YAVAŞCA

zərf Astaca, üsulluca, yavaşcadan, hiss etdirmədən, səs çıxarmadan, bildirmədən. Yavaşca yerindən durdu. Yavaşca kənara çəkildi.
– Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. C.Məmmədquluzadə.
Zeynal yavaşca addımları ilə Mehribana yaxınlaşdı. S.Hüseyn.
…Qoşqar yavaşca qalxıb dinməz-söyləməz kabineti tərk edəndə Sultan elə bil yuxudan ayıldı. İ.Hüseynov.

// Başqalarına eşitdirmədən, astadan, yavaş səslə.
Qulluqçu … sözünün axırını yavaşcadan söyləyərək, qızarmış bir halda otaqdan çıxdı. Çəmənzəminli.
Ana Südabəyə yavaşca: – Qızım, Firidunu qonaq çağırsana, – dedi. M.İbrahimov.

Антонимы

  • YAVAŞCA YAVAŞCA – BƏRK Bir dəfə axşam kim isə qapını yavaşca döydü (C.Məmmədov); Əkbərin baldırı bərk göynədi (Mir Cəlal)
YAVAŞAN
YAVAŞCADAN
OBASTAN VİKİ
Yavaşca Şahin Paşa
Yavaşca Şahin Paşa (ö. sentyabr 1465) — II Mehmed səltənətində xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Əsli və doğum tarixi barədə məlumat yoxdur. Dərya bəylərindən olub, Konstantinopolun fəthi əsnasında Süleyman bəy və Həmzə bəy idarəsindəki donanmada iştirak etmişdir. Fəthin ardından vəfat edən Süleyman bəyin yerinə 1458-ci ildə kaptan-ı dərya təyin olundu. Bu vəzifədə ikən 1465-ci ilin sentyabrında vəfat etdi. Cənazəsi Uzunçarşı (Əminönü) məhəlləsində inşa etdirdiyi məscidin həyətinə dəfn edildi. == Mənbə == Sicill-i Osmani V, səh.

Значение слова в других словарях

бура́н встяну́ть голо́вонька дова́ривание изме́нник оття́пываться универса́льность занеме́ть маля́рничать отча́л подзы́в руло́нный соиска́тель сте́рео apologize hang-glider hellish hide-and-seek inapprehensive outnumber plastique reality therapy spherometer swindle sheet монорельс