Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asteriya (mifologiya)
Asteriya (yun. Ἀστερία – ulduzlu) yunan mifologiyasında titan ulduz ilahəsi, titan Koy və Febanın qızı, Persin arvadı və Heketanın anası. Bir dəfə tanrı Zevs Asteriyaya vurularaq onun könlünü qartal cildində almağa calışmışdır, canını qurtarmaq üçün Asteriya cəld bildirçin cildinə girərək özünü dənizə atır. Onun adına Asteriya (sonralar şəhər Delos adlandırılmışdır) şəhəri adlandırılmışdır. Higinə görə guya ondan imtina etdiyi üçün Zevs onu bildirçinə çevirərək dənizə atmışdır. Nəticədə bildirçin adası – Ortigiya meydana gəlmişdir. Digər bir rəvazətə görə Zevs ona yiyələnmiş və Asteriya ondan Heketanı dönyaya gətirmiş, sonra Zevs onu Persə ərə vermişdir. Bir rəvayətdə isə onun Poseydon tərəfindən təqib edildiyi göstərilir. Başqa bir rəvazətə görə Asteriyanı göydən düşmüş bir ulduza bənzədirlər. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Alqeniya
Alqeniya (isp. Algueña) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 18,43 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1530 nəfərə çatmışdır.
Armeniya
Armeniya (Kolumbiya) — Kolumbiyada yerləşən şəhər.
Arteriya
Arteriyalar lat. arteriae (aer – hava, tereo – saxlayıram) — venalardan fərqli olaraq qanı ürəkdən aparan damarlar. Arteriyalar elastik olduqları üçün kəsildikləri zaman ağızları açıq qalır və artıq dərəcədə qanaxma əmələ gəlir. Meyitdə çox vaxt bunlar boş olur, çünki, insan öləndə ürəyin axırıncı sistolasından sonra arteriyalar elastik olduqları üçün yığılır və özlərində olan qanı kapillyarlara vururlar. Buna əsaslanaraq keçmişdə arteriyaları boş gördükləri üçün hava borusu deyə adlandırmışlar. Arteriyalar üç qişadan təşkil olunmuşdur: daxili qişa və ya intima qişası – lat. tunica intima; orta qişa (əzələ qişası) – lat. tunica media; xarici qişa – lat. tunica externa (tunica adventitia -BNA). == İntima qişası == İntima qişası nazik birləşdirici elasiki toxumadan (lat.
Asterina
Asterina (lat. Asterina) — asterinidae fəsiləsinə aid heyvan cinsi.
Asturiya
Asturiya – İspaniyaya bağlı avtonom bir bölgədir. Ölkənin şimalında yerləşir. Sahəsi 10,604 kvadrat kilometr, əhalisi 1,077,000 nəfərdir.
Estoniya
Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Estlandiya (ائستلان‌دییا) adlandırılmışdır. Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür.
Miasteniya
Miasteniya və ya Miasteniya qravis (lat. myasthenia gravis; yun. μῦς - əzələ və yun. ἀσθένεια - süst, zəiflik) autoimmun mənşəli, sinir-əzələ keçiriciliyinin pozunluğu nəticəsində eninəzolaqlı əzələlərin süstlüyü ilə xarakterizə olunan xəstəlikdir. == Simptomlar == Xəstəliyin əsas əlaməti yorulmaqla artan və dincəlməklə ən azından qismən düzələn əzələ gücsüzlüyüdür.Xəstələr səhərlər düzədiyini əlamətlərin axşama doğru ya da yorulanda artıdığını qeyd edirlər. Xəstəlik çox zaman okular əlamətlər, xüsusən də ptozla başlıyır.Bunu adətən iki görmə-Diplopiya müşahidə edir.Müəyyən müddət sonra əzələ zəifliyi bulbar və ətraf əzələlərə yayılır. Bulbar əlamətlər danışma, udma, çeynəmədə çətinlik, xəstəliyin ən ağır halında da tənəffüsün çətinləşməsidir. Ətraf əzələlərində əlamətlər pilləkən çıxarkən yorulma, qollarını yuxarı qaldırmada çətinlik ya da bir iki əl barmağını bir müddət qaldıramama şəklində özünü göstərir. Xastalik göz əzələlərindən başlaya bildiyi kimi bulbar əzələlərdən də başlaya bilir. Ətraf əzələlərinə aid əlamətlərlə başlaması daha nadirdir ve daha çox gənclərdə müşahidə olunur.
Antoniya
Antoniya — ad. Antoniya Moraiti — Yunanıstanı təmsil edən su poloçusu. Antoniya Brentano Antoniya Misura Antoniya Tomas — Böyük Britaniya aktrisası. Antoniya Misura — Xorvatiyanın peşəkar basketbolçusu.
Antoniya Brentano
Antoniya (Toni) Brentano (alm. Antonie Brentano‎, uşaqlıq adı: İohanna Antoniya Yozef fon Birkenştok), (alm. Johanna Antonie Josefa von Birkenstock‎; 1780—1869) — avstriya incəsənət kolleksiyaçısı, mesenat və Lüdviq van Bethovenin yaxın dostu. == Bioqrafiyası == 28 May 1780-ci ildə Vyanada anadan olmuşdur. Atası avstriya diplomatı və sənət kolleksiyaçısı Johann Melchior von Birkenstock, anası isə Carolina Josefa von Hay (1755-1788) idi. Antoniya ilə yanaşı ailədə daha üç qardaş vardı: Hugo Conrad Gottfried (1778-1825), Konstantin Viktor (1782-ci ildə anadan olub və öldü) və Johann Eduard Valentine (1784-cü ildə anadan olub vəfat etdib). Atası Entoni üçün layiqli ər axtarırdı və tacir Frans Brentano buna namizəd idi - Clemens Brentano və Bettina von Arniminin qardaşı. 1796-cı ilin sonlarında və ya 1797-ci ilin əvvəllərindəonlar görüşdülər. Uzun danışıqlardan sonra gənclər 23 iyul 1798-ci ildə Vyanadakı Müqəddəs Stefan kilsəsində evləndilər. Bir həftə sonra onlar Frankfurt şəhərinə yola düşdülər.
Antoniya Misura
Antoniya Misura (xorv. Antonija Mišura; 19 may 1988-ci il təvəllüdlü) — Xorvatiyanın peşəkar basketbolçusu. O, Xorvatiya qadınlar basketbol liqasında ŽKK Jolly JBS üçün və Xorvatiya qadınlar milli basketbol komandası üçün oynayır.
Antoniya Moraiti
Antoniya Moraiti (d. 2 may 1977) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antoniya Moraiti, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Armeniya (Kolumbiya)
Armeniya — Kolumbiyada yerləşən şəhər, Kindio departamentinin inzibati mərkəzidir. 1999-cu il 25 yanvarda şəhərin əhəmiyyətli bir hissəsi 6,2 bal gücündə bir zəlzələ ilə məhv oldu. 1230 insan məhv oldu, 200 000 ailə isə evsiz qaldı.
Askaniya-Nova
Askaniya-Nova — Cənubi Ukraynanın Xerson vilayətində Çaplı (indi Çaplinsk) rayonunda qəsəbə, ovalıqlar, çöllər Böyük Çaplı adlanırdı. XVIII əsrin 70-ci illərində Rusiyanın idarəsinə keçdikdən sonra da hələ öz əski türk adıyla yaşamaqda idi. Istilanın ilk illərində bu ərazidə Böyük Çaplı rus hərbi keşikçi postu qurulmuşdu. 1828-ci ildə isə bu münbit torpaqlarda Hersoq Anhaldt Hettenskinin alman koloniyasının əsası qoyuldu. Alman Qraflıqları ilə qohumluq əlaqəsi saxlayan çar ailəsi Romanovların dəvət etdikləri və böyük səxavətlə verimli torpaqları bağışladıqları kolonistlər bu yeni əldə etdikləri mülklərə öz əski dədə-baba yerlərinin adlarını qoyurdular. Elə bu yerlərin yeni sahibi də öz ata-baba yurdu Askaniya Hersoqluğunun xatirəsinə 1832-ci ildə böyük Çaplını Askaniya Nova adlandırdı. İndiki Askaniya Nova Dövlət Qoruğu əvvəl Böyük Çaplı bazılarının (təpələrinin) ətəklərində yerləşdiyindən əvvəllər Çaplı adlansa da, sonralar Askaniya Nova kimi rəsmiləşir. Bu çöllərdə eyniadlı Askaniya Nova adlı qoyun cinsi yetişdirilir. Rusların gəlişinə qədər bu yerlərin sakinləri tatarlar (noqay türkləri) idilər. Bu torpaqlar məhz istila olunduqdan sonra ruslar, ukraynalılar burada Qara dəniz boyunca yerləşdirilmişdir.
Asterina gibbosa
Asterina gibbosa (lat. Asterina gibbosa) — asterina cinsinə aid heyvan növü.
Asterina phylactica
Asterina phylactica (lat. Asterina phylactica) — asterina cinsinə aid heyvan növü.
Asturiya dili
Asturiya dili — İspaniyada Asturiya, Kastiliya və Leon muxtar bölgələrində və Portuqaliyanın Miranda do Douro bələdiyyəsində danışılan, Asturiya-Leon alt qrupuna aid olan bir Latın dilidir. Bundan başqa bu dilin iki əhəmiyyətli ləhcəsi vardır. Bunlar Estremadura muxtar bölgəsində danışılan Estremadura və Kantabriya muxtar bölgəsində danışılan Kantabriya digər adı ilə Montanyes ləhcələridir. Bu dillərdən yalnız Mirand dili rəsmi olaraq tanınmışdır.
Asturiya vilayəti
Asturiya – İspaniyaya bağlı avtonom bir bölgədir. Ölkənin şimalında yerləşir. Sahəsi 10,604 kvadrat kilometr, əhalisi 1,077,000 nəfərdir.
Dizaltı arteriya
Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — lat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — lat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir. == Şaxələri == === Uc şaxələri === Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür: Ön qamış arteriyas — lat. a.
Estoniya Prezidenti
Estoniya prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyini qazanan Estoniyanın, dövlət başçılarının siyahısı. Estoniya Prezidenti, Estoniya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Estoniya Prezidenti vəzifəyə, Estoniya Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2021-cı ilin ilin 11 oktyabr tarixindən vəzifəni, Alar Karis icra edir.
Estoniya Respublikası
Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Estlandiya (ائستلان‌دییا) adlandırılmışdır. Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür.
Estoniya SSR
Estoniya SSR (est. Eesti Nõukogude Sotsialistlik Vabariik) — Estoniya Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri.
Estoniya Televiziyası
Eesti Televisioon (azərb. Estoniya Televiziyası‎) — 19 iyul 1955-ci il tarixində fəaliyyətə başlayan, Estoniyanın ilk milli və ictimai televiziyasıdır. Avropa Yayım İttifaqının üzvüdür.
Estoniya adaları
Estoniya adaları — ölkə ərazisinin bir hissəsini təşkil edən torpaq parçası. Estoniya ərazisində 2222 ada vardır. 318 adanın sahəsi 1 hektardan çoxdur. Onların ümumi sahəsi - 4,2 min km², yaxud ölkə ərazisinin təxminən 9 % (45,227 min km²). Baltik dənizində 500-dən çox ada Estoniyaya məxsusdur. Ölkənin ən böyük adaları: Saaremaa, Hiyumaa, Muhu, Vormsi. Adı çəkilən adalar həm də Moonzund arxipelaqına daxildirlər. Estoniyanın və Moonzund arxipelaqının ən böyük adası Saaremaadır. Adanın sahəsi 2673 km², əhalisi 30 min nəfər təşkil edir. Estoniyanın adalarında ümümi əhalinin 3% yaşayır.
Estoniya atı
Estoniya atı — kiçik atların Eston cinsidir. O, güclü və xəstəliklərə davamlıdır. Estoniyada üç tanınmış at cinslərindən biridir XI əsrdə, salnaməçi Adam Bremenski estonları zəngin qızılla və yaxşı atla təsəvvür edirdi. Estoniyalı yerli cins atların geniş başı, qısa boynu, geniş və dərin döşləri, geniş kürəyi, quru əzaları, güclü dırnaqları vardır. Estoniya atı Estoniyanın Baltika dәnizi adalarında vә sahillәrindә yetişdirilir. Estoniyalı yerli cins atların geniş başı, qısa boynu, geniş və dərin döşləri, geniş kürəyi, quru əzaları, güclü dırnaqları vardır. Ayğırların cidov hündürlüyü 146 sm, döş qucumu 180,5 sm, kütlәsi 486 kq, madyanlarınkı 144,3 sm, döş qucumu 180 sm, kütlәsi 460 kiloqramdır. Adalardakı atlar materikdә yetişdirilәnlәrdәn kiçikdir. Rәnglәri kürәn, kәhәr, qara vә boz olur. Yemә tәlәbkar deyildir, yerli şәraitә yaxşı uyğunla bilir vә güclüdür.