Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Avson
Avson və ya Avzon (q.yun. Αὔσων q.yun. Αὔσων) — qədim yunan mifologiyasında personaj, İtaka çarı Odissey və nimfra Kalipsonun (və ya sehrbaz Kirkinin) oğlu. Başqa bir versiyaya görə, Atlant və Kalipsonun oğlu idi. Lipar və qardaşlarının atası olmuşdur.O, qədim zamanlarda Avzoniya adlanan İtaliyanın cənub-qərbini mənimsəmiş avzonların əcdadı hesab olunurdu.
Avzon
Avson və ya Avzon (q.yun. Αὔσων q.yun. Αὔσων) — qədim yunan mifologiyasında personaj, İtaka çarı Odissey və nimfra Kalipsonun (və ya sehrbaz Kirkinin) oğlu. Başqa bir versiyaya görə, Atlant və Kalipsonun oğlu idi. Lipar və qardaşlarının atası olmuşdur.O, qədim zamanlarda Avzoniya adlanan İtaliyanın cənub-qərbini mənimsəmiş avzonların əcdadı hesab olunurdu.
Aidon
Aidon Oy — Şimali Avropada ağıllı şəbəkə üçün ağıllı ölçmənin həllərinə və xidmətlərinə diqqət yetirən Finlandiya texnologiya şirkəti. Şirkət 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində təsis edilmişdir. Şirkətin Finlandiya, Norveç və İsveçdə ofisləri mövcuddur. == Tarixi == Aidon 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində yeddi nəfərlik startap şirkəti kimi təsis edilmişdir. 2004-cü ildən bəri Aidon Şimali Avropada 2,5 milyondan çox nöqtənin ölçülməsi üçün müqavilə imzalamışdır. == Xidmətləri == Aidon Şimali Avropa enerji paylayıcı sistem operatorlarına (DSOs) sənaye interneti və ağıllı şəbəkə texnologiyalarını paylayır və onları gündən-günə təkmilləşdirir. Şirkət Finlandiya, Norveç və İsveçdə fəaliyyət göstərir. Hal-hazırda şirkətin Şimali Avropada 2,5 milyondan çox hesablayıcısı var.
Aiton
Vilyam Ayton (ing. William Aiton, 1731[…], Hamilton – 2 fevral 1793, Riçmond[d], Böyük London) — şotland botaniki və bağçısı. == Əsərləri == Hortus Kewensis (3 cilddə, London, 1789) == Ədəbiyyat == Taylor, George. Aiton, William. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner's Sons. 1970, 88–89. ISBN 0-684-10114-9. Aiton William (1731–1793) (ing.) Dictionary of National Biography, 1885–1900, Volume 01 == İstinadlar == International Plant Name Index.
Akoin
Aksion
Aksion — fizikada atom nüvələrini parçalanmaqdan qoruyub saxlayan güclü qarşılıqlı təsiri modelləşdirərkən istifadə olunan hipotetik zərrəcikdir. Bir aksion bir elektrondan trilyon dəfə yüngüldür, lakin bir kub santimetrdə onların sayı yüz milyard ola bilər. WIMPs zərrəciklər Ağ Yolun qaranlıq qalosunda annihilyasiya edərək qamma-şüalar, antiproton və pozitronlar buraxa bilər. Belə bir şüalanmanı ümumiyyətlə, müşahidə etmək olar, lakin onu Qalaktikanın ümumi şüalanmasından ayırmaq çətin bir məsələdir.
Akson
Akson (yun. axis, azərb. çıxıntı‎) – neyronun 2 çıxıntısından biridir. Hüceyrənin cismindən çıxan impulslar bu çıxıntı vasıtəsilə gəlir. Uzun, adətən, az şaxələnən çıxıntılardır. Uzunluğu 1 m-ə çatır. Hər bir sinir hüceyrəsinin 1 aksonu vardır.
Albion
Albion — Britaniya adalarının (İrlandiya istisna olmaqla) qədim adı. == Adın mənşəyi == Albion adı ilk dəfə olaraq e.ə. VI əsrdə qədim yunanların, o cümlədən yunan coğrayafiyaşünası Ptolemeyin əsərlərində çəkilmiş, sonralar isə qədim Roma və orta əsrlər ədəbiyyatına keçmişdir. Kral Artur haqqında əfsanələrdə də bir çox hallarda Albion ifadəsindən istifadə olunmuşdur. Fərziyyələrə görə Albion kelt və ya latın (albus - ağ və ya alb - qaya: Duvr yaxınlığındakı əhəngdaşı qayalıqlarının rəngindən götürülmüşdür) mənşəli sözdür. Alba eyni zamanda müasir şotland dilində Şotlandiyanın adıdır. Britaniyalılar üçün Albion adı yüksək məna kəsb edir, digər ölkələrdə isə daha çox istehza məqsədi ilə izah olunur. Keçmişdə Britaniya diplomatiyasını səciyyələndirmək üçün "məkrli Albion" ifadəsindən istifadə olunurdu. Bir sıra mənbələrbə Britaniyanın "Dumanlı Albion" adlandırılmasının əsas səbəbi ilin əksər günlərində adanın dəniz səviyyəsindən aşağı hissəsinin dəniz dumanı ilə əhatə olunmasıdır. == İstinadlar == == Xarici keçidlər == Bernau, Anke, McMullan, Gordon; Matthews, David (redaktorlar), "Myths of origin and the struggle over nationhood", Reading the Medieval in Early Modern England, Cambridge University Press, 2007, 106–118, ISBN 0521868432 Brereton, Georgine Elizabeth, redaktorDes grantz geanz: an Anglo-Norman poem, Medium Aevum Monographs, 2, Oxford: Blackwell, 1937 == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-ci yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Almon
Almon (kommuna)
Ambon
Ambon (ind. Pulau Ambon) — Molukka adalarına daxil olan və İndoneziyaya məxsus ada. Sahəsi 775 km² təşkil edir. Adada 361 287 nəfər yaşayır. Ambon adasında Ambon liman şəhəri yeləşir. Maluku vilayətinin mərkəzidir. Şəhərdə hava limanı, Pattimura Universiteti və bir necə başqa təhsil müısisələri vardır. == Coğrafiyası == Ada bölgədə yerləşən Seram adasından cənub-qərbdə yerləşir. Banda dənizi daxilində yerləşir. Adanın uzunluğu 51 km təşkil edir.
Ammon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amnion
Amnion — sürünənlərdə, quşlarda, məməlilərdə və bəzi onurğasızlarda rüşeym pərdəsi. Onurğalılarda amnion, rüşeymin ətrafında ektodermadan xaric rüşeym büküşləri şəklində inkişaf edib onu əhatə edir. Kisənin içərisi maye ilə dolu dolu olur ki, bu da rüşeymi mexaniki təsirlərdən qoruyur. Doğuş zamanı amnion qopur. maye xaric olur, doğuşu asanlaşıdırır.Amnionun qalığı uşaq "köynəyi" adlanır. Ektoderma büküşü kimi rüşeym pərdəsinə, həmçinin, həşəratlarda, əqrəblərin və nemertinlərin sürfələrində təsadüf edir.
Amvon
Amvon (yun. ἄμβων; q.slav. amvón) — xristian kilsəsində Bibliya mətnləri, moizələr və litaniyaların oxunduğu yer. Şərqi ortodoks xristianlıq, Antixalkidon kilsələrində, Şərqi Katolik Kilsələrində işlənir. == Etimologiya == Tədqiqatçıların əksəriyyəti hesab edir ki, "amvon" sözü yunan dilindəki "anabayno" – "yuxarı çıxmaq" felindən törəmiş bir isimdir. İstənilən təfsirdə bu söz yüksəkliklə əlaqələndirilirdi. == Tarixi == Erkən xristian və Bizans kilsələrində amvon xorun hər iki tərəfində və ya mərkəzi günbəzin altında yerləşdirilən kafedra idi. Amvona qalxan bir-iki pilləkən olurdu. Rus kilsəsində bu, kral qapılarının qarşısında yerləşən soleyanın yarımdairəvi hissəsidir. Amvon İsanın məzarının girişini bağlayan daşı simvolizə edirdi.
Andon
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 54,3 km², əhalisi 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Anison
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Ansion
Ansion — "Ulduz müharibələri" kainatında uydurma planet. Obi-Van Kenobi və Anakin Skayvolker "Klonların hücumu" (2002) filminin hadisələrindən əvvəl planeti ziyarət etmişdir. Ansion planetinin Qalaktik respublikadan çəkilərək separatçı hərəkata qoşulacağı haqqında dedi-qodular yayılmışdır və bu məsələni həll etmək cedaylara həvalə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ansion — Vukipediya saytında.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Apton
Apton (Kvebek)
Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Arron
Arron (fr. Arronnes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 354 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 214 nəfər (15–64 yaş arasında) arasında 163 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə bu 72,9%). Fəal 163 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın) işləyir, 22 nəfər işsizdir (9 kişi və 13 qadın). 51 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Action/RPG
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Avila
Avila (Latınca: Abila və ya Óbila) – İspaniyanın Kastiliya və Leon Muxtar Regionundakı vilayət və bu vilayətin mərkəzi şəhər. Tarixi Köhnə Kastiliya regionunun cənubunda yerləşir. Şəhər İspaniyanın 1117 metr hündürlüyü ilə ən yüksək əyalət mərkəzidir. Madridə olan məsafəsi 115 km-dir. 2005-ci il hesablamalarına görə şəhərin əhalisi 53.000 nəfərdir. Şəhərin tarixi əraziləri 1985-ci ildə UNESCO tərəfindən Dünya İrsi elan edilmişdir.
Aviçi
Avicii və ya Tim Bergling (8 sentyabr 1989[…], Stokholm – 20 aprel 2018[…], Maskat) — Stokholm, İsveçdən olan məşhur DJ və mahnı prodüseri idi. Avicii 2010-cu ildə «My Feelings for You», «Seek Bromance», «Blessed» və «Levels» adlı single'lara görə məşhurlaşdı. Forbes jurnalına əsasən Avicii ən yüksən qonorar alan DJ-dən biri idi, onun illik gəliri 7 mln. dollar idi. == Bioqrafiya == Tim Bergling 1989-cu ildə Stokholm şəhərində anadan olmuşdu. Öz karyerasını Lazy Jones adlı videooyun üçün musiqi remixinin etməsi ilə başlamışdı, sonralar o öz «Lazy Lace» adlı trekini yazmışdı. Onun musiqisinə əsasən Basshunter, Lyuk Leydbek, Stiv Anjello, Tocadisco, Daft Punk, Erik Pridz və Aksvell kimi ifaçılar təsir göstərmişdilər. Pit Tonqun Fast Trax adlı proqramında qələbə qazandıqdan sonra Tim bir çox şirkətlərdən təklif aldı və 2008-ci ildə «Manman» adlı trek buraxdı. Həmin ilin may ayında o At Night Management və Vicious Grooves qrup-şirkətləri ilə kontrakt bağladı. 2011-ci ildə britaniyalı müğənni Leona Lyuis «Collide» adlı mahnını təqdim etdi; bu mahnının instrumental komponenti kimi Avicii'nin «Penguin» trekindən istifadə edilmişdi.