl, firuzəyi rəngə çalan işıq verir.
Alovlu xoruzgülü
Alovlu xoruzgülü (lat. Adonis flammea) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Alovun səsi
Alovun səsi (ing. Voice of Fire) - Abstrakt ekspressionist və Rəngli Sahə rəssamlığının görkəmli nümayəndəsi amerikan rəssam Barnett Nyumanın məşhur əsərlərindən biri.
Xovsuz xalça
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Xovsuz xalçalar

Xıdır Alovlu
Xıdır Binnat oğlu Alovlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 1939-cu il martın 2-də Ermənistan Respublikası Kirovakan rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Rus dilini bilirdi. Evli olmuşdur, 4 övladı var. Milliyətcə kürddür. Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru işləmişdir. Sumqayıtda məktəb direktoru işlədiyi zaman 1988-ci ildə Sumqayıt hadisələrində təxribatlar törətdiyi iddia olunur. Bir müddət Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü olmuşdur.
Alovlu Rod
Alovlu Rod (ing. Hot Rod) — 2007-ci ildə ekranlara çıxan ABŞ komediya filmi. == Süjet == Həvəskar kaskadyor Rod Kimbl ona lağ edən ögey atasının əməliyyatı üçün vəsait toplamaq məqsədilə ən təhlükəli tryukunu həyata keçirəcək.
Yunan alovu
Yunan alovu (Yunan odu, Bizans alovu, Bizans odu, Roma odu, Roma alovu, Qrejua, Qrejua alovu, Qrejua odu, Rum alovu, Rum odu, Vəhşi od, Vəhşi alov, Maye alov, Maye od) — isti kömür, kükürd və qır qarışığından hazırlanmış olan bu silahdan ilk dəfə Peloponnes müharibəsi zamanı istifadə edilmişdir. Sonralar eramızın 660-cı illərində yunan odu qır, qatran, kükürd, naftalin, əhəng və kalium nitrat ilə zənginləşdirilmişdir. Ona su əlavə olunduqca alovu artırdı. Eramızın VII əsrində onun effektiv təsirini inkişaf etdirmək və artırmaq işi Suriyalı bir mühacir olan Heliopollu Kallinik tərəfindən həyata keçirilmişdir. Farslar Yunanıstanı işğal edərkən baş tutmuş olan dəniz döyüşü zamanı ilk dəfə istifadə edilmişdir. Öz dövrünün güclü ordularından biri hesab edilən fars ordusu gəmilərinin yanmasının qarşısını ala bilməmişdir. Həm quruda, həm də suda asanlıqla yanmaq qabiliyyəti var. Onun üstünə su töküldükdə sönmür, əksinə, alovu artır. Dəniz müharibələrində gəmilərin keçməsinin qarşısını almaq məqsədi ilə onlardan istifadə olunmuşdur. Bu yanğına məruz qalan bütün insanlar ölümə məhkumdurlar, çünki bu alovu söndürmək mümkün deyildir.
Buzla alovun nəğməsi
Buzla Alovun Nəğməsi (ing. "A Song of Ice and Fire") — Corc Martin (ing. George R.R. Martin) tərəfindən yazılmış epik fantastika roman seriyasıdır. Seriya mürəkkəb və geniş dünyası, çoxsaylı personajları və zəngin süjet xəttləri ilə tanınır. Bu seriya ümumilikdə beş nəşr olunmuş kitabdan və əlavə olaraq iki planlaşdırılan kitabdan ibarətdir. George R. R. Martin, 1991-ci ildən ilk cildini, "Taxt Oyunları"nı yazmağa başladı və 1996-cı ildə də nəşr etdi. Seriyanı başlanğıcda üç kitabdan ibarət düşünən Martin, indiyə qədər planlaşdırılan yeddi cilddən beşini çapa buraxmışdır. Seriyanın beşinci və ən sonuncu hissəsi olan "Əjdahalarla Rəqs" 2011-ci ildə nəşr edilib. Martin hazırda altıncı roman üzərində işləyir, adı "Qışın Küləkləri"dir. Yeddinci roman, "Bahar yuxusu" isə planlaşdırılır.
Alovlu ada (film,1990)
Alovlu ada (火燒 島; İsland of Fire) — film 1990-cı ildə çəkilmişdir. Film döyüş, detektiv, dram janrındadı. Filmin rejissoru Zhu Yanpinqdir. == Məzmun == Polis zabiti Andi (Tony Leung Kafai), Taypeydən gəldikdə, bir hakimin — sevgilisi Sallinin atasının öldürülməsinin şahidi olur. Tapılan dəlillər qatilin Zinq triadasının üzvü Karl Çanq adlı bir məhbus olduğunu göstərir. Qatilin işi barədə məlumat gözlənilməz bir nəticə verir: Çanq iğtişaş cəhdinə görə bir əsgər-əsgəri tərəfindən həbs edilir.Tapılan dəlil nəinki işə kömək etmədi, əksinə onu daha da qarışdırdı, Andi məhkumların etimadını qazanmaq və qatili tapmaq üçün uydurma bir iş üzrə həbsxanaya getməyə qərar verir. Bu zaman vəhşi hadisələr də baş verir:həvəskar bilyard oyunçusu Stiven Park (Jackie Chan) Honq Konqun dəstə patronu Boss Li (Andi Lau) ilə əlaqəli bir adamla matçda qalib gəlir, sevgilisinin hücumuna məruz qalır və o, ağır yaralanır.
Alovlu ada (film, 1990)

Alovlu məhəbbət (film, 2011)
Alovlu məhəbbət — rejissor Dreyk Doremusun 2011-ci ildə çəkdiyi film. Əsas rolları Anton Yelçin, Felsiti Cons və Cennifer Lourens ifa edirlər. == Məzmun == Film ingilis tələbə Annann amerikalı tələbə Ceykoba aşıq olmasından bəhs edir. Amerikada uzun müddət qaldığı üçün vizası ləğv olunan Anna sevgisindən ayrı düşmək məcburiyyətində qalır.
Alovlu yol (film, 2012)
Alovlu yol (hind dilində अग्निपथ, Rom: Agneepath) — Karan Malxotun rejissorluğu ilə 1990-cı ildə çəkilmiş eyni adlı filmin remeyki olan hind döyüş-qəhrəmanlıq filmidir. Filmdə baş rollarda Hritrik Roşan, Priyanka Çopra və Sancay Datt oynamışdır. Filmin premyerası 26 yanvar 2012-ci ildə baş tutmuşdur. == Süjet xətti == Mandva ada kəndinin sakinləri məktəb müəllimi Dinanat Çauhana böyük hörmət bəsləyirlər. Onun kənd camaatı arasındakı məşhurluğuna paxıllıq edən kəndin başçısı oğlu Kançanı kənd camaatının gözündəki müəllimin məşhurluğunu məhv etməsi üçün çağırır. Kança adanın torpağının narkotik yetişdirmək üçün əlverişli olduğunu bildiyi üçün Mandvada narkotik karteli də qurmağı planlaşdırır. Kança Mandvanın duz sənayesini genişləndirmək bəhanəsi ilə kəndlilərdən torpaqlarını ona vermələrini xahiş etdikdə, Dinanat xalqı bundan çəkindirir. Sonra Kança müəllimdən yaxasını xilas etmək qərarına gəlir və bunun üçün günahsız bir məktəbli qızı öldürür və bu işdə Çauhan günahlandırılır. Kəndlilərin də dəstəyi ilə Kança daha sonra müəllimi onun gənc oğlu Vicay Çauhanın gözü qarşısında ağacdan asaraq öldürür. Vicay hamilə anası ilə kəndi tərk etmək məcburiyyətində qalır.
Labirintdə qaçış: Alovlu sınaq (film, 2015)
Labirintdə qaçış: Alovlu sınaq (həmçinin qısaca Alovlu sınaq kimi də tanınır) 2015-ci ildən kinoteatrlarda nümayiş olunan ABŞ istehsal olan distopik elmi-fantastik döyüş trilleridir. Ceyms Daşnerin “Labirintdə qaçış: Alovlu sınaq” adlı Labirint kitab seriyasının ikinci kitabından uyğunlaşdırılmış bu film həmçinin 2014-cü ildə çəkilmiş “Labirint qaçışçısı” filminin davamıdır və “Labirint” film seriyasının ikinci filmidir. Rejissoru Ues Ball olan filmin, ssenarisi T.S. Nowlin tərəfindən yazılmışdır və filmin əsas aktyor heyəti birinci filmdəki ilə eyni olsa da (Dylan O'Brien, Thomas Brodie-Sangster, Ki Hong Lee, Kaya Scodelario və Patricia Clarkson), Rosa Salazar, Jacob Lofland, Giancarlo Esposito, Aidan Gillen, Barry Pepper, Lili Taylor və Alan Tudyk bu filmin köməkçi aktyor heyətini təşkil edir. == Süjet xətti == Tomas, Tereza, Minho və digər “qleyderlər” labirintin öhdəsindən gəlsələr də, arxayınlaşmamalıdırlar. Sağ qalmaq yarışını təşkil etmiş gizli təşkilat, yeniyetmələr üçün bu dəfə yeni, daha təhlükəli sınaqlar hazırlayıb. Bu səfər onlar ucsuz-bucaqsız səhraya düşüb, müalicəsi olmayan xəstəliyin qurbanları ilə görüşəcəklər. Çılğın xasiyyətə malik bu insanlar ipə-sapa yatmayan, olduqca təhlükəli davranışları ilə seçilir.