Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ariari
Ariari - Madaqaskarın pul vahidi.
Abxaziya apsarı
Abxaziya apsarı (abx. Aҧсар) — Abxaziyanın pul vahidi. Abxaziya Respublikası Milli Bankı tərəfindən buraxılır. Bu pul vahidi ilə yanaşı Abxaziyada Rusiya rublu da istifadə olunur. Bir Rusiya rublu 0.10 apsardır. İndiyə qədər ancaq 1, 2, 10, 20, 25, 50, 100 apsarlıq pullar tədavülə buraxılıb. Abxaziya pulları Moskvada istehsal olunur. Pulun istifadəsi xeyli məhduddur. İlk Abxaziya apsarı 2008-ci ildə hazırlanıb. 10 apsar gümüşdən hazırlanır, 25 və 50 apsar isə qızıldan düzəldilir.
Benoist Apparu
Benoist Apparu(24 noyabr 1969[…], Tuluza) - Fransız mərkəz sağ siyəsətçi, keçmiş nazir.
Apia
Apia — Samoanın yeganə şəhəri və paytaxtı. == Əhalisi, dil və dini == Əhalisi 35 min nəfərdən çoxdur. Şəhərdə əsasən м samoalılar (93 %), avropalılar və avropa-polineziya qarışığı olan insanlar yaşayır. Rəsmi dillər samoa və ingilis dilləridir. Dini inancları olanlar əsasən protestantlar (50 %) və katoliklərdir (45 %). == Mənbə == Samoa Starts Daylight Saving Time in 2009 Словарь географических названий зарубежных стран. — 3-е изд. перераб. и доп. — М.: Недра, 1986.
Apqar şkalası
Apqar şkalası - yenidoğulmuş uşağın klinik vəziyyətini tez bir zamanda qiymətləndirmək üçün tətbiq olunan bir sistemdir. Bu şkala ilk olaraq 1952 ci ildə ABŞ anesteziologu Virciniya Apqar tərəfindən tərtib edilmişdir. 1958 ci ildənisə geniş tətbiqini tapmışdır. Virciniya Apqar Is my Baby All Right? kitabında yazırdı: Appearance — xarici görünüşü (dərinin əngi); Pulse (Heart Rate) — Ürək döyünüləri (dəqiqəlik sayı); Grimace (Response to Stimulation) — qrimasa, qıcığa qarşı reaksiya; Activity (Muscle Tone) — hərəkət aktivliyi, əzələ tonusu; Respiration — tənəffüs hərəkətləri.Apqar şkalasına görə yenidoğulmuş uçun 9-10 bal normal, 5-8 bal təhlükəli, 5 dən az həyati təhlükəli göstərici hesab olunur. == İstinadlar == Virginia Apgar: A proposal for a new method of evaluation of the newborn infant. In: Curr. Res. Anesth. Analg.
Future Diary
Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記, azərb. Gələcək gündəliyi‎) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.
Qonio Apsar
Qonio Apsar (gürc. გონიოს ციხე, əvvəllər Apsare və ya Asparunt adlanmışdır) — Gürcüstanda tarix-memarlıq muzeyi; Batumidən 15 km cənubda yerləşən qədim abidələrdən biri; qədim şəhər-qala. == Tarixi == Tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər-qala rolunu oynayırdı. Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz olmuşdur.Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. XIV əsrdə burada Gürcü knyazlığı yaradılmışdır.1994-cü ildən muzey kimi fəaliyyət göstərir. Bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntı işləri aparılmışdır.Muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır. Muzeydə həmçinin müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri də saxlanılır. == Şəkilləri == == İstinadlar == == Xarici keçidlər == Kakhidze, Emzar, Recent Archaeological Finds in Apsarus Arxivləşdirilib 2008-04-02 at the Wayback Machine. Third International Congress on Black Sea Antiquities, 2005. (ing.) Pictures of Gonio castle (ing.) Kakhidze, E. Apsaros: A Roman Fort in Southwestern Georgia // In: Meetings of Cultures in the Black Sea Region: Between Conflict and Coexistence.
Piay burnu
Piay burnu (malay Tanjung Piai) — Malay yarımadasının cənub qutaracığında yerləşir. Üstəlik burun Avrasiya materikinin ucqan cənub nöqtəsini təşkil edir. Burun Malayziya ərazisində yerləşir. Onun qutaracağında abidə ucaldılmışdır. Piay burnu Sinqapurdan 30 km qərbdə yerləşir.
Təkcə adanı özünlə apara bilməzsən...
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.