Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aviator (film, 2004)
"Aviator" (ing. The Aviator) — Martin Skorsezenin ABŞ aviatoru və kinoprodüseri Hovard Hyuz haqqında bioqrafik dram filmi. Kinofılmdə əsas rolu Leonardo DiKaprio oynadı və bu performansına görə BAFTA, Oskar və ABŞ Kinoaktyorlar Gildiyası kimi kinoakademiya mükafatlarının nominasiyasına layiq görüldü və Qızıl qlobus mükafatının laureatı oldu. Ümumilikdə, Skorsezenin kinoəsəri BAFTA-nın on dörd nominasiya və dörd mükafatı, Oskarın on bir nominasiya və beş mükafatı, ABŞ Kinoaktyorlar Gildiyasının üç nominasiya və bir mükafatı və nəhayət Qızıl Qlobusun altı nominasiya və üç mükafatını qazandı. == Rollarda == == Hovard Hyuza verilmiş diaqnoz == DVD nəşrinə bonus olaraq filmin müəllif versiyasında Hovard Hyuzun obsesif-kompulsiv pozğunluq (OKP) diaqnozu haqqında qısa hekayə var. Hekayənin adı "The Affliction of Howard Hughes: Obsessive-Compulsive Disorder" / "Hovard Hyuzun xəstəliyi: obsesif-kompulsiv pozğunluq". Psixiatr Ceffri Şvarts "Aviator"un çəkilişində iştirak etmişdir. Hovard Hyuzun real həyatda həqiqətən də obsesif-kompulsiv pozğunluqdan əziyyət çəkib-çəkmədiyi tam olaraq bilinməsə də, Hyuz rolunu canlandıran Leonardo DiKaprio bu narahatlığın əlamətlərini inandırıcı şəkildə göstərdi.
Erigeron aviatorum
Erigeron aviatorum (lat. Erigeron aviatorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Akinator
Akinator — 2007-ci ildə 2 fransız proqramçısı tərəfindən yaradılmış internet oyundu. Əvvəlcə ağlınızda bir nəfər (obraz ,oyun personajı) tutursunuz. Akinator sizə ağlınızda tutduğunuz şəxs haqqında suallar verir. Siz o, suallara bəli, xeyr, bilmirəm, bəlkə, bəlkə yox cavabları verə bilərsiniz. Sizin verdiyiniz cavablara əsasən Akinator sizin ağlınızda tutduğunuz şəxsi tapır.
Avratom
Avropa Atom Enerjisi Birliyi (ing. European Atomic Energy Community) və ya qısaca Avratom — atom enerjisinin istehsalı və istifadəsi sahəsində birgə işlərin əlaqələndirilməsi və maliyyələşdirilməsi, atom sənayesinin ikişafı, nüvə energetikası sahəsində tədqiqatların aparılması, parçalanan materialların istifadəsi üzərində nəzarətin həyata keçirilməsi və s. üzrə Avropa dövlətləri təşkilatı. == Tarixi == 1957-ci ildə yaradılması haqqında sazişi Avropa İqtisadi Birliyinin 6 üzvü — Fransa, AFR, İtaliya, Niderland, Belçika və Lüksemburq imzalamışlar. Saziş 1958-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 1957cü ildən Böyük Britaniya, İrlandiya və Danimarka Avratoma daxil olmuşlar. Onun rəsmi vəzifəsi nüvə sənayesi yaratmaq və inkişaf etdirməkdir.1959-cu ilin yanvarında Avratomun üzvləri nüvə materiallarının ticarəti üzrə ümumi bazar yaratdılar. Bununla əlaqədar tədqiqat işləri aparmaq, texniki informasiyaları mübadilə etmək, kapital qoyuluşuna maraq oyatmaq, çox baha başa gələn müəssisələri qarşılıqlı surətdə tikmək, nüvə xammalı ilə təchizat, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti və s. nəzərdə tutulur. Avratomun proqramı, hər şeydən əvvəl, iştirakçı ölkələrdə yanacaq-enerji çatışmazlığı probleminin həllinə yönəldilmişdir.1960-cı ildə atom energetikası sənaye inkişafı mərhələsinə çatmışdır.
Radiator
Radiator — İki mühit arasında istilik mübadiləsinə imkan verən cihazdır. Qızdırıcı radiator 1855-1857-ci illər arasında Sankt-Peterburqda yaşayan Prusyada anadan olmuş rus iş adamı Frans San Qalli tərəfindən icad edilmişdir.
Amator
Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir..
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
Aviation (mahnı)
"Aviation" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu olan Everything You've Come to Expect-dən üçüncü sinql. 16 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Mahnı klipi == Klipdə Törner və Keyn çimərlikdə çuxur qazırlar, onlar torpağı qazarkən bir kişi və gəlin paltarı geyinmiş qadın maşından düşüb onlara yaxınlaşır. Keyn birdən qayıdıb kişini öpür ki, bu da onların arasında dava olmasına səbəb olur. Bu vaxt qadın sahilə qaçır, Törner və Keyn isə kişinin adamları tərəfindən torpağa basdırılır. Klipin sonrası "Everything You've Come to Expect" mahnısında göstərilir.Video Malibudakı Point Dume-də çəkilib və rejissoru Saam Farahmanddır. Klip 16 mm ilə çəkilib, Chung Chung-hoon, videonun vizual keyfiyyətini təmin edərək, çəkilişlər üzrə rejissor vəzifəsini icra etdi.
Aviqdor Liberman
Aviqdor Liberman (ivr. ‏אביגדור ליברמן‏‎ 5 iyul 1958, Kişinyov) SSRİ-də anadan olmuş, əslən israilli siyasətçi. Hazırda İsrailin Müdafiə naziridir. O, 2009–2012 və 2013–2015-ci illər aralığında İsrail Xarici İşlər naziri vəzifəsində xidmət etmişdir. Bundan başqa, İsrail Baş Nazirinin müavini vəzifəsində də xidmət etmişdir. O, seçicilərinin əksəriyyəti keçmiş Sovet dövlətlərindən gələn immiqrantlar olan dünyəvi-milliyyətçi "Bizim ev-İsrail" partiyasının qurucusudur. 1990-cı illərdə bir milyona yaxın rusdilli immiqrantların İsrailə gəlməsindən sonra "Bizim ev-İsrail" partiyası koalisiya hökumətinin təşkil olunmasında əsas pay sahiblərindən biri olmuşdur.Liberman ilk dəfə 1999-cu ildə Knessetə üzv olmuş və bu vaxtdan etibarən hökumətdə bir neçə mühüm vəzifəni icra etmişdir. O, həmin vaxtdan indiyə qədər Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Strateji İşlər naziri, Baş Nazirin müavini, Xarici İşlər naziri və Müdafiə naziri vəzifələrini uğurla icra etmişdir. == Həyatı == Liberman 5 iyul 1958-ci ildə SSRİ-də (indiki Moldova, Kişinyov) anadan olmuşdur. Atası Lev (18 may 1921–2 iyul 2007) Qırmızı Ordu sıralarında xidmət etmiş, İosif Stalin hakimiyyətə gəldikdən sonra yeddi il Sibirdə sürgün vəziyyətində yaşamış yazıçı idi.
Dassault Aviation
Dassault Aviation SA, Fransa mərkəzli bir aviasiya və müdafiə sənayesi şirkətidir. Şirkət 1929-cu ildə Marcel Dassault tərəfindən qurulub və Dassault Qrupun bir hissəsidir. Şirkətin mərkəzi Parisdə yerləşir.
Netscape Navigator
Netscape Navigator – Netscape Communications, Inc. şirkətinin işləyib hazırladığı tanınmış veb-brauzer. İlk versiyası 1994-cü ildə buraxılıb. Havayı yayılan bu proqram Netscape şirkətinə ucuz başa gəlməsə də, burada əsas məqsəd Internet provayderlərinin diqqətini Netscape Web Server proqram təminatına cəlb etmək idi. 1998-ci ildə Netscape Navigator brauzerlər savaşında Microsoft Explorer brauzerinə uduzduqdan sonra AOL şirkətinə satılıb. 2008-ci ildə AOL bu brauzerin dəstəklənməsini dayandırıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Variator ötürməsi
Variator ötürməsi — ötürmə ədədini səlis dəyişmək üçün istifadə olunan ayrıca aqreqat və ya maşınlara quraşdırlmış düyüm. == İşləmə prinsipi == Variator onun işləməsini təminedən bir və ya bir neçə pilləsiz ötürmədən ibarətdir. Onun əsas xassəsi tənzimləmə diapazonu, yəni ən böyük ötürmə ədədinin ən kiçiyə nisbəti ilə ifadə olunur (adətən 3-6, bəzi hallarda 10-12). Variatorlar müxtəlif iş şəraitlərində maşının optimal işləməsinə xidmət edir. Məsələn, metalkəsən dəzgahda diametri dəyişən pəstahın müxtəlif sahələrində əlverişli kəsmə sürətini təmin etmək mümkündür. Bundan əlavə variatorlara avtomobil, tekstil maşın və mexanizmlərində, kağız, kimya sənayesində, nəqliyyatda rast gəlinir. Ən geniş yayılmış növü elektrik mühəriki ilə işlədilən pazlı qayış ötürməsidir. Sürətin pilləsiz ötürmə sistemi kimi variatorların tətbiqi avtomatlaşdırılmış texniki vasitələrdə daha böyük rol oynayır. == Qayışla işləyən variatorlar == Şəkildə qayış ötürməsi ilə işləyən variator təsvir olunmuşdur. Variator pazformalı qayışla əlaqələndirilmiş aparıcı və aparan qasnaqlardan ibarətdir.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Avreli Viktor
Avreli Viktor (IV əsr) — Roma tarixçisi. == Həyatı == Avreli Viktor IV əsrdə Karfagendə torpaq sahibkarı ailəsində anadan olmuş, gəncliyində imperator Yulianın ordusunda xidmət etmişdir. Yulian öz rəqibi Konstansiyaya qalib gələndən sonra Avreli vali təyin olunmuşdur. İmperator Feodisi isə onu yüksək qiymətləndirərək 389-cu ildə Roma şəhərinin profektoru təyin etmişdir. Onu yaxşı tanıyan məşhur tarixçi Ammian Marsellin yazırdı ki, ağıllı düşüncə tərzinə görə Avreli ilə mübahisə etmək xoş idi. Avreli Viktorun əsərlərindən ən məşhuru "Sezarlar haqqında" traktatıdır. Bu əsərdə o, imperator Oktavian Avqustdan Yuliana qədər 89 imperatorun qısa bioqrafiyasını qələmə almışdır. Adəti üzrə hökmdarların qısa xarakteristikasını verib, ilk növbədə onların əxlaqi keyfiyyətlərini nəzərə çatdırır. O, bir neçə sətirlə imperatorların zahiri təsvirlərini də unutmurdu. Bütün bioqrafiyalardan görünür ki, tarixçi qatı Roma tərəfdarıdır.
Noqayev Viktor
Noqayev Viktor Antonoviç- 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur.1948-ci ildə Bakı Şəhər Sovetinin, 1952-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Həyatı == Noqayev Viktor Antonoviç 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur. Viktor Antonoviç orta məktəbin 7-ci sinfini bitirdikdən sonra, 1931-ci ildə Dəmiryol politexnikumunu bitirərək birinci dərəcəli texnik- mexanik ixtisasına yiyələnmiş və işləməyə Moskva şəhərinə göndərilmişdir. Burada o, Vaqontormoiqayırma Elmi-Tədqiqat İnstitutunda avtotormozlan sınayan texnik vəzifəsin¬də işləmişdir. İnstitutda işlədiyi müddətdə 10 ay səfərbər¬lik tədbiri üzrə Petropavlovsk-Kamçatka ma¬gistralının tikintisində işləməyə göndərilmişdir. Tikintidə işlədiyi müddətdə ardıcıl olaraq maşi¬nist köməkçisi, parovoz maşinisti, parovozların təmiri üzrə instruktor vəzifələrində çalışmışdır. 1933-cü ildə Viktor Antonoviç Qroznı şəhərindəki Neft institutuna daxil olub, 1938-ci ildə oranı bitirərək, neft-mədən mühəndisi ixtisası alır və institututda saxlanılaraq, neft-mədən yataqlarının işlənməsi və istismarı kafedrasında laboratoriya müdiri təyin edilir.: 1939-cu ildə Viktor Noqayev «Əzizbəyov- neft» trestinin dəvəti ilə Bakıya gəlir və trestin 1—ci və 3-cü mədənlərində neftçıxarma ustası, 4-cü mədəndə mədən müdirinin müavini, trestin fontan-kompressor istismarı üzrə böyük mühəndisi, neftin nəqli sexinin direktoru, qaz idarəsinin baş mühəndisi, quyularm tədqiqi üzrə trestin böyük müfəttişi vəzifələrində işləyir. == Fəaliyyəti == 1943-1946-cı illərdə «Artyomneft» trestində neftçıxarma ustası, mədən müdirinin müavini, mədən müdiri, 1946-1947-ci illərdə trestin baş mühəndisi, 1947-1949-cu illərdə trestin rəisi, 1949-1950-ci illərdə «Azərdənizneft» Birliyinin baş mühəndisi, 1950-1955-ci illərdə «Gürganneft» trestinin (indiki Neft Daşları NQÇİ) rəisi işləmişdir. Viktor Antonoviç «Gürganneft» trestinə rəhbərlik etdiyi müddətdə dirəklər üzərində unikal dəniz şəhəri yaradılmağa başlandı. 1 saylı yaşayış qəsəbəsi, qəsəbədə 16 ədəd ikimərtəbəli yataqxana binaları, gücü 540 Kvt olan 10 ədəd dizel-elektrik stansiyası, qazanxana, hamam, mağazalar, on kilometrlərlə estakadalar, meydançalar, «Neft Daşları» yatağının neft-qaz horizontlannm sınaq-istismar işləri, dəniz suyunu mexaniki qarışıqlardan təmizləyən qurğular, xüsusi injeksiya quyularından laylara dəniz suyunun vurulması, hava-kompressor və qaz-kompressor stansiyası, üzən barjda yerləşdirilmiş hər birinin gücü 750 Kvt olan dizel-elektrostansiya, böyükqabaritli blok- özüllərin tikilməsi, Neft Daşlarmdan neftlə dolu ilk tankerin sahilə göndərilməsi, özüllərdən küt (topa) halında maili istiqamətli neft quyularmın qazılması, 1 və 2 saylı əmtəə çənləri parkı, gəmi yanalma körpüsünün qurulması və s.
Silven Viltor
Silven Viltor (fr. Sylvain Wiltord, 10 may 1974, Nyoyi-syur-Marn, Sena-Sen-Deni, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu. Hücumçu "Bordo", "Olimpik Marsel", "Arsenal" və Fransa millisindəki çıxışları ilə məşhurdur. 11 iyun 2012 tarixində futbol karyerasını bitirdiyini açıqlamışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Silven Viltor ilə əlaqəli mediafayllar var.
Viktor Xain
Viktor Yefimoviç Xain (13 (26) fevral 1914, Bakı – 24 dekabr 2009, Moskva) — geologiya-mineralogiya elmləri doktoru, professor, geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının akademiki, AMEA-nın Fəxri xarici üzvü, Paris Universitetinin fəxri doktoru, Bolqarıstan və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür. == Həyatı == Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun (indiki ADNSU) mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir. 1940-cı ildə "Yuranın və təbaşirin fasiyaları və mezozoyda Cənub-Şərqi Qafqazın geotektonik inkişaf tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) havadan müdafiə hərbi hissələrində qulluq etmişdir. 1945-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük elmi işçi, "Regional geologiya" şöbəsinin rəhbəri vəzifələrində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda müəllimlik etmişdir. 1947-ci ildə "Cənub-Şərqi Qafqazın geotektonik inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Moskva Dövlət Universitetində işləyir. 1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimya və mədən elmləri (qlobal seysmologiya, tektonika) Bölməsi üzrə akademikdir. Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri xarici üzvü seçilmişdir.
Viktor Xodukin
Viktor Xodukin OİK(Lvov) futbol məktəbinin yetirməsidir. 1965-1967-ci illərdə OİK(Lvov),"Neftyannik"(Droqobiç), "Karpatı"(Lvov) komandalarında oynamışdır. Məşqçilik karyerası 1971-ci ildən başlanmışdır. Uzun illər(1975-ci ildən 1990-cu ilədək) "Karpatı" Olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində işləmiş və məktəbin baş məşqçisi olmuşdur. 1991-cu ildən Ukraynanın 2-ci dəstəsində oynayan "Avanqard" (Jidakov), "Qazovik"(Komarno) və "Sementik" (Nikolayev) komandalarına baş məşqçilik etmişdir. 1996-cı ildən 2005-ci ilin yanvar ayınadək Lvov "Karpatı"sının 2-ci komandasında (Ukrayna çempionatı, 1-ci və 2-ci liqalar) baş məşqçi vəzifəsində çalışmışdır.
Viktor Xuqayev
Viktor Totrazoviç Xuqayev (rus. Виктор Тотразович Хугаев; 25 fevral 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Xuqayev öz peşəkar karyerasında debütünü 3 avqust 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Tekstilşik İvanovo klubuna qarşı oyunda etmişdir.
Viktor Yanukoviç
Viktor Fyodoroviç Yanukoviç (ukr. Віктор Федорович Янукович; 9 iyul 1950[…], Enakoyev[d], Donetsk vilayəti) — Ukrayna Respublikasının Siyasi və Dövlət Xadimi. Regionlar partiyasının sədri. 2002–2005, 2006–2007-ci illərdə Ukrayna Respublikasının Baş Naziri. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə qalib gələrək Ukrayna Respublikasının 4-cü Prezidenti seçilmiş və 2010-cu il 25 fevral tarixindən vəzifəsinin icrasına başlamışdır. == Həyatı == Donetskdə Enakoyev qəsəbəsində kömürçü fəhlə ailəsində anadan olub. 1967-ci ildə o, soyğunçuluğa görə mühakimə olunub. 1970-ci ildə onu başqasına orta dərəcəli xəsarət yetirməklə bağlı məhkəmə qarşısına çıxarıblar. Rəsmi məlumata görə, bu ittiham Viktor Yanukoviçin üzərindən qaldırılıb. 2006-cı ildə Ukrayna hakimiyyəti bu cinayət işində saxtakarlıq ehtimalını araşdırmağa başlayıb.
Viktor Yuşenko
Viktor Andreyeviç Yuşşenko (ukr. Віктор Андрійович Ющенко; d. 23 fevral 1954, Sumsı vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna Respublikasının Dövlət və Siyasi Xadimi. Ukrayna Respublikasının 3-cü prezidenti (2005–2010). == Həyatı == Viktor Yuşşenko 23 fevral 1954-cü ildə Ukraynanın Sumsk vilayətinin Xorujevsk şəhərində anadan olmuşdur. Ata və anası kənddə müəllim olmuşlar. İqtisadçı təhsili alıb, karyerasına SSRİ Dövlət Bankının regional şöbəsində başlayıb. 1993-cü ildə Ukrayna Milli Bankının sədri təyin edilib. 1996-cı ildə dövriyyəyə buraxılan Ukrayna milli valyutasının – qrivnanın "atası" sayılır. Onun rəhbərliyi altında həyata keçirilən pul islahatı uğurlu olub, ölkə iqtisadiyyatına mənfi təsir etməyib.
Viktor Yuşşenko
Viktor Andreyeviç Yuşşenko (ukr. Віктор Андрійович Ющенко; d. 23 fevral 1954, Sumsı vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna Respublikasının Dövlət və Siyasi Xadimi. Ukrayna Respublikasının 3-cü prezidenti (2005–2010). == Həyatı == Viktor Yuşşenko 23 fevral 1954-cü ildə Ukraynanın Sumsk vilayətinin Xorujevsk şəhərində anadan olmuşdur. Ata və anası kənddə müəllim olmuşlar. İqtisadçı təhsili alıb, karyerasına SSRİ Dövlət Bankının regional şöbəsində başlayıb. 1993-cü ildə Ukrayna Milli Bankının sədri təyin edilib. 1996-cı ildə dövriyyəyə buraxılan Ukrayna milli valyutasının – qrivnanın "atası" sayılır. Onun rəhbərliyi altında həyata keçirilən pul islahatı uğurlu olub, ölkə iqtisadiyyatına mənfi təsir etməyib.
Viktor Zotov
Viktor Zotov (ing. Victor Dmitrievich Zotov; 16 sentyabr 1908, Vladivostok – 26 may 1977, Kraystçerç) — Rusiya mənşəli Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Viktor Zotov zoğalkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1928 Observations and experiments on the suckling clover content of the pastures on the school farm. Feilding Agricultural College Bulletin No. 7: 9-11. 1930 Notes on sexual expression in certain species of New Zealand Coprosmas. Transactions and Proceedings of the N.X. Institute 60: 547-56 (G. V. Wild and V. D. Zotov). 1930 A case of malformation in Clematis foetida. N. X. Journal of Science and Technology 11: 362-5 (H. H. Allan and V. D. Zotov).
Viktor Zubkov
Viktor Alekseyeviç Zubkov (15 sentyabr 1941, Arbat[d], Sverdlovsk vilayəti) — Rusiya dövlət xadimi, iqtisadçı, 2007-ci il sentyabrın 14-dən Rusiya Federasiyasının Baş naziri.
Viktor unqerniyası