Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avarca
Avar dili— Qafqaz xalqlarından biri olan Avar xalqının dili. Avarlar, əsasən Dağıstanda, Azərbaycanda (Balakən və Zaqatala rayonları) və qismən də Türkiyədə yaşayırlar. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən, ana dili avar dili olan Azərbaycan vətəndaşlarının sayı 46.610 nəfərdir.
Avaça (vulkan)
Avaça (rus. Авача) — Rusiyanın Kamçatka yarımadasının cənubunda, Petropavlovsk-Kamçatski şəhərindən şimalda vulkan. Hündürlüyü 2,741 metr olan vulkan son 230 ildə 12 dəfə püskürmüşdür. Həmişə tüstülənir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авачинская сопка // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978. Брайцева О. А., Базанова Л. И., Мелекесцев И. В., Сулержицкий Л. Д. Крупнейшие голоценовые извержения вулкана Авачинский на Камчатке (этап 7250-3700 лет назад) // Вулканология и сейсмология, 1998.
Avaça körfəzi
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir. Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə).
Afarca
Afar dili-Efiopiya, Eritreya və Cibutidə danışılan bir Düzənlik Şərq Kuşit dilidir. Ən yaxın qohumu Saho dilidir.
Avarua
Avarua (ing. Avarua) — Rarotonqa adasının şimalında yerləşən şəhər, Kuk adaları dövlətinin paytaxtı. == Ümumi məlumat == Avaruanın əhalisi 10 min nəfərdir (2005-ci il), bu Kuk adası əhalisinin təqribən yarısı deməkdir. Avarua portundan dünyaya kopra, mirvari və meyvələr daşınır. Şəhərdə universitet və kitabxana, həmçinin aeroport vardır.
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
AVAVA
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Asama
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..
Avaci
Alaca
Alaca (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Alaca (cins) — Pulcuqluqanadlılar dəstəsinə aid Kəpənək fəsiləsi.
Alio Adamia
Alio Adamia (gürc. ალიო კონსტანტინეს ძე ადამია, 7 (20) may 1914, Batum – 19 oktyabr 1980, Tbilisi) — gürcü sovet yazıçısı, şairi, jurnalisti və naşiri. == Bioqrafiyası == 7 may (20 may) 1914-cü ildə Rusiya İmperiyasının Kutaisi vilayətinin Ozurqeti mahalının Batum şəhərində (indiki Batumi) anadan olmuşdur. 1934 -cü ildə Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1930-1936-cı illərdə Akhalgazrda Komunisti qəzetində çalışdı (ახალგაზრდა კომუნისტი, Rus Gənc Kommunist). 1940-cı ildə Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv oldu. 1942-1954-cü illərdə "Komunisti" qəzetində çalışıb. 1954-1963 — "Xelovneba" ədəbi-bədii nəşriyyatının direktoru (ხელოვნება, Rus İncəsənəti). 1963-1968 — "Merani" nəşriyyatında şöbə müdiri (მერანი). 1968-1980 — "Sabchota Sakartvelo" nəşriyyatının baş redaktoru (საბჭოთა საქართველო, Rus Sovet Gürcüstanı).
Artemisia avarica
Artemisia avarica (lat. Artemisia avarica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Asamoa Qyan
Asamoa Qyan (22 noyabr 1985[…], Akkra) — son klubu "Leqon Sitis" olan Kamerun futbolçusu, hücumçu mövqeyində çıxış edir.
Avarta FK
Avarta FK — Danimarkanın 2-ci divizionunda çıxış edən peşəkar Danimarka futbol klubudur. Klub Danimarkanın üçüncü liqasının ən yaxşılarından hesab olunur. Klub öz ev oyunlarını Kopenhagen şəhərinin Rodovre bölgəsində yerləşən, tutumu 6000 nəfər olan Espelundens İdretsanleq stadionunda keçirir. == Tarixi == Boldklubben Avarta 20 yanvar 1953-cü ildə Rødovrevejens Boldklub adı altında təsis edilmişdir. İlk ilində klub ev oyunlarını Rodovre stadionunda keçirirdi. 1960-cı ildən isə klub öz rəqiblərini Espelundens İdretsanleq stadionunda qəbul edir. Komanda 2005-06 mövsümündə Danimarka 2-ci divizounun Şərq qrupunu tərk etmişdir. Lakin klub iki il Danimarka Seriya Pul 1-də çıxış etdikdən sonra 2008-09 mövsümündə Danimarka 2-ci divizounun Şərq qrupuna yenidən vəsiqə qazanmışdır. == Heyəti == 1 avqust 2017-ci il məlumatlarına əsasən.
Qara ayaqca
Qara ayaqca ya da Qara aya dili və Siksikaca (yerli dildə: Siksiká ᓱᖽᐧᖿ; ingiliscə: Blackfoot, Siksika) — dörd ləhcəsindən üçü (Kainai, Şimali Piegancası, Cənubi Piegancası) Kanada Albertada, biri Amerika Birləşmiş Ştatlarında Montana ştatının şimal-qərbində Qara ayaqlar tərəfindən danışılan Algonkin dilləri ailəsinin Düzənlik Algonkin dillər qrupundan bir hindu dilidir. 2001-ci ildəki rəqəmlərə görə, Kanadada 15,000 etnik Qara ayaqdan 4,500 ü, Amerika Birləşmiş Ştatlarında 5,000-8,000 Qara ayaqdan 100-ə qədəri ana dilində danışa bilir. Gənclər tərəfindən istifadə edilən köhnə Qara ayakca (və ya Yüksək Qara ayaqca) adlı iki fərqli forma vardır ki, bu da yaşlılar tərəfindən istifadə edilir və Yeni Qara ayaqca (və ya Müasir Qara ayaqca) istifadə olunur.
Saudi Aramco
Saudi Aramco (ərəb. أرامكو السعودية‎ tələf. Arāmkō s-Saʿūdiyyah) — Səudiyyə Ərəbistanının milli neft şirkəti. Hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti. "Saudi Aramco"nun dəyərinin 1,25 trilyon ABŞ dolları ilə 7 trilyon dollar arasında olduğu hesab edilir və bununla da dünyanın ən böyük dəyərə sahib şirkətidir. Şirkətin baş qərargahı Dahran şəhərində yerləşir. "Saudi Aramco" 260 milyard barellə dünyanın ən böyük təsdiq olunmuş neft ehtiyatlarına və ən böyük gündəlik hasilat səviyyəsinə malikdir. Şirkət Səudiyyə Ərəbistanındakı bütün enerji resurslarının sahibi və istifadəçisidir. "Saudi Aramco"nun 2013-cü ildəki neft hasilatı 3,4 milyard barrel (544 milyon ton) təşkil etmişdir. Şirkət Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağını, o cümlədən 8,2 trilyon m3 təbii qaz ehtiyatlarına nəzarət edir.
Mehmet Atmaca
Mehmet Atmaca (1966, Çaykara, Trabzon ili) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mehmet Atmaca 1966-cı ildə Trabzon ilinin Çayqara ilçəsində anadan olub. Anadolu Universiteti İnşaat mühəndisliyi Bölməsindən məzun olub. Osmanqazi Universitetində mövcud binaların fəaliyyətinin qiymətləndirilməsi və zəlzələyə davamlı binaların layihələndirilməsi üzrə magistr dərəcəsi alıb. Uzun illər mühəndis olaraq çalıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Alanyurt Bələdiyyə Məclisinin üzvü seçilib. Bir müddət Səadət Partiyasında Bursa il şöbəsinin sədri olub. Hazırda Səadət Partiyası İdarə Heyətinin üzvüdür. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Bursa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
AVAVA (roman)
Qoçhisar (Alaca)
Qoçhisar — Çorumun Alaca ilçəsinə aid kənd.
Adama Diakabi
Adama Salimi Diakabi (fr. Adama Diakhaby; 5 iyul 1996, Ayaçço) — Türkiyənin "Bandırmaspor" klubunda vinqer kimi çıxış edən Seneqal əsilli fransalı futbolçu. Fransa gənclər milli komandasının üzvü olub. == Karyerası == Fransanın Ayaçço şəhərində doğulan Adama Diakabi "Kann" futbol klubunun yetirməsidir. 2013-cü ildə o, "Kann" klubunun ikinci komandasına dəvət edilir. 24 avqust 2013-cü ildə "Kale" klubu ilə oyunda "Kann" klubunun ikinci komandasında debüt edir. 8 noyabr 2015-ci ildə Diakabinin "Renn" klubu ilə bir illik müqavilə imzalayır və 2015–16 mövsümünün qalan hissəsini "Renn" klubunun ikinci heyətində keçirir. 2017-ci ilin yay transfer pəncərəsi ərzində "Monako" klubu "PSJ" klubuna gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.2017–18 mövsümundə "Monako"nun heyətində ümumilikdə 30 oyunda meydana çıxır və 3 qol vurur. 20 iyul 2018-ci ildə Diakabi, İngiltərə Premyer Liqası klubu "Haddersfild Taun"a taransfer olur və bir il də artırılma şərti ilə üç illik müqavilə imzalayır. 13 yanvar 2023-cü il tarixində "Qarabağ" klubu ilə 30 iyun 2025-ci il tarixinə kimi müqavilə imzalayır.
Asama dağı
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..
Alaca (Qars)
Alaca — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 380 nəfərdir (2022).
Avaci adası
Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km² təşkil edir. Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir. == Tarixi == VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol mənasını verir. == İnzibati bölgü == İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Akama-cinqu
Akama məbədi (赤間神宮, Akama-cinqu) – Yaponiyanın Yamaquçi prefekturasının Şimonoseki şəhərində yerləşən şintoist məbədi. Qenpey müharibəsi zamanı öldürülmüş İmperator Antokuya həsr olunmuşdur. Meyci islahatına qədər buddist məbədi olmuşdur. == Tarixi == 1185-ci ildə baş verən və Qenpey müharibəsinin həlledici döyüşü olan Dan-no-ura dəniz döyüşündə Minamoto klanına məğlub olan Tayra klanının bir çox üzvü, eləcə də, 7 yaşlı İmperator Antoku suda boğdurularaq öldürülmüşdür. Antokunun nəşi tapılmış və Akamaqesekidə yerləşən bir buddist məbədinin yaxınlığında basdırılmışdır. 1191-ci ildə İmperator Qo-Toba buddist məbədinin adını Amida məbədi olaraq dəyişdirmiş və Antokunun ruhuna dua etmək üçün memorial zalı tikməyi əmr etmişdir. 1875-ci ildə Meyci hökuməti məbədi şintoist məbədinə çevirmiş və adını Akama məbədi olaraq dəyişdirmişdir. == Xüsusiyyətlər == Məbəddə saxlanılan ən əhəmiyyətli əşya XIII əsrə aid olan "Heykenin nağılı" əsərinin əlyazmasıdır. Bu əlyazma "Naqato-bon" adı ilə tanınır. Məbədin illik festivalı hər ilin 7 oktyabr tarixində baş tutsa da, məbəd daha çox hər ilin 23-25 aprel tarixlərində keçirilən Senteysan festivalına görə tanınır.
Alaca (cins)
Alaca (lat. Zygaena) — Pulcuqluqanadlılar dəstəsinə aid Kəpənək fəsiləsi. == Təsviri == Orta ölçüyə malikdir. Ön qanadları iri və ləkəlidir. Göy və ya, yaşıl metal rəngində olurlar. Günün əsasən şəfəq saçarkən aktiv olurlar. Bəzi növləri isə gecə həyatı keçirir. Pupları qısa enlii formaya malik olurlar. == Sistematikası == == Ədəbiyyat == K. A. Efetov, W. G. Tremewan & G. M. Tarmann (eds). Proceedings of the 7th International Symposium on Zygaenidae.
Sani Abaça
Sani Abaça (20 sentyabr 1943[…] – 8 iyun 1998[…]) — Nigeriya dövlət xadimi, dövlət başçısı, Müvəqqəti Hakim Şurasının sədri, 1993-cü ilin noyabrından Federal İcraiyyə Şurasının (hökumət) sədri, 1990-cı ilin noyabrından isə Müdafiə Naziri. 1987-ci ildə general-leytenant olmuşdur. Hərbi təhsilini Birləşmiş Krallıq və ABŞ-da almışdır. 1983-cü və 1985-ci illərdə hərbi çevrilişlərin hazırlanmasında iştirak etmişdir. 1990-cı ildən müdafiə naziri, 1992-ci ildən Nigeriyanın vitse-prezidenti. 1993-cü ildən onun təşkil etdiyi çevrilişdən sonra Müvəqqəti Hakim Şurasının və Federal İcraiyyə Şurasının sədri olmuşdur.