Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arqan
Arqan (lat. Ricinus) — Ərəb ölkələrində yetişən 10 metrə boyunda olan ağac. Zeytuna bənzər meyvələri olur. Bu meyvənin çəyirdəyini kəndlilər qovurub, üyüdür. Bu yolla ortaya çıxan az miqdarda arqan yağından müalicəvi və kosmetik vasitə kimi istifadə edilir. == Təbabətdə == Arqan bitkisindən xalq təbabətində geniş isifadə olunur. Bu bitkidən alınan yağ müxtəlif dəri xəstəlikərində istifadə olunur. Onun antibakteriyal, nəmlədirici, sağaldıcı və yumuşaldıcı xüsusiyyətləri hələ qədim zamanlardan insanlara məlum idi.
Arqan yağı
Arqan yağı — arqan bitkisindən əldə olunan yağ. Arqan bitkisinin meyvəsinin çəyirdəyini qovurub üyüdürlər. Alınan yağ "Duru qızıl" adlandırırlar. == Xalq təbabətində əhəmiyyəti == Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər, istər gecə istifadə edilə bilən bu faydalı yağı hamilə qadınlar da hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir.
Arjan
Arjan – Rusiya Federasiyasında (Tuva) Uyuk çayı vadisində iki skif kurqanı. === Arjan-1 === Arjan-1 1971–74-cü illərdə M.P.Qryaznov və M.X.Mannayool tərəfindən aşkar olunmuşdur. E.ə. IX-VII əsrlərə aid edilir. Daş qalağının (ilkin diametri 110 m, hündürlüyü 3,5–4 m) altında taxtadan düzəldilmiş, tavanı tirlərlə örtülmüş dairəvi formalı dəfn kompleksi yerləşir. Kompleks ümumi mərkəzli iki kvadrat kameradan və radial istiqamətlərdə yerləşən düzbucaq və trapesiya şəklində olan çoxsaylı bölmələrdən ibarətdir. Kurqanda 17 insan və 160-dan çox at, o cümlədən mərkəzi çatı kameranın kötük-tabutlarında “çar” və “çariça”, xarici mərkəzi kamerada 8 insan və 6 minik atı, 12 radial kamera və kameralararası yerlərdə isə qalanları dəfn olunmuşlar. Perimetr üzrə tirlərdən maili divar çəkilmişdir. 15–30 m məsafədə kurqan dairəvi daş cərgələrlə (diamet ri 2–3 m) qismən əhatə olunmuşdur. Daşların altında heyvan (əsasən, at) sümükləri aşkar edilmişdir.
Arqau
Arqau (alm. Aargau‎, fr. Argovie, it. Argovia, romanş Argovia) — İsveçrənin şimalında kanton. Kantonun əvvəllər istifadə olunan adı - Aarqau, indi köhnəlmiş transkripsiyadır. Adını ərazisindən axan eyniadlı çaydan almışdır. Qərb tərəfində Bern, Zoloturn və Bazel torpaqlarının kantonları, Sürixin şərq tərəfində və Cənubi Lütsern və Suq yerləşir. İnzibati mərkəz Aarau şəhəridir. Sahəsi - 1403.8 km², əhalisi 627.340 nəfərdir (2012). == Tarixi == Qədim dövrlərdə Roma şəhəri Vindonissa kantonun ərazisində yerləşirdi.
Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Arqun
Arqun (çay, Asiya)
Arran
Arran və ya Aran — antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgə. Keçmişdə Arran adlanan ərazinin çox hissəsi hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsidir. Müasir dövrdə Azərbaycan Respublikasında 7 iyul 2021-ci ilədək bu bölgənin adını daşıyan Aran iqtisadi rayonu mövcud idi. Onun ərazisinə Mingəçevir və Şirvan (keçmiş Əli-Bayramlı) şəhərləri, habelə Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab rayonları daxil idi. 7 iyul 2021-ci ildə isə qeyd olunmuş iqtisadi rayonun yerinə Mərkəzi Aran iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayonun ərazisinə Mingəçevir şəhəri, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları daxildir. Keçmiş Aran iqtisadi rayonunun tərkibində olan Ağcabədi və Bərdə rayonları keçmiş Yuxarı Qarabağ iqtisadi rayonunun yerinə yaradılmış Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildilər. Bundan əlavə, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ərazisində yeni Mil–Muğan iqtisadi rayonu, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının ərazisində isə yeni Şirvan–Salyan iqtisadi rayonu yaradıldı. == Etimologiyası == Bəzi rəvayət və qədim tarixi mənbələr (Musa Kalankatlı) Arran sözünün Qafqaz Albaniyasının banisi Arranın adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur.
Arçan
Arçan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Arçan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 101 nəfər əhali yaşayır.
Orqan
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Aqan
Aqan (rus. Аган) — Rusiyanın Tümen vilayətində çay. Tromqeyan çayının (Obun qolu) sol qoludur. Uzunluğu 544 kilometr, hövzəsinin sahəsi isə 32,200 km2-dir. Pur çayı ilə Ob çayının sağ qolları hövzələrinin bataqlığı suayırıcısından başlanır. Qərbi Sibir düzənliyinin mərkəzi hissəsi ilə axır. Suyunu, əsasən, qar və yağışdan alır. Oktyabrın axırlarından maya qədər donmuş olur.
Aran
Toponimi qıpçaqların uran tayfasının adı ilə bağlayırlar. Türk dillərində aran sözü "düzənlik, isti yer, qışlaq yeri, tövlə" mənalarında işlənir. Azərbaycan ərazisində bu sözlə bağlı butun coğrafi obyekt adlarında həmin məna özünü doğruldur. Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd.
Amqan (Üskü)
Amqan (fars. امقان‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 794 nəfər yaşayır (185 ailə).
Arqun dərəsi
Arqun dərəsi — Qafqazın ən uzun dərələrindən biri. == Coğrafiyası == Çeçenistan ərazisində Arqun dərəsi Arqun çayının geoloji fəaliyyəti nəticəsində formalaşmış. Arqun çayı Baş Qafqaz dağlarının şimal yamacında olan Qara dağlar silsiləsini kəsərək bu dərəni meydana gətirmiş. Arqun dərəsinin hündürlüyü 1100-4800 metr arasında dəyişir. Şatoy kəndi bölgəsində, dərə boyunca Çeçenistanın və Qafqazın ən böyük qoruqlarından biri yerləşir. Sahəsi 233 800 hektar olan bu qoruqada müxtəlif mədəni və təbii abidələr mövcuddur — Arqun dövlət tarixi-memarlıq və təbiət muzey-qoruğu bu ərazidə yerləşir. Arqun dərəsində çoxlu erkən və orta əsr, eləcə də eramızdan əvvələ aid olan abidələr mövcuddur. Ərazidə daş dövrünə və mağara həyat tərzinə aid məkanlar mövcuddur. XVIII-XIX əsr Qafqaz müharibələri öncəsi Arqun dərəsində 4000 qədim memarlıq tikilisi qeydə alınmış. Bunların çoxu hərbi, yarım hərbi, gözətçi tikililəri olmuş.
Arqun xan
Arqun xan (1258, Monqolustan – 10 mart 1291 və ya 7 mart 1291, Arran) — Hülakülər sülaləsindən dördüncü elxan, Abaqa xan və onun xristian xanımı Haymaş xatunun oğlu. Atası kimi inanclı buddist olsa da, xristianpərəst olmuşdur. O, Avropaya bir neçə də elçilər göndərmiş və Müqəddəs Torpaqlardakı müsəlman hakimiyyətinə qarşı Franko-Monqol ittifaqı təşkil etməyə çalışmışdır. O, arvadı Buluğan Xatun öldükdən sonra Xubilay xandan eyni tayfadan olmaqla yeni bir arvad göndərməsini istəmiş, buna cavab olaraq da, Xubilay xan Kököçini Marko Polonun müşayiəti ilə göndərmişdir. Çinin cənubundan yola çıxan Kököçin Sumatra adasına, oradan Şri-Lankaya, Hindistana gedərək nəhayət Elxanilər dövlətinə gəlib çatmışdır. Lakin bu zaman Arqun xan artıq vəfat etmişdi. Buna görə də o, Arqunun oğlu Qazan xanla evlənmişdir. == Həyatının erkən dövrü == Bəzi mənbələrə görə 1250, bəzi mənbələrə görə isə 1259-cu ildə Beyləqan yaxınlığında doğulmuşdur. Atası Abaqa xan, anası isə Onqut tayfasından olan Qayıtmış Egeçi olmuşdur. Anasının xristian olması ehtimal edilir.
Arqın (Xudabəndə)
Arqın (fars. ارقين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 936 nəfər yaşayır (209 ailə).
Arran (ada)
Arran adası (şot.kelt Eilean Arainn ("uzaq ada"); ing. Arran) — Şotlandiyanın qərbində, Fert-of-Klayd körfəzində yerləşən ada. Sahəsinə görə ölkənin yeddinci böyük adası Şimali Eyrşir əyalətinin tərkibinə daxildir. Ərazisi dağlıq olan bu ada geoloqlar üçün "cənnət" hesab olunur. 1787-ci ildə adaya gələn geoloq Ceyms Hatton burada olan süxurların yatım formasına və tərkibinə əsasən sonradan geologiya elmində yeni nəzəriyyənin — Plutonizimin əsasını qoydu. == Təbiəti və iqlimi == Geologi baxımdan Şotlandiyanın ərazisi iki fərqli hissəyə bölünür: Dağlıq şimal və düzənlik cənub hissə. Bu geoloji bölgü xətti həmdə Arranı iki hissəyə bölür. Adanın şimal hissəsi yüksək dağlardan və dərin dərələrdən, cənub hissəsi isə bunun əksi olaraq bataqlıq, çaylar və meşəlikdən ibarətdir. Sanki bütün Şotlandiyaya məxsus cəhətlər bu adada toplanmış. Dağları şimal Qrampian dağları kimi çox yüksək deyil.
Arran (hökmdar)
Arran, Aran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı. Arran haqqında mənbələrdə olduqca az məlumat var. Moisey Kalankatlı onun I əsrdə Parfiya hökmdar sülaləsi Arşakilərdən olan I Vologez (51-78-ci illər) tərəfindən Albaniya hökmdarı təyin edildiyini və Sünik sülaləsindən olduğunu qeyd edir. Tarixçi Arranın Yafətin nəslindən olduğunu da xüsusilə vurğulayır.Tədqiqatçılar Alban Arşakilərinə qədər Qafqaz Albaniyasında hakimiyyətdə olmuş hökmdarlarının yerli – alban mənşəli olduqlarını qeyd edir. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində yazır: “Burada Alban dövlətinin tarixi başlanır. Dünyanın yaranmasıilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıb, bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb, onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itaətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafət nəslindən və Sünik soyundan olan Arran onlara hakim təyin olunur.” == Hakimiyyət ərazisi və varisləri == Moisey Kalankatlı qeyd edir ki, Arranın hakimiyyəti dövründə Qafqaz Albaniyası`nın ərazisi Araz çayından Xunan qalasına qədər olan ərazini əhatə etmişdir. Erməni mənbələri isə IV əsrə qədər Araz və Kür çayları arasındakı ərazilərin Böyük Ermənistanın tərkibində olduğunu qeyd edirlər. Moisey Kalankatlı yazır: “Arran Araz çayından başlayaraq Xunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır.” Bəzi alban tayfalarının birbaşa Arranın nəslindən törəməsi haqqında məlumat vardır.
Arran dili
Arran dili — Tarixi Arran ərazisində danışılan dil. Arran dilinin qədim udi dili olduğunu demək üçün əsaslar vardır. Bir çox mütəxəssislər isə Arran dili altında türk - alban dilinin nəzərdə tutulduğunu qeyd edirlər. Mütəxəssislər bu fikirlərini ərəb müəlliflərinin IX -X əsrlərdə belə Bərdə ətrafında Aran dilinin yerli əhali tərəfindən saxlanılması ilə izah edirlər. Bu dövrdə isə Bərdənin sakinlərinin türklər (bu günkü Azərbaycan türklərinin əcdadları) olması faktı şübhə doğurmur.
Arran tüməni
Arran tüməni — XIV əsr. İnzibati ərazi.. Elxanilər dövləti Azərbaycan vilayətinin 9 tümənindən biri 1496-cı ilin iyul-avqust aylarında (h. 901-ci ilin zilqədə ayında) Əhmədəddin Əfəndi ibn Şeyx Məhəmməd Bərdəi adlı qazının iştirakı ilə tərtib edilən və bir suvarma kanalının alqı-satqısından bəhs edən sənəddə Arran tüməni Azərbaycan ölkəsinin bir parçası kimi (“tuman-i Arran-i Azərbaycan”) göstərilmişdir . Məlumdur ki, bəzi əcnəbi müəlliflər tarixən Araz çayından şimalda yerləşən ərazilərin (Arran vilayətinin) Azərbaycana aid olmadığını və Azərbaycan adı altında yalnız Arazdan cənubdakı torpaqların başa düşüldüyünü iddia etmişlər. Daha öncə bu kimi mülahizələri ilkin qaynaqların materialları əsasında tənqid etmişdik . Bərdəli qazının imzaladığı bu mübayiənamə orta əsrlərdə Arran vilayətinin Azərbaycanın tərkib hissəsi sayıldığını bir daha bariz şəkildə nümayiş etdirir.
Artan funksiya
Teorem.
Arran yepiskopluğu
Arran yepiskopluğu (Arami dilində: ܐܪܐܢ) — Nestorian kilsəsinin Qafqaz Albaniyası ərazisindəki tarixi inzibati ərazisi. Mərkəzi Bərdə şəhərində yerləşirdi. 420-ci ildə yepiskopluq təsis edilmiş, 900-cü illərdə mitropolitlik statusu almış, 1200-cü ilə qədər də bu statusu qorumuşdu. 1200-cü ildə isə Arran yepiskopluğu ləğv edilərək Təbrizdə mərkəzləşmiş Azərbaycan yepiskopluğu tabeliyinə verilmişdir. Bilinən yepiskopları: Karaduset - I Qubadın şahlığı dövründə yaşamışdır. Sabrişo - 900-cü ildə IV Yohannanın seçilməsində iştirak etmişdi. Yunan (899-902) Baladlı Eliya - Patriarx Mari (987-999) tərəfindən təyin olunmuşdur.
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Arvan dağı
Arvan dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1280,0 m). Müasir relyefda iki konusvari yüksəklik əmələ gətirir.
Ayla Alqan
Ayla Alqan (türk. Ayla Algan; 29 oktyabr 1937, İstanbul) — Türkiyə kino və teatr aktrisası, müğənnisi. == Həyatı == Ayla Alqan İstanbulda anadan olmuşdur. O, uşaqlığını Fransada keçirmişdir. O, Fransada Sion İstanbul liseyində və Versal liseyində təhsil almışdır. Alqan bundan sonra ABŞ-yə köçmüş və orada Nyu-York Aktyorlar studiyasına aktrisa kimi qoşulmuşdur. O, ardınca sonra Türkiyədə Dil və Mədəniyyət Mərkəzinə daxil olmuş, teatr aktrisası və təlimatçı kimi fəaliyyət göstərmişdir. Alqan kino və teatrdan sonra müğənnilik karyerasına başlamışdır.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. == İstinad == Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Ağan