Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aranjeman
Aranjemanlar iki yerə bölünür: 1 Təkrarlar olan yerləşdirmələr(aranjeman) 2 Təkrarsız olan yerləşdirmələr(aranjeman) == Təkrarlar olan yerləşdirmələr(aranjeman) == Hazırda mobil telefonların köməyi ilə dünyanın istənilən nöqtəsi ilə əlaqə yaratmaq mümkündür. Bu zaman yığmaq istədiyimiz tel. nömrəsindəki rəqəmlərin sayı adətən onluq say sistemindəki rəqəmlərin sayından çox olur. Ona görə də istədiyimiz nömrəni yığarkən rəqəmlərin təkrar olunacağını gözləmək olar. Bu riyazi mənada o deməkdir ki, sonlu çoxluğun elementlərindən məlum uzunluqlu alaylar düzəldərkən həmin alaylarda elementlər təkrar ola bilər. Belə alayların, yəni bütün mümkün olan variantların tapılmasının praktik əhəmiyyəti var. Bu məsələnin riyazi qoyuluşu belədir: Elementlərinin sayı m {\displaystyle m} olan M {\displaystyle M} çoxluğunun elementlərindən düzəldilən k {\displaystyle k} uzunluqlu alayların sayını tapmalı: === Həlli === Məsələni həll etmək üçün M {\displaystyle M} çoxluğunun elementlərini a 1 , a 2 , . . . a m {\displaystyle a_{1},a_{2},...a_{m}} ilə işarə edək.
Jan-kristof qranje
'Jan-Kristof Qranje 1961-ci ildə, Fransanın Paris şəhərində anadan olmuşdur. Köhnə adı ilə Albin Mişel, yəni Jan-Kristof Qranje, hal-hazırda 22 rue Huygens, Paris 75014, Fransa ünvanında yaşayır. Müəllif, jurnalist, mətn yazarı və ssenaristi olaraq işləmiş; Qəzet və jurnallarda, o cümlədən National Geographic, Paris-Match və Sunday Times jurnallarında ssenari həkimi kimi çalışmışdır; Həmçinin L&G adlı bir xəbər agentliyinin qurucusudur. Bundan əlavə olaraq Şərəf: Reuters və World Press mükafatlarına da layiq görülmüşdür. === Məqalələr === (Kristian de Ruder adı ilə) Made in Space, Siros Alternativləri nəşrləri (Paris, Fransa), 1992-ci il. === Qurğu === İlk kitabı olan Le Vol des cigognes romanını ilk dəfə 1994-cü ildə, Albin Mişel adı ilə (Paris, Fransa) dərc elətdirir, sonra isə 2000-ci ildə Harvill Press'də (London, İngiltərə), Yan Monk tərəfindən tərcümə olunub The Flight of the Storks adı ilə nəşr olundu. İkinci kitabı olan Les Rivières Pourpres romanını ilk dəfə 1998-ci ildə, Albin Mişel adı ilə (Paris, Fransa) dərc elətdirir, sonra isə 2000-ci ildə Harvill Press'də (London, İngiltərə), Yan Monk tərəfindən tərcümə olunub Blood-Red Rivers adı ilə nəşr olunur. Növbəti kitabı olan Le Concile de Pierre romanını ilk dəfə 2000-ci ildə, Albin Mişel adı ilə (Paris, Fransa) dərc elətdirir, sonra isə elə həmin ildə Harvill Press'də (London, İngiltərə), Yan Monk tərəfindən tərcümə olunub The Stone Council adı ilə nəşr olunur. Sonrakı kitabı olan L'Empire Des Loups romanını ilk dəfə 2003-cü ildə Albin Mişel adı ilə (Paris, Fransa) dərc elətdirir, sonra isə 2004-cü ildə Ecco'da (Nyu-York, NY) Yan Monk tərəfindən tərcümə olunub The Empire of the Wolves adı ilə nəşr olunur. Növbəti kitabı isə həmçinin sonradan Azərbaycanda da 2016-cı ildə Teas Press nəşriyyat evi tərəfindən Qara Yol adı ilə nəşr olunmuş Black Line (2004) romanıdır.
Aranas
Aranas(isp. Aranaz) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2005-ci ilin məlumatına görə bu bələdiyyənin əhalisi 625 nəfərdir.
Araneae
Hörümçəklər (lat. Araneae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Növ tərkibinə görə (21000-dən çox) son dərəcə zəngin dəstədir. Hörümçəklər geniş yayılmışdır. Hörümçəklərin tor vəzilərinə malik olmaları təkamüldə mühüm rol oynayır. Növün mövcud olmasında — onun qidalanmasında, çoxalmasında, yayılmasında və əlverişsiz mühitə dözümlülüyündə tor vəzilərinin əhəmiyyəti böyükdür. Hörümçəklər həşərat deyil, araxnidlərdir. Onların səkkiz ayağı və iki bədən seqmenti var (baş və qarın), həşəratların isə altı ayağı və üç bədən seqmenti var. Hörümçəklərin qarın nahiyəsidə "spinneret" adlanan ipək istehsal edən orqan olur. İpəklərindən tor hörmək, ovlamaq və yumurta kisələri yaratmaq üçün istifadə edirlər.
Aranlı
Aranlı — təxəllüs. Bu təxəllüsü olan tanınmışlar Mücahit Ahmet Aranlı — şair. Məqsəd Aranlı — şair. Yaşayış məntəqələri Aranlı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Aranlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Aranlı bələdiyyəsi Aranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Avante!
Avante! (mənası – İrəli!) — Portuqaliyada gündəlik qəzet. Portuqaliya Kommunist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1931-ci ilin fevralında təsis edilmişdir. Qəzetin ilk nömrəsi 17 may 1974-cü ildə çıxmışdır. Qəzetin devizi – "Bütün ölkələrin proletarları birləşin!". Qərargahı Lissabondadır. == İstinadlar == == Əlavə ədəbiyyat == "Jornal "Avante!"". Partido Comunista Português. 21 April 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2005.
Azande
Azande və ya Banda — Mərkəzi Afrikada, əsasən Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Cənubi Sudan ərazisində, qismən də Sudanda yerləşən yayla. Bu, Konqo çayı, Çad gölü və Nil çayı hövzələri arasında su hövzəsidir. Hündürlüyü 600–900 metrdir, lakin ən hündür nöqtəsi 1388 metrə çatır.
Orange
Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur. 1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir. Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər.
Tronje
Tronje (fr. Tronget) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03292. 2008-ci ildə əhalinin sayı 933 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 592 nəfər (15-64 yaş) arasında 404 nəfər iqtisadi cəhətdən, 188 hərəkətsiz (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 71.1%) olmuşdur. Fəal olan 404 nəfərdən 357 nəfəri (200 kişi və 157 qadın), 47 nəfəri işsiz (28 kişi və 19 qadın) idi. 188 hərəkətsiz 29 nəfər arasında şagird və ya tələbə, 92 nəfər təqaüdçü, 67 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Akanye
Akanye — vurğusuz hecalarda /a/ və /o/ saitləri arasında fərq qoyulmaması. Cənubi rus dili, mərkəzi rus dilinin bir hissəsi və bütün Belarus dialektləri üçün xarakterikdir. Bu, rus və belarus ədəbi dillərində normadır (belarus dilində akanye yazıda da əks olunur). Ukrain dilinin bəzi dialektlərində qeyri-ədəbi formada istifadə edilir (əsasən rus və belarus dillərinin yayıldığı ərazilərlə ilə həmsərhəd yerlərdə). Akanye sloven dilinin bəzi dialektlərində də mövcuddur.
France
Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır. Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar. Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Aranq
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Qranj
Qranj (bəzən Seattle sound olaraq da adlandırılar) — 1980-ci illərin ortalarında alternativ rokun bir alt növü olaraq ABŞın Vaşinqton ştatının Sietl şəhərində yaranan musiqi janrı, mədəniyyət və həyat tərzi. Hardkir pank, həvi metal və indi-rokdan təsirlənmişdir. Qranj ümumiyyətlə distorizə edilmiş heavy metalvarı gitara riff'ləriylə qaynaşdırılar. Tərzi ümumiyyətlə aqressiv, depresif, içə dönük, nihilist və vecsizdir. Lüğət mənası "çirkli, dağınıq, qatqısız pox" olan grungenin ad atası isə Mudhoney solisti Mark Armdir. 1980-ci illərin sonu 1990-cı illərin başında məşhur olan bu musiqi axını, 1991 və 1994-cü illər arasında ən yüksək məşhurluğa çatmışdır. Grunge geyim tərzi cırıq yamaqlı cinslər, odunçu köynəkləri və sallanan qollu jiletlər olaraq göstərilir. Düz və uyğun geyimin əksinə pis və dağınıq geyim seçim edilir. Odunçu köynəyi grunge geyiminin təməl daşıdır belə deyiləbilər. Musiqi tərzi olaraq grunge punk'dan daha ağır heavy metaldan daha melodiktir.
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Eugenia arianae
Eugenia arianae (lat. Eugenia arianae) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
France 24
France 24 — 2006-ci ildə yaranan Fransa beynəlxalq xəbərlər telekanalı.
France Football
"France Football" (fr. France Football) — Fransada həftənin 2 və 5-ci günləri işıq üçü görən futbol jurnalı. Jurnal "Qızıl top" mükafatının təsisçisidir. Mükafat "France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis olunmuşdur. Məhz Q.Ano ilk dəfə 1956-cı ildə öz həmkarlarını Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermədə iştirak etməyə dəvət etmişdir. İlk qalib "Blekpul" komandasında çıxış edən Stenli Metyuz olmuşdur..
Galium grande
Galium grande (lat. Galium grande) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium pubens var. grande (McClatchie) Jeps.
Hörümçəklər (Aranea)
== Quruluşu == Ölçüləri 0.8 mm - 11 sm intervalında dəyişən, çox geniş rəngarəng çalarlara, mürəkkəb naxışlara malik hörümçəklər yırtıcı canlılar olub, Yer kürəsinin hər yerində və müxtəlif şəraitlərdə - Afrika və Amerika səhralarında, Qrenlandiya buzlaqlarında, dəniz səviyyəsindən 7 min metrə qədər yüksəkliklərdə yaşayır. Hörümçəklərin bədəni baş-döşdən və qarıncıqdan ibarətdir.Baş-döşdə 6 cüt ətraf vardır. Öndə yerləşən 2 cüt ətraf – xeliser və pedipalplar qidanı tutmağa və xırdalamağa xidmət edir. Qalan 4 cüt baş-döş ətrafları gəzici ayaqlar rolün oynayır. Səfil hörümçəklər ovunu güdür, hoppanan hörümçəklər şikarın üzərinə öz ölçülərindən 75 - 80 dəfə böyük məsafədən hoppanır. Bu xüsusiyyət şikara qədər olan məsafənin çox dəqiq hesablanmasını tələb edir. Bu funksiyanı baş-döşün ön hissəsində yerləşən 6-8 ədəd göz təmin edir. Digər buğumayaqlılardan fərqli olaraq hörümçəklərin gözləri faset yox, linza tiplidir. İki orta (əsas) gözlər digərlərinə nisbətən iri olur. Yan gözlər hər hansı bir hərəkəti fiksə etmək üçündür.
Kanal Qrande
Kanal Qrande (it. Canal Grande) — İtaliyanın Venesiya şəhərində su kanalı. Uzunluğu 3800, eni 30-70, dərinliyi isə 5 metrdir. Kanalın sahili demək olar ki, yoxdur. Onu evlərin fasadı əvəzləyir. Adətən bu evlərin iki çıxışı olur: həm quruya, həm də suya. Kanalın kənarında 100-ə yaxın saray var ki, ona görə bəzən ona "Saray Kanalı" da deyirlər. Çində çox milyonlu sənaye şəhəri Tyanszində bu kanalın prototipi tikilmişdir.
Leonardo Araujo
Leonardo Araujo və ya sadəcə Leonardo kimi tanınan Leonardo Nascimento de Araujo (5 sentyabr 1969) — braziliyalı futbol məşqçisi, icraçı direktor və keçmiş futbolçudur. Hal-hazırda Fransanın "Paris Sen-Jermen" klubunun idman direktoru vəzifəsində çalışır. == Karyerası == Çox tərəfli oyunçu olan Leonardo karyerası boyunca bir neçə mövqedə, o cümlədən hücumameyilli yarımmüdafiəçi, sol cinah yarımüdafiəçisi və sol cinah müdafiəçisi kimi oynayıb. Onun ən tanınmış və ən uğurlu dövrü "Milan" klubunda, hücumçuların arxasında hücumameyilli yarımmüdafiəçi (və ya trekvartista) kimi oynadığı zamanda olub. Braziliya, İspaniya, Yaponiya, Fransa və İtaliya klublarında oynayıb. "Flamenqo", "San Paulu", "Kashima Antlers" və "Milan" klubları ilə titullar qazanıb. Braziliya millisinin 1994-cü ildə Dünya Kubokunun qalibi olan və 1998-ci il Dünya Çempionatında ikinci yeri tutan heyətində yer alıb. O, eyni zamanda milli komanda ilə iki Amerika Kuboku turnirində iştirak edib. Futbolçu karyerasını bitirdikdən sonra, Leonardo həm də İtaliyanın "Milan" və "İnter Milan" komandalarında məşqçi kimi çalışıb. 2011–2013-cü illərdə o, keçmiş klubu "PSJ"nin idman direktoru olub.
Məmməd Aranlı
Məmməd Aranlı (tam adı: Ağayev Məmməd Salman oğlu; d.22 oktyabr 1922, Azərbaycan SSR, Ağcabədi rayonu — 7 oktyabr 1950, Bakı şəhəri) — Azərbaycanlı yazıçı-publisist, 1941—1945-ci illər müharibəsi iştirakçısı, 416-cı atıcı diviziyasının "Qızıl əsgər" qəzetinin məsul katibi Ağayev Məmməd Salman oğlu 22 oktyabr 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. İbtidai təhsilini burada və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini bitirmişdir(1932—1935).Sonra M.Sabir adına Pedaqoji Texnikumda təhsil almışdır. O, Ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır. 1937—1938-ci illərdə "Pioner" jurnalında,1939—1940-cı illərdə isə "Azəbaycan qadını" jurnallarında çalışmışdır. Hekayələri "Yeni il", "Gənc işçi", "Ədəbiyyat" qəzetlərində, "İnqilab və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuşdur. Burada ədəbiyyat və dil fakültəsində təhsil aldığı dövrdə "Qara xal qız", "Gecənin qəlbi" ,"Aldanmış ümid" və digər hekayələri yazmışdır. 1941-ci ildə Böyük Vətən Müharibəsinə başladığından İnstitutun son kursundan cəbhəyə getmişdir. O, kiçik leytenant kimi 416-cı atıcı diviziyada xidmətə başlamışdır.
Nsanje (mahal)
Nsane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. Nsane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Nsane şəhəridir. Mahal şərqdə Çikvava mahalı və Tayolo mahalı, qərb, cənub və şərqində Mozambik ilə qonşudur. Nsane mahalında 238,089 nəfər yaşayır.
Maranə (Soyuqbulaq)
Maranə (fars. مرانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (56 ailə).