Deflyasiya

Deflation 1) Əmtəə və xidmətlərin cari ilə qiymətlərinin bazis ili kimi görülmüş ilin qiymətlərinə yenidən hesablanması prosedurası (məsələn, ümumi milli məhsulun deflyatoru); 2) İnflyasiyanın azaldılması üçün tətbiq edilən və əsasən tədavüldən artıq pul kütləsinin müəyyən hissəsinin çıxarılmasına yönəldilmiş dövlət tədbirləri kompleksidir: qiymətli kağızların buraxılması, nağd pulun cəlb edilməsi üçün banklarda faiz dərəcələrinin artırılması, vergi vasitələri və pul islahatlarına və pul mübadiləsinə (denominasiya) qədər sair vasitələr. Belə ki, kreditlərin ödənişinin məhdudlaşılması (uçot dərəcəsinin qaldırılması nəticəsində) kapital qoyuluşlarının azaldılmasına gətirib çıxardığından deflyasiya son nəticədə işsizliyin genişlənməsinə səbəb olur; 3) İqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azalması (inflyasiyaya əks olaraq), adətən 2-ci bənddə sadalanan tədbirlər nəticəsində makroiqtisadi tarazlığın pozulması, o cümlədən iqtisadiyyatda məcmu tələb səviyyəsinin aşağı düşməsi nəticəsində qiymətlərin azalması və bundan asılı olaraq istehsalın azalması ilə iqtisadi böhranın müşahidə olunması. Bu zaman iqtisadiyyatda inflyasiyanın əksi olan proses baş verir. Deflyasiya zamanı qiymətlərin ümumi səviyyəsi aşağı düşür, pulun alıcılıq qabiliyyəti artır (əks inflyasiya). Dövlət deflyasiya sindromunu aradan qaldırmaq üçün müxtəlif vasitələrlə antideflyasiya tədbirlərini həyata keçirir.
Debet qalığı (balansı)
Defolt
OBASTAN VİKİ
Deflyasiya
Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması. Deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan ağır faktor hesab edilir. Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənəvi olan nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın mübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir. Qiymətlərin ümumi səviyyəsinin enməsi ümumi tələb çatışmazlığından irəli gəlir və bunun nəticəsində firmalar istehsal gücünü azaldaraq tələbin daha da aşağı düşməsinə səbəb olan işçilərin ixtisarını aparır.

Значение слова в других словарях