Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Axurlu (Çaypara)
Axurlu (fars. اخورلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Qara Ziyəddin qəsəbəsindən 14 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (17 ailə).
Axullu
Axullu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Axullu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Axullu kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılar bu sözü haxıllı etnoniminin təhrif forması hesab edirlər. Etnotoponimdir. Akullar (Axsullar), daha dəqiq olaraq ağullar, Dağıstanın cənubunda (Ağul və Qürah rayonlarında) yaşayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə yaxındırlar. Dağıstanda Uxul kəndi həmçinin ərazidə Ləzgisuyu adlı obyektin olması bunu bir daha sübut edir. Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. == Tarixi == === Tarixi abidələri === Alban kilsəsi (IV–V əsr) Rzaqulubəy günbəzi (XIV əsr) Ərgüşən qalası == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Aşurlu
Aşurlu — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşurlu kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1956 nəfərdir.
Axullu Yalı
Axullu yalı — Azərbaycan Respublikası Füzuli şəhərinin 10 km qərbdə, Xocavənd rayonu ilə sərhəddə yerləşən yüksəklikdir. Axullu yalı Qarabağ silsiləsinin ətəyində yerləşir. Toponim vaxtilə Füzuli rayonu ərazisində yaşayan Haxıllı nəslinin adındandır. Haxıllı nəsli həmin ərazidə Axullu adlı kənd də salmışdır. Bəzi tədqiqatçılar Axullu toponiminin təhrifə uğradığını qeyd edirlər.
İsrafil Aşurlu
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. == Bioqrafiya == İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
Axundlu
Axundlu — soyad. Həmid Axundlu — ictimai-siyasi xadim, yazıçı Ülvi Axundlu — Avropa Şurası Baş Katibinin Moldovada xüsusi nümayəndəsi. İbrahimxəlil Axundlu – marif və idman xadimi.
Axırlı
Axırlı (türk. Ahırlı) — Konya ilinin bir ilçəsi.
Baburlu
Baburlu — İrəvan xanlığının Talın mahalında kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. Sonralar əhalinin bir hissəsi geri qayıtmışdır. 1914–1915-ci illərdə azərbaycanlılar qovulmuşdular. 1947-ci ildə kənd ermənicə Bartraşen adlandırılmışdır. Baburlu tayfasının adını əks etdirir.
Haxulu
Axullu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Axullu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Axullu kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılar bu sözü haxıllı etnoniminin təhrif forması hesab edirlər. Etnotoponimdir. Akullar (Axsullar), daha dəqiq olaraq ağullar, Dağıstanın cənubunda (Ağul və Qürah rayonlarında) yaşayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə yaxındırlar. Dağıstanda Uxul kəndi həmçinin ərazidə Ləzgisuyu adlı obyektin olması bunu bir daha sübut edir. Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. == Tarixi == === Tarixi abidələri === Alban kilsəsi (IV–V əsr) Rzaqulubəy günbəzi (XIV əsr) Ərgüşən qalası == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Samurlu
Samurlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. == Toponim == Toponim qədim türk mənşəli samur etnoniminə mənsubluq bildirən -lu şəkilçisinin artırılması ilə düzəlib, "samur tayfasına mənsub yer" deməkdir. Qədim türkmənşəli Samur tayfasının adını əks etdirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarapat qoyulmuşdur. Azərbaycan-Dağıstan sərhəddində Samur çayının (İlk dəfə çayın adı 1386-cı ildən mə’lumdur) adı ilə mənşəcə eynidir.
Çamurlu
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Axilu
Axilu — İrəvan quberniyasının Şərur Dərələyəz qəzasında kənd adı. XIX əsrin əvvəllərində əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Berkarat adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır. Ərəb mənbələrində Dəclə çayı sahilində Axul şəhərinin adı çəkilir. Onu Suriyada (Şamda) yaşamış Şamlı türk tayfası gətirmişdir. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsindəki Axullu kəndinin adı ilə [133, 24] mənşəcə eynidir.
Axura
Axura — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Keçmiş adı Yeni Axura olmuşdur. Axura adlı yaşayış məntəqəsinin adı ilk dəfə VII əsrə aid mənbədə çəkilir. 1840-cı il iyunun 20-də güclü zəlzələ nəticəsində Ağrı dağının ətəyində yerləşən Axura kəndi dağılmış, kəndin əhalisi indiki əraziyə köçərək Yeni Axura kəndinin əsasını qoymuşdur. Sonralar oykonimin birinci komponenti düşmüş, kənd Axura adlandırılmışdır. == Əhalisi == Əhalisi 1571 nəfərdir. === Tanınmış şəxlər === Muxtar İmanov — AMEA Folklor İnstitutunun direktoru Məhəmməd İsmayılov — iş adamı.
Axundlu bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baburlu sülaləsi
Baburlu sülaləsi və ya Moğol xanədanı — Teymurlular xanədanının bir qoludur. Məhəmməd xan Şeybaninin 1507-ci ildə Teymurlu imperatorluğuna son qoymasından sonra Teymurilərin Hindistana çəkilməsi nətciəsində yaranan Baburlu imperiyasının hakim sülaləsidir. Əsası Baburlu imperiyasının qurucusu və ilk padşahı Padşah Babur şah tərəfindən qoyulmuşdur. Babur padşah ən məşhur türk xaqanlarından olan Əmir Teymur xanın nəticəsi idi. Sülalənin nümayəndələri 5 titul daşıyırdılar: padşah, şah, sultan, xan və xaqan. Sülalə türk idi, moğol (muğal) adı isə onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Sülalənin son padşahı II Bahadır şahdır. Baburlular digər türk dövlətləri olan Osmanlı və Səfəvi imperiyaları ilə dostluq əlaqələri qurmuşdur.
Buzavənd Axundlu
Buzavənd Axundlu — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı. Əsli Bozavənd-Axundlu. XIX əsrin ortalarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə Qarnibasarda yalnız Bozavənd-Zirzir (Abdulhacı) kəndinin adı qeyd olunur Qızılbaşların Bozavənd tayfasının adını əks etdirir. Azərbaycanda Bozavənd kəndinin adı ilə mənşəcə eynidir. Axunda (İrəvan xanlığının axunduna) məxsus Bozavənd ailələri mənasındadır.
Fəxri Uğurlu
Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu; 5 sentyabr 1968, Bakı) — Azərbaycanlı yazıçı, jurnalist, nasir. "Multikulturalizm" jurnalının baş redaktoru (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995). == Həyatı == Fəxri Uğurlu 5 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1987–1989-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. == Yaradıcılığı == Dövri mətbuatda ilk yazısı 1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində çap edilib. Həmin vaxtdan müntəzəm olaraq mətbuatla əməkdaşlıq edib, "Ulduz", "Pioner", "Gənclik" jurnallarında, "İlham", "Səs", "Novruz", "Dədəm Qorqud" qəzetlərində yazıları çap olunub. 1991-ci ildən "Novruz" qəzetinin müxbiri, 1992-ci ildən "Yol" qəzetinin redaktoru, 1994-cü ildən "525-ci qəzet"in şöbə müdiri vəzifələrini tutub. 1996-cı ilin əvvəlindən iyul ayınadək "Müxalifət" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. 1996-cı ilin iyul ayından yeni nəşr olunan "Rezonans" qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb.
Həmid Axundlu
Həmid Məmmədrəhim oğlu Axundlu (21 mart 1909 – 4 sentyabr 1964) — ictimai-siyasi xadim, yazıçı, SSRİ Yazıçılar İttifaqının üzvü (1939). == Həyatı == Axundlu Həmid Məmmədrəhim oğlu 1909-cu il mart ayının 21-də Bakının Əmircan kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Məhəmmədrəhim Axund Əmircandakı ilk rus-tatar məktəbində mütərəqqi fikirli din alimi Axund Əbu Turabın şagirdi olmuş, təhsil almışdır. Sonra İraqda ali dini təhsil almışdır. Həmid Axundlu orta təhsilini 18 №li şəhər məktəbində almışdır. Gənclik illərində Suraxanı rayon komsomol komitəsində çalışmışdır. Əmək fəaliyyətinə 1927-ci ildə kənd uşaq kitabxanasında başlamışdır. 1927-1941-ci illərdə neftçilərin mədəniyyət sarayında (indiki Səttar Bəhlulzadə adına Mədəniyyət sarayı) kitabxana müdiri, "Neft uğrunda" qəzetində məsul katib işləmişdir. Həmid Axundlu 1941-1942-ci illərdə M.C.Bağırovun təşəbbüsü ilə İran Azərbaycanında milli-mədəni və siyasi dirçəlişə yardım adı altında Cənubi Azərbaycana göndərilən xüsusi qrupun tərkibində Təbriz, Pəhləvi, Rəşt, Qəzvin, Ərdəbil şəhərlərində olmuşdur. Baş leytenant Həmid Axundlu 1942-ci ildə İrandan qayıtdıqdan sonra Mərkəzi Komitəyə, Mir Cəfər Bağırovun qəbuluna dəvət edilmişdir.
Murad Aşurlı
Murad Aşurlı — azərbaycanlı alpinist. 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmişdir. == Həyatı == Murad Aşurlı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-yə köçüb. O, son illər ABŞ-də aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı. 2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib. == Vəfatı == Murad Aşurlı 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb. Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb.
Uğurlu Məhəmməd
Uğurlu Məhəmməd (?-1477) — Ağqoyunlu şahzadəsi, Şiraz və Sivas valisi, Uzun Həsənin ən böyük oğlu, II Mehmedin kürəkəni. == Həyatı == 1473-cü ildə Şiraz hakimi təyin olunmuş Məhəmməd, əmisi Üveysin köməyi ilə üsyana başladı. İsfahan ələ keçirildi, xalq Uğurlu Məhəmmədə dəstək oldu. Əslində Xəlil bəyin anası Səlcuqşah bəyim Uğurlu Məhəmmədin öldürülməsini daha çox istəyirdi və Uzun Həsəni qızışdırırdı. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı: "Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir.
Yavuz Axundlu
Yavuz İbrahimxəlil oğlu Axundlu (7 yanvar 1927, Ordubad, Naxçıvan MSSR – 15 avqust 2017) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (1983), professor (1983). Azərbaycan SSR əməkdar müəllimi (1966). == Həyatı == Naxçıvan Müəllimlər İnstitutunun tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim,dərs hissə mediri, direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur. 1970-ci ildən ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş "İstiqlalın əzablı yolu" kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.
Ülvi Axundlu
Ülvi Axundlu — Avropa Şurası Baş Katibinin Moldovada xüsusi nümayəndəsi. == Həyatı == == Fəaliyyəti == Ülvi Axundlu 2002–2007-ci illərdə ATƏT-in Bakı ofisinin KİV siyasəti məsələləri üzrə müşaviri olub. 2007-ci ildə Strasburqda Avropa Şurası Mərkəzi Aparatına keçirilib və Kommunikasiyalar Departamentində KİV monitorinqi şöbəsinə rəhbərlik edib. 2010-cu ildən AŞ və Aİ-nin Moldovadakı birgə layihələrinə rəhbərlik edib. 2011-ci ildə Avropa Şurasının baş katibi Torborn Yaqland Azərbaycan vətəndaşı Ülvi Axundlunu özünün Moldovada xüsusi nümayəndəsi, qurumun Kişinyov ofisinin rəhbəri təyin edib. Ülvi Axundlu Avropa Şurası strukturlarında bu cür yüksək vəzifəyə təyin edilən ilk Azərbaycan vətəndaşı olub.
İbrahimxəlil Axundlu
İbrahimxəlil Axundlu - (1897,Ordubad ş. – 8.7.1958,Naxçıvan ş.) – marif və idman xadimi.Nax.MR-in əməkdar müəllimi (1957), "SSRİ bədən tərbiyəsi əlaçısı". == Həyatı == Ordubadda yeni üsullu ibtidai məktəb bitirmişdir (1913).1917 ilin sonu -1918 ilin birinci yarısında Ordubadda erməni quldurlarına qarşı yerli müdafiə dəstəsi yaratmışdı.Azərb.Xalq Cümhuriyyəti dövründə milli orduda xidmət etmiş,Gəncə hərbi məktəbini bitirib milliordunun zabiti olmuşdur.Naxçıvanda bədən tərbiyəsi və idman təşkilatçılarından biri kimi səmərəli fəaliyyət göstərmişdir.Böyük Vətən müharibəsinin(1941-45)iştirakçısıdır.1945-58 illərdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində və müəllimlər in-tunda bədən tərbiyəsindən dərs demişdir.
İsrafil Aşurlı
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. == Bioqrafiya == İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
Axundlu (Ağsu)
Axundlu — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Axundlu Ağsu rayonunda kənd. Şirvan düzündədir. Etnotoponimdir. Yaşayış məntəqəsinin yaxınlığında Axundlu qobusu, Axundlu dağı, Axundlu qəbiristanı adlı coğrafi obyektlər də var.
Ağüzlü (Xudabəndə)
Ağüzlü (fars. اغوزلو‎‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 627 nəfər yaşayır (139 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Vəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 29 km cənubdadır.