Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Antoniya Brentano
Antoniya (Toni) Brentano (alm. Antonie Brentano‎, uşaqlıq adı: İohanna Antoniya Yozef fon Birkenştok), (alm. Johanna Antonie Josefa von Birkenstock‎; 1780—1869) — avstriya incəsənət kolleksiyaçısı, mesenat və Lüdviq van Bethovenin yaxın dostu. == Bioqrafiyası == 28 May 1780-ci ildə Vyanada anadan olmuşdur. Atası avstriya diplomatı və sənət kolleksiyaçısı Johann Melchior von Birkenstock, anası isə Carolina Josefa von Hay (1755-1788) idi. Antoniya ilə yanaşı ailədə daha üç qardaş vardı: Hugo Conrad Gottfried (1778-1825), Konstantin Viktor (1782-ci ildə anadan olub və öldü) və Johann Eduard Valentine (1784-cü ildə anadan olub vəfat etdib). Atası Entoni üçün layiqli ər axtarırdı və tacir Frans Brentano buna namizəd idi - Clemens Brentano və Bettina von Arniminin qardaşı. 1796-cı ilin sonlarında və ya 1797-ci ilin əvvəllərindəonlar görüşdülər. Uzun danışıqlardan sonra gənclər 23 iyul 1798-ci ildə Vyanadakı Müqəddəs Stefan kilsəsində evləndilər. Bir həftə sonra onlar Frankfurt şəhərinə yola düşdülər.
Antoniya Misura
Antoniya Misura (xorv. Antonija Mišura; 19 may 1988-ci il təvəllüdlü) — Xorvatiyanın peşəkar basketbolçusu. O, Xorvatiya qadınlar basketbol liqasında ŽKK Jolly JBS üçün və Xorvatiya qadınlar milli basketbol komandası üçün oynayır.
Antoniya Moraiti
Antoniya Moraiti (d. 2 may 1977) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antoniya Moraiti, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Antoniya Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Avstriyalı Mariya Antoniya
Avstriyalı Mariya Antonia (alm. Maria Antonia von Österreich‎) (18 yanvar 1669, Vyana – 24 dekabr 1692, Vyana) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru I Leopold və ilk xanımı Marqarita Terezanın yeganə qızıdır. 1685-ci ildə Bavariya kürfürstü olan II Maksimilyanla evləndirildi. == Mənbə == Ceballos, F C; Álvarez, G (August 2013). "Royal dynasties as human inbreeding laboratories: the Habsburgs". Heredity.
Estoniya–Yaponiya münasibətləri
Estoniya–Yaponiya münasibətləri (est. Eesti-Jaapani suhted; yap. 日本とエストニアの関係) — Estoniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr arasında əlaqələr Yaponiya-Baltik Əməkdaşlıq Dialoqu vasitəsilə inkişaf edir. == Tarixi == Yaponiya 6 mart 1919-cu ildə Estoniyanın müstəqilliyini de fakto tanımışdır. Yaponiyanın da daxil olduğu Antanta Ali Şurası 26 yanvar 1921-ci ildə Estoniyanın müstəqilliyini de yure tanıdığını açıqlamışdır. Yaponiya tərəfindən 1921-ci ildə Riqaya göndərilmiş müvəqqəti işlər vəkili Estoniya üçün də nəzərdə tutulmuşdu.1935-ci ildə Voldemar Puhk Yaponiyanın Tallin şəhərindəki ilk fəxri konsulu təyin edilmişdir. 1939-cu ildə Yaponiya hökuməti tərəfindən Tallində yaradılmış diplomatik nümayəndəlik 1940-cı ilə qədər fəaliyyət göstərmişdir. === 1991-ci ildən sonra === Estoniya ilə Yaponiya arasında diplomatik əlaqələr 10 oktyabr 1991-ci ildə bərpa edilmişdir. Yaponiyanın Tallin şəhərində səfirliyi 1993-cü ilin yanvarında, Estoniyanın Tokiodakı səfirliyi isə 1996-cı ilin sentyabrında açılmışdır.
Alaniya
Alaniya — Müasir Rusiya federasiyası (Şimali Qafqaz)ərazisində yerləşən qədim vilayətlərdən birinin adı. Orta əsrlərdə Şimali Qafqaz və Don çayı ilə Volqa çayı boyu əraziləri əhatə edirdi.
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Antokiya
Antyokiya (isp. Antioquia) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimali-qərb hissəsində yerləşir. İnzibati mərkəzi-Medellin şəhəridir. == Coğrafiyası == Kolumbiyanın departamentləri arasında 6-cı böyük ərazidir. Departamentin 80%-i dağlıq ərazilərdir. Departamentinin ən böyük çayları, Maqdalena və Kaukadır. Meşə ərazinin 50%-ni əhatə edir. Qərb Kordilyer şərq yamacları külək tutmayan quraq, meşələr isə 2500 metr yüksəkliydən başlayır. Mərkəzi Kordilyer yamacının hər iki tərəfi tropik meşələrlə örtülmüşdür. Medellində orta temperatur 20-21 °C-dir.
Atonizm
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Atrofiya
Atrofiya (ing. Atrophy — qidalanmanın olmaması) — Normal böyüklükdə bir orqanizmin, orqanın, toxumanın və ya hüceyrənin sonradan kiçilməsidir. Atrofiyalar, hüceyrə sayısının azalmasına (riyazi) və ya hüceyrə həcmlərinin kiçilməsinə bağlıdır; İkisi birlikdə ola bilər. Atrofiya səbəbilə həcmi kiçilən toxumanın yerini bağ toxuması ala bilər. Sümük iliyi atrofiyasında, bu toxumanın yerini yağ toxuması alır. Atrofiyalar iki qrupa bölünür: — Fizioloji atrofiya — Patoloji atrofiyaFizioloji Atrofiya- Həyatın müəyyən dövrlərində bəzi orqan və toxumaların atrofiyaya məruz qalmasıdır, buna involusiya da deyilir. Yaranması normaldır, olmadığı zaman patologiya kimi qəbul edilir. Məsələn; Doğuşdan sonra ana bətni, əmizdirməkdən sonra məmələr kiçilir və normal halına qayıdır. Yaşlandıqda bütün orqanlar və bədən kiçilir, buna senil atrofiya deyilir. Müəyyən sərhədlər daxilində təbiidir.Patoloji Atrofiya -Xəstələrin çoxunda damar sərtliyi və buna bağlı olaraq damarlarda daralma vardır.
Attinya
Attinya (fr. Attignat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monrevel-an-Bres kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01024. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2936 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 1875 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1495 nəfər iqtisadi cəhətdən fəal, 380 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.7%, 1999-cu ildə 73.2%). Aktiv 1495 sakindən 1391 nəfəri (718 kişi və 673 qadın), 104 nəfəri işsizdir (43 kişi və 61 qadın). 380 hərəkətsiz 154 nəfər arasında şagird və ya tələbə, 154 nəfər - təqaüdçü, 72 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Azaniya
Azaniya (q.yun. Ἀζανία) və ya Barbariya (q.yun. Βαρβαρία) — qədim coğrafiyaşünaslıqda Şərqi Afrikada, Hind okeanı sahilində, Somalidəki Aromat burnundan (Qvardafuy) Tanzaniyadakı Rapta burnuna (lat. Raptum) qədər uzanan vilayət. Azaniya körfəzi yunanlar tərəfindən Barbariya körfəzi (q.yun. Βαρβαρικός κόλπος, lat. Sinus Barbaricus), romalılar tərəfindən isə Azaniya dənizi (lat. Mare Azanium) adlandırılırdı Azaniyaya Muxadan zeytun yağı və büxur, Avropadan isə dəmir, şüşə, buğda və şərab idxal olunurdu. Azaniyadan xaricə fil sümüyü, kərgədan buynuzu, tısbağa sümüyü və hindqozu ixrac olunurdu. Azaniyanın əsas ticarət şəhəri Rufici çayının mənsəbində yerləşən Rapta idi.
Catonia
Tayaotu, çibançiçəyi, barkhauziya (lat. Crepis) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == == Növləri == Laləyarpaq tayaotu, laləyarpaq çibançiçəyi, laləyarpaq barkhauziya (Barkhausia rhoeadifolia Bieb.)(= Crepis rhoeadifolia Bieb.) Crepis achyrophoroides Vatke Crepis aculeata (DC.) Boiss. Crepis acuminata Nutt. Crepis aitchisonii Boiss. Crepis alaica Krasch. Crepis albescens Kuvaev & L.S.Demidova Crepis albida Vill. Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp.
Estoniya
Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Estlandiya (ائستلان‌دییا) adlandırılmışdır.Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür.
Etoliya
Etoliya (q.yun. Αἰτωλία) — tarixi Orta Yunanıstanın qərb hissəsində vilayət. Şimalda Epirlə, qərbdə Axeloy çayı boyunca Akarnaniya ilə, şərqdə Enida və Lokrida ilə həmsərhəd idi. Əsasən dağlıq vilayət olan Etoliyanın cənub hissəsini Korinf körfəzinin sahilləri təşkil edir. Ən böyük şəhərləri Ferm, Kalidon, Plevrondur. Etoliya uzun müddət öz inkişafında Yunanıstanın digər vilayətlərindən geri qalmış, lakin ellinizm Etoliya ittifaqının mövcudluğu sayəsində etoliyalılar Yunanıstanın siyasi həyatında çox mühüm rol oynamağa başladılar. E.ə. 189-cu ildə Etoliya Roma tərəfindən fəth edilmişdir.
Kataniya
Kataniya (it. Catania) — İtaliyanın Siciliya muxtar vilayətindəki eyniadlı Kataniya vilayətinin mərkəzidir. Bələdiyyə sərhədləri içindəki əhalisi (30.06.2010 etibarilə) 294.756 nəfər olub əhali baxımından Sicilyanın ikinci böyük bələdiyyəsi, İtaliyanın 10-cu böyük şəhəri və 10-cu sırada olmasına baxmayaraq, bir İtalyan inzibati region mərkəzi olmayan tək böyük əhalisi olan şəhəridir. Metropoliten Katanya bölgəsi üçün əhali 752,895 nəfərdir. İtaliyanın ada şəhərlərindən biri olan Katanyanın Aralıq dənizinə sahilində yerləşir. == Coğrafi mövqe == Katanya şəhəri Siciliya adasının şərqində İyonyen dənizi sahillərində Messina ilə Sırakuza şəhərləri arasında və Etna Dağı vulkanı ətəklərində qurulmuşdur. Şəhərin dərhal ətraflarındakı dəniz sahilləri yanardağ lavalarından və qara bazalt kayalarından heyəti böyük yarları ibarətdir. Lakin şəhərin qurulduğu mövqeyi cənubunda "Simento Çayı" var və bu çay Siciliya adasının ən geniş (2000 hektarı aşan sahədə) mümbit düzənliklərində biri olan və Katanya şəhərinin əhəmiyyətli hissələrinin qurulmuş olduğu Katanya düzənliyində Katanya Körfəzinə yerləşir. Şəhərin limanı və ticarət və sənaye bölgələri bu düzənlikdə çayın ağızına doğru yerləşir. == Tarixi == Katanya şəhərini uzun və çox hadisələrə dolu bir tarixi vardır.
Mahoniya
Mahoniya (lat. Mahonia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Qaltoniya
Qaltoniya- cinsi ingilis antropoloqu E. Qaltonun şərəfinə adlandırılmışdır. Cinsə 4 növ soğanaqlı bitki daxildir. Onların vətəni Cənubi Afrikadır. Gülçülükdə 2 növündən istifadə olunur. Ağ qaltoniya ya da Kap (Afrika) sünbülçiçəyinin (G. Candicans) hündürlüyü 100-150 sm-ə çata bilir. Bu soğanaqlı bitkinin yarpaqları ətli, ağımtıl ətirli çiçəkləri azacıq sallaq salxıma toplanmışdır. Qaltoniya işıqsevən bitkidir, ona görə onun günəşli sahələrdə əkilməsi yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Bitkinin vegetasiya dövründə gübrə vermək xeyirlidir. Qaltoniya rütubətsevən bitki olduğu üçün vaxtaşırı suvarılmalıdır. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Utopiya
Utopiya — yunan dilində real həyatda mövcud olmayan mükəmməl məkanı ifadə edən anlayış. XVI (16-cı) əsrin ingilis filosofu Tomas Morun 1516-cı ildə yazdığı “Utopiya”adlı əsərində təsvir edilən cəmiyyəti quran adamın adından götürülmüşdür. == Tarixi == Janrın başlanğıcı hələ (daha) mükəmməl dövlətin yaradılmasına həsr edilmiş antik filosofların əməkləriylə qoyulmuşdu. Platonun "Dövləti" onlardan ən məlumdur (məşhurdur), hansında ki, o obraz və Spartanın oxşarlığı üzrə (görə) tikilmiş mükəmməl dövləti təsvir edir belə çatışmazlıqların yoxluğuyla, məxsuslar Spartaya, necə ümumi korrupsiya (Spartada rüşvətlər hətta çarlar və Eforlar götürürdü), qulların üsyanının daimi təhlükəsi (təhdidi), vətəndaşların daimi defisiti və s. Janr yenidən İntibah dövrünə meydana çıxır ki, "Utopiyanı" yazmış Morun Tomasının adıyla bağlıdır (bağlanmışdır). Bundan sonra sosial-utopistlərin (xülyaçıların) aktiv iştirakıyla Utopiyanın janrının çiçəklənməsi başlandı. Daha sonra, sənaye inqilabının başlanğıcıyla, yaranmış sıranın (nizamın) tənqidçisi əvvəlcə həsr edilmiş antiutopiyanın janrında ayrı əsərlər meydana çıxmağa başladılar. Daha sonra Utopiyaların tənqidçisi həsr edilmiş antiutopiyanın janrında əsərlər çıxdı. == Ədəbiyyat == Святловский В. В. Каталог утопий. М.— Пг., 1923.
Yaponiya
Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir.
İroniya
İroniya ( q.yun. εἰρωνεία «bəhanə») — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: «Sən igidsən!», «Kamallı-ağıllısan…» Burada müsbət fikirlər mənfi məna daşıyır.
Abroniya
Abroniya (lat. Abronia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinə aid bitki cinsi.
Auzoniya
Auzoniya (it. Ausonia) — İtaliyanın Latsio regionunda yerləşən, Frozinone vilayətində inzibati mərkəzinə tabe olan şəhər. Əhalisi 2,564 nəfərdir, əhalinin sıxlığı 128 nəfər/km2-dir. 20 km2 ərazini tutur. Arxangel Mikayıl şəhərin himayədarı hesab olunur.
Avzoniya
Avzoniya — mərkəzi İtaliyanın Lasi regionunda, e.ə. IV əsrə aid şəhər. İndiki Auzoniya şəhəridir. Bu, avzonların sahib olduğu üç şəhərdən biri idi. Şəhərin adı onun avzonların baş şəhəri və ya metropolisi olduğunu göstərir. Tarixdə yalnız bir dəfə xatırlanır: İkinci samnit müharibəsi zamanı (e.ə. 326–304) avzonların hər üç şəhəri Roma konsullarının əlinə keçmiş və onların sakinləri qətliama uğramışdır. Avzoniya haqqında bundan başqa məlumat bilinmir.