ARTÉRİYA

[ yun. ] anat. Qanı ürəkdən bədənin müxtəlif üzvlərinə aparan damar. Arteriya sistemi.
ARTERİOSKLERÓZ
ARTEZİÁN
OBASTAN VİKİ
Arteriya
Arteriyalar lat. arteriae (aer – hava, tereo – saxlayıram) — venalardan fərqli olaraq qanı ürəkdən aparan damarlar. Arteriyalar elastik olduqları üçün kəsildikləri zaman ağızları açıq qalır və artıq dərəcədə qanaxma əmələ gəlir. Meyitdə çox vaxt bunlar boş olur, çünki, insan öləndə ürəyin axırıncı sistolasından sonra arteriyalar elastik olduqları üçün yığılır və özlərində olan qanı kapillyarlara vururlar. Buna əsaslanaraq keçmişdə arteriyaları boş gördükləri üçün hava borusu deyə adlandırmışlar. Arteriyalar üç qişadan təşkil olunmuşdur: daxili qişa və ya intima qişası – lat. tunica intima; orta qişa (əzələ qişası) – lat. tunica media; xarici qişa – lat. tunica externa (tunica adventitia -BNA). == İntima qişası == İntima qişası nazik birləşdirici elasiki toxumadan (lat.
Dizaltı arteriya
Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — lat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — lat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir. == Şaxələri == === Uc şaxələri === Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür: Ön qamış arteriyas — lat. a.
Körpücükaltı arteriya
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Aşağı epiqastrik arteriya
Aşağı epiqastrik arteriya — insan anatomiyasında xarici qalça arteriyasından yaranan arteriya. O, aşağı epiqastrik damar ilə müşayiət olunur. Aşağı tərəfdən bu 2 aşağı epiqastrik damar birlikdə yanal göbək qatı daxilində hərəkət edir (bu, Hesselbah üçbucağının yan sərhədini, birbaşa qasıq yırtıqlarının çıxdığı sahəni təmsil edir.) Daha sonra aşağı epiqastrik arteriya düz bağırsaq qabığının qövsvari xəttini keçərək düz qişaya daxil olur, sonra düz qişanın içərisində yuxarı epiqastrik arteriya ilə anastomoz edir. == Strukturu == === Mənşəyi === Aşağı epiqastrik arteriya qasıq bağından bir az yuxarı olan xarici qalça arteriyadan yaranır. === Əlaqələri === Aşağı epiqastrik arteriya subperitoneal toxumada irəli əyilir, sonra qarın qasıq halqasının medial kənarı boyunca əyri şəkildə yüksəlir. Yuxarı istiqamətini davam etdirərək, transversalis fasyasını deşərək yarımdairəvi xəttin qarşısından keçərək, düz qarın əzələsi ilə onun qişası arasında yüksəlir. Nəhayət, o, çoxsaylı budaqlara bölünür, göbəkdən yuxarı daxili süd vəzi arteriyasının yuxarı epiqastrik budağı və aşağı qabırğaarası arteriyalarla anastomozlaşır. Aşağı epiqastrik arteriya mənşəyindən əyri şəkildə yuxarıya doğru keçdikcə qarın qasıq halqasının aşağı və medial kənarları boyunca və toxum ciyəsinin başlanğıcının arxasında yerləşir. Aşağı epiqastrik arteriya kişilərdə spermatik kordondan və qadınlarda uşaqlığın yuvarlaq bağından çıxan vas deferens arteriyanın yan və arxa hissələrini əhatə edir. == Anastomozları == Üst epiqastrik arteriya ilə anastomoz edir.
Arteriyalar
Arteriyalar lat. arteriae (aer – hava, tereo – saxlayıram) — venalardan fərqli olaraq qanı ürəkdən aparan damarlar. Arteriyalar elastik olduqları üçün kəsildikləri zaman ağızları açıq qalır və artıq dərəcədə qanaxma əmələ gəlir. Meyitdə çox vaxt bunlar boş olur, çünki, insan öləndə ürəyin axırıncı sistolasından sonra arteriyalar elastik olduqları üçün yığılır və özlərində olan qanı kapillyarlara vururlar. Buna əsaslanaraq keçmişdə arteriyaları boş gördükləri üçün hava borusu deyə adlandırmışlar. Arteriyalar üç qişadan təşkil olunmuşdur: daxili qişa və ya intima qişası – lat. tunica intima; orta qişa (əzələ qişası) – lat. tunica media; xarici qişa – lat. tunica externa (tunica adventitia -BNA). == İntima qişası == İntima qişası nazik birləşdirici elasiki toxumadan (lat.
Ağciyər arteriyası
Ağciyər kötüyü (lat. Truncus pulmonalis , Arteria pulmonalis — BNA) ürəyin sağ mədəciyinin arterial konusundan başlayaraq, qalxan aorta kökünün qabaq səthilə sola və yuxarı doğru gedir, 4-cü və 5-ci döş fəqərəsi bərabərində aorta qövsünün altında iki uc şaxəyə: sağ və sol ağciyər arteriyalarına — arteriae pulmonales dextra et sinistra (rami dexter et sinister — BNA) ayrılır. Bunun diametri təxminən 3 sm və uzunluğu 4–5 sm-ə bərabərdir, başlanan ucunda aypara qapaqcıqlara müvafiq ciblər — sinus trunci pulmonalis vardır. Ağciyər arteriyası (latınca arteria pulmonalis) — kiçik qan dövranının böyük (uzunluğu 5 sm, diametri 3 sm-ə qədər) qoşa qan damarları. Sağ mədəcikdən ayrılan ağciyər kötüyünün (truncus pulmonalis) davamı. O, ürəyə daxil olan və ondan çıxan bütün damarlardan qabaqda və solda yerləşir və ağciyərlərə venoz qan daşıyır. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Bazu arteriyası
Bazu arteriyası – lat. a. brachialis böyük döş əzələsinin aşağı kənarı səviyəsində qoltuq arteriyasının ardını təşkil edir; bazunun ikibaşlı əzələsinin içəri şırımı ilə aşağı doğru gedərək mil sümüyünün səviyəsində dirsək büküşündən bir barmaq aşağı iki uc şaxəyə bölünür: mil arteriyası – lat. a. radialis və dirsək arteriyası – lat. a. ilnaris. Bazu arteriyasının dirsək çuxurunda olan hissəsinə dirsək çuxuru arteriyası – lat. a. cubitalis deyilir.
Bud arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Dal qamış arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Daxili qalça arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Daxili yuxu arteriyası
Daxili yuxu arteriyası (lat. artéria carótis intérna) — ümumi yuxu arteriyasından ayrılan 2 damardan biridir. Onun funksiyası arterial qanı beynə çatdırmaq və onu qidalandırmaqdır. == Şaxələri == göz arteriyası — lat. arteria ophtalmica, dal birləşdirici arteriya — lat. arteria communicans posterior, damarlı kələfin ön arteriyası — lat. arteria chorioidea anterior, böyük beyinin ön arteriyası — lat. arteria cerebri anterior, böyük beyinin orta arteriyası — lat. arteria cerebri media.
Mil arteriyası
Mil arteriyası (lat. arteria radialis) — saidi və əli qanla əchiz edən arterial sistemin, yuxarı ətraf arteriyalarına aid, uc hisədə ovucun dərin qövsünü təşkil edən damar. Bilək nahiyəsində mil sümüyünün bilavasitə üzərində və səhi yerləşdiyi üçün dəri üzərində nəbzi əlləmək mümkündür. Milarteriyası tibbi praktikada mühüm əhəmiyyət malikdir. Belə ki, xəsənin invaziv qanlı Korotkov üsulu ilə qan təzyiqinin ölçülməsi, dializ xəstələrində məhz bu arteriya vasitəsilə Çimino şuntu qoyulur. said: Qayıdan mil arteriyası — lat. arteria recurrerus radialis biləyin ovuc şaxəsi — lat. ramus carpeus palmaris (r. carpeus volaris — BNA) ovucun səthi şaxəsi — lat. ramus palmaris superficialis (r.
Periferik arteriyaların daralması
Periferik arteriyaların daralması yaxud okklyuziyası (ing. peripheral artery disease - PAD, peripheral vascular disease - PVD) — özünü periferik arteriya damarlarının daralması və tutulması nəticəsində qan təchizatının pozulması ilə xarakterizə olunan xronik damar xəstəliyidir.
Qoltuq arteriyası
Qoltuq arteriyası – lat. arteria axillaris körpücükaltı arteriyanın ardını təşkil edərək birinci qabırğanın bayır kənarından böyük döş əzələsinin aşağı kənarınadək gedir və bazuya keçərək bazu arteriyasını – lat. a. brachialis adlanır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Tac arteriyalar
Tac arteriyalar və ya sağ və sol tac arteriyalar (lat. arteriae coronariae dextra et sinistra) — aorta soğanağından şaxələnən və ürəyi qanla təchiz edən (qidalandıran) damarlardır. Sağ tac arteriya (lat. arteria coronaria dextra) aortanın sağ cibindən başlayaraq sağ qulaqcıq seyvanı vəağciyər kötüyü arası ilə və ürəyin tac sırımı ilə onun sağ kənarına çatır və burada arxa səthinə keşərək (lat. ramus interventricularis posterior (rami descendens posterior BNA)) – mədəciklərarası şaxə adı ilə arxa boylama şırım ilə ürəyin zirvəsinə çatır. Bu damar arterial konusa, sağ qulaqcığa və mədəciklərə məxsus şaxələr verir. Sol tac arteriya (lat. arteria coronaria sinistra) aortanın sol cibindən başlayıb ağciyər kötüyünün arxa və sol tərəfilə qabağa doğru gedir və sol qulaqcıq seyvanı ilə ağciyər kötüyünün arasında xaricə çıxır və burada iki şaxəyə ayrılır. a) Ramus circumflexus – dolanan şaxə tac şırımla bayır tərəfə gedib ürəyin sol kənarından arxa səthinə keçır və orada cağ tac arteriyanın dal mədəcikarası şaxəsinə çatır. b) Ramus interventricularis anterior (ramus descendens anterior BNA) – ön mədəcikarası şaxə ürəyin ön boylama şırımı ilə aşağı doğru gedir və zirvəsində sağ tac arteriyanın dal mədəcikarası şaxəsilə anastomozlaşır.
Uşaqlıq arteriyalarının embolizasiyası
Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) – kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyyəsində kiçik dəlikdən bud atreriyasına girilir və nazik xüsusi katetorların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sorulma prosesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və/və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur. Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) hələ 1979-cu ildən doğumdan sonra və uşaqlıqda aparılan əməliyyatlardan sonra meydana çıxan uşaqlıq qanaxmalarının dayandırılması üçün geniş tətbiq olunur. Bu metodika artıq uzun müddətdir ki, əməliyyat ginekologiyasında tətbiq olunmağa başlamış laparoskopik cərrahiyyənin yaranmasından əvvəl tətbiq olunurdu. Bununla belə embolizasiya üsulunu uşaqlıq miomasının müalicəsində tətbiqinə yalnız 90-cı illərin əvvəllərində başlamışdırlar. İlk zamanlar UAE-nı mioektomiya əməliyyatlarında qanaxma riskinin azaldılması üçün əmaliyyat öncəsi hazırlıq metodu olaraq istifadə etməyə başlamışdırlar. Lakin sonra tezliklə müəyyən olunmuşdu ki, embolizasiya edildikdən sonra mioektomiya əməliyyatının aparılmasına ehtiyac qalmırdı.
Xarici qalça arteriyası
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Xarici yuxu arteriyası
Xarici yuxu arteriyası (lat. arteia carotis externa) ümumi yuxu arteriyasının bir şaxəsi olub, ondan qalxanabənzər qığırdağın üst kənarı bərabərliyindən başlanğıc götürərək, döş-körpücük-məməyəbənzər əzələnin ön kənarı ilə yuxarıya döğru gedərək yuxu üçbucağına çatır, buradan çənəarxası çuxura keçərək qulaqaltı vəzinin kütləsini keçir və çənə boynu arxasında 3 şaxəyə ayrılır: səthi gicgah arteriyası — lat. a. temporalis superficialis və əng arteriyası — lat. a. maxillaris. Başlanğıcda daxili yuxu arteriyası daxili yuxu arteriyasından işəri tərəfdə yerləşsə də sonradan yuxarı doğru getdikcə bayır tərəfinə keşərək ondan bizəbənzər çıxıntı, biz-udlaq — lat. m. stylopharyngeus və biz-dil əzələləri — lat. styloglossus vasitəsilə ayrılır.
Yuxarı sağrı arteriyası
Ön qamış arteriyası
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Ümumi qalça arteriyası
Ümumi qalça arteriyası – lat. arteria iliaca communis dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində qarın aortasından başlayaraq aşağı və bayır tərəfə doğru gedir və oma qalça oynağı bərabərliyində iki şaxəyə bölünür: Daxili qalça arteriyası – lat. a. iliaca interna kiçik çanağa məxsus Xarici qalça arteriyası – lat. a. iliaca externa böyük çanağa və aşağı ətrafa məxsus Bunların hər ikisi pariyetal peritonun arxasında yerləşir və bayır tərəfdə bel əzələlərinin içəri kənarına söykənir. Aorta orta xətdən solda olduğu üçün sağ ümumi qalça arteriyası sol tərəfdəkindən bir az (təxminən 6–7 mm) uzundur. Bunların hər ikisi eyniadlı venaların önündədir. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Ümumi yuxu arteriyası
Ümumi yuxu arteriyası (lat. arteria carotis communis; carotis lat. caroo sözündən götürülmüşdür mənası "yuxuya salır" deməkdir.) başı qanla təchiz edən "şah" damar. Avstriya anatomu Yozef Hirtl ümumi yuxu arteriyasını "baş arteriyası" adlandırmışdır. Ümumi yuxu arteriyası sağ tərəfdən bazu-baş kötüyündən və sol tərəfdə aorta qövsündən başlayaraq nəfəs borusu ilə qida borusunun yan tərəfləri ilə yuxarı doğru gedir və qalxanabənzər qığırdağın yuxarı kənarı bərabərində iki uc şaxəyə bölünür. Ümumi yuxu arteriyasının zan şaxələri yoxdur. lat. arteria carotis externa — xarici yuxu arteriyası lat. arteria carotis interna — daxili yuxu arteriyası Ümumi yuxu arteriyaları (sağ və sol) müxtəlif mənbələrdən başladıqları üçün sol tərəfdəki sağ tərəfdəkindən təxminən 2–3 sm uzundur. Bunlar başlanan uclarında bir-birinə yaxındırlar, yuxarı getdikcə əksinə bir-birilərindən uzaqlaşıb nəfəs borusu və qırtlaq vasitəsilə ayrılırlar və bu nahiyədə boyun üzvləri çox qabağa çıxdıqları üçün dərində yerləşirlər.Sol ümumi yuxu arteriyasının başlanan ucu sağ tərəfdəkindən orta xəttə yaxındır və aorta qövsündən başlandığı üçün döş sümüyündən uzaqdır.
Bronxial arteriyalar
Bronxial arteriyalar — insan anatomiyasında ağciyərləri oksigenli qan və qida ilə təmin edir. Bronxial arteriyalar tənəffüs sisteminin həyatı bir hissəsidir. 2 bronxial arteriyanın biri sol ağciyərə, biri isə sağ ağciyərə gedir. == Strukturu == Tipik olaraq 2 sol və 1 sağ bronxial arteriya var. Sol bronxial arteriyalar (yuxarı və aşağı) adətən birbaşa torakal aortadan əmələ gəlir. Tək sağ bronxial arteriya adətən aşağıdakılardan birindən yaranır: Sağ 3-cü arxa qabırğaarası arteriya ilə ümumi gövdədə torakal aorta Sol tərəfdə yuxarı bronxial arteriya İstənilən sayda sağ qabırğaarası arteriyalar, əsasən üçüncü sağ posterior. == Funksiyası == Bronxial arteriyalar bronxları və ağciyərlərin birləşdirici toxumasını qanla təmin edir. Onlar tənəffüs bronxiolları səviyyəsində olan bronxlarla birlikdə olur və budaqlanır. Onlar ağciyər arteriyalarının budaqları ilə anastomoz edir və birlikdə ağciyərin visseral plevrasını qanla təmin edirlər. Nəticədə, sol ürəyə qayıdan qan, ağciyər kapilyar yataqları səviyyəsində olan qandan bir qədər az oksigenləşir.
Dalaq arteriyası
Dalaq arteriyası — insan anatomiyasında sol mədə və ümumi qaraciyər arteriyaları ilə birlikdə çolyak gövdəsinin üç əsas qolundan biri. Dalağa, mədəyə və mədəaltı vəziyə qan ötürür. Dalağa gedən əyri yolu ilə tanınır. == Tərkibi == Dalaq arteriyası dalağa çatmazdan əvvəl mədə və mədəaltı vəzi tərəfə budaqlar. Qeyd etmək lazımdır ki, dalaq arteriyasının budaqları mədənin daha böyük əyriliyinin aşağı hissəsinə qədər bütün yollara çatmır. Əvəzində bu sahə qastroduodenal arteriyanın bir qolu olan sağ qastroepiploik arteriya ilə təmin edilir. Bu zaman iki qastroepiploik arteriya bir-biri ilə anastomozlaşır. == Əlaqələri == Dalaq arteriyası dalaq-böyrək bağının təbəqələri arasından keçir. Yolda dalaq arteriyası qaraciyərin portal venasına axan dalaq venası ilə müşayiət olunur. == Klinik əhəmiyyəti == Dalaq arteriyasının anevrizması (arteriya divarının şişkinlik şəklində qabarması) nadirdir, lakin yenə də qarın aortasının və iliak arteriyaların anevrizmalarından sonra üçüncü ən çox görülən abdominal anevrizmadır.
İnterkostal arteriyalar
İnterkostal arteriyalar (qabırğaarası arteriyalarda) deyilir — qabırğalararası boşluq adlanan qabırğalar arasındakı sahəni (“costae”) təmin edən arteriyalar qrupu. Ən yüksək İnterkostal arteriya (yuxarı qabırğaarası arteriya və ya üstün qabırğaarası arteriya) insan bədənində adətən 1-ci və 2-ci arxa qabırğaarası arteriyaları əmələ gətirən, müvafiq interkostal boşluğa qan verən arteriyadır. Adətən körpücükaltı arteriyanın bir qolu olan kostoservikal gövdədən yaranır. Bəzi anatomistlər yuxarı qabırğaarası arteriyanın olmadığını, yalnız yuxarı qabırğaarası damar olduğunu iddia edirlər. İnterkostal arteriya daha kiçik qan damarlarının 3 qrupuna bölünür. 2 qrup öndə, digər qrup isə arxada olur. İnterkostal boşluq 2 qabırğa arasında əmələ gələn bir çuxurdur. Onların hər biri üçün müvafiq arteriyaları olan cəmi 11 boşluq var. İlk 2 qabırğaarası boşluq posterior interkostal arteriya tərəfindən təmin edilir. Bu arteriyalara superior qabırğaarası arteriyalar da deyilir və kostoservikal torakal gövdədən əmələ gəlir.

Значение слова в других словарях