Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arabika
Arabika (və ya Arbayka) — Gürcüstanın Qərbi Qafqaz ərazisində dağ massivi. Massiv Qaqara silsiləsində, Abxaziya ərazisində yerləşir. Yaxınlıqda Qaqra şəhəri var. Əsasən əhəng daşlı süxurlardan təşkil olunan bu massiv dünyada bu tip süxurların toplandığı bölgələrdən biridir. Ərazi Kutu - Şara və Bzıba çaylarının kanyon dərələri ilə kəsilib. Bölgə Qara dənizin cənub-qərbində yerləşir. Massiv Xaşupse və Sandripş çayları hövzələrindən qərbdə yerləşir. Arabika massivinin dəniz səviyyəsindən ən hündür zirvəsi 2661 metrdir. Arabika massivi dünyada mağaraları ilə, eləcə də dünyanın ən dərin mağaraları ilə tanınan massivdir — Veryovkin mağarası və Kruber mağaraları. 90-cı illərdə bu bölgədə 1710 metr dərinliyə yenidən (2001 il) çatılmış və sonra dünyada ən dərin mağara kəşf edilmişdir - 2000 metrdən dərin.(2004-cü il) == Adın mənşəyi == Arabika adı abxaz mənşəli olub «арбаҕь аика» —xoruz çüxuru, hansı ki massivə bənzəyir.
Arabsat
Arabsat-1B
Aramiyan
Aramiyan — Təbriz şəhərinin mərkəzində yerləşən, ermənilərin məskunlaşdığı məhəllədir. Bu məhəllə, Şimali Şəriəti xiyabanındadır və müqəddəs Məryəm kilsəsinin yaxınlığındadır. Qədim Postxana küçəsi, onun məruf küçələrindəndir. Aramiyan məhəlləsi, Təbrizin bir böyük və məruf tacirinin şərəfinə belə adlandırılmışdır. İranın ilk teatr salonu, 1291-ci günəş ilində bu məhəllədə təsis olunmuşdur. Əlbəttə Təbrizin erməniləri ondan qabaq da bu salonda mərasimlər keçirdərdilər.
Arbatan
Arbatan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Arbatan (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Carabia
Karabin
Karabin — (frans. carabine, ərəb. carab-yarağ, silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karabina
Karabin — (frans. carabine, ərəb. carab-yarağ, silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Arabis
Ərəbotu (lat. Arabis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı və botaniki təsviri == Bu cinsə Avrasiya, Şimali Amerika və Tropik Afrika dağlarında bitən 100-ə yaxın birillik, ikiillik və çoxillik bitkilər daxildir. Onların iki növündən gülçülükdə geniş istifadə olunur. Alp ərəbotu (A. alpina)- hündürlüyü 25 sm-ə çatan, gövdələri sərilən bitkidir. Gümüşü yarpaqları az miqdarda tüklərlə örtülür. Sadə və çoxləçəkli gülləri ağ ya da çəhrayı rəngdə olur. Arends ərəbotu (A.x.arendsii) hibrid mənşəli və müxtəlif rəngli gülləri olan bitkidir. Ərəbotu bitkisi gövdə zoğları ilə asanlıqla çoxalır. Qələmlərin alınması üçün yazda əmələ gələn yarpaq dəstələrinin miqdarına görə gövdəni bölürlər.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Fabian
Fabian (lat. Fabianus; 200, Roma – 20 yanvar 250, Roma) — Roma Papası (236–250), Fabian əslən zadəgan bir Romalı idi və atasının adı Fabius idi. Keçmişi haqqında başqa bir məlumat bilinmir. Fabian yekdilliklə Roma yeni yepiskopu elan edilmişdir. == Həyatı == Anteranın qısa hakimiyyətindən sonra Fabian yeni bir papa seçilməsi üçün kənddən Romaya gəldi. Fabianın seçilmәsi ilә Roma katolik kilsәsi tarixindә papa vә antipapaların әdavәti nәticәsindә baş vermiş ilk parçalanma tamamilә aradan götürülmüşdür. Fabian görkəmli və nəcib kilsə xadimi hesab edilirdi. Fabianın 14 illik hakimiyyəti dövründə xristianların təqibində sakitlik baş verdi. Fabian Romadakı xristian qәbiristanlıqlarında bәrpa işlәrinә başçılıq etmişdir. Filipp Ərәbin hakimiyyәti dövründә papa Pontian Romalının vә İppolit Romalının cәsәdlәrinin qalıqlarının Sardiniyadan Romaya köçürülmәsinә nail olmuşdur.
Oraban
Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur. Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır. Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır.
Radian
Radian (ixtisarı: rad; lat. radius — şüa, radius) — müasir riyaziyyatda və fizikada müstəvi bucaqların əsas ölçü vahidi. Radian, qövsün bucaq ölçüsü ilə təyin edilir. 1 rad = 180 π ≈ 57.2958 ∘ {\displaystyle 1\operatorname {rad} ={\frac {180}{\pi }}\approx 57.2958^{\circ }} Belə olduqda, tam çevrənin radianla ölçüsü 2π radiana bərabərdir. Başqa bucaq ölçüləri ilə müqayisə: Dərəcə/radian çevrilmələri Radianı dərəcəyə çevirmək üçün göstərilən radianı 180 π {\displaystyle {\frac {180}{\pi }}} nisbətinə vurmaq lazımdır: 1 rad = 1 rad ⋅ 180 ∘ π ≈ 57 , 2958 ∘ {\displaystyle 1\operatorname {rad} =1\operatorname {rad} \cdot {\frac {180^{\circ }}{\pi }}\approx 57,2958^{\circ }} Nümunə: π 4 rad = π 4 ⋅ 180 ∘ π = 45 ∘ {\displaystyle {\frac {\pi }{4}}\operatorname {rad} ={\frac {\pi }{4}}\cdot {\frac {180^{\circ }}{\pi }}=45^{\circ }} . Dərəcəni radiana çevirmək üçün göstərilən dərəcəni π 180 ∘ {\displaystyle {\frac {\pi }{180^{\circ }}}} nisbətinə vurmaq lazımdır. Nümunə: 90 ∘ = 90 ∘ ⋅ π 180 ∘ = π 2 rad {\displaystyle {90^{\circ }}={90^{\circ }}\cdot {\frac {\pi }{180^{\circ }}}={\frac {\pi }{2}}\operatorname {rad} } Riyazi analizdə, triqonometrik funksiyalara baxılarkən, arqument həmişə radianla ifadə edilir. Kiçik bucaqlar olduqda sinus və radianla ifadə edilmiş bucağın tangensi təxminən bu bucağın özünə bərabərdir ki, bu da yuvarlaq hesablamalar zamanı istifadə olunur: sin ⁡ α ≈ tg α ≈ α ; α ≪ 1.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Eclipta arabica
Hossein Rajabian
Hüseyn Rəcəbyan İranlı Rejissor, Ssenaristdir, Fotoqraf 2014 Hüseyn Rəcəbyan (English: Hossein Rajabian_Farsca: حسین رجبیان; İran - 5 iyul 1984) İranlı Rejissor, Ssenaristdir, Fotoqraf. Əsasən Ssenarist, Rejissor olaraq tanınan Rajabian şair, Fotoqraf, rəssam. 2015-ci ildə film çəkilişi ilə əlaqədar ittihamlarla həbs edilmişdi tərəfindən İran hökuməti. == Kino fəaliyyəti == === Fotoqrafiya layihəsi === Məsafədən insanlar Hossein Rajabian həyata keçirdiyi qara və ağ fotoqrafiya layihəsinin adıdır.
Karo Alabyan
Karo Semyonoviç Alabyan (rus. Каро́ Семёнович Алабя́н, erm. Կարո Սիմոնի Հալաբյան; 14 (26) iyul 1897, Yelizavetpol – 5 yanvar 1959, Moskva) — erməni əsilli sovet memarı. O, Ümumittifaq Rusiya Proletar Memarlıq Cəmiyyətinin yaradıcısıdır. == Erkən illəri == Karo Semyonoviç Alabyan 26 iyul 1897-ci il tarixində, Rusiya imperiyasının Yelizavetpol şəhərində (indiki Azərbaycanın Gəncə şəhəri) anadan olmuşdur. O, 1917-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Alabyan 1929-cu ildə Moskva Ali Bədii-Texniki İnstitutunu bitirmişdir. O, 1932–1950-ci illərdə Sovet Memarları İttifaqının məsul katibi, 1949–1953-cü illərdə SSRİ Memarlıq Akademiyasının vitse-prezidenti olmuşdur. == Fəaliyyəti == Karo Alabyanın əsas işləri 1934–1940-cı illərdə Moskvada Sovet Ordusu teatrının binası, Moskvada 1939-cu və 1954-cü il Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Ermənistan SSR pavilyonun, 1945-ci ildə N. X. Polkakov və başqaları ilə Volqoqradın yenidən qurulmasının baş planı və s. O, 1939-cu ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən ümumdünya sərgisindəki SSRİ pavilyonunun yaradılmasında Boris İofan ilə iştirak etmişdir.
Mimosa arabica
Stoechas arabica
Prunus araxina
Araz albalısı (lat. Prunus araxina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Bitkinin vətəni Mərkəzi Çindir, buradan bitkinin bir adı da - çin albalısıdır. Hündürlüyü 1,5 m, nazik, çubuqvari, açıq, sarımtıl-boz zoğları olan, düz dayanan koldur. Yalançı zoğlarının uzunluğu 0,7 sm-dək, kənarları seyrək dişlidir. Saplaqların uzunluğu 3 mm-dəkdir. Yarpaq ayaları xətvari-lansetvari və ya ensiz lansetvari, mərkəzdə enli, uzunluğu 5-8 dəfə enindən artıq, çox vaxt əyilmiş, kənarları içəriyə qatlanmış və ya təxminən iki dəfə qatlanmış, ucu tədricən biz, bünövrəsində saplağa çevrilmiş, kənarları iti dişlidir. Çiçəkləri bəzən 1-2, çox vaxt 3-6 ədəd olur. Ləçəkləri əks-oval-belvari, qısa saplaqlı, küt, uzunluğu təxminən 0,5 sm və eni 0,3 sm-dir. Çəyirdəklərin uzunluğu təxminən 0,8 sm, yetişmişləri tükcüklüdür.
Ulmus araxina
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. Yabanı halda Şimali İranda və Qafqazda bitir. Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Bellevalia araxina
Uzunsütuncuqlu bellevaliya (lat. Bellevalia longistyla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab(i, ii, iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda, 3-4 sm yoğunluqdadır. Gövdə 20-40 sm hündürlükdə, çılpaq, bütöv, meyvə vaxtı yoğunlaşır. Kökyanı yarpaqlar uzun, enli-neştərşəkilli, 25-30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzanmış, çoxçiçəkli, enli-piramidavaridir. Çiçəkyanlğı 10 mm-ə qədər uzunluqda, uzunboruvari, ağımtıl-mavi, qonur, quruduqda kürən qırmızımtıldır.
Acacia arabica
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.