Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aurora
Aurora – ABŞ-də şəhər.
Auroracoin
Auroracoin (qısaltma: AUR, simvol: ᚠ) — 2014-cü ilin fevral ayında birjaya çıxarılan P2P kriptovalyuta. Müəllifi bilinməyən qurucu və ya qurucular Baldur Friqqar Odinsson (qısaca Odinsson) ləqəbini istifadə edirlər. == Tarixi == Kriptovalyutanın qurulma səbəbləri olaraq İslandiya əhalisinin kriptovalyutalara və həmçinin Bitcoin-ə olan marağı, kronun uzun müddət qeyri-sabit olacağı, məhdud nağd pul istifadə edilməsi və digər səbəblər göstərilmişdir.Baldur Friqqar Odinsson kapitalın 6%-dən çoxu qaldıqda, qalan pulun yarısını sistemin inkişafına, digər yarısını isə xeyriyyə fondlarına verəcəyini demişdir.
Avrora
Avrora (mifologiya) — mifologiya Avrora (kreyser) — kreyser Avrora (kəpənək) — kəpənək Avrora (qəsəbə) — Lənkəran rayonunda qəsəbə Avrora metrostansiyası — Qara Qarayev metrostansiyasının əvvəlki adı. Avrora Qrup — Azərbaycan şirkəti.
Avrora (kreyser)
Avrora (rus. Аврора) — Rusiya imperiyasının dəniz qüvvələrinə məxsus döyüş gəmisi. 1957-ci ildən etibarən Sankt-Peterburqda Neva çayı kənarında gəmi muzeyində saxlanılır.
Avrora (kəpənək)
Avrora (lat. Anthocharis cardamines) — Pieridae fəsiləsinə aid kəpənək növü. Növün latın adı tırtılının qidalandığı bitkinin adı ilə bağlıdır. == Görünüşü == Qanadlar arasında məsafə 38–48 mm,, qanadların uzunluğu isə 17–23 (20–24) mm təşkil edir. == İnkişaf == Dişi il ərzində 1, bəzən 2–3 yumurta qoyur. Tırtılları mayın sonlarından iyulun ortalarına qədər yaşayır. Pup şəklində qışlayırlar. === Yarımnövləri === A. c. alexandra (Hemming, 1933) — Altay ərazisində yayılmışdır. Digər adı A. c.
Avrora (mifologiya)
Avrora (lat. Aurora) — Roma mifologiyasına görə dan şəfəqi ilahəsi. Yunan mifologiyasında Avrora Eos adlanır. Qütb parıltıları öz elmi adını məhz ilahə Avroranın adından götürmüşdür. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Avrora (müğənni)
Avrora Aksnes (15 iyun 1996, Stavanqer[d]) — Aurora kimi tanınan Norveçli müğənni, mahnı-müəllifi və musiqi prodüseri. Altı yaşında ilk mahnılarını yazmağı və rəqs etməyi öyrənməyə başlayıb. Onun bəzi mahnıları internetə yükləndikdən və Norveçdə məşhurlaşdıqdan sonra o, 2014-cü ildə Petroleum Records, Decca və Glassnote Records ilə səsyazma müqaviləsi imzaladı. Avrora debüt mini albomu olan "Running with the Wolves" (2015) ilə tanındı, albom "Runaway" hitini ehtiva edirdi.
Avrora (qəsəbə)
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir.Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir. Bəndin tikintisinə 1967-ci ildə başlanmış, 1977-ci ildə istifadəyə verilmişdir. Onun suyundan yayda süni suvarmada geniş istifadə olunur.
Avrora Qrup
== Haqqında == Avrora Qrup distribütor şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır. “Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribütor şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribütor şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir. 2001-ci ildə “Avrora Qrup” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır.
Avrora Salamova
Avrora Əbdüləziz qızı Salamova (19 iyun 1933 – 1986) — Azərbaycan SSR Əməkdar memarı. == Həyatı == Avrora Salamova 19 iyun 1933-cü ildə anadan olub."Azərdövlətlayihə" İnstitutunda işləmişdir. 1986-cı ildə vəfat etmişdir. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Avrora Salamovaya həsr edilmişdir.
Avrora adaları
Avrora adaları — Cənubi Georgiya və Folklend adaları arasında ehtimal olunan kabus ada. Adalar ilk dəfə 1762-ci ildə kəşf edilmişdir. 1794—1870-ci illər ərzində 52°37' c.e və 47°49' q.u göstərilirdi. Adalar haqqında son məlumatlar 1856-ci ilə aiddir. Sonradan adalar aşkarlanmamışdır. Bu adaların həqiqətəndə mövcud olub olmaması dəqiq bilinmir. Ola bilsin ki, ada zənn olunan obyekt ya aysberq ya da atmosfer hadisəsi olmuşdur. Belə düşünülür ki, bu adalar Şaq qayalıqlarıdır. == Açılış tarixi == 1762 — İspaniyaya məxsus olan «Avrora» gəmisi Limadan Kadis istiqamətində üzərkən Cənubi Georgiya yolunun üzərində, Folklend adalarından cənub-şərqdə üç adanı kəşf etmişdir. Adalar adanın şərəfinə adlandırılmışdır.
Avrora adası
Avrora adaları — Cənubi Georgiya və Folklend adaları arasında ehtimal olunan kabus ada. Adalar ilk dəfə 1762-ci ildə kəşf edilmişdir. 1794—1870-ci illər ərzində 52°37' c.e və 47°49' q.u göstərilirdi. Adalar haqqında son məlumatlar 1856-ci ilə aiddir. Sonradan adalar aşkarlanmamışdır. Bu adaların həqiqətəndə mövcud olub olmaması dəqiq bilinmir. Ola bilsin ki, ada zənn olunan obyekt ya aysberq ya da atmosfer hadisəsi olmuşdur. Belə düşünülür ki, bu adalar Şaq qayalıqlarıdır. == Açılış tarixi == 1762 — İspaniyaya məxsus olan «Avrora» gəmisi Limadan Kadis istiqamətində üzərkən Cənubi Georgiya yolunun üzərində, Folklend adalarından cənub-şərqdə üç adanı kəşf etmişdir. Adalar adanın şərəfinə adlandırılmışdır.
Avrora metrostansiyası
Qara Qarayev metrostansiyası (1991-ə qədər Avrora metrostansiyası) — Bakı metrosunda stansiya. Stansiyaya daxil olan qatarlarda Qara Qarayevin "Yeddi Gözəl" baletindən fraqment səslənir. == Memarlığı == Metrostansiyanın baş memarı Hənifə Ələsgərov olmuşdur.
Avrora (nəşriyyat)
Avrora — SSRİ və Rusiya ixtisaslaşmış nəşriyyatı. Mərkəzi Sankt-Peterburqdadır, lakin Moskvada da filialı var. 1969-cu ildə "Sovetski xudojnik" nəşriyyatının Leninqrad filialının bazasında yaradılmışdır. Nəşriyyat bədii albomlar, rəsm əsərlərinin reproduksiyaları, rus və xarici dillərdə mətnləri olan açıqcalar və bukletlər nəşr edir. "Avrora" nəşriyyat evinin saytında yerləşdirilən məlumata görə, nəşriyyatın mövcud olduğu dövrdə ümumi tirajı 1,300,000,000 nüsxədən çox olan 23 minə yaxın nüsxə buraxılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Власов В. Г. «Аврора» // Виктор Власов (redaktor). Новый энциклопедический словарь изобразительного искусства. 1. СПб.: Азбука-Классика. 2004.
Amrita Arora
Amrita Arora (31 yanvar 1981) — Bollivud aktrisası. == Həyatı == Arora Çemburda Coyse Polikarp və Anil Arora ailəsində dünyaya gəlib. O Mumbaydakı Loreto qadın monastrında da olub. Amritanın bacısı Malaika Araro Xandır. Amritanın 2010-cu ildə dünyaya gəlmiş Azan adlı oğlu var. 2012-ci ildə özünün dediyinə görə ikinci uşaq gözləyir. == Karyerası == Arora Bollivuddakı debütünü 2002-ci ildə Fərdin Xanla birlikdə çəkildiyi Kitne Door Kitne Paas (Nə qədər uzaq, nə qədər yaxın) filmində reallaşdırır. Ancaq bu film o qədər də uğurlu olmur. Onun ilk uğurlu rolu komediya janrında oynadığı Awara Paagal Deewana (Avara, Dəlisov, Çılğın) filmi olmuşdur. Amritanın iştirak etdiyi Girlfriend (Rəfiqə) filmi mübahisəli bir film olmuşdur.
Harşad Arora
Harshad Arora (3 sentyabr 1987, Dehli) – Hind aktyor və model. O, əsasən "Colors TV"də yayımlanan Əbədi Sevgi teleserialında "Zeyn Abdullah" və "Star Plus" telekanalında yayımlanan Dahleez serialında "Adarş Sinha" rolları ilə tanınmışdır. == Həyatı == === Erkən illəri === Harşad Arora 3 sentyabr 1987-ci ildə Dehli, Hindistan-da doğulmuşdur. === Karyera === Arora televiziya debutunu Star Plus-un döyüş kriminal trillerində Har Yug Mein Aayega Ek — Arjun epizodu ilə etdi. 2013-cü ildən 2014-cü ilə qədər Hindistan Televiziya Akademiyası Mükafatı, Hindistan Telly Mükafatı və Kalakar Mükafatı da daxil olmaqla bir çox mükafat qazanan Colors TV-nin Əbədi Sevgi(serial) (Beintehaa) adlı seriyalında Preetika Rao (Aaliya Zain Abdullah) ilə birlikdə baş rol olan Zeyn Osman Abdullah (Zain Osman Abdullah) rolunu oynadı. 2015-ci ildə Arora Colors TV-nin Fear Factor: Khatron Ke Khiladi 6-ya qatıldı. 2016-cı ildə Tridha Choudhury-ilə birlikdə Star Plus-un Dahleez qanuni dramında Adarsh Sinha rolunu oynadı. 2016–2017-ci illərdə Arora,Ragini Nandwani ilə Life OK-un fövqəltəbii dramı SuperCops vs Supervillains-də Jai rolunu oynadı. 2018-ci ildə Star Bharat-ın fantastik Mayavi Maling serialında Angad rolunu oynadı. 2019-cu ildən bəri Arora, Anusha Mishra və Priyanka Purohit ilə SAB TV-nin Tera Kya Hoga Alia-da Alok rolunu oynamışdır.
Abqora
Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuyu. == Hazırlanma qaydası == Abqora hazırlamaq üçün kal üzüm salxımlarını toplayır, onları təmizləyir, yuyur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurur və toxmaqla əzib suyunu sıxırlar. Sonra bu suyun narıngözlü ələkdən, yaxud tənzifdən süzüb şüşə qaba doldururlar. Kal üzümün suyu bulanıq olduğundan onu durulmaq üçün bir müddət qabda saxlayır, tam durulandan sonra butulkalara doldurur, ağzını bərk-bərk bağlayırlar. == Saxlama qaydası == Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır. Əks təqdirdə yarımçıq doldurulmuş butulkada qalmış hava mayeni acıdır, qora suyu öz keyfiyyətini itirir. Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərkidilmiş butulkaları günəş işığı düşən yerə düzür və 40 gün butulkalar günəş işığı altında saxlanılır. Bu müddət ərzində butulkalardakı su öz şəffaflığını itirir, xına rəngi alır. Deməli, abqora hazırdır. Bundan sonra abqora dolu şüşələri günəş qarşısından götürüb sərin yerdə, divar şkaflarında və taxçalarda saxlayırlar.
Abroma
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Aeropa
Aerope yunan mifologiyasında Cretan kralı Katreusun qızıdır. Krala övladlarından biri tərəfindən öldürüləcəyi barədə xəbər verildiyi zaman, Aeropey və bacısını Naupliosa verdi ki, onları uzaqda qul kimi satsın. Mərhəmətli insan olan Nauplios onları Arqosa aparır və Aerope burada evlənir. Aqamemnon və Menalay adlı iki oğlu dünyaya gəlir. Aeropanın əri Atreusu, ərinin qardaşı Thyestes ilə aldatması bir sıra dəhşətli hadisələrin — Atrid dəhşətlərinin başlamasına səbəb oldu. Qadının özü Atreus tərəfindən dənizə atılır.
Amfora
Amfora (yun. Αμφορέας; azərb. iki tərəfdən daşınan‎) - Qədim Yunanıstanda istifadə olunmuş əsasən gildən, bəzən də metaldan hazırlanan dar boğazlı iki qulplu antik qab. Arxeoloji qazıntılar e.ə. 2-ci minilliyin 2-ci yarısından etibarən Amforanınnın məişətdə istifadə edildiyini göstərir. Amforalar maye və yağların daşınması və saxlanması üçün, həmçinin ziyafətlərdə istifadə olunurdu. == Qalereya == Amforalar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Arçora
Atropa
Xanımotu (lat. Atropa) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == Xanımotu cinsinin Azərbaycanda bir növünə — Qafqaz xanımotuna (Atropa caucasica Kr.) təsadüf edilir. Ona əsasən Böyük və Kiçik Qafqazın aşağı və orta dağ qurşaqlarında rast gəlinir. Meşələrdə, meşə açıqlıqlarında, yol və çayların kənarlarında bitir. == Növləri == Adi xanımotu (Atropa bella-donna L.) Qafqaz xanımotu (Atropa caucasica Kreyer) Sivri xanımotu (Atropa acuminata) - Hindistanda Himalay və Hindiquş dağlarında yayılıb. İspan xanımotu (Atropa baetica) - Piriney yarımadasında, Əndəlis və ya Bet dağlarında yayılıb Komarov xanımotu (Atropa komarovii) (= Atropa lutescens Blin. et Shal. (1944)) — Kopetdağda tapılıb. Sarı çiçəkləri və meyvələri ilə fərqlənir.
Auborn
Auborn — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ildə şəhərin əhalisi 26866 nəfər idi. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi ərazisi 21,8 km²-dir. Ərazinin 21,6 km² hissəsi quru, 0,2 km² hissəsi isə sudur. == Əhali == 2000-ci ildə aparılan siyahıyaalma nəticəsində məlum oldu ki, şəhərdə 28574 şəxs, 11411 ev və 6538 ailə vardır. Əhalinin sıxlığı hər km²-a 1315-dir. Əhalini 88,57%-ni ağdərililər, 7,59%-ni afroamerikalılar, 0,29%-ni yerli amerikalılar, 0,57%-ni asiyalılar, 0,02%-ni Sakit okean adalıları, 1,41%-ni isə digər qruplar təşkil edir. Şəhərdə 11411 ev mövcuddur. Bunların 28,1%-i 18 yaşdan kiçik övladları ilə birlikdə yaşayır, 37,3%-i evli cütlük olaraq yaşayır, 14,7%-i həyat yoldaşı olmayan qadın olaraq tək yaşayır, 42,7%-i isə subay vəziyyətdə yaşayır. Əhalinin 22,8%-i 18 yaşdan kiçik, 9,3%-i 18-24 yaş aralığında, 30,3%-i 25-44 yaş aralığında, 19,8%-i 45-64 yaş aralığında, 17,8%-i isə 65 yaş və yuxarıdır.
Avropa
Avropa (XX əsrin əvvəllərində Yevropa) — tamamilə Şimal yarımkürəsində və əsasən Şərq yarımkürəsində yerləşən bir qitədir. Avrasiyanın qərb hissəsini əhatə edir və şimalda Şimal Buzlu okean , qərbdə Atlantik okean , cənubdan Aralıq dənizi və şərqdə Asiya ilə həmsərhəddir. Avropa, ümumiyyətlə, Ural və Qafqaz dağlarının, Ural çayının, Xəzərin və Qara dənizlərin və Türk Boğazlarının su yollarının Asan bölgədən ayrıldığı hesab olunur. Bu sərhədin çox hissəsi quruda olsa da, böyük fiziki ölçüsü və tarixi və ənənəsinin ağırlığına görə ümumiyyətlə Avropaya tam bir qitə statusu verilir. Avroll təqribən 10.180.000 kvadrat kilometr və ya Yer səthinin 2%-ni əhatə edir və bu, altıncı ən böyük qitədir. Siyasi baxımdan, Avropa qitənin 39% -ni əhatə edən və əhalisinin 15% -ni təşkil edən ən böyük və ən çox məskunlaşdığı əlli suveren dövlətə bölünür. 2018-ci ildə Avropanın ümumi əhalisi təxminən 741 milyon idi. Avropa iqlimi Asiya və Şimali Amerikadakı iqlimin şiddətli olduğu enliklərdə belə qitənin çox hissəsində qışı və yayı isti keçən Atlantik cərəyanlarından təsirlənir. Dənizdən başqa mövsümi fərqlər sahilə yaxın olduğundan daha çox nəzərə çarpır. Avropa, xüsusən də qədim Yunanıstan və qədim Roma Qərb sivilizasiyasının doğma yurdu idi.
Furore
Furore (it. Furore) — İtaliyanın cənubunda, Amalfi sahilində yerləşən kənd. == Coğrafiyası == Kənddən Aralıq dənizinə əla mənzərə açılır. Lakin dənizdən baxanda nəinki kənd, heç oraya aparan yol da görünmür. Bu səbəbdən də Furore "Olmayan kənd" kimi tanınıb. Kəndin bələdiyyə başçısı bu səbəbdən Furoredəki bütün evləri əlvan boyamağı tapşırıb. Həmin vaxtdan furorelilər əlvan evlərdə yaşayırlar. == Ərazisi == Ərazisi 1.73 km²-dir. == Əhalisi == Əhalinin dinamikası: Hazırda əhalisi 850 nəfərdir.
Kurort
Kurort (alm. Kurort‎: kur — müalicə və ort — yer, məkan) — müalicə, tibbi reabilitasiya, xəstəliyin profilaktikası və sağlamlıq məqsədilə qurulmuş və istifadə edilən sahədir. Kurort adətən təbii müalicəvi qaynaqlarla əhatə olunaraq istismar üçün lazım olan tiklilərə və infrastrukturaya malikdir. == Növləri == === Balneoterapia === Latın dilində lat. balneum – vanna, lat. therapia – müalicə deməkdir. Bu tipli kurortlarda müalicə faktoru kimi təbii mineral sulardan istifadə olunur. Su xaricdən (vannada, duşda, qapalı çimərlikdə və s.) qəbul edilməklə, daxildən içməklə müalicə, inhalysaiya və digər proseduralar üçün istifadə olunur.Balneoterapiya kurortları xəstəxanalarla təmin olunur, orada içki qalereyaları, basseynlər mövcuddur. === Palçıq === Əsas və ya müalicə üsullarından biri kimi iqlimlə, təbbi mineral sularla bərabər müalicəvi palçıqlardan da istifadə olunur. === İqlim === Bu cür kurortlarda üstünlük iqlimə verilir.
Muroran
Muroran (yap. 室蘭市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İburi sabprefekturada yerləşən şəhər.