Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anayasa
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. == Etimologiya == "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. "Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir. "Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.
Anafaza
Anafaza — (yunan. - yuxarı) - hüceyrənin mitoz bölünməsində bir faza. Bölünmənin bu mərhələsində hüceyrənin ekvatorunda yerləşən ikiləşmiş xromosomlara sürətlə aralanır və qütblərə çəkilir. == Mənbə == "Biologiya lüğəti" kitabı, Bakı, "Çaşıoğlu" mətbəəsi, 2011, səh. 63 == Xarici keçidlər == Mitosis Animation. Mitosis (Flash Animation) Video of a live amphibian lung cell undergoing mitosis.
Anakapa
Anakapa (ing. Anacapa) — Kaliforniyanın qərb sahilindən təxminən 23 km məsafədə yerləşən kiçik uzunsov formaya malik vulkanik ada. Ada Kanal Adaları qrupuna aiddir və Çannel Adaları Milli Parkının bir hissəsidir. Anakapa adı bölgədə ispan mənşəli olmayan yeganə adadır. Ada 3 hissədən (şərqi, mərkəzi və qərbi Anakapa) ibarətdir və 2,95 km² əraziyə malikdir. Adanın şərq hissəsində 2000-ci il siyahıyaalınmasına əsasən üç gözətçi tərəfindən idarə olunan Milli Parkın Ziyarətçi Stansiyası var. Bundan əlavə Anakapa Mayakı burada yerləşir. == Qalereya == Şəkillər == Mənbə == Channel Islands National Park Channel Islands National Marine Sanctuary Anacapa Island Site with Photos and History Winfield Scott History Anacapa Island Restoration Blog Volunteer on Anacapa Island!
Ananassa
Ananas (lat. Ananas) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinə aid bitki cinsi. Vətəni Mərkəzi Braziliyadır. Becərilən növü kəkilli ananasdır (A. comosus). Hündürlüyü 40–120 sm-dir. Yarpaqları qalın, uzun (50–70 sm), ətli, üstdən tünd-yaşıl, altdan gümüşü olub, rozetdə toplaşmışdır. Çiçək qrupu sünbüldür. Çəkisi 0,9–10 kq (bəzən 15 kq-adək) olur. Meyvənin qabığı bərk, ləti şirəli, sarımtıl-ağ, spesifik ətirlidir, B vitamini və karotinlə zəngindir. Meyvəsindən təzə və konservləşdirilmiş halda istifadə olunur, mürəbbə bişirilir və konfet hazırlanır.
Ananas

Hayasa
Hayasa-Azzi və ya Azzi-Hayasa (Hettcə: Ḫaiaša, erm. Հայասա) — Son Tunc dövründə Erməni yaylasında hökm sürmüş iki krallıqdan ibarət konfederasiya. Konfedrasiya, Cənubi Trabzonda hökm sürmüş Hayasa, və Fərat çayı ilə Hayasanın arasında mövcud olmuş Azzi krallıqlarından meydana gəlmişdir. Hayasa-Azzi konfedrasiyası, e.ə. XIV əsrdən etibarən Hettlərlə savaşmış, bu savaşlar nəticəsində, e.ə. 1190-cı illərdə Het dövləti tənəzzül etmişdir. === III. Tudhaliyanın hakimiyyətindən əvvəl (е.ə. 1500–1340-cı illər) === 1920-ci illərdə İsveçrəli tədqiqatçı Emil Forrer tərəfindən deşifrə edilen Hett yazıları Van Gölü ətrafındakı bir dağ ölkəsindən bəhs etməkdədir. Bu ölkənin adı Hayasa və/vəya Azzidir. Bəzi tədqiqatçılara görə, Azzi İşuvanın şimalında yerləşdirilərkən, digərləri Hayasa və Azzinin eyni dövlət olduğunu qəbul edirlər.
Nyasa
Nyasa (həmcinin Мalavi, ing. Nyasa və ya Malawi, port. Lago Niassa) — Şərqi Afrika ərazisində yerləşən Şərqi Afrika Rift dərəsi boyunca yerləşın sahəsinə görə üçüncüdür. Üstəlik bu rifin cənubunda yerləşən sonuncu göldür. Göl Malavi, Mozambik və Tanzaniya arasında sərhədi təşkil edir. Göl şimaldan cənuba 560 km, maksikal dərinliyi isə 706 metr təşkil edir. Dünyada sahəsinə görə 10-cu, dərinliyinə görə isə üçünçüdür. Dünyada şirin su etdiyyatının 7% özündə birləşdirir. «Nyasa» sözü Yao xalqının dilində «göl» mənasını verir. Göl Şərqi Afrika Rift dərəsi boyunca yer qabığının çatında 578 km uzunluğa və 16–80 km arası enə malik dərədə yerləşir.
Crataegus anamesa
Crataegus anamesa (lat. Crataegus anamesa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Fragaria ananassa
Bağ çiyələyi (lat. Fragaria × ananassa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Fragaria × ananassa
Bağ çiyələyi (lat. Fragaria × ananassa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Hayasa Azzi
Hayasa-Azzi və ya Azzi-Hayasa (Hettcə: Ḫaiaša, erm. Հայասա) — Son Tunc dövründə Erməni yaylasında hökm sürmüş iki krallıqdan ibarət konfederasiya. Konfedrasiya, Cənubi Trabzonda hökm sürmüş Hayasa, və Fərat çayı ilə Hayasanın arasında mövcud olmuş Azzi krallıqlarından meydana gəlmişdir. Hayasa-Azzi konfedrasiyası, e.ə. XIV əsrdən etibarən Hettlərlə savaşmış, bu savaşlar nəticəsində, e.ə. 1190-cı illərdə Het dövləti tənəzzül etmişdir. === III. Tudhaliyanın hakimiyyətindən əvvəl (е.ə. 1500–1340-cı illər) === 1920-ci illərdə İsveçrəli tədqiqatçı Emil Forrer tərəfindən deşifrə edilen Hett yazıları Van Gölü ətrafındakı bir dağ ölkəsindən bəhs etməkdədir. Bu ölkənin adı Hayasa və/vəya Azzidir. Bəzi tədqiqatçılara görə, Azzi İşuvanın şimalında yerləşdirilərkən, digərləri Hayasa və Azzinin eyni dövlət olduğunu qəbul edirlər.
Nayada (peyk)
Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib. Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir. Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.
Ananas comosus
Əsl ananas (lat. Ananas comosus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. == Əfsanəsi == Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır.
Ananas sativus

Əsl ananas
Əsl ananas (lat. Ananas comosus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır.
Anazağa yaşayış yeri
Ana zağa düşərgəsi və ya Ana zağa mağarası — Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təbii sığınacaq, mağara. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər mövcdu olduğuna görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmişdir. == Tədqiqi == Ana zağa düşərgəsi Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş iri ölçülü iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir. Arxeoloji qazıntılar nəticəsində Ana zağanın çöküntülərində litoloji cəhətdən fərqlənən üç əsas mədəni təbəqə aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr Neolitin sonundan ilk orta əsrlərə qədərki dövrlərə aid olan üstdəki qarışıq təbəqədən 10 sm qalınlığındakı həyat izi olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış alt təbəqənin qalınlığı 1 metr, bəzən 1,2 metrə qədər idi. Bu təbəqə rəngi boza çalan, sementləşmiş, içərisində qaya - əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən iabrət idi. Mezolitin sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü təbəqəsi arasında lal təbəqə yoxdur. Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi rəngə çalan 0,2-0,6 metr qalınlığındakı torpaq qatından ibarətdir. Ana zağ düşərgəsində Daş dövrünə aid mədəni təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun şimal divarını təşkil edən 30 nömrəli qayanın cənub dibində, 1965 və 1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir.
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
Nayada (Neptunun peyki)
Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib. Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir. Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.
Nataşa Andonova
Nataşa Andonova (mak. Наташа Андонова; 4 dekabr 1993) ― Makedoniya milli futbol komandasının kapitanı olmuş futbolçu. O, başqa Makedoniya oyunçusu Siyçe Andonovanın kiçik bacısıdır. O, Makedoniya yığması tarixinin ən yaxşı bombardiridir. Andonova karyerasına Makedoniyanın "ZFK Tikveşanka" klubunda başladı. O, ilk dəfə beynəxalq diqqəti özünə 2010-cu ildə 19-yaşlılar arasında Makedoniyada keçirilən Avropa çempionatında çəkdi. Yarışmada ən zəif komandada çıxış etməsinə baxmayaraq, Andonova turnirin ən yaxşı oyunçusu seçildi. O vaxta qədər futbolçu artıq Makedoniya millisinin əsas komandasının heyətində çıxış etmişdir. 2010-cu ilin yayında Andonova 2010–11 Çempionlar Liqasının ilkin mərhələsində oynayan "ZFK Borets" klubuna transfer oldu və qış transfer bazarında bacısı Siyçe ilə birlikdə Avropa çempionu olan "Turbine Potsdam" klubu ilə müqavilə imzaladı. Fevral ayında əsas komandanın üzvü oldu və ilk Bundesliga matçına elə həmin ay çıxdı.
Nataşa Bassett
Nataşa Bassett (ing. Natasha Bassett; 16 oktyabr 1992, Sidney) — avstraliyalı aktrisa, ssenarist və rejissor. Bassett Avstraliyanın Sidney şəhərində anadan oldu. Məktəbdə oxuyarkən aktrisalıq fəaliyyəti göstərdi. Aktrisalıq karyerasını davam etdirmək üçün on doqquz yaşında Nyu-Yorka köçdü. Yaşasın Sezar!
Nataşa Bedinqfild
Nataşa Bedinqfild (ing. Natasha Bedingfield; 26 noyabr 1981) ingiltərəli müğənni ve bəstəkar.
Nataşa Kandiç
Nataşa Kandiç (serb. Nataša Kandić; 16 dekabr 1946) — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Humanitar Hüquq Mərkəzinin təsisçisi və icraçı direktoru (Belqrad). Kandiçin tədqiqat işi Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsində cinayətlərin araşdırılması üçün istifadə edilmişdir. Nataşa Kandiç 1946-cı ildə Kraqujevac şəhərində (Serbiya) anadan olmuşdur. Təhsilinə görə bir sosioloqdur. Yuqoslaviyadakı hərbi qarşıdurmalardan əvvəl həmkarlar ittifaqı analitiki vəzifəsində çalışmışdır. Onun yazdığı “Kosovo Düyünü: Aç və ya kəs?” kitabının nəşrindən sonra Kandiç həmkarlar ittifaqından qovulur (1990). Xorvatiyada müharibənin başlaması ilə Kandiç və dostları dövlətin siyasətinə qarşı hərəkətlər edir. 8 oktyabr 1991-ci ildən 8 fevral 1992-ci ilədək hər gün Serbiya Prezidentinin sarayı qarşısında müharibədə ölənlərin xatirəsinə şam yandırırlar.
Nataşa Krsmanoviç
Nataşa Krsmanoviç (19 iyun 1985) — Serbiya voleybolçusu. Hal-hazırda Bakının Rabitə Bakı klubunda çıxış edir.
Nataşa Lionn
Nataşa Bianka Lionn Braunşteyn (ing. Natasha Bianca Lyonne Braunstein; 4 aprel 1979[…], Nyu-York, Nyu-York ştatı, ABŞ) — ABŞ aktrisası, rejissoru, ssenaristi və prodüseri.
Nataşa Ninkoviç
Nataşa Ninkoviç (serb. Наташа Нинковић / Nataša Ninković 22 iyul 1972, Trebine, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — "Xilaskar", "Həyat və Müharibə", "Professional", "Tələbə" filmlərindəki rolları ilə ən yaxşı tanınan bir serb əsilli teatr və kino aktrisası. Bir sıra nüfuzlu mükafatların qalibi, dəfələrlə yerli və xarici film festivallarının ən yaxşı aktrisası seçilmişdir. Nataşa Ninkoviç 22 iyul 1972-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının (indiki Serb Respublikası, Bosniya və Herseqovina) Trebin şəhərində anadan olub. Uşaqlığını orada valideynləri Branko və Milena Ninkoviçlə keçirir. Yerli ibtidai və orta məktəbləri bitirib. Məktəbi bitirdikdən sonra Belqrada gedir və Belqrad Universitetinə daxil olur. Burada professor Vladimir Evtoviçin rəhbərliyi ilə Dram Sənəti fakültəsində oxuyur. Tələbə yoldaşları Voin Çetkoviç, Serqey Trifunoviç və Neboyşa Qloqovats kimi məşhur sənətkarlar idi. 1994-cü ildə universiteti bitirir.
Nataşa Osmokroviç
Nataşa Osmokroviç (27 may 1976, Zaqreb) — xorvatiyalı voleybolçu. Bir müddət Rabitə Bakı voleybol klubunun şərfəini qorumuşdur.
Nataşa Rostova
Nataşa (Natali) Rostova (tam adı Natalya İlyiniçna Rostova (rus. Наталья "Наташа" Ильинична Ростова) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından biri. İlya Andreyeviç Rostovun qızı. Romanın başlanğıcında, 1805-ci ildə, Nataşanın Knyaz İlya Rostov və Knyaginya Natalya Rostovanın 12 yaşlı qızı olduğu qeyd edilir. O, Drubetskoylar ailəsinin gənc varisi Boris Drubetskoya aşiq olur. Eyni zamanda, tez-tez Rostovları ziyarət edən Knyaz Pyer Bezuxovla dostluq edir. Boris hərbi karyera qurmaq üçün Mixail Kutuzovun yanın getdikdən sonra onların əlaqəsi kəsilir və Pyer Nataşanı balda Andrey Bolkonski ilə tanış edir. Onlar bir-birlərinə aşiq olurlar və evlənmək qərarına gəlirlər, lakin Andreyin atası buna maneə törədir. Atasının istəyi ilə onlar bir ildən sonra evlənməyə qərar verirlər. Həmin müddət ərzində Andrey müalicə olunmaq üçün Avropaya səfər edir.
Nataşa Stankoviç
Nataşa Stankoviç (4 mart 1991, Pojarevaç[d]) — Hindistan serbi, aktrisa, model, rəqqas. 2012-ci ildə Serbiyadan Hindistana köçdükdən sonra Hindistanda ən təəccüblü şəxslərdən olub. Bollivudda Satryagarha filmi ilə debüt etdi və iştirak etdiyi Böyük Boss şousunun 8-ci mövsümündə populyarlıq qazandı. 4 mart 1992-ci ildə Serbiyanın Pozarevaç şəhərində anadan olub. İlk təhsilini də Serbiyada alıb.20 yaşında ali təhsil almaq üçün yaxşıca düşünür. O, hind filmlərinin vurğunu idi.Hindistanda populyarlıq qazanmaq istəyirdi. Ona görə də, 2012-ci ildə,20 yaşında ali təhsil almaq üçün Hindistana getdi.Onun Hindistanda daimi qalmaq da fikri vardı. Bu fikir hamını təəccübləndirirdi və gözlər onda idi.Ali təhsilini aldı və model olmağa qərar vardı. Titli,Filips,Conson Conson və digər şirkətlərdə modellik etdi.Reklamlarda oynadı.Sonra aktrisa olmaq qərarına gəldi.2013-cü ildə aktyor Acay Devqandan Təklif aldı və həmin ildə Satyagraha filmində mahnı oxunularkən rəqs etdi.Həmin filmdə onunla başqa Amitabh Baççan, Karina Kapur və digər aktyor-aktrisalar oynayırdılar.Nataşa heç də pis başlamamışdı və davam etmək istəyirdi.2014-cü ildə Bandok adlı musiqili video çəkdi və orada iştirak etdi.Həmin il onun üzünə populyarlıq qapısı açıldı.O,Böyük Boss adlı şouda iştirak etdi.Bu şouya bütün ölkə baxırdı.O,bu şouda iştirak etməsi ilə də,populyarlıq qazandı.Hamı onu Hindistan serbi kimi tanıdı. Sonra həmin ildə Valey Babu adlı video çəkdi.Acay Devqan ona tanınması üçün çox köməkliklər göstərdi.
Nataşa Starr
Nataşa Starr (ing. Natasha Starr; 10 oktyabr 1987, Ostruv-Mazoveska[d], Mazovets voyevodluğu) — Polşa pornoaktrisası.
Nataşa Vegşeider
Nataşa Vegşeider — 1994-cü ildə anadan olmuşdur. Avstriyalı bədii gimnastdır. Avstriyanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. Nataşa Vegşeider 1994-cü ildə anadan olmuşdur. Nataşa Vegşeider 2015-ci ildə Avstriyaı 2015 Avropa Oyunlarında təmsil etdi.
Anaya məktub (film, 1980)
Anaya məktub qısametrajlı sənədli filmi rejissor Nicat Feyzullayev tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları ifa edirlər. Filmdə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan həmyerlilərimizdən bəhs edilir. == Məzmun == Son illər Sovet İttifaqının ən yaxşı ali məktəblərinə respublikamızdan oğlan və qızların qəbulu on dəfə artmışdır. İndi SSRİ-nin 152 ali məktəbində 3300-dən çox azərbaycanlı gənc 244 ixtisas üzrə təhsil alır. Onların 800-dən çoxu Moskvanın 42 ali məktəbində 136 ixtisasa yiyələnir. Filmdə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan həmyerlilərimizdən bəhs edilir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Eyvaz Eyvazov Rejissor: Nicat Feyzullayev Operator: Ələkbər Muradov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Nyasa gölü Milli Parkı
Malavi Gölü Milli Parkı — Afrikanın Malavi Respublikasında yerləşən və UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilən milli park. Malavi Gölü Milli Parkı 1980-ci ilin noyabr ayında qurulub. 12 adanı əhatə edən milli parkda Nyasa gölündə olan 1000-ə yaxın balıq növünün demək olaraq ki, yarısı yaşayır. Bu balıqların böyük hissəsi buraya xas növlərdir. Göl, Malavini kəsən Nəhəng Rift Vadisinin əmələ gətirdiyi böyük vadidə yerləşir. Balıqlar xaricində parkda yaşayan məməli növləri də olduqça çoxdur: begemot, babon, vervet meymunu, Afrika fili və s. Milli parkda yerləşən Mumbo və Boadzulu adaları xüsusilə Ağ boğazlı qarabattaqın balalama yerlərindən biridir. Boadzulu adası timsahlar və digər sürünənlərə də ev sahibliyi etməkdədir.
Cucumis melo var. ananas-i-chair-verte
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.