Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aksent (sosiolinqvistika)
Aksent — başqa dildə danışarkən ana dilinin tələffüz xüsusiyyətlərinin təzahürü. Bu və ya digər dialektin tələffüz xüsusiyyətlərinin məcmusudur. Aksent danışanların yaşadığı yer, danışanların sosial-iqtisadi vəziyyəti, etnik mənsubiyyəti (etnolekt), kasta və ya sosial sinif ilə də müəyyən oluna bilər. Aksentlər adətən səs keyfiyyəti, tələffüz, sait və samitlər arasındakı fərq, vurğu və prosodiya ilə fərqlənir. Qrammatika, semantika, lüğət və digər dil xüsusiyyətləri tez-tez aksent ilə eyni vaxtda dəyişsə də, "aksent" sözü xüsusi olaraq tələffüz fərqliliklərinə aid olunur, "dialekt" sözü isə daha geniş dil fərqlərini əhatə edir. "Aksent" əksər halda "dialekt"in alt çoxluğu hesab edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bragg, Melvyn. The Adventure of English, 500AD to 2000: The Biography of a Language. London: Hodder & Stoughton. 2003.
Xarici aksent sindromu
Xarici aksent sindromu — xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır. Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən çox göstərdiyi səbəblər olsa da, miqren olan xəstələr də bu sindroma yaxalan bilərlər. 1941–2009-cu illər ərzində bu sindroma 62 nəfər tutulub. Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə bir-birə xarici dil bilgilərinə (qrammatika, söz ehtiyatı və.s) yiyələnmir. Təsdiqlənməmiş məlumata əsasən 2010-cu ildə bir xorvatiyalı komadan çıxandan sonra almanca səlis danışmağa başlayıb, lakin bu bacarığın beyin zədəsi səbəbindən qazanılması öz təsdiqini tapmayıb. == Təsviri == Bu sindrom elə təsir bağışlayır ki, sanki sindroma tutulanlar öz dillərində, lakin xarici aksentdə danışırlar. Məsələn, yerli amerikalı ingiliscə elə danışa bilər ki, sanki cənub-şərqi ingiltərəlidi, və Britaniyada yaşayan biri Amerika ingilisi aksenti ilə danışa bilər. Oxsford universitetində aparılan tədqiqata əsasən sindroma səbəb beynin müəyyən hissələrinin zədələnməsidir ki, buraya beynin linqvistik funksiyalarını yerinə yetirən hissəllərdi.
Aksept
Aksept (lat. acceptus — qəbul edilmiş) — təklifin qəbul edildiyi barədə ünvanlandığı şəxsin cavabı. Qəbul - ödəməyə razılıq. Rusiya qanunlarına görə, qəbul tam və qeyd-şərtsiz olmalıdır (başqa şərtlərlə təklifin qəbulu yeni təklif kimi tanınır). İki qanunvericilik fərziyyəsi də təsbit edilmişdir: təklifin göndərilməsinə cavab olaraq susmaq, qanunlardan və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən başqa bir hal olmadıqca, qəbul deyil. qanunvericiliklə, digər hüquqi aktlarla və ya başqa bir şərtlə nəzərdə tutulmayıbsa, adresatçının orada göstərilən müqavilənin şərtlərini (malların daşınması, xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi, müvafiq məbləğin ödənilməsi və s.) Yerinə yetirilməsi üçün qəbul üçün müəyyən edilmiş müddətdə təklif verməsi bir qəbul hesab olunur. təklifdə. Akseptin geri götürülməsi barədə bildiriş akseptdən əvvəl və ya onunla eyni vaxtda təklif göndərən şəxs tərəfindən alınıbsa, aksept alınmamış sayılır. == Haqqında == Mülki hüquqda müqavilə bağlamaq təklifinin ofertanın qəbul edilməsi; hüquqi nəticələrə gətirib çıxaran təkliflə razılaşma. Əksər dövlətlərin qanunvericiliyinə əsasən Aksept müqavilə bağlanmasının mərhələlərindən biridir.
Anseni
Anseni (Fransızca tələffüz: [ɑ̃s.ni]; bret. Ankiniz) — Fransanın qərbində yerləşən Luara-Atlantik departamentində kommuna. Həmçinin departamentin suprefekturasıdır. Bretanın tarixi paytaxtı Nant (23 mil cənub-qərb) yolunda əsas nöqtə kimi böyük bir tarixi rol oynadı. "Bretanın açarı" və "Bretanın qapısı" kimi tanınır.
Asbest
Asbest — şəhər
Aspekt
Aspekt – görünüş, baxış. Əşya, hadisə və anlayışlara münasibət, nöqteyi-nəzər. Hadisənin perspektivi. Nəzəri baxış, nəzəri nöqtə. Tədqiq olunan predmet, hadisə və ya anlayışın müəyyən baxımdan nəzərdən keçirilməsi, təhlili. Predmetin, hadisənin bir cəhəti, onun başqa predmet və hadisələrlə münasibətinin, yaxud əlaqəsinin bir forması. Bu və ya digər obyektə müəyyən elm nöqteyi-nəzərindən yanaşma. Məsələn, fəlsəfi aspekt, iqtisadi aspekt və s.
Asyento
Asyento (isp. reale asiento hər. «kral razılığı») — İspan monarxiyası tərəfindən 1543-1834-cü illərdə Afrika kölələrinin İspan koloniyalarına idxalına dair inhisar şəxslərə və şirkətlərə verilmişdir. XVII—XVIII əsrlərdə asyento xüsusi şəxslərin sürətli zənginləşməsinin qarantı rolunu oynayırdı. Portuqaliyalılar və hollandiyalılar daha sonra fransız və ingilislərin də qatıldığı Asyento üçün mübarizə apardılar. XVIII əsrin əvvəllərində İspan monarxlarının XIV Lüdoviklə qohumluğu fransızların asyento hesabına zənginləşməsinə gətirib çıxardı; Jan-Batist Dükass və Antuan Kroza əsas faydalananlar idi. İspaniya mirası uğrunda müharibəsi nəticəsində Utrext sülhü (1713) 30 il müddətinə Böyük Britaniyaya asyento hüququnu verdi. Birinci nazir Robert Harli, İspaniya müstəmləkələri ilə ticarət inhisarını müharibə illərində həddən artıq böyüyən dövlət borcunu öz üzərinə götürən Cənub dənizlər şirkətinə təhvil verdi. Bu ziddiyyət dolaşması, 1739-cu ildə İngilis ədəbiyyatında "Jenkins Qulağı uğrunda müharibə" olaraq adlandırılan Asyento üçün İngilis-İspan müharibəsində nəticələndi. 1748-ci ildə Ahen sülhünə görə, asyento Cənubi Dənizlərin İngilis Şirkətinə dörd il daha verildi, lakin 1750-ci ildə Madriddə bir müqavilə imzalandı və buna görə İspaniya Cənubi Okeaniya Şirkətinə 100.000 funt sterlinq ödəmək şərti ilə Böyük Britaniya asyentonun ləğv edilməsini qəbul etdi.
Dosent
Dosent (lat. docere – öyrətmək) — ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə. == Haqqında == Dosent vəzifəsi ali məktəblərdə ən azı 5 il çalışmış, elmi təcrübəsi olan şəxslərə verilir. O həm də elmi-tədqiqat müəssisələrində (məsələn Akademiya sistemində) elmi ad kimi verilə bilər. Dosent elmi adı ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.
Parsent
Parsent (isp. Parcent) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 11,8 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1085 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 85 km uzaqlıqda yerləşir.
Arsen
Arsen (As) və ya Sıçanotu – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 33-cü element. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları (rusca mış) zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır; digər şeylərlə yanaşı rənginə görə boz mışyak (arsen) siçan (mışı) xatırladır. Elementin latınca adı (Arsenicum) yunan sözü arsenikona (fars mənşəli) gedib çıxır. Yunanlar arsen sulfidi As2S3 (parlaq qızılı-sarı rəngli mineralı) auripiqment adlandırırdılar. Dalın lüğətində bu mineral avripiqment adlandırılıb (latın auripigmentun sözünün köhnə transliterasiyası). Aurpiqment indi də təsviri sənətdə, xüsusən də, ikona çəkilişində istifadə olunur; nə vaxtlarsa onun əsasında boyaq “kral sarısı” adlandırılırdı. Arsenin digər sulfidi As4S4 realqara mineralı şəklində rast gəlir; onun adı ərəb sözü raxc əl qxar-dan yaranıb, hərfi mənası “mağara, fliz yatağı tozu” deməkdir. Təbiətdə arsen təmiz halda və (daha çox hallarda) birləşmələr şəklində rast gəlinir. Onlardan biri – gümüş və arsenin qarışıq sulfidi Ag3AsS3 prustit adını almışdır (tərkibin sabitliyi qanunu kəşv etmiş fransız kimyaçısı Jozef Lui Prustun (1754-1826) şərəfinə Arsenin əksər törəmələri olduqca zəhərlidir, məsələn, çox pis iyli dimetilarsen (onun radikalını (CH3)2As – İsveç kimyaçısı Yens Yakov Berselius (1779-1848) kakodil adlandırmışdır (yunanca kakodes – “iylənən, pis iyli, mənfur”). Kakodilin oksidi (CH3)2As-O-As(CH3)2 daha çox məlumdur.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Essen
Essen (alm. Essen‎ [ˈɛsən]) — Almaniyanın qərbinə, Şimali Reyn-Vestfaliya federal torpağında torpaq tabeli şəhər. Əhalisi 579,8 min nəfər (2009); 2000-ci ildə 599,5 min. Ölkənin ən böyük 6-cı şəhəridir. XX əsrlərdə Almaniyanın ən önəmli dəmir və daş kömür mərkəzi idi.
Assit
Assitin — böyük həcmli rezeksiyalarda və sirrotik xəstələrin əksəriyyətində rast gəlməsinə baxmayaraq onun klinik büruzə verən forması 25%—35% xəstədə müşahidə edilir.
Aksept evi
Aksept krediti
Anseni (rayon)
Anseni (fr. Ancenis) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luara-Atlantik. Suprefektura — Anseni. Rayonun əhalisi 2006-cı ildə 55.212 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 70 nəfər / km² . Rayon ərazisi — 791 km².
Arseni Yasenyuk
Arseni Petroviç Yasenyuk (ukr. Арсеній Петрович Яценюк; 22 may 1974[…], Çernovtsı) — Ukrayna siyasətçisi və dövlət xadimi. Ukrayna hökumətində iqtisadiyyat naziri (2005–2006) və xarici işlər naziri (2007) vəzifələrini tutub. 2007–2008 illərdə Ukrayna Ali Radasının sədri olub.
Arseni Yatsenyuk
Arseni Petroviç Yasenyuk (ukr. Арсеній Петрович Яценюк; 22 may 1974[…], Çernovtsı) — Ukrayna siyasətçisi və dövlət xadimi. Ukrayna hökumətində iqtisadiyyat naziri (2005–2006) və xarici işlər naziri (2007) vəzifələrini tutub. 2007–2008 illərdə Ukrayna Ali Radasının sədri olub.
Asbest (dəqiqləşdirmə)
Asbest — şəhər
Asbest (şəhər)
Asbest — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir. == Etimologiya == Şəhər adını burada inkişaf etmiş asbest sənayesinə görə alıb. == Tarixi == 1889-cu ildə Kudelka (rus. Куделька) adı ilə qurulub. 1933-cü ildə şəhər statusu və indiki adını alıb.
Aspekt (coğrafiya)
Aspekt (yun. Aspectus- görünüş) — vegetasiya dövrü ərzində bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişilir. Bu, çəmənlərdə, bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. Aspekt müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir. Aspekt adətən, bitkilərdə üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə edilir. Məsələn, cilin quru yarpaqlarının qonur aspekti, xoruzgülünün qızılı-sarı aspekti və s. == Aspektləşdirmə == Aspektləşdirmə ilin mövsüm tskillərinin (erkən yaz, yaz, yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir edilməsidir.
Aspelt qəsri
Aspelt Castle (fr. Château d'Aspelt) ― Lüksemburqun cənubundakı Aspelt məntəqəsində yerləşən və 1590-cı ildə Barokko üslubunda inşa edilmiş bir yaşayış yeri. == Tarixi == Qalaya aid ilk yazılı mənbə 1132-ci ilə aid Theoderich von Wied-in Echternach salnaməsində tapıla bilər.
Bos asseel
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Co Dassen
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Culian Assanj
Culian Pol Assanj (ing. Julian Paul Assange; 3 iyul 1971[…], Taunsvil[d], Kvinslend) — Avstraliya internet jurnalisti, Vikiliksin təsisçisi. Böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və cəsus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşmışdır. == Həyatı == Culian Assanj 1971-ci ildə Avstraliyanın Kvinslend ştatında yerləşən Taunsvill şəhərində anadan olub. 2006-cı ildə Vikiliks saytını yaratmışdır. Assanj doqquz nəfərdən ibarət idarə heyəti üzvlərindən olub ayrıca mətbuat sözcüsüdür. Qəzetlər onu Vikiliksin "meneceri" və ya "qurucusu" olaraq tanısa da, Assanj, özünü qurucu olaraq görmədiyini, yalnız redaktor olduğunu bildirmişdir. Sayta yüklənəcək sənədlərdə ən son söz və təsdiq Assanj tərəfindən verilir. Digər bütün sayt işçiləri kimi, Assanj da sayt üçün ödənişsiz və könüllü olaraq işləyir. 30 noyabr 2010-cu ildə İsveçdə 2 qadına qarşı təcavüz iddiası ilə Assanjın həbsinə qərar verdi.
Pşent
Pşent (düzgün pa-sxemit q.misir sḫm.tỉ "iki güclü" q.yun. ψχεντ "psxent") Qədim Misir fironlarına məxsus iki tacın : Aşağı Misir hökmdarlarına məxsus qırmızı "deşret"in və Yuxarı Misir hökmdarlarına məxsus ağ "hecet" ilə birləşməsindən yaranmışdır.
Aşxen
Aşxen (erm. Աշխէն; bilinmir, Alaniya – bilinmir?) — Ermənistan Kraliçası və Ermənistan Kralı III Trdatla olan evliliyi sayəsində Arşakuni sülaləsinin üzvü. == Ailə və mənşəyi == Aşxen sarmat mənşəli bir monarx idi. O, adı açıqlanmayan qadın tərəfindən Aşxadar kimi tanınan alanların kralı Aşxadarın qızı idi və bilinən övladıdır. Aşxen 260-280-ci illər arasında naməlum bir tarixdə anadan olub və Alan Krallığında böyüyüb. III Trdat ilə evlənməzdən öncə onun erkən həyatı haqqında çox az şey məlumdur. Aşxen adı qadın erməni adıdır. Adı "qara" və ya "mavi-qara" mənasını verən "axsen" "boz" və ya "zend axsaena" sözündən gəlir. Bu ad həmçinin "xset" və ya "zend xsaeta" "odlu qırmızı" sözündən də gələ bilər. Aşxen Aşxadar adından yarana bilər.