Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anod
[[İmage:Zinc anode.png|thumb|Sink anodu]] Anod (yunanca ἄνοδος — yuxarıya hərəkət) cərəyan mənbəyinin müsbət qütbü və ya qurğunun elektrodu olub, cərəyan şəbəkəsinin müsbət qütbünə birləşdirilir. İş zamanı anodun potensialı katoda nisbətən müsbət olur. Elektroliz prosesində də anod müsbət mənbə olur və onun üzərində oksigenləşmə baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.
Agnes Arber
Aqnes Robertson Arber (ing. Agnes Robertson Arber; 23 fevral 1879, London – 22 mart 1960, Kembric) — Böyük Britaniya botaniki.. == Elmi fəaliyyəti == Aqnes Robertson Arber toxumlu bitkilər üzrə (kələmkimilər) ixtisaslaşmışdır. == Əsərləri == Arber, A. (1912). "Herbals: their origin and evolution. A chapter in the history of botany, 1470–1670". Cambridge: Cambridge University Press. Arber, A. Water Plants: A Study of Aquatic Angiosperms (ing.). — Cambridge, 1920. Arber, A. The Gramineae (q.müəy.).
Ahmed Touba
Ahmed Touba (fr. Ahmed Touba; 13 mart 1998, Rube) — Erediviziya təmsilçilərindən olan "Valveyk" klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Belçikalı futbolçu. Fransada doğulan futbolçu Belçikada böyümüş və Əlcəzair millisinin heyətində oynayır. == Klub karyerası == === Brügge === Touba Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Touba öz peşəkar karyerasında debütünü 1 may 2017-ci ildə etmişdir. O, "Zülte Varegem" klubu ilə qarşılaşmada etmişdir. O, 80-ci dəqiqədə Xose İskyerdonu əvəz etmişdir. == Milli komanda == Əlcəzair əsilli futbolçu Fransada doğulub. O, gənc yaşlarında Belçikaya köçmüş və ölkənin gənclərdən ibarət milli komandasında çıxış etməyə başlamışdır. 3 iyun 2021-ci ildə Mavritaniya millisi ilə oyunda Əlcəzair millisinin formasıyla meydana çıxmışdır.
Aqnes (roman)
Aqnes — Alman yazışısı Peter Stamm tərəfindən 1998-ci ildə yazılmış roman. Kitab ilk dəfə 1 avqust 1998-ci ildə alman dilində nəşr olunmuşdur. == Məzmunu == Kişi Amerika lüks qatar vaqonları haqqında tədqiqat aparan gənc bir isveçrəli, qadın isə dissertasiya yazan amerikalı bir fizika tələbəsi. Çikaqo İctimai kitabxanasının isti oxu zalında ilk dəfə baxışları toqquşur, qəhvə içərkən isə ilk dəfə bir-biri ilə danışırlar. Onlar birlikdə yeməyə çıxırlar, yaxınlıqdakı meşələrə gəzintiyə gedirlər və Miçiqan gölünün ətrafında dolaşırlar. Bir dəfə Aqnes ondan özünün ədəbi portretini yaratmağı xahiş edir. Bir model foto çəkilişi üçün poza verən kimi, o da yazıçının qarşısında oturur, cavan oğlan isə kompüterdə birgə həyatlarını canlandırmağa çalışır. Əvvəli daha romantik, sonu isə ağır bir roman, əsərin süjetinə uyğun olaraq reallıq da bu istiqamətdə dəyişir. Reallıq əsərdə yazılan şəkildə inkişaf edir və Aqnes Çikaqonun mərkəzində onun yaşadığı Doral Plazanın 27-ci mərtəbəsindəki mənzilə köçür. Bundan sonra isə yazıçının virtual fantaziyası hadisələrin gedişatına daha çox təsir etməyə və söz sahibi olmağa başlayır.
Aqnes Allen
Aqnes Allen (ing. Agnes Allen; 21 sentyabr 1930 – 24 fevral 2012) — İngilis uşaq kitablarının müəllifidir. Britaniya adalarında evlərin tarixini izləyən məşhur bir kitab olan "Evinizin tarixi" kitabına görə 1949-cu ildə İngilis uşaq kitabları üçün Karneqi medalı qazandı. Karneqi medalını alan ikinci məşhur elmi kitab Allen və əri Cek tərəfindən çəkilmiş detallı rəsmlər idi. Aqnes Allenin "Hekayələr" seriyası 1947-ci ildə "Kəndin nağılları" ilə başladı. Əsasən sosial tarix və sənət mövzusunda bir sıra kitablar yazdı. Bunlara Parlamentimizin tarixi (1949), Şosenin tarixi (1950) və Geyim tarixi (1955) daxildir.
Aqnes Kittelsen
Aqnes Kittelsen (20 may 1980) — norveçli aktrisa. O, "Skolen"(2004) televiziya seriyasındakı "Anneli", "Maks Manus"(2008) filmindəki "Tikken" və "Kon-Tiki" filmindəki "Liv Heyerdal" rolları ilə tanınır. 2003-cü ildə Norveç Milli Teatr Akademiyasını bitirdikdən sonra o, 2004–2006-cı illərdə Den Milli Teatrında,2007-ci ildən isə Oslo Milli Teatrında işləmişdir. Aqnes Kittelsen 2012-ci ildə "Reisen til julestjernen" adlı Norveç filmində cadugər rolunu və 2013-cü ildə NRK-də yayımlanan 2Yarım qardaş" kitabının televiziya versiyasında Vivian rolunu ifa etmişdir.
Aqnes Monika
Aqnes Monika (tam adı: Aqnes Monika Mulyöto, ind. Agnes Monica Muljoto; 1 iyul 1986, Cakarta) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib. == Həyatı == 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "Dininin toyu" sabun operası ona müvəffəqiyyət qazandırdı. 2003-cü ildə Aqnes And the Story Goes adlı ilk böyük albomunu çıxarır və bununla da İndoneziya musiqi sənayesində adını həkk etdirir.
Aqnes Primas
Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Aqnes Valkay
Aqnes Valkay (27 fevral 1981) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Valkay, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Valkay, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Aqneş Hranitski
Aqneş Hranitski (tam adı: Aqneş Hranitski, mac. Ágnes Hranitzky; 4 iyul 1945) — Macarıstan rejissoru və montajçısı. Həyat yoldaşı Bela Tarr ilə uzunmüddətli əməkdaşlığına görə tanınır. == Fəaliyyəti == Hranitski kino sahəsində fəaliyyətə 1970-ci illərdə macar filmlərinin montajçısı kimi başlamışdır. 1981-ci ildə "Yad adam" filmini montaj edərək Bela Tarr ilə əməkdaşlığa başlamışdır. O vaxtdan Tarrın bütün filmlərini montaj etmişdir. 2000-ci ildə "Verkmeyster harmoniyası" ilə Hranitski Tarrın filmlərinin ikinci rejissoru kimi görünməyə başladı.2007-ci ildə o, Tarrın baş rejissoru olduğu "Londonlu adam" filmində yenidən ikinci rejissor kimi fəaliyyət göstərdi. Film 2007 Kann kinofestivalında nümayiş olundu.O, 2011-ci ildə "Turin atı" filmində yenidən ikinci rejissor kimi görünür. Film ilk dəfə 61-ci Berlin beynəlxalq kinofestivalında nümayiş olunmuşdur və Münsif Qran-pri mükafatına layiq görülmüşdür. == Şəxsi həyatı == Aqneş Hranitski 1978-ci ildən bəri tanıdığı rejissor Bela Tarr ilə ailə həyatı qurmuşdur.
Aqneş Keleti
Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921, Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır. == İdman karyerası == Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir.Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən 1940 və 1944-cü illərdə keçirilməli olan Olimpiya oyunları təxirə salındı.
Arnem-Lend
Arnemland (ing. Arnhem Land) — Avstraliyanın şimalıda yerləşən yarımada, ölkənin ayrıca regionlarından biri. Yarımadada Kakadu Milli Parkı yerləşir ki, oda YUNESKO-nun ümumdünya irsi siyahısındadır. İngilis dilli mənbələrdə Arnemland ancaq Avstraliyanın Şimal ərazisinin şimal-şərq bölgəsi nəzərdə tutulur. İnzibati baxımından 97 min km² ərazini əhatə edir. Burada 16 230 nəfər yaşayır (2007). Sovet mənbələrində isə Arnemland bütünlükdə Şimal ərazisinin şimal bölgəsinə şamil edilirdi. Yarımadanın sahillərini Timor, Arafur dənizləri və Karpentariya körfəzi yuyur. == Coğrafiyası == Yarımadanın səthi hamar təpəli platodan ibrətdir. Şimalda hündürlük 180 m, cənubda isə 400 m təşkil edir.
Atner Xuzanqay
Atner Petroviç Xuzanqay (doğ. 8 oktyabr 1948)—çuvaş filoloqu, ədəbiyyat tənqidçisi, publisist, çuvaş milli hərəkatının nümayəndəsi. == Həyatı == Çuvaşıstanın Xalq şairi Pyotr Xuzanqay və SSRİ Xalq artisti Vera Kuzminanın ailəsində anadan olub. Sankt-Peterburq Dövlət Universitetini bitirib.
Aşner refleksi
Okulokardial refleks ( Aşner refleksi) — göz almasının massajı zamanı xoşagəlməz hal kimi meydana çıxa bilər. Refleks göz almasına barmaq vasitəsilə möhkəm sıxarkən meydana çıxır. Cavab reaksiyası sinir sisteminin simpatik və parasimpatik şöbələrinin fərdi uzlaşmasından asılıdır. Göz almasının sıxılmasına yönəlmiş qüvvə nə qədər artıq və intensiv olarsa, ekzaltasiya fazası bir o qədər aydın təzahür edər, həmçinin növbəti ifrat effekt fazası bir o qədər gec başlayar. İnsanların 62 %-də parasimpatik şöbə funksional daha davamlı olduğundan, adətən refleks zamanı ürək ritminin ləngiməsi (bir dəqiqədə 4-8 döyüntü) və arterial təzyiqin aşağı düşməsi müşahidə edilir. Bu refleks yeni doğulan körpələr üçün xarakterikdir. Bunu uşaqların oftalmocərrahiyyəsi zamanı, xüsusən də çəpgözlüyün korreksiyası zamanı nəzərə almaq lazımdır. Bu refleksin nəticəsi bradikariya, qeyri-sinusial ritm, asistologiya və nadir hallarda isə ölüm ola bilər.
Chloroceryle aenea
Kiçik yaşıl balıqçıl (lat. Chloroceryle aenea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Glaucis aenea
Glaucis aenea (lat. Glaucis aenea) – glaucis cinsinə aid heyvan növü.
Müqəddəs Aqnes
Müqəddəs Aqnes ya Romalı Aqnes (Aqnesa, Aqniya, Anna (lat. Agnes); təq. 291 ci il — 304 cü il) — xristianlıqda III–IV əsrlərdə yaşamış, inancına görə əzablar çəkmiş şəhid məsihçi qız. Erkən xristiyanlıqda elan edilmiş müqəddəslərdən biri. == Rəvayəti == Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə davam edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür.
Nemeş Aqnes
Nemeş Aqnes (mac. Nemes Nagy Ágnes 3 yanvar 1922, Budapeşt – 23 avqust 1991, Budapeşt) — Macar şairəsi. == Bioqrafiyası == 1922-ci ildə Kalvinist ailəsində anadan olmuşdur. 1944-cü ildə Budapeşt Universitetini bitirir. Burada macar və latın dillərini, sənət tarixini öyrənir. Müharibədən sonra Yeni Ay jurnalının ədəbi qrupuna (Maqda Sabo, Qeza Otlik və başqaları) aid idi. Yanosh Pilinski ilə dost olmuşdur. 1948-ci ildən sonra jurnal hakimiyyət tərəfindən bağlandıqdan sonra (yalnız 1986-cı ildə fəaliyyətə davam etdi), on il Nemeş Aqnes yalnız tərcümələri çap edir, pedaqoji bir jurnalda çalışır və məktəbdə ədəbiyyat öyrədirdi. 1944–1958-ci illərdə ədəbi tənqidçi və Dünya xalqları ədalətliləri mükafatının lauriyyatı Sale Balaj Lendel ilə evli olur. == Yaradıcılığı == Nemeş Aqnes obyektiv poeziyanın Eeliot xəttini inkişaf etdirir və duyğuların birbaşa dindarlığını ifadə edirdi.
Periqorlu Aqnes
Periqorlu Aqnes (fr. Agnes; v. 1345) — Albaniya Krallığının hökmdarı olan Durattso hersoqu Qravinalı İohann ilə evliliyi sayəsində Durattso hersoginyası. Aqnes heç vaxt Kraliça kimi seçilməsə də, siyasi cəhətdən nüfuzlu oldu. 1343-cü ildə Neapol Kralı Robertin ölümündən sonra o, böyük oğlu üçün Neapol taxt-tacında ikinci sırada olan Robertin nəvəsi ilə evlilik təşkil etdi. Aqnesin ambisiyası ailəsini varislik xəttinə yaxınlaşdırmaq idi. == Erkən həyatı və evliliyi == Aqnes Perigor qrafı VII Eli və ikinci həyat yoldaşı Brunissende de Fuanın qızı idi. Onun qardaşları arasında Avinyon Papalığının əsas fiquruna çevriləcək kardinal Eli de Talleyran-Perigor da var idi.Aqnes və İohann arasındakı evlilik, çox güman ki, Avinyon Papalığına olan rəğbətinə görə Siciliya Kralı Robert tərəfindən təşkil edilmişdir. Kralın Şimali İtaliyada gibellinlər əleyhinə ambisiyaları var idi və onlara nail olmaqda Papalıqdan və fransızlardan dəstək istəyirdi. Bacısı Rozemburq Papanın nəvəsi Jak de Lavi ilə evli olduğu üçün Aqnesin ailəsi Papa XXII İohann ilə evlilik bağlarına malik idi.
Qerqey Aqneş
Qerqey Aqneş (mac. Gergely Ágnes d. 5 oktyabr 1933) — Macarıstan şairi, nəsr yazıçısı, tərcüməçi, Koşut mükafatı laureatı. Onun əmisi qızı Fenakel Cudit eyni zamanda məşhur yazıçı və Ədəbiyyat Akademiyasının üzvüdür. == Bioqrafiyası == Jurnalist Qutmann Cyordiya (mac. Guttmann György) və hökumət rəsmisi Fanakel Rosanın (mac. Fenákel Róza) ailəsində anadan olmuşdur. Uşaqlığını Zalaeqerseqdə keçirmişdir. Budapeşt və Seqeddəki məktəblərdə oxumuşdur. Atası Mauthauzen həbs düşərgəsində dünyasını dəyişmişdir.
XBIZ Award
XBIZ Award (azərb. "XBIZ" mükafatı‎) porno sənayesininin sənətçilərinə verilən mükfatatdır. Mükafat XBIZ tərəfindən ilk dəfə 2003-cü ildə verilmişdir.
XRCO Award
XRCO Award — X-Rated Critics Organization tərəfindən hər il porno sənayesindəki sənətçilərə verilən mükafat. Mükafat mərasimi əsasən yaz aylarında keçirilir.
Gergey Aqneş
Qerqey Aqneş (mac. Gergely Ágnes d. 5 oktyabr 1933) — Macarıstan şairi, nəsr yazıçısı, tərcüməçi, Koşut mükafatı laureatı. Onun əmisi qızı Fenakel Cudit eyni zamanda məşhur yazıçı və Ədəbiyyat Akademiyasının üzvüdür. == Bioqrafiyası == Jurnalist Qutmann Cyordiya (mac. Guttmann György) və hökumət rəsmisi Fanakel Rosanın (mac. Fenákel Róza) ailəsində anadan olmuşdur. Uşaqlığını Zalaeqerseqdə keçirmişdir. Budapeşt və Seqeddəki məktəblərdə oxumuşdur. Atası Mauthauzen həbs düşərgəsində dünyasını dəyişmişdir.
American Music Award
American Music Award (AMA) — ABŞ-də ən əsas musiqi mükafatlarından biridir. American Music Awards — 1973-cü ildə, Grammy mükafatına alternativ olaraq, Dik Klark tərəfindən təsis edilib. Mükafat internet-səsvermənin nəticələri əsasında təqdim edilir. Hesab edilir ki, bu cür seçim hər bir ifaçının məşhurluğunun real səviyyəsini ən obyektiv şəkildə əks etdirir. Namizədlər disklərinin satış göstəriciləri, videokliplərinə baxış, qastrol və konsertlərin sayına, həmçinin sosial şəbəkələrdə fəallıqlarına əsasən müəyyən edilir. American Music Awards mükafatı pop-rok, soul/R&B, kantri, rep-hip/hop və ümumilikdə, səkkizdən artıq musiqi janrı üzrə təqdim edilir.
Aqnes Mariya Klerk
Aqnes Mariya Klerk (ing. Agnes Mary Clerke, 10 fevral 1842[…] – 20 yanvar 1907[…], London) — astronom, astronomiya aid kitabların müəllifi. == Həyatı == Aqnes Mariya Klerk 10 fevral 1842-ci ildə İrlandiyada Skibberendə anadan olub. Elmi müzakirələrin getdiyi bir evdə böyüyən Aqnes Mariya kiçik yaşlarından etibarən riyaziyyat və astonomiya elmlərinə böyük maraq göstərmişdi. Atası Con Villis Klerk həvəskar bir elm coşqusu ilə hər üç övladını aktiv olaraq oxumağa yönləndirmişdi. Evindəki laboratoriyada kimya təcrübələri aparan Con Villis Klerk həyət bağçasında bir teleskop da qurmuşdu. Klerkin bütün övladları evdə təhsil aldılar, latın, yunan dillərini öyrəndilər, riyaziyyat və astronomiya biliklərini mənimsədilər. Astronomiya Mariya Klekin daha çox diqqətini çəkmişdi və hələ 15 yaşında ikən bir astronomiya tarixi yazmağa başlamışdı. 1867-ci ildən etibarən Aqnes Mariya anası və bacısı Ellen ilə qış aylarını İtalyanın Florensiya şəhərində keçirməyə başladılar. Aqnes Mariya burda zamanının çox hissəsini kitabxanalarda keçirir və elmi biliklərə olan aclığını doyurmağa çalışırdı.
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. == Sənədlər üzrə təsnifat == Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə == Sənədlərin növləri == İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abş Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Agnès Jaoui
Agnès Jaoui (19 oktyabr 1964[…], Antoni[d]) — alman aktrisa. == Filmoqrafiyası == === Kino === 1991: Canti 1993: Cuisine et dépendances 1993: Smoking/No Smoking 1996: Un air de famille 1997: Same Old Song 2000: The Taste of Others 2000: An Outgoing Woman 2002: 24 Hours in the Life of a Woman 2004: Look at Me 2004: The Role of Her Life 2005: Nina's House 2012: The Dandelions 2013: Under the Rainbow 2014: The Easy Way Out 2015: I'm All Yours 2015: The Sweet Escape 2017: I Got Life! 2018: Place publique 2018: Best Intentions Harmonie === Teleserial === 1997: Nulle part ailleurs.
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.