Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Assizi
Assizi (it. Assisi) — İtaliya Respublikasında Umbriya bölgəsində respublika tabeli şəhər. == Əhalisi == Assisinin əhalisi 27.889 nəfərdir.
Assiri dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.
Apsida
Apsis (yunanca “qövs”, “yay” mənasını verir) — əsasən xristianlığın dini ziyarətgahları olan kilsələrin mehrab otağını əhatə edən yarımdairəvi və ya çoxbucaqlı, nadir hallarda düzbucaqlı bir bina elementidir. Apsislər qədim bazilikalarda memarlıq elementləri kimi geniş istifadə edilmişdir. Apsislər binanın fasadında xaricdən bükülmüş bir quruluşda ola bilərlər və ya düzbucaqlı planlı divarlarda və ya binanın içərisində sarılmış vəziyyətdə ola bilər. Apsisin damı daha çox yarı günbəz şəklindədir, lakin düz damlı apsislərin olması da mümkündür. Əsasən kilsələrin yan neflərdən, yan şapellərindən və ya apsislərindən açılan kiçik apsislərə memarlıqda apsidiol deyilir. == Tarixi və formaları == Apsislər, Yunan və Qədim Roma memarlığında dini və mülki memarlıqda yayılmış bir elementdir. Divar nişləri binanın bir hissəsini qədim memarlıqda vurğulamaq üçün istifadə edilmişdir. Nişlər bəzək məqsədləri üçün və ya heykəlləri, abidələri ucaltmaq üçün istifadə edilmişdir. Roma imperiyası dövründə tikilmiş bazilikalarda apsisin sonunda çox vaxt bir imperator heykəli olurdu. Bu səbəbdən apsislər qədim dövr memarlığında nişlərin davamı kimi qəbul edilə bilər.
Vassili
Vassili - Yunanıstanda neolit dövrünə aid kənd. Fessaliyada çox qədim tarixi olan Vassili kəndini Yunan arxeoloqları 2009-cu ildə tapıblar. Yunanıstan Mədəniyyət Nazirliyinə istinadən verilən məlumata görə, kəndin tarixi bizim eradan əvvəl V minilliyə gedib çıxır. Arxeoloqlar taxtadan hazırlanan tikililər, çiy kərpiclər, keramik vazalar, sobalar, eləcə də daş alətlər tapıblar. Onların hamısı qədim neolit dövrünə aiddir. Vassili kəndi yaxınlığındakı qədim yaşayış məskəni təsadüfən tapılıb – qaz kəmərinin çəkilişi üçün qazıntı işləri aparılarkən. Arxeoloqlar müəyyən ediblər ki, Yunanıstanın mərkəzi hissəsində yerləşən və məhsuldar düzənliklərə malik olan Fessaliya qədim əkinçiləri özünə cəlb edirmiş: arxeoloqlar 19-cu əsrin ortalarından başlayaraq bu ərazidə dəfələrlə neolit dövrünə aid yaşayış məskənləri tapıblar. Güman edildiyinə görə, kənd yanğın nəticəsində məhv olub və sağ qalan əhali ərazini tərk edib. Yanğın nəticəsində torpaq evlər bişərək möhkəmlənib və bu da onların bizim dövrə qədər gəlib çatmasına səbəb olmuşdur. Tikililərin divarları torpaqla örtülən budaqlardan hazırlanırmış və dirəklərə söykənirmiş.
Assitin
Assitin — böyük həcmli rezeksiyalarda və sirrotik xəstələrin əksəriyyətində rast gəlməsinə baxmayaraq onun klinik büruzə verən forması 25%—35% xəstədə müşahidə edilir.
Assit
Assitin — böyük həcmli rezeksiyalarda və sirrotik xəstələrin əksəriyyətində rast gəlməsinə baxmayaraq onun klinik büruzə verən forması 25%—35% xəstədə müşahidə edilir.
Ansidei Madonna
Madonna Ansidey (it. Pala Ansidei) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1507-cı illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Ansidey" əsəri hal-hazırda Böyük Britaniyada, London şəhərindəki Milli sərgi salonunda saxlanılır.
Assizli Fransisk
Assizli Fransisko – məşhur katolik din xadimi və Fransiskan Ordeninin banisidir. === Gəncliyi === Fransisko 1182-ci ildə İtaliyanın Assiz şəhərində dünyaya gəlmişdir. O, zəngin ailənin yeganə övladı olmuşdur. Mənbələrdə atasının parça ticarəti ilə məşğul olduğu bildirilir. Gəncliyində Fransisko tüfeyli, əyyaş, bivec həyat tərzi sürən və özü kimi gənclərin arasında yaşamışdır. Fransiskonun tezliklə ruhunu dərin düşüncələr bürüdüyündən, o, həyatın fani və puç olduğunu anlamağa başlamışdır. Dilənçilərə çox mərhəmətli davranmış və bunu mükəmməl dini imana sahib olmaq üçün bir vasitə kimi qəbul etmişdir. Fransisko kasıb həyatı xristian idealının təzahürü sayırmış. O, cüzamlı xəstələrə qarşı da böyük diqqət və qayğı ilə yanaşmışdır. Həmin dövrdə bu xəstələr Avropa əhalisi arasında qorxu və nifrət hissi oyadırdılar.
Assizli Fransisko

Bor oksidi
Bor oksidi–B2O3 – bor turşusunun anhidridi , rəngsiz , şüşəvari və ya kristallik, acı dada malik dielektrikdir. Şüşəvari təbəqəli quruluşa malikdir. ( təbəqələr arasındakı məsafə 0,185 nm).B2O3 kristallik maddədir , 450ºC-də əriyir, 2250ºC-də qaynayır, ərintini soyutduqda şüşəyəbənzər faza əmələ gəlir. Şüşə halında B2O3 polimerdir, quruluşunda mərkəzdə B və təpələrdə O atomları olan üçbucaq fraqmentlər yerləşir. == Xassələri == B2O3 hiqroskopikdir.Su ilə əvvəlcə ümumi formulu (HBO2)n olan müxtəlif metaborat turşuları əmələ gəlir.Sonrakı sulaşma orta borat turşusunun H3BO3 əmələ gəlməsinə səbəb olur. Ərimiş B2O3 bir çox elementlərin oksidlərini yaxşı həll edir.Metal oksidləri ilə borat duzları əmələ gətirir. B2O3 turşu anhidrididir, çox zəif amfoterlik əlamətləri var. Bor oksidinin 1000°C yüksək temperaturda elementar borla qızdırdıqda, buxarda termiki davamlı O=B-B=O xətti molekulu mövcuddur. Buxarın 300°C-dən aşağı temperatura sürətli soyutsaq müəyyən ərimə temperatur nöqtəsinə malik olmayan (B2O2)n ağ bərk polimeri əldə etmək olar.60 min atmosfer təzyiq altında və 1500°C temperaturda bor oksidi elementar borla aşağıdakı reaksiya ilə qarşılıqlı təsirə girir.Bu bor oksidi qrafit kimi təbəqəli quruluşa malikdir. == Alınması == Ən təmiz bor borhidroksidin pirolizi ilə alınır.
Covanni Kassini
Covanni Domeniko Kassini (8 iyun 1625[…] – 14 sentyabr 1712[…], Paris, Fransa krallığı) — Fransız astronom. Yerin orbitini təyin etməyə cəhd edərkən nəzərdən keçirdiyi 4 tərtibli müstəvi əyrisi (Kassini ovalı) onun adı ilə adlandırılıb. == Fəaliyyəti == XVII əsrdə astronom Covanni Kassini 3 qonşu Fibonaççi ədədini əlaqələndirən düsturu isbat edib. Yerdən Günəşə qədər olan dəqiq məsafəni (149 597 870 700 metr) ilk dəfə 1672-ci ildə məşhur astronom Covanni Kassini ölçmüşdü. O, Yerdən Günəşə olan məsafənin 140 milyon kilometr olduğunu bildirmişdir.
Dağ massivi
Dağ massivi və ya massiv — Geoloji quruluş cəhətdən bir cür olan yastı dağ təpələrindən ibarət sahə, Tyan şan massivi, Monblan massivi.
Kassini aralığı
Kassini aralığı — Saturn planetini xarici halqaları arasındakı aralıq. Onun eni təxminən 5000 km-dir. İtalyan və fransız astronomu Jan-Dominik Kassini ( it. Gian Domenic Cassini, fr. Jean-Dominique Cassini; 1625—1712) tərəfindən 1675-ci ildə kəşf edilmişdir. == Kassini aralığı incəsənətdə == Stanislav Lemin "Araşdırma" adlı hekayəsində Kassini aralığına tədqiqat məqsədli zondların buraxılması insanlarla robotların birgə ekspedisiyasının əsas məqsədidir. Robotlardan biri qəza törədir və göyərtədəki insanları məhv etmək üçün gəmini Kassini aralığına yönəldir.
Laçın massivi
Laçın massivi və ya Laçınkənd — Bakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi. == Tarixi == 1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir. Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır. == Coğrafiyası == Yaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir. == Təhsil == Laçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).
Vinson massivi
Vinson massivi — Antarktidanın ən hündür dağıdır. Cənub qütbündən 1200 aralıda yerləşir. Öz növbəsində Elsuort dağlarının tərkib hissəsini təşkil edir. Massivin uzunluğu 21 km, eni isə 13 km təşkil edir. Massivin mövcudluğu haqqında ilk məlumat 1957-ci ilə aiddir. Massiv təyyarədən aşkarlanmışdır. Massiv amerikalı siyasətçi Karl Vinsonun şərəfinə adlandırılmışdır. Ən hündür zirvəsi Vinson pikidir. Dağın hündürlüyü 4892 metr təşkil edir.
Vulkan massivi
Vulkan massivi (rus. массив вулканический, ing. pile, volcanic cruster, volcanic massif) — bir neçə kiçik vulkanın bir- birinə çox yaxın yerləşməsi zamanı əmələ gəlir.
Liz Assia
Liz Assia (fr. Lys Assia, əsl adı Roza - Mina Şerer, alm. Rosa Mina Schärer‎; 3 mart 1924 – 24 mart 2018) — İsveçrə müğənnisi, Avroviziya mahnı yarışmasının 1956-cı ildə keçirilmiş ilk yarımasının qalibi. == Həyatı == Liz Assia 3 mart 1926-cı ildə doğulub. Liz Assia "Refrain" mahnısı ilə 1956-cı ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. O, 2012-ci ildə də Avroviziya yarışmasında təmsil olunmaq üçün İsveçrə Milli Seçimlərinə qatılmışdı.
Qulamhüseyn Saidi
Qulamhüseyn Əliəsgər oğlu Saidi (4 yanvar 1936, Təbriz – 23 noyabr 1985, Paris) — Azərbaycanlı yazıçı. == Həyatı == Qulamhüseyn Əliəsgər oğlu Səidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa maraq göstərən Q.Səidi 1951-ci ildə həbs olunmuşdur. Lakin fəaliyyətində qanunazidd bir şey olmadığı üçün azad edilmişdir. O, iyirmi yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. Tələbə ikən inqilab əhval-ruhiyyəli müəlliflərdən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və başqaları ilə dostluq etmişdir. 1961-ci ildə ali təhsilini başa vuraraq psixoloq ixtisasına yiyələnmişdir. Tehranda hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç hekayə yazmışdır. Əsgəri xidmətini başa vurduqdan sonra Tehran şəhərində qalmış, “Dilguşə” adlı tibb mərkəzi açmışdır. Həmin səhiyyə ocağı tədricən Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilmişdir.
Yarışçı Spidi
Yarışçı Spidi Mach GoGoGo (マッハGoGoGo, Mahha QoQoQo) — avtoidman mövzusunda olan anime franşiza. Azərbaycanda Mədəniyyət TV kanalında yayımlanıb. == Məzmun == Spidinin atası keçmişdə guləş uzrə çempion olub və "Mach 5" adlı xüsusi bir avtomobil quraşdırıb. Bu avtomobilin koməyi ilə Spidi cinayətkarlarla və rəqibləri ilə mübarizə aparır. == Xarici kecidlər == Mach GoGoGo Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Tokyo MX-da (Yapon dilində) web.archive.org/web/20110526005221/http://www.speedracer.com/ — Yarışçı Spidinin rəsmi saytı arxivləşdirilib Rəsmi rəqəmsal manqanın saytı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mach Go Go Go — Internet Movie Database saytında.
Zemfira Səidi
Səidi Zemfira Yaqub qızı 1983-cü ildə Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbi bitirdikdən sonra, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram kino və teatr aktyoru" fakültəsinə daxil olmuşdur. Elə həmin ildən Bakı Bələdiyyə Teatrında aktrisa vəzifəsində işə başlamışdır. Teatrın repertuarında olan bir çox tamaşalarda uğurlu çıxışları ilə yanaşı, filmlərdə və dublyaj studiyalarında da çalışır.
Feqeraş (dağ massivi)
Feqeraş (rum. Munţii Făgăraşului) — Cənubi Karpat dağlarından keçən dağ massivi. Massif Rumıniyanın ən mərkəzində yerləşir, ölkənin ən yüksək zirvələridə buradadır — Moldovanu (2544 m), Him (2535 m), Vistia Mare (2527 m) və Lespezi (2522 m). Feqaraş Olta vadisi ilə Dymbovitsa çayının baş çayları arasında təxminən 60 km uzanır. Geoloji baxımdan massiv kristal süxurlardan ibarətdir. Yamaclar təxminən 1700 m hündürlüyə qədər fıstıq, palıd və iynəyarpaqlı meşələrlə örtülüdür \. 2000 m-dən yuxarıda bir neçə nisbətən böyük buzlaq gölü var. Valaxiya və Transilvaniyanı birləşdirən Transfeqeraş şossesi massivdən keçir..
Fosfor oksidi (V)
4P + 5O2 ---2P2O5 Fosfor (V) oksidkimyəvi xassələrinə görə digər turşu oksidlərinə oxşayır. Temperaturdan və götürülən suyun miqdarından asılı olaraq müxtəlif turşular alınır. P2O5 + H2O ---0*C 2HPO3 P2O5 + 2H2O---20*C H4P2O7 P2O5+ 3H2O---100*C 2H3PO4 P2O5 suuducu xassəyə malikdir. Məsələn,o nitrat tuşusunu N2O5-ə,perxlorat turşusunu isə Cl2O7-Yə çevirir.
Kremni oksidi(IV)
SiO2 adi şəraitdə bərk halda olan, suda həll olmayan maddədir. Adi şəraitdə atom kristal qəfəsi əmələ gətirir və formulu (SiO2)n kimidir.
Sen-Qotard massivi
Sen-Qotard massivi — İsveçrədə dağ silsiləsi, Alp dağlarının bir hissəsi. Are çayının mənbəyidir. Mərkəzi Alp dağlarında kristal kütləsidir. Arhornda 4,275 metrə qədər yüksəlir. == Zirvələr == Vadilərlə bir qədər girintili olan Sen-Qotard massivinin hündür zirvələri var. Bunlara Yunqfrau (4,166 m), Mönx (4,105 m), Fişerhorn (4,049 m), Alexhorn (4,182 m) və nəhayət ən yüksək zirvə olan Finsterarborn (4,275 m) aiddir. == Geologiya == Alp dağlarının bu hissəsi çox yüksəkdir və eroziya nəticəsində kənarları tamamilə yuyulmuşdur, nəticədə çox güclü kristal-metamorfik (xüsusilə qneys) təməl əmələ gəlmişdir. Sen-Qotard massivi kütləvi suların dağılma mərkəzi rolunu oynayır. Burada hündür vadilər çox girintili deyil, dar vadilər və geniş hövzələr bir-birini əvəz edir. Bu vadilər hərəkət etmək üçün əlverişli olmayan kiçik bölgələri təşkil edir.
Yasamal (yaşayış massivi)
Yasamal — Bakının Yasamal rayonu ərazisində yaşayış massivi. == Tarixi == Yasamal termini elmi ədəbiyyatda "dağ döşündə yerləşən, çox geniş olmayan, az meyilli düz sahə" kimi izah edilir. Açıqlıq, meşəsiz sahələrə, dağ belinə də yasamal deyilir. Oronimin yastı və yal sözlərindən ibarət olduğu güman edilir. "Yasamalbaşı", "Yasamal ətəyi" və s. terminləri Şamaxı, Ağsu, Göyçay, Gədəbəy, Şəmkir, Qəbələ rayonlarında işlənir. Əsasən 1959-cu ildən Xızı rayonunun kəndlərindən köçənlər Bakının Yasamal deyilən yerində yaşayış mənzilləri tikməyə başlamışlar. == Coğrafiyası == Bakı şəhərinin qərb hissəsində yerləşir. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır.
ASCII
1963-cü ildə mətn tipli informasiyanın kodlaşdırılması üçün ASCII standartı American Standard Code for Information Interchange qəbul edilmişdir. Bu standartdan 128 müxtəlif simvolun – ingilis əlifbasının baş və kiçik hərflərinin, 0-dan 9-a qədər rəqəmlərin, durğu işarələrinin və xüsusi idarəedici simvolların təsviri zamanı istifadə edilir. == ASCİİ çap oluna bilən simvollar == == Mənbə == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Raşidi Xilafət
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – “Doğru idarə edilən” və yaxud “Rəşid xəlifələr” dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. == Mənşəyi632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" - “Allahın Rəsulu”nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı.Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı. Onlar İslamı ilk qəbul edənlər idi və cənnətin açıqca vəd edildiyi 10 nəfər arasında idilər, birlik və dəstəkləri ilə Məhəmməd peyğəmbərin ən yaxın əshabələri olaraq onun tərəfindən yüksək qiymətləndirilirdilər və yaranmaqda olan Müsəlman cəmiyyəti daxilində onlara rəhbərlik rolu həvalə edilmişdi. ==
Raşidi xilafəti

Rəbbi Rəşidi
Rəbbi Rəşidi — Təbrizdə yerləşən tarixi bina. Bina qədim zamanlar universitet idi.
Rəşidi xilafəti

Süleyman Rəşidi
Süleyman Rəşidi (Süleyman Həsən oğlu Əliyev; 25 may 1927 – 21 fevral 2003) — Azərbaycan dramaturqu. == Həyatı == Süleyman Rəşidi 1927-ci ildə mayın 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Uşaqlıq illəri doğma Naxçıvan şəhərində keçmişdir. Təhsilini davam etdirmək ücün 1951-ci ildə Bakı şəhərinə köçmüş və həmin ildə orada Azərbaycan Politexnik İnstitununa daxil olmuşdur. 1956-cı ildə institutu bitirərək mühəndis ixtisası üzrə uzun illər çalışmışdır. == Yaradıcılığı == Süleyman Rəşidinin yaradıcılığı ömrünün uzun illərini əhatə edir. Öz yazıçılıq fəaliyyətini mühəndis sənətinə paralel qoyaraq, uzun illər bu iki bir-birindən fərqli peşələri uğurla davam etdirmişdir. Buna görə Süleyman Rəşidi sənət dairələrində mühəndis-dramaturq kimi tanınıb. Süleyman Rəşidi yaradıcılığına demək olar ki, gənc yaşlarından başlamışdır. Üç qardaşı və bir bacısı olan gəncin uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib.
Asılı dərə
Asılı gətirmələr
Asılı hissəciklər
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir. Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozollar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs. sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər.