Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağyazı
Ağyazı (Qax) — Qax rayonunun inzibati ərazi vahidində kənd. Ağyazı — Qubadlı rayonunun Xələc kəndi ərazisində col; Ağyazı — Qanıx çayının sol sahilində geniş col.
Ənvər Altaylı
Ənvər Altaylı (1944 və ya 1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir. == Ailəsi == Özbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir. == Təhsili == 1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır. == Karyerası == 1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır.
Alqazı (Baymak)
Alqazı (başq. Алғазы, rus. Алгазино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 50 km, kənd sovetliyindən (Əbdülkərim): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Ağyazı (Bicar)
Ağyazı (fars. آغ يازي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 15 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ağyazı (Qax)
Ağyazı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisinin əksəriyyəti etnik saxurlardan ibarətdir və saxur dilində danışır. 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ağyazı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 703 nəfər (316 nəfəri kişilər, 387 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Ağyazı kəndində 138 təsərrüfatda hər iki cinsdən toplam 587 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Ağyazı adı həmin ərazidəki eyniadlı çölün adından götürülmüşdür.
Ağyazı Buduq
Ağyazı Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1250 nəfərdir.
Ağyazı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baronçi altarı
Baronci Altarpiece — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500–1501-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər İtaliyada Breşiya şəhərində saxlanılır.
Monqol Altayı
Monqol Altayı (monq. Монгол Алтайн нуруу, Mongol Altaïn nourouou; çin. ənən. 蒙古阿爾泰山脈, sadə. 蒙古阿尔泰山脉, pinyin: Ménggǔ Ā'ěrtài Shānmài) — Altay dağlarının cənub-şərqində yerləşən dağ sistemi. Monqol Altayı Çin və Monqolustanın sərhəddində yerləşir. Monqolustanın ən yüksək dağ silsiləsi. Dərələrlə parçalanmış bir-neçə silsilələrdən ibarət olan Monqol Altayı cənub-şərqdən şimal-qərbə doğru 1000 km məsafədə uzanır. Eni 150 km-dən 300 km arasında dəyişir. Ən yüksək zirvəsi Munx -Xayrxan -Ula dağıdır (4362 m).
Qaşıqçı almazı
Qaşıqçı almazı — 86 karat çəkiyə malik və ətrafdan iki sıra 49 ədəd brilyantla bəzədilmiş dünyanın ən məşhur 22 almazından biri. Hazırda Topqapı sarayı muzeyində sərgilənir. Topqapı muzeyindəki bu almaza niyə "Qaşıqçı almazı" deyildiyi haqda bir neçə rəvayət vardır. Bunlardan ən ağla batanı brilayntın quruluşunun oval olması və qaşığa bənzəməsidir. Almazın Osmanlı Sarayına necə gəlməsini bir neçə rəvayətlə bağlayırlar. Əfsanəyə görə 1774-cü ildə Pijo adlı bir fransız hərbçisi, bu almazı Hindistanın Mədrəs Mihracesinden pulla alaraq Fransaya aparmışdır. Burada satışa çıxarılan almazı Napoleon Bonapartın anası alır ve uzun illər paltarının sinəsində gəzdirir. Lakin Napoleon sürgünə göndərildiyi zaman oğlunu xilas edə bilmək üçün almazı məcburən satır. Həmin vaxt Fransada olan Təpədələnli Əli Paşanın adamlarından biri paşanın adından 150 min qızıl pula almazı alır və paşaya gətirir. Sultan II Mahmudun dövründə Təpədələnli Əli Paşa dövlətə qarşı çıxdığı üçün öldürülür və paşanın bütün əmlakı müsadirə olunaraq Osmanlı xəzinəsinə göndərilir.
Sansi almazı
"Sansi" almazı — Məşhur qiymətli daşlardan biri. Sansi almazı açıq-sarı rəngdədir, həcmi 55,23 karatdır. Bu təxminən 11,046 qram deməkdir. Sansi almazı barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq bilinən budur ki, bu almaz heç bir sahibinə xeyir gətirməyib. Ya o evdə uşaqlardan biri ölüb, ya da almazın sahibi taxt-tacdan salınıb, qaçaq düşüb, yaxud öldürülüb. Rus tədqiqatçısı Valeyevin sözlərinə görə almaz ilk dəfə 1064-cü ildə Şərqi Hindistanda tapılıb. Onu yontalamayana qədər 100 karatdan çox olub. Almazı tapan Tacir Caqattunq onu evində saxlamağa qorxarmış. Çünki, almazın onda olmasını nəinki yerli kəndlilər, eləcə də sarayda da bilirmişlər.
Ağyazı Buduq bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oddi Altarı (Rafael)
Oddi Altar (it. Pala degli Oddi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502 - 1504 - ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Oddi Altar əsəri hal-hazırda Vatikanda Vatikan muzeyində saxlanılır.
Altiani
Altiani (fr. Altiani, kors. Altiani) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Bustaniko kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B012. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 107 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 48 nəfər (15-64 yaş) arasında 31 nəfər iqtisadi fəal, 17 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 64,6%, 1999-cu ildə 36,6%) olmuşdur. Fəaliyyətdə olan 31 nəfərdən 28 nəfər (16 kişi və 12 qadın) işləyir, 3 nəfər işsiz (1 kişi və 2 qadın) olmuşdur.
İohann Altuzi
İohann Altuzi (alm. Johannes Althusius‎) (1557–1638) Alman filosofu, ilahiyyatçısı. == Həyatı == == Fəlsəfəsi == İohann Altuzi elə bir müqavilə nəzəriyyəsini təklif etdi ki, o, dinə deyil, müxtəlif ictimai birliklərin mövcudluğuna əsaslanmış olsun.Bu nəzəriyyədə müqavilə anlayışı həm müxtəlif sosial qruplar arasındakı, həm də, hökmdarlar və təbəələr arasındakı qarşılıqlı əlaqələrin izahı üçün tətbiq edilir. Müxtəlif birliklər - ailə, gildiya, yerli icma, əyalət, millət – müxtəlif vəzifələrə malikdirlər və müxtəlif razılaşmalara uyğun olaraq qurulurlar. Ali hakimiyyət həmişə xalqa yəni, fərdlərə deyil, iyerarxik olaraq qaydaya salınmış ictimai üzvi birliklərə - ailədən dövlətə kimi - məxsusdur. Kral və dövlət xidmətçiləri xalqdan hakimiyyəti o şərtlə alırlar ki, onlar müqavilənin özlərinə aid hissələrini yerinə yetirirlər. Bu Altuziyə izah etməyə imkan verir ki, ali hakimiyyətin həmişə xalqa məxsus olmasına baxmayaraq, kral və bürokratiya inzibati hakimiyyətə əslində hansı yolla malik olurlar. Hər bir şey spesifik dini anlayışlarla deyil, sosial qruplar arasında olan razılaşma, müqavilə ilə izah edilir. Müstəqil milli dövlətlərin yaranmasından sonra, onların qarşılıqlı münasibətləri barədə məsələ meydana çıxdı. Bu qarşılıqlı münasibətləri nizama sala bilən hər hansı bir təsisat yox idi.