ETİLÉN

[əsli yun. ] bax etil kim. Tərkibi karbon və hidrogendən ibarət olan rəngsiz yanıcı qaz.
ETİLA
ETİMAD
OBASTAN VİKİ
Etilen
Etilen (C2H4) - alken sırasına daxil olan doymamış karbohidrogendir. == Alınması == etilen, üzvi maddələri quru distillə etdikdə əmələ gəlir. İşıq qazı və krekinq qazlarının tərkibində çox olur. laboratoriyalarda etileni etil spirtindən, qatı sulfat turşusu vasitəsilə, su ayirmaqla alırlar. == Xassələri == Etilen rəngsiz, iysiz və yanıcı qazdır, suda pis, spirt və efirdə yaxşı həll olur. Etilen qazından sənayedə müxtəlif sintezlər üçün istifadə edilir. Ondan etil spirti, etilxlorid, dixloretan, etilenoksid, iprit və başqa maddələr alırlar. Yüksək təzyiqdə müxtəlif temperaturlarda və müxtəlif katalizatorlar vasitəsilə etileni polimerləşdirərək ondan maye olefin karbohidrogenləri, yüksəközlülü sürtkü yağları, kayçukabənzər elastik bərk polimer alırlar. Etilenin özü vasitəsiz olaraq az işlənir. Onu bəzən meyvələri tez yetişdirmək üçün tətbiq edilir, asetilenlə qatışığını metal emalında işlədir və ya ondan narsilen adlanan natrkotok maddə kimi təbabətdə istifadə edirlər.
Etilendiamin
Etilendiamin (1,2-diaminoetan) H2NCH2CH2NH2 – amin sinfinə aid üzvi maddədir. == Xassələri == Ammiak iyi verən rəngsiz maye, nəmli hava ilə əlaqədə tüstülənir . T qay. 116.5 oC, T ər. 8.5 oC, sıxlıq 0.899 q/sm3 (20oC). Etilendiamin suda yaxşı həll olur (məhlulun qızdırılması ilə), etanolda daha zəif, efirdə bir qədər pis, benzol və diqər karbohidrogenlərdə isə heç həll olmur. Güclü əsasdır. Tərkibində iki aminoqrup olduğu üçün turşularla iki sıra duz əmələ gətirir. Bəzi metallarla (məsələn Cu, Mn, Co) kompleks birləşmələr əmələ gətirir. Etilendiamindinitrat qızdırıldıqda etilendinitraminə çevrilir ki, bu da partlayici maddədir.
Etilendiamintetrasirkə turşusu
Etilendiamintetrasirkə turşusu - Azərbaycan dilində qısaldılmış formada EDTS, ingilis dilində isə EDTA və bundan sonra –orjinalda olduğu EDTA kimi istifadə olunacaq,kimyəvi formulu (HOOCCH2)2N(CH2)2N(CH2COOH)2 – ibarət dördəsaslı karbon turşusudur, ağ rəngdə kiçik kristallara malik tozdur, suda az həll olur, bütün üzvi həlledicilərdə həll olur, qələvilərdə həll olur, metal kationları ilə etilendiamintetraasetat duzlarını əmələ gətirir. O, etilendiaminin monoxlorsirkə turşusu ilə kondensasiyasından alınır. == Tətbiqi == EDTA ikilinatriumduzlarının dihidratları (komplekson ııı, trilon B, Na2-ЭДТА) şəklində toxuculuq, dəri, kağız, lakboya sənayesində, metal, kauçuk istehsalında, kinematoqrafiyada, suyun yumşaldılmasında istifadə olunur. Analitik kimyada ETDA-dan istifadə etməklə 60-dan çox elementi təyin etmək mümkün olur. Təbabətdə ETDA-dan orqanizmdə olan zəhərli və radioaktiv metalları çıxarmaq üçün, qanın konservləşdirilməsi üçün istifadə olunur. EDTA kobalt duzu toksikologiyada sinil və ya xlorsianla zəhərlənmə zamanı antidot qismində istifadə olunur. Stomatologiyada diş kanallarını endodontik emalında istifadə olunur. EDTA farmaseptik texnologiyalarda selikli qişa vasitəsilə orqanizmə daxilolmanı gücləndirən komponent kimi istifadə olunur1. Həmçinin kənd təsərrüfatında gübrə kimi istifadə olunur (elementlərin xelat formasında). Qidalandırıcı elementlərin xelat forması istər köklər və istərsə də yarpaqlar vasitəsilə yaxşı mənimsənilir.
Etilenoksid
Etilenoksid (C2H4O) xarakterik, şirintəhər efir iyli, 298 K temperaturda rəngsiz qaz və ya 273K temperaturda axıcı mayedir. == Fiziki-kimyəvi xassələri == Qaynama temperaturu 283.7 K, ərimə temperaturu -384.3, suda, spirtdə, efirdə və digər üzvi həllediclərdə yaxşı həll olur. Etilenoksid əsasında alınan polimer-polietilenoksid [-OCH2CH2-]n suda, benzolda, karbon dördxloriddə, xloroformda və bir sıra digər həlledicilərdə həll olur. Aşağı molekul kütləli polietilenoksid toxuculuq sənayesində köməkçi komponent, hidravlik mayelərdə qatılaşdırıcı, kosmetikada, farmokologiyada, keramika və həmçinin poliuretanlar istehsalında istifadə olunur. Yüksək molekul kütləsinə malik polietilenoksid filizin zənginləşdirilməsində flokulyant və koaqulyant kimi, çöküntülərin, asılqanların və kömür tozunun və s. qatılaşdırılmasında və ayrılmasında flokulyant və koaqulyant kimi istifadə edilir. Suda həll olan polietilenoksid plenkalar qida məhsullarının, mürəkkəbi və boyaların, aqrokimyəvi preparatların qablaşdırılmasında istifadə olunur. Polietilenoksid həmçinin neftin təkrar hasilatının effektivliyini artırmaq üçün də istifadə edilir. Etilenoksid və propilenoksidin blok birgəpolimerləri qeyri ionogen səthi aktiv maddələrdir (SAM). Aşağı molekul kütləli polietilenoksid etilen oksid qlikollarla polibirləşməsi ilə alınır.
Etilenqlikol
Etilenqlikol - ikiatomlu spirtlərin ən sadə nümayəndəsidir. CnH2n(OH)2 (n≥2). Etilenqlikol (CH2OH-CH2OH) (etandiol-1,2) — doymuş ikiatomlu spirtlərin ən sadə nümayəndəsidir. Qlikol sırasının ümumi formulu CnH2n(OH)2-dir. Qlikol adı onlara sıranın bir çox üzvünün şirin olduğu üçün verilmişdir (yunanca qlikos — şirin deməkdir). == Alınması == Etilenqlikol etilenin kalium permanqanat və ya digər oksidləşdiricilərlə oksidləşdirilməsindən, yaxud etileni etilenxlorhidrinə çevirib, sonuncunun hidrolizindən alınır. bundan başqa o, doymuş karbohidrogenlərin dihalogenli törəmələrinin qələvi məhlulu ilə qarşılıqlı təsirindən alınır. == Fiziki xassələri == Şərbətə bənzər, şirin dada malik, rəngsiz, iysiz, zəhərli mayedir. Etilenqlikol 197,6 ºC-də qaynayır, suda, etanolda yaxşı həll olur. İkiatomlu spirtlərdə həm molekullar arası, həm də molekuldaxili hidrogen rabitəsi var.
Etilenxlorhidrin
Etilenxlorhidrin (2-xloretanol) kimyəvi formulu HOСН2—CH2Cl olan xlorüzvi birləşmədir. Bifunksional birləşmələrə aiddir. Üzvi sintezdə geniş istifadə olunur. Çox zəhərlidir. == Tarixi == Etilenxlorhidrini ilk dəfə 1859-cu ildə Fransız kimyaçısı A.Vürs lehimlənmiş boruda etilenqlikolu doymuş hidrogen xloridlə qızdırmaqla almışdır. A.Vürs onun yüksək reaksiya qabiliyyətli olmasına dair çoxlu nümunələr vermişdir. == Fiziki xassələri == Etilenxlorhidrin uçucu özlü mayedir, efir iyinə bənzər xoşagəlim iyə malikdir, suda, etanolda, dietilefirində, asetonda, 1,2-dixloretanda və xloroformda yaxşı həll olur, Karbondördxloriddə və karbohidrogenlərdə az həll olur. Müxtəlif tipli birləşmələr üçün, qeyri-üzvi birləşmələrin duzlarından tutmuş sellilozanın efirlərinə kimi çox yaxşı həlledicidir. Etilenxlorhidrin su ilə azeotrop qarışıq əmələ gətirir (etilenxlorhidrinin kütləsinə nəzarən 42,3%). Azeotrop qarışıq 97,85°С qaynayır.

Значение слова в других словарях

душе́вно зака́рмливаться заки́дываться лесоторго́вый нестихотво́рный оха́льство прореве́ться пупы́рь рекомендова́ть сбытово́й траекто́рный тунне́ль взя́точник злово́нно пропива́ть птицево́дческий с изли́шком тамка bastard toadflax endophilic hevea misinterpret маскировка отрезветь упрямиться