Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makroiqtisadi model
Makroiqtisadi model (ing. Macroeconomic model) — ölkənin və ya bölgənin iqtisadiyyatındakı problemlərin işini təsvir etmək üçün hazırlanmış analitik bir vasitədir. Bu modellər ümumiyyətlə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi, ümumi qazanc, istehsal mənbələrindən istifadə səviyyəsi və qiymət səviyyəsi kimi cəmlənmiş miqdarların müqayisəli statikasını və dinamikasını öyrənmək üçün hazırlanmışdır. Makroiqtisadi modellər məntiqi, riyazi və / və ya hesablama ola bilər; müxtəlif növ makroiqtisadi modellər fərqli məqsədlərə xidmət edir və fərqli üstünlük və mənfi cəhətlərə malikdir. Makroiqtisadi modellər əsas nəzəri prinsipləri aydınlaşdırmaq və göstərmək üçün istifadə edilə bilər; bunlar müxtəlif makroiqtisadi nəzəriyyələri yoxlamaq, müqayisə etmək və miqdarını təyin etmək üçün istifadə edilə bilər; ssenarilər yaratmaq üçün istifadə edilə bilər (ümumiyyətlə pul, maliyyə və ya digər makroiqtisadi siyasətlərdəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün); və bunlardan iqtisadi proqnozlar vermək üçün istifadə edilə bilər. Beləliklə, makroiqtisadi modellər tədris və tədqiqat üçün akademik dairələrdə geniş istifadə olunur və beynəlxalq təşkilatlar, milli hökumətlər və daha böyük şirkətlər, iqtisadi məsləhətçilər və düşüncə mərkəzləri tərəfindən də geniş istifadə olunur. == Növləri == === Sadə nəzəri modellər === Az sayda tənlik və ya diaqram daxil olan makroiqtisadiyyatın sadə dərslik təsvirlərinə tez-tez "modellər" deyilir. Buna misal olaraq IS-LM modeli və Keynsçilik makroiqtisadiyyatın Mandell-Fleminq modeli, eləcə də neoklassik böyümə nəzəriyyəsinin Ramsey — Kass — Kumpas modeli daxildir. Bu modellərin bir neçə ortaq cəhəti var. Bunlar çoxsaylı dəyişənləri əhatə edən çoxsaylı tənliklərə əsaslanır və bunlar tez-tez sadə diaqramlardan istifadə etməklə izah edilə bilər.
Makroiqtisadi modellər
== Məcmu tələb-məcmu təklif modeli == AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meyilli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Makroiqtisadi populizm
Makroiqtisadi populizm — ilk dəfə 1990-cı ildə Rudi Dornbuş və Sebastian Eduards tərəfindən hazırlanmış yazılı məruzədə işlədilən termin. Bu termin, bir çox Latın Amerikası hökumətləri tərəfindən yeridilən siyasətlərə istinad edir. Bu siyasətlərin xarakterik cəhəti dövlət xərcləri və real əmək haqqının qeyri-davamlı şəkildə artaraq inflyasiyaya, ardınca staqflyasiyaya və ən sonda isə real əmək haqqının, hətta populist dövr başlamazdan əvvəl olduğundan da daha aşağı səviyyədə olduğu iqtisadi böhrana səbəb olmasıdır. Bu yazılı məruzə, Salvador Alyendenin rəhbərlik etdiyi Çilini və Alan Qarsiyanın Perudakı ilk hakimiyyət dövrünü nümunə kimi göstərir. 1991-ci ildə Dornbuş və Eduards "Latın Amerikasında populizmin makoiqtisadiyyatı" adında kitab nəşr etdilər. Bu kitabda bir neçə fərqli ölkədəki vəziyyət, o cümlədən 1973-1976-cı illərin Argentinası, 1970-1982-ci illərin Meksikası və ümumi Braziliya təhlil edilir. 2014-cü ildə Pol Kruqman, Kristina Fernandez de Kirşnerin rəhbərlik etdiyi Argentinanın yeritdiyi siyasətləri və Venesuelanı makroiqtisadi populizmin yeni halları kimi qeyd edirdi. 2014-cü ildə o, mühazirə zamanı Argentinaya tərəf olan hücumları düzgün qarşılamadığını demiş və həmçinin bunların ona "müəyyən qədər büdcə-vergi (fiskal) siyasəti və pul-kredit (monetar) siyasətindən kənar qalmış" kimi göründüyü də qeyd etmişdir. == Rəsmi tərif == Yazılı məruzənin orijinal halında makroiqtisadi populizmin tərifi belə verilmişdir: "Makroiqtisadi populizm, artım və gəlir bölgüsünün əhəmiyyətini vurğulayarkən, inflyasiya və maliyyə kəsrlərinin yaranması risklərinə, xarici məhdudiyyətlərə və iqtisadi təmsilçilərin istilaçı bazarxarici siyasətlərə reaksiyalarına əhəmiyyət verməyən iqtisadiyyata doğru yanaşmadır". == Mərhələlər == Populsitin dövr, ümumilikdə, sabitləşdirmə proqramından sonra başlayır.
Makroiqtisadi siyasət
Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam istifadəsinin qorunub saxlanılması məqsədi ilə istifadə edilir. === Pul-kredit (monetar) siyasəti === Mərkəzi Banklar monetar siyasəti müxtəlif mexanizmlər vasitəsilə pul təklifini tənzimləməklə tətbiq edirlər. Məsələn, mərkəzi bank istiqraz almaqla pul təklifini artırır və bu da faiz dərəcəsini aşağı endirir. Əksinə sərt pul siyasəti yerinə yerirəcəksə, qiymətli kağızlar satır, pul təklifini azaldır və faiz dərəcəsini azaldır. Adətən bu siyasət pul təklifinə birbaşa yox dolayı yolla təsir edilərək həyata keçirilir. Banklar davamlı olaraq, faiz dərəcəsini sabit saxlamaq məqsədi ilə pul təklifində dəyişikliklər edirlər. Bəzi banklar isə faiz dərəcəsində dəyişiklik etməklə inflyasiya dərəcəsin tənzimləyirlər. Mərkəzi bannkların əsas məqsədi yüksək səviyyəli inflyasiya başvermədən istehsalın artırılmasını təmin etməkdir.
Makroiqtisadi fikir tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Makroiqtisadi fikirlərin tarixi

Əsas makroiqtisadi anlayışlar
Makroiqtisadiyyat çoxsayda anlayışları və görtəriciləri əhatə edir, ancaq bunlar 3 mərkəzi kateqoriyada birləşir. Makroiqtisadiyyat adətən istehsal, işsizlik və inflyasiya fenomenləri ilə əlaqəlidir. Makroiqtisadiyyatdan kənarda da bu göstəricilər bütün iqtisadi agentlər (işçilər, alıcılar və istehsalçılar) üçün də əhəmiyyətlidir. Milli iqtisadiyyatın vəziyyətinin ölçülməsinin ən yaxşı üsulu müəyyən müddət ərzində istehsal olunan son əmtəə xə xidmətlərin həcminin müəyyən edilməsidir. Bunu ifadə etmək üçün istifadə olunan əsas göstərici Ümumi Daxili Məhsuldur (ÜDM). ÜDM müəyyən dövrdə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının və xidmətlərinin bazar dəyəridir ÜDM iki məvhumu eyni anda ölçür: iqtisadiyyatdakı hər kəsin məcmu gəlirini və mal və xidmətlərin alınmasına çəkilən məcmu xərcləri. ÜDM bu xüsusiyyəti məcmu xərclərlə məcmu gəlirlərin bir-birinə bərabər olmasından irəli gəlir. Çünki, iqtisadiyyatda hər bir transaksiya əməliyyatında iki tərəf olur: Alıcı və satıcı. Kiminsə hər hansı məhsul (və ya xidmət) almaq üçün xərclədiyi pul digərinin gəlirinə çevrilir. Dövrü axın modelində bu açıq şəkildə göstərilmişdir.