Avropa meşәçәtirotusu
Hündürlüyü 20-50 sm, gövdəsi düz, adətən tək və sadə olan çoxillik çılpaq ot bitkisidir.
== Yarpaq ==
Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, görünüşünə görə dəyirmi ürəkşəkillidir, barmaqvari 3-5 ədəd ayrı, daha iri orta dilimlidir; yan dilimləri enli pazvari əksinə yumurtaşəkillidir, qismən dərin üç bölümlüdür, kənarları dairəvi dişlidir, sivri ucluqla qurtaran dişləri vardır. Gövdə yarpaqları yoxdur və ya onlar az saydadır və az kəsilmişdir.
== Çiçək ==
Çətirləri xırdadır, qurtaracağı vardır, şüaların ucunda yerləşmişdir. Kasacığın dişləri bizşəkillidir. Ləçəkləri yumurtaşəkillidir, 1,5 mm-ə yaxındır, ağ və ya qırmızımtıl rəngdədir.
== Meyvə ==
Meyvələrinin uzunluğu 4–5 mm-dir, yumurtaşəkilli-şarşəkillidir, qısa tikanlarla sıx örtülmüşdür.
== Çiçəkləməsi ==
May-İyul
== Meyvə verməsi ==
İyul-Avqust
== Azərbaycanda yayılması ==
Samur-Şabran
oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ. Yuxarı dağ qurşağına qədər.