Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Euphorbia ammak
Euphorbia ammak (lat. Euphorbia ammak) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Neoseiulus atsak
Neoseiulus atsak (lat. Neoseiulus atsak) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Amak adası
Amak adası (ing. Amak Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. == Coğrafiya == Alyaska yarımadasının qərb qutaracağından şimalda yerləşir. Adada fəaliyyətdə olan Amak vulkanı vardır. Sahəsi 15,094 km². Makimal hündürlüyü 488 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Yaşayışı olmayan bir qayalıq adadır.
İstanbul Atak
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
Panik atak
Panik atak — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq pristupu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz.Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak əlamətlərini təhlükəli xəstəliklərin təzahürü kimi qəbul edirlər (məsələn, miyokard infarktı və ya insult). Bu narahat düşüncələr panika vəziyyətini artırır . Panik ataklar yuxu zamanı da baş verə bilər; bu zaman xəstə dözülməz qorxu vəziyyətində oyanır . Panik atak psixoloji səbəblərdən, habelə tibbi problemlər və ya müxtəlif maddələrə məruz qalmadan yarana bilər. Panik ataklara meyl genetik faktorlarla bağlı ola bilər. Panik atak panik pozuntunun əsas təzahürüdür, lakin panik atakdan əziyyət çəkən bütün xəstələrdə panik pozğunluq baş vermir. Panik pozuntu heç bir xarici səbəblərdən qaynaqlanmayan tez-tez panik ataklarla xarakterizə olunur.
Şeytana daş atmaq
Şeytana daş atmaq (ərəb. جمرة العقبة‎) — İslam dinində Həcc ziyarəti zamanı gercəkləşdirilməli olan mərasimlərdən biri.
Rezin çəkmə atma festivalı
Rezin çəkmə atma festivalı — iştirakçıların rezin çəkməni mümkün qədər uzağa atmasını tələb edən yarış. Yeni Zelandiyanın Taihape qəsəbəsi sakinləri və ziyarətçiləri rezin çəkmə ataraq hər il dünya rekordunu qırmaq üçün çalışır.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
ARMSK
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. == Əsas vəzifəsi == MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. == Yaradılma qaydası == MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə. == Fəaliyyət və səlahiyyətləri == Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası: seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir; seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir; seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Abzak
Abzak (Baymak)
Aksak
Aksak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı. XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur. Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak), Sarsaxlı (Sarı-Saklı), Seyid-Axsaqlı, Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak — "içməli su" sözlərindən ibarətdir.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Anzak
ANZAK (Australian and New Zealand Army Corps; ANZAC) — Birinci dünya müharibəsində ingilis ordusunda döyüşən, Avstraliyalı və Yeni Zelandiyalı əsgərlərdən ibarət olan birləşmiş ordu hissəsi. Bu ordu birləşməsinin əsgərləri Türkiyədə Anzaklar adlandırılır. Anzak ifadəsi Australian and New Zealand Army Corps (tərc. Avstraliya və Yeni Zelandiya Ordu Birləşməsi) sözlərinin baş hərflərindən meydana gələn abbreviaturadır. Birinci dünya müharibəsinin başlanğıcında bu iki ölkəyə aid olan birliklərin qatılması ilə yaradılan ordu birləşməsi bu qısaldılmış adla tarixdəki yerini almışdır. Antanta tərəfindən Bosfor və Dardanel boğazlarının və İstanbulun ələ keçirilməsi üçün başladılan "Dardanel əməliyyatı" çərçivəsində 1915-ci il 25 aprel tarixində Arıburnu adlı yerdə baş verən döyüşdə Anzaklar 5 min nəfərdən artıq itki verərək geri çəkilməli olmuşdular. Türklərə qarşı müvəffəqiyyət qazana bilməsələr də, daha sonra Yaxın Şərq və Avropa döyüş meydanlarında əhəmiyyətli xidmətlər göstərmişlər. == Tarixi == Onun yaradılmasının planlaşdırılması 1914-cü ilin noyabrında, Avstraliya və Yeni Zelandiya qoşunlarının ilk kontingentinin Avropaya konvoyda olduğu vaxt başladı. Bununla belə, Kanada Ekspedisiya Qüvvələrinin Solsberi düzənliyindəki təcrübəsindən sonra, Avstraliya və Yeni Zelandiyalıları yaşayış və təchizat çatışmazlığı səbəbindən ingilis qışına məruz qoymamaq qərara alındı, buna görə də Qərb Cəbhəsi Fransaya köçməzdən əvvəl təlim üçün Misirə göndərildi. Böyük Britaniyanın Müharibə üzrə Dövlət Katibi Horatio Kitçener Britaniya Hindistan Ordusunun zabiti general Uilyam Birdvudu korpusa komandanlıq etmək üçün təyin etdi və o, həmçinin Hindistan Ordusundan korpus personalının əksəriyyətini lavazimatla təmin etdi.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Arsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Artsak
Arsak — Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponim. Artsak (mahnı) — 1999-cu ilin erməni mahnısı.
Astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Aterk
Aterk (Ağdərə) — Adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuş Həsənriz kəndi. Aterk (qala) — Arsakda qala adı.
Atlar
Atlar (lat. Equidae) — təkdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə yeganə müasir olan at cinsi ilə yanaşı onlarla nəsli kəsilmiş cins daxildir.
Atlas
Atlas (coğrafi) – 1)xəritə; 2)albom və ya məcmuə şəklində tərtib edilmiş xəritə; 3)cürbəcür xəritələrin, sxemlərin toplusu; 3)müəyyən sistem üzrə toplanmış xəritələr toplusu; 4)dilçilikdə dil və ya dialektlərin yayılma areallarını əks etdirən xəritələr toplusu; 5)göy cismlərinin xəritə və cədvəllərinin toplusu (astronomik atlas); 6)coğrafi müəyyən sistemlə yığılıb, ümumi proqram əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafi xəritələrin məcmuəsi. Atlasdan müxtəlif sorğu və tədris məqsədi ilə istifadə olunur. "Atlas" adını ilk dəfə 16 cı əsrdə Herard Merkator tərəfindən gəlmişdir. O, tərtib etdiyi xəritələri toplu halında hazırlayıb və onu "Atlas" adlandırıb və çap olunub. Azərbaycanda nəşr olunmuş atlaslar: "Dünyanın fiziki atlası" (1964), "Dünyanın kiçik atlası" (1975), "Azərbaycanın atlası" (1949, 1963). Azərbaycan Respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərbaycan Milli Elmlər Akademiyasının akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu nəşrə hazırlamışdır. == Ədəbiyyat == R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009.
Abzak (Baymak)
Abzak (başq. Абҙаҡ, rus. Абзаково) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 62 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 29 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Aşnak
Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir. Toponim aşina //aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.