Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antioksidləşdiricilər
Antoksidləşdiricilər -anti-yunanca: qarşı,əksinə,əleyhinə (antioksidantlar, oksidləşmə inhibitorları) – üzvi birləşmələrin oksidləşməsini ləngidən təbii və ya sintetik, orqanizmdə sərbəst radikalları məhv edən maddələrdir. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu molekulların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir. Orqanizmin normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı artır. == Oksidləşmə prosesi == Oksidləşmə prosesi məhsulların xarab olmasına, polimerlərin mexaniki davamlığının azalmasına , rənginin dəyişməsinə, yanacağın qatranlaşmasına , turbin, transformator və digər sürtkü yağlarında üzvi turşu, şlam və s. əmələ gəlməsinə səbəb olur.
Antitoksik zərdab
Antitoksik zərdab — bakterial toksinləri zərərsizləşdirən, orqanizmi zəhərləyən bakterial infeksiyaların qarşısının alınması və müalicəsi üçün istifadə edilən dərmandır. == Alınması == Zərdablar heyvanların artan dozalarla öldürülmüş mikroorqanizmlər və anatoksinlərlə immunizasiya edilməsi nəticəsində əldə edilir. Heyvanın bədənində əsas immunitet yarandıqdan sonra, artıq canlı mikroorqanizmlər və toksinlər istifadə edilərək daha güclü və spesifik antitellər yaranır. Atların proteini daha az anafilaktogenik olduğuna və daha çox miqdarda antitel hazırlaya bildiyinə görə əsasən atlar bu məqsədlə istifadə olunur. == Botulizm == Botulizmə qarşı olan antitoksin zərdabları almaq üçün botulizm xəstəliyinə tutulmuş yetişkinlərin antikorlarından istifadə edilir və bu, ən effektiv müalicə üsulu hesab edilir. Toksinin hər bir növü üçün (bunların yeddi növü vardır. Ən geniş yayılmış növləri A, B və E-dir.) xüsusi bir zərdab istifadə olunur. Botulizmin naməlum toksinlərdən əmələ gəlməsi zamanı A, B və E monovalentlərinin qarışığından olan zərdablardan istifadə edilir. Əgər toksinin növü məlumdursa müvafiq tipli zərdab tətbiq edilir. Zərdab yalnız bir dəfə olmaqla orqanizmə yeridilir.
Antioks Süni
Antioks Süni və ya Andovk Süni (erm. Անդովկ Սյունի, Անտիոք Սյունի) – Sünik sülaləsindən olan antik dövr Ermənistan dövlət xadimi. == Bioqrafiya == Antioks Süni Sünikin qədim və yerli sülalələrindən olan irsi hakim sülaləsi Sünik sülaləsinin nümayəndəsi olmuşdur. Atası Sünik sülaləsinin patriarxı olan Antioks Mamikonyanlar sülaləsindən qızla evlənmiş, öz qızı Pərəncəmi isə Böyük Ermənistan hökmdarı II Arşaka ərə vermişdi. 338-ci ildən Artavazd Mamikonyanın taxta gəlməsinə kimi Antioks Süni Arşavir Kamsarakanla birlikdə Böyük Ermənistanın sparapeti olmuşdur. Erməni çarı Tiranın əsirlikdən qayıtmasından (350) sonra Antioks Arşavir Kamsarakanla birlikdə ölkənin müdafiəsinə rəhbərlik etmiş, işğalçı fars qüvvələrinə qarşı mübarizə aparmışdı. İmperaot və Antioks Süninin rəhbərlik etdiyi Roma ordusu Bosx döyüşündə II Şapuru məğlub etmiş və Ermənistanın müstəqilliyinin, II Arşakın hakimiyyətinin tanınmasına nail olmuşdu. Tezliklə II Arşak Antioksun qızı ilə evlənmiş, Antioks özü isə Sünik sülaləsinin patriarxı təyin edilmişdi. Moisey Xorenlinin verdiyi məlumata görə Tiqranakert şəhərinin idarəçisi olan Antioks farsların şəhərə dəfələrlə hücum etmələrinə baxmayaraq, hər dəfə şəhəri uğurla müdafiə edə bilmişdir.
III Antioks
III Antiox (q.yun. Αντίοχος Γ' ο Μέγας; E.ə. 241 – E.ə. 187) — Selevkilər imperiyasının hökmdarı. == Həyatı == Antiox Midiya satrapı, qardaşı Aleksandri Fars satrapı təyin ədir. Lakin Molon Selevkilər sülaləsinə qarşı üsyan qaldırır. E.ə. 222–220-ci illərdə o, öz hakimiyyətini genişləndirir. Lakin Molonun hakimiyyəti uzun sürmur. O, döyüşlərin birində məğlub olur, əsir düşməsin dəyə özünü öldürür.