Ural iqtisadi rayonu
Ural iqtisadi rayonu — Rusiya Federasiyasının 12 iqtisadi rayonundan biri. Əhalisi — 19,3 mln. nəfər, sahəsi — 824,0 min km², əhalinin sıxlığı — 24 nəfər/km².
Əsas ixtisaslaşmış sahələr — neft və qaz hasilatı və emalı qara və əlvan metallurgiya, maşınqayırma (energetika, nəqliyyat, kənd təsərrüfatı), meşə, kimya, neft-kimya sənaye sahələridir. Kənd təsərrüfatında əsas sahələr taxıl və heyvandarlıq məhzulları istehsalıdır.
Ural iqtisadi rayonu Orta və Cənubi, qismən də Şimali Uralda, həmçinin Şərqi Avropa və Qərbi Sibir düzənliyinin bir hissəsini əhatə edir. İqtisadi rayonun ərazisindən Volqa çayı hövzəsinə daxil olan Kama, Vişera, Samara çayları, Ob çayı hövzəsinə daxil olan Tobol, İset, Tura və Tavda çayları, Ural çayı axır. Ural iqtisadi rayonuna daxil olan iri və orta çayların hidroenerji resurslarının potensialı 3,3 mln. kvt.-dır, Kama çayı üzərində Votlin və Kama su anbarları tikilmişdir. İqtisadi rayonun ərazisinin 43 faizi meşə örtüyünə malikdir, odun ehtiyatı — 3.5 mlrd.