Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Angilya
Angilya, Anquilla (Anguilla) – Böyük Britaniyanın Karib dənizində mülkü. == Ümumi məlumat == Kiçik Antil adaları arxipelaqının şimal qurtaracağında, Küləktutan adalar qrupunda yerləşən Angilya adasını (sah. 91 km²) və əhalisi olmayan kiçik adalar qrupunu (Skrab, Doq, Sombrero, Prikli-Pir-Keys, Sil və s.) əhatə edir. İnzibati mərkəzi Valli şəhəridir. Rəsmi dili ingilis dili, pul vahidi şərqi Karib dollarıdır. Əhəngdaşlardan təşkil olunmuş adalar mərcan rifləri ilə əhatələnmişdir. Angilya adasının xırda təpəlikli səthi nisbətən hamardır, ən yüksək nöqtəsi 65 m-dir (Krokus-Hill d.). İqlimi tropik passatdır. Havanın orta aylıq temperaturu 18 24 °C, illik yağıntının miqdarı 700–1200 mm-dir. Yağış suyundan içmək üçün istifadə olunur.
Angvil
Çay ilanbalığı (lat. Anguilla) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin angvilkimilər dəstəsinin angvillər fəsiləsinə aid heyvan cinsi.
Der Angriff
Der Angriff 1927-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının Berlin Gausu tərəfindən təsis edilən alman qəzeti idi. == Tarixi == Qəzet Yozef Gebbels tərəfindən təsis edilmişdir. 1926-cı ildə Berlinin Nazi Partiyasının (Gauleiter) lideri oldu və partiyanın nəşrlərini təmin etmək üçün lazım olan pulun böyük hissəsini özü qarşıladı. Der Angriff kobud və təcavüzkar bir dildən istifadə edərək kütlələrə çatmaq üçün hazırlanmışdır. Antiparlamentarizm və antisemitizm kimi özünü təyin edən mövzular var idi. Məqalələr 1933-cü ilə qədər əsasən naşir Gebbels tərəfindən yazılmış və imzalanmışdır. Qəzetdə Hans Schweitzerin siyasi karikaturaları da çap olunmuşdur. Der Angriff ilk dəfə 4 iyul 1927-ci ildə "Angriff Press" tərəfindən nəşr edilmişdir. Onun şüarı İstismarçılara qarşı məzlumlar üçün idi. Daha sonra 1929-cu il oktyabrın 1-dən həftədə iki dəfə nəşr olundu.
Adi angvil
Adi ilanbalığı (lat. Anguilla anguilla) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin angvilkimilər dəstəsinin angvillər fəsiləsinin angvil cinsinə aid heyvan növü.
Andriy Vorobey
Andriy Vorobey (29 noyabr 1978, Donetsk) — ukraynalı futbolçu. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır.
Andriy Sibiha
Andriy İvanoviç Sibiha (ukr. Андрiй Iванович Сибiга; 1 yanvar 1975, Zborov[d], Ternopil vilayəti) — ukraynalı dövlət xadimi, diplomat və hüquqşünas, Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini (2021–2024) və 5 sentyabr 2024-cü il tarixindən Ukrayna Xarici İşlər Naziri. == Həyatı == Andriy Sibiha Ternopol vilayətinin Zborov şəhərində anadan olub. 1997-ci ildə Lvov universitetini "beynəlxalq münasibətlər" ixtisası üzrə bitirib. İngilis və polyak dillərini sərbəst bilir. == Karyerası == 1998–2002-ci illərdə Ukraynanın Polşadakı səfirliyinin ikinci və birinci katibi olub. 2002–2003-cü illərdə Ukrayna XİN Avropa inteqrasiya idarəsinin hüquqi və humanitar əməkdaşlıq şöbəsinin birinci katibi işləyib. 2003–2005-ci illərdə Ukrayna XİN Muqavilə-hüquq departamentinin beynəlxalq-hüquq əməkdaşlığı şöbəsinin rəisi olub. 2005–2006-cı illərdə Ukrayna XİN Müqavilə-hüquq departamentinin xarici siyasət sferasında beynəlxalq hüquq və qanunvericilik şöbəsinin rəisi işləmişdir. 2006–2008-ci illərdə Müqavilə-hüquq departamentinin direktorunun müavini olmuşdur.
Angry Birds
Angry Birds (azərb. Qəzəbli Quşlar‎) — mərkəzi Finlandiyada yerləşən Rovio Mobile tərəfindən mobil cihazlar üçün təkmilləşdirilən oyun. 2009-cu ilin dekabr ayında Apple iOS üçün təkmilləşdirilən oyun daha sonra digər platformalarada uyğunlaşdırıldı. Məsələn Facebookda oynanıla bilər, internet saytlardan demoları yüklənilə bilər və Google Chrome istifadəçilərinə xüsusi, veb mağazasından Chrome-a əlavə edilə bilər. Oyun, yaşıl donuzların quşların yumurtalarını oğurlamasıyla başlayır. Buna qəzəblənən quşlar donuzları yox etməyə çalışırlar. == Oyunun məqsədi == Oyunda məqsəd sahib olduğunuz quşları quşatanla çəkib-atmaqla donuzları öldürməkdir. Rio versiyasında isə həbs olunmuş quşları sərbəst buraxmaq və ya meymunları öldürməkdir. Bəzi hissələrdə gizli qızıl yumurtalar vardır. Yumurtaları toplayaraq yeni hissələr açıla bilər.
Angry Birds Transformers
Angry Birds Transformers — Angry Birds seriyasının onuncu oyunu. Angry Birds və Transformers dünyaları arasında bir keçiddir. Oyun 15 oktyabr 2014-cü ildə buraxılıb. Həmin ilin oktyabrın 30-da oyun Android platformasında buraxılıb.
Angry Birds kinoda
Angry Birds kinoda (ing. Angry Birds Movie) — 2016-cı il istehsalı kompüter animasiyalı ABŞ-Finlandiya filmi. Animasiya filmi Rovio Entertainment istehsalı "Angry Birds" videooyunu əsasında çəkilmişdir. Filmin rejissorları Kley Keytis və Ferqal Reyli, prodüserləri Con Koen və Katrin Uinder, ssenaristi Con Vittidir. Filmin istehsalında Sony Pictures Imageworks də iştirak etmişdir. Filmdəki əsas rolları Ceyson Sudeykis, Coş Qed, Denni Makbrayd, Mayya Rudolf, Keyt Makkinnon, Toni Heyl, Kiqan-Maykl Key, Bill Heyder, Piter Dinkleyc eləcə də Youtube-də uğur qazanmış Smosh səsləndirir. == Məzmun == Dörd Qəzəbli quş (Red, Çak, Bomb və Matilda) kiçik bir cənnətdə yaşayırlar. Lakin bir gün yaşadıqları yerə Donuzların gəldiyini öyrənirlər. Buna görə də Donuzların məkrli planlarını öyrənmək üçün birlikdə işə başlayırlar. == Rollarda == == İstehsal == Finlandiya videooyun istehsalçısı Rovio Entertainment Vankuverdə Sony Pictures Imageworks ilə Angry Birds haqqında tammetrajlı animasiya filmi hazırlayacağını açıqlamışdır.
Ağrılı aybaşı
Dismenoreya — menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomlar. "Ağrılı aybaşı'" da adlanır. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir. == Simptomlar == === Birincili dismenoreya === Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıq və stress simptomları ağırlaşdıra bilər. Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər.
Ağrılı yaddaş
Ağrılı yaddaş filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1995-ci ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyası və Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyasının istehsalıdır. Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş, Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraitindən bəhs edir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır. == Məzmun == Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin çətin həyat şəraitindən bəhs edir. Filmdə Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraiti əks etdirilir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır.
Ağrılı yaddaş (film, 1995)

Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı...
Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı… qısametrajlı sənədli televiziya filmi rejissor Vüqar Sədioğlu tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film erməni işğalı nəticəsində viranə qalan ağrılı və qürürlu yaddaşımız Ağdamdan bəhs edir. Filmdə ermənilər tərəfindən Ağdamın və ağdamlıların başına gətirilən bəlalar əks etdirilir. == Məzmun == Film erməni işğalı nəticəsində viranə qalan ağrılı və qürürlu yaddaşımız Ağdamdan bəhs edir. "Yaddaş bizi heç kəsin qova bilməyəcəyi yeganə cənnətdir". Nə yaxşı, Qarabağla – o müqəddəs torpaqla bağlı cənnətimiz – yaddaşımız var. Əgər bu gün övladlarımızın əlindən tutub Ağdama apara bilmiriksə, onun min bir gözəlliklərini göstərib öyünə bilmiriksə, o yaddaşa qalır əlacımız, o yaddaş gəlir karımıza. Hələlik, bəli, hələlik gözəl və vüqarlı şəhərimiz, dinc və məğrur insanların yurdu, havası, suyu, torpağı da muğam oxuyan, gül qoxuyan Ağdamla bağlı yaddaşımız ovudur bizi: Ağrılı və qürurlu yaddaşımız… Ağdam sovet dövründə, nəinki Qarabağın, Azərbaycanın böyük elmi, iqtisadi potensiala malik iri şəhərlərindən biri idi. Ağdam, həm də Qarabağın mədəni mərkəzi, musiqi beşiyi idi..
Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı... (film, 2014)